Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

 

Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Azərbaycan Respublikasının balıqçılıq haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

2. Müəyyən edilsin ki:[1]

2.1. Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsində və 33-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin üçüncü, altıncı, yeddinci, səkkizinci, doqquzuncu və on birinci hissələrində, 10-cu maddəsinin altıncı hissəsində, 11-ci maddəsinin beşinci, altıncı və səkkizinci hissələrində, 12-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, ikinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin ikinci cümləsində, altıncı və yeddinci hissələrində, 19-cu maddəsinin yeddinci və doqquzuncu hissələrində, 23-cü maddəsinin ikinci hissəsində, 25-ci maddəsinin ikinci hissəsində, 28-ci maddəsinin üçüncü hissəsində, 30-cu maddəsinin üçüncü hissəsində, 32-ci maddəsinin altıncı hissəsində və 38-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində, 9-cu maddəsinin dördüncü hissəsində, 10-cu maddəsinin üçüncü hissəsində, 11-ci maddəsinin üçüncü hissəsində, 12-ci maddəsinin beşinci, doqquzuncu və onuncu hissələrində, 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsinin səkkizinci abzasında, 18-ci maddəsinin üçüncü hissəsində, 19-cu maddəsinin beşinci, onuncu və on birinci hissələrində, 20-ci maddəsinin ikinci hissəsində, 24-cü maddəsinin birinci hissəsinin ikinci abzasında, 28-ci maddəsinin ikinci hissəsinin səkkizinci abzasında və 29-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 13-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri istisna olmaqla) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla, yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.5. həmin Qanunun 13-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;

2.6. həmin Qanunun 24-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər;

2.7. həmin Qanunun 35-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

Bakı şəhəri, 13 iyun 1998-ci il

722

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 546)

2.       2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 2, maddə 87)

3.       2 fevral 2015-ci il tarixli 445 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 3 fevral 2015-ci il, 025, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 2, maddə 107)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 fevral 2015-ci il tarixli 445 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 3 fevral 2015-ci il, 025, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 2, maddə 107) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki:

Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 10-cu maddəsinin yeddinci hissəsində, 11-ci maddəsinin səkkizinci hissəsində, 25-ci maddəsinin ikinci hissəsində, 32-ci maddəsinin yeddinci hissəsində, 38-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 10-cu maddəsinin üçüncü və beşinci hissələrində, 16-cı maddəsinin ikinci hissəsində, 20-ci maddəsinin ikinci hissəsində, 24-cü maddəsinin birinci hissəsinin ikinci abzasında, 28-ci maddəsinin ikinci hissəsinin yeddinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;

həmin Qanunun 11-ci maddəsinin ikinci hissəsində, 17-ci maddəsinin səkkizinci abzasında, 29-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;[1]

həmin Qanunun 23-cü maddəsinin ikinci hissəsində, 24-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini müvafiq olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər;[1]

həmin Qanunun 35-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

həmin Qanunun 11-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Ovçuluq Cəmiyyəti həyata keçirir.