Azərbaycan Respublikasının dövlət büdcəsindən
maliyyələşdirilən, fəaliyyət sahələrinə
uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və
fiziki şəxslərinə qrant verə bilən
qurumların siyahısının təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qrant
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü
il 17 oktyabr tarixli 1081-IVQD nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının dövlət
büdcəsindən maliyyələşdirilən, fəaliyyət
sahələrinə uyğun olaraq Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxslərinə
qrant verə bilən qurumların siyahısı” təsdiq
edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin
aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli
aktların bu Fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
4.
Müəyyən edilsin ki, hüquqi şəxs statusuna malik
olan, Azərbaycan Respublikasının dövlət büdcəsindən
maliyyələşdirilən qurumlar (fondlar, mərkəzlər
və digər qurumlar) “Qrant haqqında” Azərbaycan
Respublikası Qanununun 2-ci maddəsinin 4-cü hissəsinə əsasən
fəaliyyət sahələrinə uyğun olaraq qrant verə
bilərlər.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 21 oktyabr 2015-ci il
¹ 654
|
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Azərbaycan Respublikasının dövlət büdcəsindən
maliyyələşdirilən, fəaliyyət sahələrinə
uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və
fiziki şəxslərinə qrant verə bilən
qurumların
SİYAHISI
1
Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi
2
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi
3
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi
4
Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi[1]
5
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
6
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
7
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
7-1. Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi[2]
7-2.
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi[3]
7-3.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi
8
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası
9
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyası
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 8 dekabr 2016-cı il tarixli 1150 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti,
9 dekabr 2016-cı il, ¹ 273, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2068)
2. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti,
8 avqust 2017-ci il, ¹ 170, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə 1521)
3. 10 dekabr 2018-ci il tarixli 392 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti,
12 dekabr 2018-ci il, ¹ 280)
FƏRMANA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 7
avqust 2017-ci il tarixli 1574
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci
il, ¹ 170, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə
1521) ilə
“Azərbaycan Respublikasının dövlət büdcəsindən
maliyyələşdirilən, fəaliyyət sahələrinə
uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və
fiziki şəxslərinə qrant verə bilən
qurumların Siyahısı”nın 4-cü hissəsinə “Rabitə” sözündən əvvəl
“Nəqliyyat,” sözü əlavə
edilmişdir.
[2] 8
dekabr 2016-cı il tarixli 1150
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 dekabr
2016-cı il, ¹ 273,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 12, maddə 2068) ilə
“Azərbaycan Respublikasının
dövlət büdcəsindən maliyyələşdirilən,
fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxslərinə
qrant verə bilən qurumların Siyahısı”na yeni
məzmunda 7-1-ci hissə əlavə edilmişdir.
[3] 10
dekabr 2018-ci il tarixli 392
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 dekabr 2018-ci il, ¹ 280) ilə “Azərbaycan
Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən,
fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxslərinə
qrant verə bilən qurumların Siyahısı”na yeni məzmunda
7-2-ci və 7-3-cü hissələr əlavə
edilmişdir.