Qrant haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Qrant haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, 6, maddə 366; 2001, 12, maddə 736; 2002, 12, maddə 706; 2003, 1, maddə 1; 2009, 8, maddə 611; 2013, 3, maddə 215; 2014, 2, maddə 82) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddəyə aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

1-1. Sub-qrant - qrant müqaviləsi (qərarı) üzrə alınmış vəsaitdən həmin müqavilədə (qərarda) resipiyent kimi nəzərdə tutulmamış üçüncü şəxsə bu müqavilənin (qərarın) icrası məqsədi ilə ayrıca qrant müqaviləsinə (qərarına) əsasən verilən vəsaitdir..

2. 4-cü maddənin 4-1-ci hissəsində tələblər sözündən sonra sub-qrantlara və sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 oktyabr 2014-cü il

1095-IVQD