Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, 8, maddə 631; 2010, 12, maddə 1064; 2011, 2, maddə 85; 2012, 4, maddə 283, 10, maddə 949; 2013, 6, maddə 630) ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:

1. 8-ci hissə üzrə:

1.1. 8.17-ci bənddə əmlakı sözü dövlətin əmlak maraqları sözləri ilə əvəz edilsin;

1.2. 8.21-ci bənddə əmlakına, habelə ətraf mühitə zərər sözləri dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər sözləri ilə əvəz edilsin.

2. 9-cu hissə üzrə:

2.1. 9.13-cü bənddə əvəzsiz qaydada sözləri , onların dəyərinin məhsul nümunələri götürülən təsərrüfat subyektinə tam ödənilməsi şərtilə sözləri ilə əvəz edilsin və həmin bənddən , sınaq nəticəsində istifadəyə yararlılığını itirməmiş məhsul nümunəsini təsərrüfat subyektinə qaytarmaq sözləri çıxarılsın;

2.2. 9.14-cü bənd ləğv edilsin;

2.3. 9.19-cu bənddə nəzarətini həyata keçirən dövlət müfəttişinin qərar və yazılı göstərişlərini sözləri nəzarəti həyata keçirilərkən, verilmiş qərar və yazılı göstərişləri sözləri ilə əvəz edilsin;

2.4. 9.32-ci bənddə əmlakına, habelə ətraf mühitə zərər sözləri dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2014-cü il

317