Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 8, I kitab, maddə 580; 2002, 10, maddə 586; 2005, 5, maddə 391, 6, maddə 464; 2006, 5, maddə 389, 6, maddə 478, 12, maddə 1005; 2007, 8, maddə 745; 2013, 11, maddə 1314) 6.2.8-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

6.2.8. ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri və dəmir yolları, körpülər və tunellər;.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 dekabr 2014-cü il

1135-IVQD