Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 5, maddə 361; 2001, ¹ 7, maddə 512; 2004, ¹ 4, maddə 287; 2006, ¹ 5, maddə 472; 2009, ¹ 10, maddə 852; 2014, ¹ 6, maddə 736, ¹ 7, maddə 922) ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bəndin ikinci abzasının üçüncü cümləsindən “Zəruri hallarda” sözləri çıxarılsın və həmin cümlədə “aparılmasını həyata keçirə bilər” sözləri “aparmaq hüququna malikdir” sözləri ilə əvəz edilsin.

2. 1.3-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.3-1. Antiinhisar qanunvericiliyinin pozulması əlamətlərinin olub-olmadığını müəyyən etmək məqsədi ilə antiinhisar orqanı tərəfindən sahibkarlıq subyektlərində yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.”.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 26 dekabr 2014-cü il

  ¹ 400