Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, 11, maddə 649; 2005, 4, maddə 278; 2007, 11, maddə 1053; 2008, 6, maddə 455; 2012, 11, maddə 1067) 5-ci maddəsinin I hissəsinin ikinci cümləsində gün sözü iş günü sözləri ilə, üçüncü cümləsində gündən sözü iş günündən sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 aprel 2015-ci il

1277-IVQD