Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanını Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 849-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 fevral tarixli 97 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 10, maddə 716; 2009, 12, maddə 988; 2010, 11, maddə 966; 2013, 7, maddə 808) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

2.2. həmin Qanunun 3.3-cü maddəsində, 7.1-ci maddəsinin üçüncü cümləsində, 14.3-cü, 15.1-ci, 15.2-ci, 16.1-ci, 16.3-cü, 16.4-cü, 19.3-cü, 19.4-cü, 19.5-ci maddələrində, 20-ci maddəsinin ikinci cümləsində, 30-1.1-ci, 30-1.2-ci, 31.2-ci, 31.3.2-ci, 31.4-cü, 31.6-cı, 31.7-ci və 32-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, habelə 12.3-cü maddəsində nəzərdə tutulmuş sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması səlahiyyətini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;.

2. 2.3-cü bənddə 31.6-cı sözləri 31.8-ci sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyul 2014-cü il

237