Ciddi quraqlıq və/və yaxud səhralaşma baş verən ölkələrdə, xüsusilə də Afrikada səhralaşma ilə mübarizə üzrə Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına qoşulmaq barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Ciddi quraqlıq və/və yaxud səhralaşma baş verən ölkələrdə, xüsusilə də Afrikada səhralaşma ilə mübarizə üzrə Birləşmiş Millətlər Təşkilatının 1994-cü il iyunun 17-də Paris şəhərində qəbul edilmiş Konvensiyasına qoşulsun.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 24 aprel 1998-ci il
№ 487-IQ