"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2014-cü il üçün Xərclər Smetası"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"nin 4.11-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2014-cü il üçün Xərclər Smetası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ

 

Bakı şəhəri, 11 fevral 2014-cü il

43

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 11 fevral tarixli 43 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2014-cü il üçün

 

XƏRCLƏR SMETASI

 

Sıra -si

Xərclərin iqtisadi təsnifatı

Xərclərin məbləği (manatla)

1.

Cəmi xərclər,

1340000

o cümlədən:

1.1.

ştatda olan işçilərin əməkhaqqı

125160

1.2.

ştatdankənar işçilərin əməkhaqqı

79860

1.3.

əməyin ödənişi ilə bağlı sair pul ödənişləri,

158760

o cümlədən:

1.3.1.

təmsilçilik xərcləri

117040

2.

Dövlət Sosial Müdafiə Fonduna ayırmalar

80032

3.

Sair xərclər,

896188

o cümlədən:

3.1.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu nəşrlərinin təsis olunması, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, forumların təşkil edilməsi, üzvlərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, işin təşkili ilə əlaqədar xidmət haqlarının, ekspertlərin qonorar xərclərinin ödənilməsi və fəaliyyəti ilə bağlı digər xərclər

343500