Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1030-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 806 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, 12, maddə 1151; 2008, 1, maddə 39; 2009, 1, maddə 34; 2010, 2, maddə 150; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 dekabr tarixli 386 nömrəli qərarı) ilə təsdiq edilmiş Hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydalarının 5.4-cü bəndində müfəttişləri tərəfindən verilmiş qərarlara və göstərişlərə sözləri nəzarəti xidmətinin qərar və göstərişlərinə sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 05 fevral 2015-ci il

28