Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 30 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, 4, maddə 301; 2006, 2, maddə 91, 5, maddə 397; 2007, 2, maddə 87; 2008, 6, maddə 488, 11, maddə 970; 2009, 10, maddə 779, 12, maddə 983; 2011, 2, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

15-ci bəndin ikinci cümləsindən "birinci müavini və" sözləri çıxarılsın;

19-cu bəndin birinci cümləsindən "birinci müavinindən və" sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2014-cü il

188