“Sosial müavinətlərin,
təqaüdlərin və kompensasiyaların təyin
olunması üçün təqdim edilən
sənədlərin və
məlumatların rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın təsdiq edilməsi
haqqında[1]
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
təklifinə əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara
alır:
1. “Sosial müavinətlərin,
təqaüdlərin və kompensasiyaların təyin
olunması üçün təqdim edilən
sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları” təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərardan irəli
gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Baş
naziri Artur Rasi-zadə
Bakı
şəhəri, 21 sentyabr 2015-ci il
¹ 311
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli
qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Sosial müavinətlərin,
təqaüdlərin və kompensasiyaların təyin
olunması üçün təqdim edilən
sənədlərin və
məlumatların rəsmiləşdirilməsi, baxılması və
saxlanılması
QAYDALARI[2]
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət
Sosial Müdafiə Fondunun şəhər, rayon
şöbələri (bundan sonra – Şöbə) və ya
“DOST” mərkəzləri (bundan sonra – Mərkəz)
tərəfindən sosial sığorta ödəyicisi və
əmək pensiyası hüququ olmayan (“Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində
göstərilən hal istisna olmaqla)
şəxslərə, o cümlədən Azərbaycan
Respublikasının ərazisində daimi yaşayan
vətəndaşlığı olmayan şəxslərə
və əcnəbilərə (dövlət
qulluqçularına ömürlük müavinət və
işsizlik müavinəti istisna olmaqla) sosial
müavinətlərin (bundan sonra - müavinət),
ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan
Respublikası Prezidentinin təqaüdlərinin (bundan sonra -
təqaüd) və kompensasiyanın təyin olunması
üçün təqdim edilən sənədlərin və
məlumatların rəsmiləşdirilməsi,
baxılması və saxlanılması qaydalarını
tənzimləyir.[3]
1.2. İşsizlik müavinətinin təyin
olunması üçün təqdim edilən
sənədlərin rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 12 nömrəli
qərarı ilə təsdiq edilmiş “İşsizlik
müavinətinin hesablanması və ödənilməsi
Qaydaları” ilə tənzimlənir.[4]
1.3. Ən çoxu müraciət edilməzdən
əvvəlki üç il üçün
ödənilməklə, aylıq müavinətlər
(vəfat etmiş Azərbaycan Respublikasının keçmiş
Prezidentinin arvadına (ərinə) və ya
öhdəsində olan uşağına ödənilən
müavinət istisna olmaqla) müraciət edilmə
vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan
gündən təyin edilir.
1.4. Birdəfəlik müavinət istehsalat
qəzası və ya peşə xəstəliyi nəticəsində
sağlamlığı pozulmuş işçiyə və ya
bu səbəbdən həlak olmuş işçinin ailə
üzvlərinə və himayəsində olan digər
şəxslərə aylıq ödənc əvəzinə
aylıq müavinət, təqaüd və kompensasiya təyin
edilməsi üçün müraciət edilmə
vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan
gündən təyin olunur.
1.5. Müavinət, təqaüd və
kompensasiyanın təyin olunması ilə bağlı elektron
xidmətlər Şöbə və ya Mərkəz
tərəfindən mərkəzləşdirilmiş elektron
informasiya sistemi vasitəsilə həyata keçirilir.[5]
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunmuş anlayışlar
aşağıdakı mənaları ifadə edir:
2.1.1. müavinət,
təqaüd və kompensasiya üçün müraciət
- müavinət, təqaüd və kompensasiyanın təyin
edilməsi üçün şəxs tərəfindən Şöbəyə və ya
Mərkəzə ərizənin təqdim olunması; [6]
2.1.2. yaşayış
yeri - tam həcmdə fəaliyyət qabiliyyətli
şəxsin mülkiyyətçi kimi icarə və
kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş digər əsaslarla daimi və ya daha çox
yaşadığı ev, mənzil, xidməti
yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o
cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlar üçün sosial xidmət
müəssisələri, xüsusi təhsil
müəssisələri və digər bu kimi
yaşayış yerləri;[7]
2.1.3. müavinət,
təqaüd və kompensasiya işi - müavinət,
təqaüd və kompensasiya üçün müraciət
edən şəxsə müavinət, təqaüd və
kompensasiya təyin olunması üçün zəruri
sənədlərin toplusu;
2.1.4. hərəkətdən
çıxarılan iş - “Sosial müavinətlər
haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci
maddəsində göstərilən hallardan hər hansı
birinin baş verməsi ilə əlaqədar
ödənişi dayandırılan müavinət,
təqaüd və kompensasiya işi.
3. Müavinət, təqaüd və
kompensasiyanın təyin olunması üçün
müraciət
3.1. Müavinət, təqaüd və
kompensasiyanın təyin olunması üçün
şəxs müavinət, təqaüd və kompensasiya almaq
hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Şöbəyə və ya Mərkəzə elektron
qaydada və poçt vasitəsilə ərizə ilə
müraciət edə bilər (1 nömrəli əlavə).
3.2. Əmək pensiyası hüququ olmayan (“Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində
göstərilən hal istisna olmaqla)
uşaqlara ailə başçısını
itirməyə, sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlara, məhkəmə qaydasında
fəaliyyət qabiliyyəti olmayan və ya məhdud
fəaliyyət qabiliyyətli hesab edilmiş
şəxslərə, Azərbaycan Respublikasının
Prezidenti tərəfindən müəyyən edilmiş
bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə və ya 1990-cı
ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi
olan şəxslərin, Çernobıl AES qəzası
nəticəsində I və II dərəcə əlilliyi
müəyyən edilmiş, yaxud vəfat etmiş
valideynlərin uşaqlarına, habelə Çernobıl AES
qəzası nəticələrinin aradan
qaldırılmasında iştirak edən şəxslərin
dispanser qeydiyyatında olan 16 yaşadək (ümumtəhsil
müəssisələrində əyani təhsil alanlar
üçün 18 yaşadək) uşaqlarına
müavinət, təqaüd və kompensasiyanın təyin
olunması üçün müraciət, onların
valideynlərinin və digər qanuni
nümayəndələrinin (övladlığa
götürənin, qəyyumun, himayəçinin)
yaşadığı ərazi üzrə edilir.[8]
3.3. 16 yaşından yuxarı uşaqlar bu Qaydalara
uyğun olaraq müavinət, təqaüd və
kompensasiyanın təyin olunması üçün
müstəqil şəkildə müraciət edə
bilərlər.
3.4. Müəyyən müddətə və ya
ömürlük azadlıqdan məhrum olmuş
şəxslərin müavinət, təqaüd və
kompensasiyanın təyin olunması üçün
ərizəsi cəzaçəkmə müəssisəsinin müdiriyyəti
tərəfindən göndərilir.
4. Müavinət, təqaüd və
kompensasiyanın təyin olunması üçün
ərizələrin qeydiyyata alınması və onlara baxılması
4.1. Şöbənin
ünvanlı dövlət sosial yardım və sosial
müavinətlər sektorunun müdiri müavinət,
təqaüd və kompensasiyanın təyin edilməsi
barədə ərizənin və ona əlavə edilmiş
sənədlərin bu Qaydaların tələblərinə
uyğunluğunu 3 (üç) iş günü
müddətində yoxlayır.
4.2. Müavinət, təqaüd və
kompensasiyanın təyin olunması üçün
ərizə Şöbəyə
və ya Mərkəzə daxil olduğu gün
ünvanlı dövlət sosial yardım və sosial
müavinətlər sektorunun məsləhətçisi
(bundan sonra - məsləhətçi) tərəfindən
sosial müavinət, təqaüd və kompensasiyanın
təyinatı üçün ərizələrin
qeydiyyatı jurnalında qeydiyyata alınır (2
nömrəli əlavə).
4.3. Ərizənin qeydə alınması
barədə müraciət edən şəxsə
bildiriş və qəbz verilir (1 nömrəli əlavə).
Ərizə poçtla və ya elektron qaydada
göndərildikdə, Şöbə
ərizənin daxil olduğu gündən ən geci 3
(üç) iş günü müddətində bu
barədə ərizəçiyə məlumat göndərir.
4.4. Azərbaycan Respublikasının Prezidenti
tərəfindən müəyyən edilmiş bəzi
kateqoriya şəxslərin (şəhid olanların, müharibə və ya 1990-cı
ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi
olan şəxslərin, Çernobıl AES qəzası
nəticəsində I və II dərəcə əlilliyi
müəyyən edilmiş, yaxud vəfat etmiş
valideynlərin uşaqlarına, habelə uşaqları
dispanser qeydiyyatında olan Çernobıl AES qəzası
nəticələrinin aradan qaldırılmasında iştirak
edənlərin) 16 yaşı tamam olmuş
uşaqlarının ümumtəhsil
məktəblərində əyani təhsil alması
barədə sənəd 16 yaşı tamam olduğu vaxtdan
təqdim edilir və qeydiyyatdan keçirilir.
4.5. Ərizə poçtla göndərildikdə,
jurnalda onun daxilolma tarixi poçtla göndərilən gün
hesab olunur və göndərildiyi tarix kimi rabitə
şöbəsinin poçt möhüründə
göstərilən tarix qəbul edilir. Müraciət elektron
qaydada edildikdə, elektron poçt ünvanına daxil olduğu
gün göndərildiyi tarix kimi qəbul olunur.
4.6. Şöbə və
ya Mərkəz müraciət edən şəxsə
ərizənin və digər sənədlərin
formalarını verməyə, yaxud poçtla və ya
elektron qaydada göndərməyə, müavinət,
təqaüd və kompensasiyanın təyinatı
üçün zəruri sənədlərin toplanılaraq
təqdim olunmasına yardım göstərməyə
borcludur.
4.7. Tibbi-sosial ekspert komissiyaları əlillik, o cümlədən
sağlamlıq imkanlarının məhdudluğunun
müəyyən edilməsi barədə müayinə
aktından çıxarışı Şöbəyə təqdim edirlər.[9]
4.8. Müavinət, təqaüd və
kompensasiyanın təyin edilməsi üçün
tələb olunan sənədlərin və
məlumatların siyahısı bu Qaydaların 7
nömrəli əlavəsində göstərilib.
5. Müavinət, təqaüd və
kompensasiya təyin olunmasına baxılması və
qərarların icrası
5.1. Müavinət, təqaüd və
kompensasiyanın təyin olunması barədə
müraciətə qeydə alındığı
gündən ən geci 10 (on) gün müddətində Şöbənin
məsləhətçisi, ünvanlı dövlət sosial
yardım və sosial müavinətlər sektorunun müdiri,
mühasibat uçotu sektorunun müdiri və direktoru
tərəfindən kollegial qaydada baxılır və
müvafiq qərar qəbul edilir. Həmin qərar Şöbənin
məsləhətçisinin, sektor müdirlərinin və Şöbənin direktorunun
imzaları və Şöbənin
möhürü ilə təsdiq edilir.
5.2. Şöbə
tərəfindən müavinət, təqaüd və
kompensasiyanın təyin olunması barədə qərar
qəbul edildikdə, məsləhətçi qeyd olunan
işləri ərizəçinin soyadını,
adını, atasının adını, ünvanını, sosial
müavinətin, təqaüdün və kompensasiyanın
növünü, məbləğini göstərməklə
və reyestr jurnalında imzalamaqla, mühasibat uçotu
sektorunun məsləhətçisinə təhvil verir (3
nömrəli əlavə). Həmin jurnal Şöbə üzrə vahid qaydada aparılır
və onun qaytanlanması, səhifələrinin
nömrələnməsi Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Sosial
Müdafiə Fondu tərəfindən həyata
keçirilir.
[10]
5.3. Müavinət, təqaüd və kompensasiyanın
təyin olunmasından imtina edilməsi barədə qərar
qəbul edildikdə, 5 (beş) gün müddətində
imtinanın səbəbləri göstərilməklə,
müraciət edən şəxsə rəsmi məlumat
verilir. Müraciət edən şəxsin bu qərardan
inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə)
və məhkəməyə şikayət etmək hüququ
vardır.
5.4. Mühasibat uçotu sektorunun
məsləhətçisi tərəfindən müavinət
işi üzrə şəxsi hesab (4 nömrəli
əlavə) açılır, bank və ya poçt
müəssisəsinə müavinət, təqaüd və
kompensasiya ödəmək üçün
tapşırıq vərəqələri (5 nömrəli
əlavə) hazırlanır və Şöbənin direktoru tərəfindən
təsdiq edildikdən sonra bank və ya poçt
müəssisəsinə göndərilir. Ödəniş
plastik kartlarla bankomatlar vasitəsilə həyata
keçirildikdə isə bank müəssisəsinə plastik
kartın hazırlanması üçün sifariş verilir.
6. Müavinət, təqaüd və
kompensasiya işlərinin qeydiyyatdan çıxarılması
və qəbul edilməsi
6.1. Yaşayış yerini
dəyişməklə əlaqədar müavinət,
təqaüd və kompensasiya işinin qeydiyyatdan
çıxarılması yeni yaşayış yeri
üzrə Şöbənin sorğusu əsasında
aparılır.[11]
6.2. Müavinət, təqaüd və kompensasiya alan
şəxs yaşayış yerini dəyişdikdə, yeni
yaşayış yeri üzrə Şöbə
tərəfindən müavinət, təqaüd və
kompensasiya alanın haradan köçməsini
göstərdiyi ərizəsi, yeni yaşayış yeri
haqqında sənədlər (şəxsiyyət
vəsiqəsi) əsasında onun əvvəllər qeydiyyatda
olduğu Şöbəyə
müavinət, təqaüd və kompensasiya işinin
göndərilməsi üçün 3 (üç) iş
günü müddətində sorğu göndərilir.
6.3. Müavinət, təqaüd və kompensasiya
işinin əvvəllər qeydiyyatda olduğu Şöbə
tərəfindən hərəkətdən
çıxarılması Şöbənin
direktorunun sərəncamı ilə həyata keçirilir.
Hərəkətdən çıxarılan işə və
şəxsi hesaba ödənildiyi müddət və ondan
tutulmalar haqqında müvafiq qeydlər edilir.
Hərəkətdən çıxarılan iş Şöbənin
məsləhətçi, ünvanlı dövlət sosial
yardım və sosial müavinətlər sektorunun müdiri,
mühasibat uçotu sektorunun müdiri və Şöbənin direktoru tərəfindən
imzalanaraq, Şöbənin
möhürü ilə təsdiq edilir və
ödənişin dayandırılması barədə
ödəniş müəssisəsinə rəsmi məlumat
verilir.
6.4. Şöbə
tərəfindən 10 (on) gündən gec olmamaqla
müavinət, təqaüd və kompensasiya işinin
poçtla şəxsin yeni yaşayış yeri üzrə Şöbəyə
göndərilməsi təmin edilir.
6.5. Yeni yaşayış yeri üzrə Şöbə
tərəfindən müavinət, təqaüd və
kompensasiya işi qəbul olunduqdan sonra Şöbənin direktorunun sərəncamı
əsasında müavinət, təqaüd və kompensasiya
ödənişi dayandırıldığı tarixdən
bərpa olunur.
6.6. Müavinət təyin olunmuş
şəxsə pensiya təyin olunduqda, iş üzrə
ödəniş pensiya təyin edildiyi gündən
dayandırılır və müavinət işi
hərəkətdən çıxarılır.
Müavinətdən tutulmalar olduqda, tutulmalar pensiyadan
aparılır.[12]
6.7. Şəxsin vəfat etməsi ilə
əlaqədar müavinət, təqaüd və kompensasiya
işlərinin və şəxsi hesabların
hərəkətdən çıxarılması Şöbənin mühasibat
uçotu sektorunun məsləhətçisi
tərəfindən hər ayın birinci həftəsində
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon
(şəhər) qeydiyyat şöbələrindən
alınan siyahılar üzrə aparılır.
6.8. “Sosial müavinətlər haqqında” Azərbaycan
Respublikası Qanununun 11-ci maddəsinə əsasən
müavinətlərin ödənişinin
dayandırılması halları baş verdikdə, həmin
halın yarandığı gündən etibarən
müavinətin ödənişi dayandırılır.
6.9. Müavinət, təqaüd və kompensasiya
işlərinin digər
Şöbələrdən tələb edilməsi haqqında
daxil olan sorğular, göndərilən müavinət,
təqaüd və kompensasiya işlərinin qeydiyyatı
Şöbənin kargüzarı tərəfindən
ayrıca jurnalda aparılır. Bununla əlaqədar
yazışmalar ayrıca qovluqda saxlanılır və
Mərkəzin məsləhətçisi tərəfindən
nəzarət edilir. [13]
7. Müavinət, təqaüd və
kompensasiya işlərinin saxlanılması
7.1. Müavinət, təqaüd və
kompensasiyanın təyin olunması üçün
ərizələrin qeydiyyatı jurnalı Şöbənin və ya Mərkəzin
ünvanlı sosial yardım və sosial müavinətlər
sektorunun müdirində saxlanılır.
7.2. Məsləhətçi xidmət etdiyi ərazi
üzrə hərəkətdə olan müavinət və
təqaüd işlərinin növlər üzrə sayı
barədə hər 6 (altı) aydan bir ünvanlı sosial
yardım və sosial müavinətlər sektorunun
müdirinə, mühasibat uçotu sektorunun
məsləhətçisi isə xidmət etdiyi ərazi
üzrə hərəkətdə olan şəxsi
hesabların nömrə üzrə sayı və
məbləği göstərilməklə mühasibat
uçotu sektorunun müdirinə rəsmi məlumat verir.
Sektor müdirləri alınan məlumatları 1 (bir)
həftə müddətində ümumiləşdirib Şöbənin direktoruna
birgə məruzə edirlər.
7.3. Müavinət, təqaüd və kompensasiya
işləri nömrələnməklə növlər
üzrə saxlanılır.
7.4. Sosial xidmət müəssisələrində
yaşayan müavinət, təqaüd və kompensasiya alan
şəxslərin müavinət, təqaüd və
kompensasiya işləri sosial xidmət
müəssisələrinin yerləşdiyi ərazi
üzrə Şöbədə
saxlanılır.
7.5. Hərəkətdən çıxarılan
müavinət, təqaüd və kompensasiya işləri
ödənişi davam etdirilən müavinət,
təqaüd və kompensasiya işlərindən ayrı
saxlanılır.
7.6. İldə ən azı bir dəfə Şöbənin direktorunun
əmri əsasında Şöbədə
müavinət, təqaüd və kompensasiya işlərinin
inventarizasiyası (şəxsi hesablarla
üzləşdirilməsi) aparılır. İnventarizasiya
komissiyasının tərkibi əmrdə göstərilir.
Komissiyanın tərkibinə Şöbənin
ünvanlı sosial yardım və sosial müavinətlər
və mühasibat uçotu sektorlarının müdirləri
və həmin sektorların məsləhətçiləri
daxil edilirlər.
7.7. İnventarizasiyanın nəticələri
haqqında akt tərtib olunur və inventarizasiya
komissiyasının üzvləri tərəfindən
imzalanır. Aktda inventarizasiyanın aparıldığı
tarix, inventarizasiyanı aparan şəxslərin soyadı,
adı, atasının adı və aşkar olunmuş hər
bir nöqsan qeyd edilir.
7.8. İnventarizasiya haqqında müavinət,
təqaüd və kompensasiya işlərində qeyd
aparılır, işin vərəqlərinin sayı,
inventarizasiyanın aparılması tarixi göstərilir
və Şöbənin
möhürü ilə təsdiq edilir (6 nömrəli
əlavə).
7.9. İnventarizasiyanın nəticələri haqqında
ilin ilk ayında Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə
Fonduna məruzə təqdim olunur. [14]
7.10. Müavinət, təqaüd və kompensasiya
işlərinin Şöbədə
saxlanılmasına ünvanlı sosial yardım və sosial
müavinətlər sektorunun müdiri və xidmət etdiyi
ərazi üzrə məsləhətçilər
qanunvericiliyə uyğun olaraq məsuliyyət
daşıyırlar.
7.11. Müavinət, təqaüd və
kompensasiyanın təyin olunmasından imtina edilmiş
şəxslərin işləri Şöbənin
arxivində saxlanılır. Bu işlərə müavinət,
təqaüd və kompensasiyanın təyin olunmasından
imtina edilməsi barədə qərar və təqdim
edilmiş sənədlərin surəti daxildir.
7.12. Müavinət, təqaüd və
kompensasiyanın təyin olunmasından imtina edilməsi
barədə qərarın surəti və təqdim edilmiş
sənədlərin əsli ərizəçiyə geri
qaytarılır.
7.13. Hərəkətdən çıxarılan
müavinət, kompensasiya, təqaüd işləri və
bununla əlaqədar digər sənədlər üzrə
yazışmalar Şöbədə
aşağıdakı müddətlərdə
saxlanılır:
7.13.1. yaşa, 18
yaşından yuxarı əlilliyi olan şəxslərə
əlilliyə, sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlara, ailə
başçısını itirməyə görə və
dövlət qulluqçularına ömürlük
müavinət, əmək zədəsinə görə
müavinət, kompensasiya və Azərbaycan Respublikası
Prezidentinin təqaüdünə aid işlər - 20 il;[15]
7.13.2. digər müavinət işləri -10 il;
7.13.3. müavinət, təqaüd və kompensasiya
işləri üzrə şəxsi hesablar - 10 il;
7.13.4. müavinət, təqaüd və kompensasiya
təyin olunmasına dair rədd edilən
müraciətlər - 10 il;
7.13.5. müavinət, təqaüd və kompensasiya
təyinatına dair digər yazışmalar - 5 il.
|
“Sosial müavinətlərin, təqaüdlərin
və kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin və
məlumatların rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”na[16] 1 nömrəli
əlavə [17] |
||||||
|
|
||||||
|
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondunun ____________________________________________ (şəhər,
rayon şöbəsinə) |
||||||
|
sosial müavinətin,
təqaüdün, kompensasiyanın təyin edilməsi
barədə |
||||||
ƏRİZƏ |
|||||||
___________________________________________________________
ünvanında yaşayan, _____________________təvəllüdlü
______________________________________tərəfindən |
|||||||
|
(soyadı, adı, atasının adı) |
||||||
Şəxsiyyət vəsiqəsi:
seriya___________ nömrə ___________________________hansı orqan tərəfindən verilib
________________________verilmə tarixi__________________________ |
|||||||
|
|
(gün, ay, il) |
|||||
Xahiş edirəm mənə_____
görə sosial müavinət, təqaüd, kompensasiya
təyin edəsiniz və təyin olunmuş sosial
müavinəti, təqaüdü, kompensasiyanı ______filialına
köçürəsiniz. |
|||||||
(lazım olanın altından xətt
çəkməli) |
(bank, rabitə) |
|
|||||
|
|
||||||
Əvvəllər mənə
______________tərəfindən sosial müavinət,
təqaüd, kompensasiya təyin |
|||||||
|
(orqanın adı) |
(lazım olanın altından xətt
çəkməli) |
|||||
edilib, edilməyib. |
|||||||
|
|
||||||
Sosial
müavinətin, təqaüdün, kompensasiyanın
ödənişinin dayandırılmasına səbəb
olacaq hallar barədə 5 (beş) gün
müddətində Şöbəyə məlumat verməyi öhdəmə
götürürəm. |
|||||||
|
|
||||||
Ərizəyə
aşağıdakı sənədləri və məlumatları (ailə
üzvlərinin şəxsiyyət vəsiqəsinin,
doğum haqqında akt qeydinin nömrəsi, tarixi və
qeydiyyata alındığı orqanın adı) əlavə edirəm:[18] |
|||||||
1. |
|
||||||
2. |
|
||||||
3. |
|
||||||
4. |
|
||||||
Tarix_______
İmza________ |
|||||||
_____________________________________________________________________________ |
|||||||
(kəsmə xətti) |
|||||||
|
|
||||||
Qəbz-bildiriş: |
|||||||
Vətəndaş
_________________________________ ərizə və ___
vərəqdə sənədlərini 20___ il ___ __________
tarixində ____________ nömrəsi ilə qəbul etdim. Bildiriş qəbzini verən
(göndərən) məsləhətçi
________________________________ |
|||||||
|
(soyadı, adı, atasının
adı və imzası) |
||||||
|
“Sosial müavinətlərin, təqaüdlərin
və kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin və
məlumatların rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”na 2 nömrəli
əlavə |
Sosial müavinət, təqaüd və
kompensasiyanın təyinatı üçün
ƏRİZƏLƏRİN QEYDİYYATI
JURNALI
Sıra ¹-si |
Ərizənin
daxil olduğu tarix (gün,
ay, il) |
Ərizəçinin
soyadı, adı və atasının adı |
Ərizəçinin
ünvanı |
Müavinətin,
təqaüdün və kompensasiyanın növü |
Təqdim
olunan sənədlərin adı |
Müavinət,
təqaüd və kompensasiya təyinatı barədə |
Şəxsi
işin və şəxsi hesabın nömrəsi |
Qeyd |
|||
müavinət,
təqaüd və kompensasiya təyinatı barədə
qərarın tarixi və nömrəsi |
təyinat
müddəti (nə vaxtdan nə vaxtadək) |
müavinət,
təqaüd və kompensasiya təyin olunan uşaqların
sayı (nəfərlə) |
məbləğ |
||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
“Sosial müavinətlərin, təqaüdlərin
və kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin və
məlumatların rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”na 3 nömrəli
əlavə |
Sosial müavinət, təqaüd və
kompensasiya işləri üzrə
REYESTR JURNALI
Sıra ¹-si |
Soyadı,
adı, atasının adı |
Yaşadığı
ünvan |
Müavinət,
təqaüd və kompensasiya təyin olunması
barədə qərarın tarixi və nömrəsi |
Müavinətin,
təqaüdün və kompensasiyanın məbləği |
İşin
mühasibat uçotu sektoruna təhvil verilməsi tarixi
və təhvil verənin imzası |
İşin
mühasibat uçotu sektoruna təhvil verilməsi tarixi
və qəbul edənin imzası |
Ödəniş
müəssisəsi haqqında məlumat |
Şəxsi
hesabın açılması tarixi və nömrəsi |
İşin
ünvanlı sosial yardım və sosial
müavinətlər sektoruna təhvil verilməsi tarixi
və qəbul edənin imzası |
|||||
|
|
|
tarix |
nömrə |
|
tarix |
imza |
tarix |
imza |
|
tarix |
imza |
tarix |
imza |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
ÜZ
TƏRƏFİ |
“Sosial müavinətlərin, təqaüdlərin
və kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin və
məlumatların rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”na 4 nömrəli
əlavə[19] |
ARXA
TƏRƏFİ |
|
ÜZ
TƏRƏFİ |
“Sosial müavinətlərin, təqaüdlərin
və kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin və
məlumatların rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”na 5 nömrəli
əlavə |
ARXA
TƏRƏFİ |
|
ÜZ
TƏRƏFİ |
“Sosial müavinətlərin, təqaüdlərin
və kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin və
məlumatların rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”na 6 nömrəli
əlavə[20] |
ARXA
TƏRƏFİ |
|
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
Qeydiyyatdan
çıxma tarixi __________ __________________________________ əsas Aylıq
məbləği _______________manat Sosial
müavinət, təqaüd və kompensasiya (növ
üzrə altından xətt çəkməli) ________20____ il
tarixədək ödənilib Şöbə müdirinin imzası _____________ M.Y. |
|
“Sosial müavinətlərin, təqaüdlərin
və kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin və
məlumatların rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”na 7 nömrəli
əlavə |
Müavinət, təqaüd və
kompensasiyanın təyin edilməsi üçün
tələb olunan sənədlərin siyahısı[21]
1. Aylıq
müavinətin, təqaüdün və kompensasiyanın
təyin edilməsi üçün növündən
asılı olmayaraq, aşağıdakı
sənədlər və
məlumatlar tələb olunur:
[22]
1.1.
müavinət, təqaüd və kompensasiyanın təyin
olunması üçün şəxsin ailə
vəziyyətini təsdiq edən sənəd (ailə
tərkibi haqqında yerli icra hakimiyyəti
başçısının inzibati ərazi dairələri
üzrə və ya sahə inzibati ərazi dairələri
üzrə nümayəndələrinin arayışı);[23]
1.2. şəxsin (Azərbaycan Respublikasının
Prezidenti tərəfindən müəyyən edilmiş
bəzi kateqoriya şəxslərin (şəhid olanların,
müharibə əlillərinin, 20 Yanvar hadisələri
zamanı əlil olanların, Çernobıl AES qəzası
nəticəsində I və II qrup əlil olmuş, yaxud
vəfat etmiş valideynlərin uşaqlarına, habelə
Çernobıl AES qəzası nəticələrinin aradan
qaldırılması iştirakçılarının
dispanser qeydiyyatında olan 16 yaşadək (ümumtəhsil
müəssisələrində əyani təhsil alanlar
üçün 18 yaşadək) uşaqlarına
müavinət, əmək zədəsi və ya peşə
xəstəliyinə görə ödəncin
əvəzinə müavinət, beşdən çox
uşağı olan qadınlara müavinət, təqaüd
və kompensasiya təyinatı istisna olmaqla) əmək
pensiyası almaq hüququnun olmaması barədə yaşayış
yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun
şəhər, rayon şöbəsinin məlumatı; [24]
1.3. şəxsin
işləyib-işləməməsi barədə yerli icra
hakimiyyəti başçısının inzibati ərazi
dairələri üzrə və ya sahə inzibati ərazi
dairələri üzrə nümayəndələrinin
arayışı (təqaüdçülər,
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlar istisna olmaqla) və ya məşğulluq
orqanlarının məlumatı;[25]
1.4. ərizə nümayəndə vasitəsilə
təqdim edildikdə, etibarnamə və ya qəyyum
(himayəçi) olmasını təsdiq edən
sənədin surəti;
1.4-1. Azərbaycan Respublikasının
Cəzaların İcrası Məcəlləsinin 90.4-cü
maddəsinə uyğun olaraq müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslər barədə:[26]
1.4-1.1. məhkəmə
hökmünün qanuni qüvvəyə mindiyi tarix;
1.4-1.2. cəzaçəkmə
müddəti;
1.4-1.3. cəzaçəkmə
müddətinin başlanğıcı;
1.4-1.4. cəzanın
çəkilməsi üçün müəyyən
edilmiş cəzaçəkmə müəssisəsinin
ünvanı;
1.4-1.5. məhkumun şəxsi
hesabının nömrəsi;
1.4-1.6. məhkumun bir
cəzaçəkmə müəssisəsindən
digərinə keçirilməsi.
1.5. Aylıq müavinətin,
təqaüdün və kompensasiyanın təyin edilməsi
üçün müraciət etmiş şəxslər
və onların ailə üzvləri haqqında tələb
olunan sənəd və məlumatların Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən “Fərdi
məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun
2.1.13-cü maddəsinə əsasən elektron formada
əldə edilməsi məqsədi ilə
aşağıdakı dövlət orqanlarının və
təşkilatlarının informasiya ehtiyatlarından və
sistemlərindən istifadə olunur:[27]
1.5.1. Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi;
1.5.2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi;
1.5.3. Azərbaycan Respublikasının
Təhsil Nazirliyi;
1.5.4.
Azərbaycan Respublikasının Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti.
2. Aylıq
müavinətin, təqaüdün və kompensasiyanın
təyin edilməsi üçün növlər üzrə
aşağıdakı sənədlər
və məlumatlar da təqdim edilməlidir:[28]
2.1.
çoxuşaqlı analara yaşa görə
müavinətin təyin edilməsi üçün:
2.1.1. qadının 3 və daha çox uşaq
doğub onları 8 yaşınadək tərbiyə etməsi
barədə yerli icra hakimiyyəti
başçısının inzibati ərazi dairələri
üzrə və ya sahə inzibati ərazi dairələri
üzrə nümayəndələrinin arayışı;
2.1.2. uşaqların doğum haqqında
şəhadətnamələrinin surəti;
2.2.
sağlamlıq imkanları məhdud övladını 8
yaşınadək tərbiyə etmiş qadınlara yaşa
görə müavinətin təyin edilməsi
üçün:
2.2.1. qadının sağlamlıq imkanları
məhdud övladını 8 yaşınadək
tərbiyə etməsi barədə yerli icra hakimiyyəti
başçısının inzibati ərazi dairələri
üzrə və ya sahə inzibati ərazi dairələri
üzrə nümayəndələrinin arayışı;
2.2.2. uşağın 18 yaşınadək
sağlamlıq imkanlarının məhdudluğunun
müəyyən edilməsi barədə tibbi-sosial ekspert
komissiyasının müayinə aktından
çıxarış;
2.2.3. uşağın doğum haqqında
şəhadətnaməsinin surəti;
2.3.
uşaqlarını təkbaşına böyüdən
atalara yaşa görə müavinətin təyin edilməsi
üçün:
2.3.1. atanın 3 və daha çox uşağı
və ya sağlamlıq imkanları məhdud
övladını növbəti nikah bağlamadan
təkbaşına 8 yaşınadək tərbiyə
etməsi barədə yerli icra hakimiyyəti
başçısının inzibati ərazi dairələri
üzrə və ya sahə inzibati ərazi dairələri
üzrə nümayəndələrinin arayışı;
2.3.2. ananın ölüm haqqında
şəhadətnaməsinin və ya analıq hüququndan
məhrum edilməsi barədə məhkəmənin
qərarının surəti;
2.3.3. uşaqların doğum haqqında
şəhadətnamələrinin surəti;
2.3.4. atanın növbəti nikaha daxil olmaması
barədə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin
arayışı;
2.4. beşdən
çox uşağı olan qadınlara müavinətin
təyin edilməsi üçün:
2.4.1. uşaqların doğum haqqında
şəhadətnamələrinin və şəxsiyyət
vəsiqələrinin surəti;
2.5. 18 yaşından yuxarı
əlilliyi olan şəxslərə əlilliyə
görə müavinətin təyin edilməsi
üçün:[29]
2.5.1. əlillik dərəcəsinin müddətini
və səbəbini müəyyən edən tibbi-sosial
ekspert komissiyasının müayinə aktından
çıxarış;
2.5.2. hərbi həkim komissiyasının
qərarının surəti;
2.6.
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlara sosial müavinətin təyin edilməsi
üçün:
2.6.1. uşağın 18 yaşınadək
sağlamlıq imkanlarının məhdudluğunun
müəyyən edilməsi barədə tibbi-sosial ekspert
komissiyasının müayinə aktından
çıxarış;
2.6.2. uşağın doğum haqqında
şəhadətnaməsinin surəti;
2.7. ailə
başçısını itirməyə görə
müavinətin təyin edilməsi üçün:
2.7.1. ailə başçısının ölüm
haqqında şəhadətnaməsinin surəti (və ya onun
xəbərsiz itkin düşməsi, yaxud ölmüş
elan edilməsi haqqında məhkəmənin qərarının
surəti);
2.7.2. vəfat etmiş şəxsin 8 yaşına
çatmamış uşaqlarına baxan və
işləməyən valideynin və ya digər qanuni
nümayəndəsinin (qəyyumu, himayəçisi)
şəxsiyyətini təsdiq edən sənədin
surəti;
2.7.3. vəfat etmiş şəxsin 18 yaşına
çatmamış (əyani təhsil alanlar təhsilini
bitirənədək, lakin 23 yaşdan çox olmamaqla)
uşaqlarının təhsil alması barədə
arayışı;
2.7.4. vəfat etmiş şəxsin 18 yaşına
çatanadək sağlamlıq imkanlarının
məhdudluğu müəyyən olunmuş 18 yaşından
yuxarı əlil uşaqlarının tibbi-sosial ekspert komissiyasının
müayinə aktından çıxarış;
2.8. şəhidin
16 yaşına (ümumtəhsil məktəblərində
təhsil alanlar 18 yaşına) çatmamış
uşaqlarına müavinətin təyin edilməsi
üçün:
2.8.1. şəhid statusunu təsdiq edən
sənədin surəti;
2.8.2. şəhidin ölüm haqqında
şəhadətnaməsinin surəti;
2.8.3. uşaqların doğum haqqında
şəhadətnamələrinin surəti;
2.8.4. ümumtəhsil məktəblərində
təhsilalma haqqında arayış;
2.9. müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularının
16 yaşına (ümumtəhsil məktəblərində
təhsil alanlar 18 yaşına) çatmamış
uşaqlarına müavinətin təyin edilməsi
üçün:
2.9.1. şəxsin müddətli həqiqi hərbi
xidmətdə olmasına dair Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət
Xidmətinin arayışı;
2.9.2. uşaqların doğum haqqında
şəhadətnamələrinin surəti;
2.9.3. ümumtəhsil məktəblərində
təhsilalma haqqında arayış;
2.10.
müharibə əlillərinin, 20 Yanvar hadisələri
zamanı əlil olanların 16 yaşına (ümumtəhsil
məktəblərində təhsil alanlar 18
yaşınadək) çatmamış uşaqlarına
müavinətin təyin edilməsi üçün:
2.10.1. şəxsin müharibə əlili və ya 20
Yanvar hadisələri zamanı əlil olmasını
təsdiq edən tibbi-sosial ekspert komissiyasının
müayinə aktından çıxarış;
2.10.2. uşaqların doğum haqqında
şəhadətnamələrinin surəti;
2.10.3. ümumtəhsil məktəblərində
təhsilalma haqqında arayış;
2.11.
Çernobıl AES qəzası nəticəsində I və
II dərəcə əlilliyi
müəyyən edilmiş, yaxud vəfat etmiş
valideynlərin uşaqlarına, Çernobıl AES
qəzası nəticələrinin aradan
qaldırılmasında iştirak edənlərin dispanser
qeydiyyatında olan uşaqlarına müavinətin təyin
edilməsi üçün:[30]
2.11.1. şəxsin Çernobıl AES qəzası
nəticəsində I və II qrup əlil olmasını
təsdiq edən tibbi-sosial ekspert komissiyasının
müayinə aktından çıxarış və ya
ölüm haqqında şəhadətnaməsinin surəti;
2.11.2. ÇernobılAES qəzası
nəticələrinin aradan qaldırılmasında iştirak
edənlərin uşaqlarının dispanser qeydiyyatında
olması barədə Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin İdarələrarası Ekspert
Şurasının rəyi;
2.11.3. uşaqların doğum haqqında
şəhadətnamələrinin surəti;
2.11.4. ümumtəhsil məktəblərində
təhsilalma haqqında arayış;
2.12.
valideynlərini itirmiş və ya valideyn himayəsindən
məhrum olmuş uşaqların qəyyumlarına
(himayəçilərinə) müavinətin təyin
edilməsi üçün:
2.12.1. valideynlərin ölüm haqqında
şəhadətnamələrinin surəti;
2.12.2. valideynlik hüququndan və ya valideyn
himayəsindən məhrumolma haqqında məhkəmənin
qərarının surəti;
2.12.3. uşağın tam dövlət
təminatında olmaması haqqında sosial xidmət
müəssisəsinin arayışı;
2.12.4. uşaqların doğum haqqında
şəhadətnamələrinin surəti;
2.12.5. qəyyumluğu (himayəçiliyi) təsdiq
edən sənəd;
2.13.
aztəminatlı ailələrin 1 yaşınadək
uşaqlarına müavinətin təyin edilməsi
üçün:
2.13.1. ünvanlı dövlət sosial yardımı
almaq hüququnun olması barədə Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət
Sosial Müdafiə Fondunun müvafiq şəhər, rayon
şöbəsinin məlumatı;
2.13.2. uşağın doğum haqqında
şəhadətnaməsinin surəti;
2.14. radiasiya
qəzası nəticəsində
zərərçəkmiş şəxslərə hər il
müalicə üçün birdəfəlik
müavinətin təyin edilməsi üçün:
2.14.1. şəxsin radiasiya (Çernobıl AES)
qəzasının ləğvində iştirak etməsini
və həmin qəzadan zərər çəkməsini
təsdiq edən əlillik haqqında tibbi-sosial ekspert
komissiyasının müayinə aktından
çıxarış;
2.14.2. Çernobıl AES qəzası
iştirakçılarının sağlamlıq imkanları
məhdud 18 yaşınadək uşağının
tibbi-sosial ekspert komissiyasının müayinə aktından
çıxarış;
2.14.3. Çernobıl AES qəzasının
ləğvində iştirak etmiş şəxslərin
qəzadan sonra doğulmuş uşaqlarının
sağlamlıq imkanlarının məhdudluğunun qəza
ilə əlaqədar olmasına dair Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin
İdarələrarası Ekspert Şurasının rəyi;
2.15.
uşağın anadan olmasına görə birdəfəlik
müavinətin təyin edilməsi üçün:
2.15.1. uşağın doğum haqqında
şəhadətnaməsinin surəti;
2.15.2. uşağın doğum haqqında
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon
(şəhər) qeydiyyat şöbəsinin
arayışı;
2.15.3. uşağın valideynlərinin məcburi
dövlət sosial sığorta ödəyicisi olmaması
barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun
şəhər, rayon şöbəsinin
arayışı;
2.16. dəfn
üçün birdəfəlik müavinətin təyin
edilməsi üçün:
2.16.1. müavinət alan şəxsin ölüm
haqqında şəhadətnaməsinin surəti;
2.16.2. dəfn müavinətinin alınması
üçün Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin
arayışı;
2.16.3. müavinət alan şəxsin dəfnini
təşkil edən şəxsin şəxsiyyət
vəsiqəsinin surəti;
2.16.4. dəfni təşkil edən şəxs
barədə yerli icra hakimiyyəti
başçısının inzibati ərazi dairələri
üzrə və ya sahə inzibati ərazi dairələri
üzrə nümayəndələrinin arayışı;
2.17. cəza
çəkməkdən azad edilmiş və sosial adaptasiyaya
ehtiyacı olan şəxslərə birdəfəlik
müavinətin təyin edilməsi üçün:
2.17.1. cəza çəkməkdən azad edilmə
barədə cəzaçəkmə müəssisəsinin
arayışı, məhkəmənin bəraətverici
əsaslarla şəxsin cinayət məsuliyyətindən
və ya cəzasının qalan hissəsini
çəkməkdən azad edilməsi barədə
qərarının surəti;
2.18.
özəlləşdirilən və idarəetməyə
verilən dövlət müəssisələrinin istehsalat
qəzası və ya peşə xəstəliyi
nəticəsində sağlamlığı pozulmuş işçisinə
və yaxud bu səbəbdən həlak olmuş
işçisinin ailə üzvlərinə və
himayəsində olan digər şəxslərə aylıq
və ya birdəfəlik müavinətin təyin edilməsi
üçün:
2.18.1. istehsalatda baş vermiş bədbəxt
hadisə haqqında qanunvericiliklə müəyyən
edilmiş formada tərtib olunmuş akt və ya peşə
xəstəliyinə dair Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi” publik hüquqi şəxsin
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika
İnstitutunun arayışı və
işəgötürən tərəfindən əməyin
mühafizəsi qaydalarına əməl
olunmadığına görə istehsalatda işçi
ilə bədbəxt hadisənin baş verməsi
barədə məhkəmənin qərarının
surəti;[31]
2.18.2. işçinin peşə əmək
qabiliyyətinin itirilmə faizi barədə tibbi-sosial ekspert
komissiyasının müayinə aktından
çıxarış;
2.18.3. aylıq ödəncin hansı tarixədək
ödənilməsini təsdiq edən sənəd;
2.18.4. həlak olmuş işçinin ailə
üzvlərinə və himayəsində olan digər
şəxslərə aylıq müavinətin təyin
edilməsi üçün işçinin ölüm
haqqında şəhadətnaməsi, habelə Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin 1121-ci
maddəsi ilə müəyyən edilən şəxs
olmasını təsdiq edən sənədlər
(şəxsin həlak olan işçi ilə qohumluğunu
təsdiq edən doğum və nikah haqqında
şəhadətnamələrinin surəti);
2.19. Ermənistan
Respublikasının müəssisələrində istehsalatda bədbəxt
hadisələr və ya peşə xəstəliyi
nəticəsində dəymiş zərərə
görə ödənc almaq hüququ olan qaçqın
statuslu zərərçəkənlərə və
ləğv edilmiş kolxoz və sovxozlarda istehsalatda bədbəxt hadisələr
nəticəsində zərərçəkənlərə
zərərə görə ödəncin əvəzinə
aylıq kompensasiyanın təyin edilməsi üçün:[32]
2.19.1. istehsalatda baş vermiş bədbəxt
hadisə haqqında qanunvericiliklə müəyyən
edilmiş formada tərtib olunmuş akt və ya
işəgötürən tərəfindən əməyin
mühafizəsi qaydalarına əməl
olunmadığına görə istehsalatda işçi
ilə bədbəxt hadisənin baş verməsi barədə
məhkəmənin qərarının surəti;
2.19.2. işçinin əlilliyinin səbəbi və
peşə əmək qabiliyyətinin itirilmə faizi
barədə tibbi-sosial ekspert komissiyasının
müayinə aktından çıxarış;
2.19.3. istehsalatda baş vermiş bədbəxt
hadisə zamanı həlak olmuş işçinin
ölüm haqqında şəhadətnaməsinin
surəti;
2.19.4. aylıq ödəncin məbləği
barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun
şəhər, rayon şöbəsinin
arayışı;
2.19.5. kompensasiya təyinatı üçün
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin 1121-ci maddəsi ilə
müəyyən edilən şəxs olmasını
təsdiq edən sənədlər (şəxsin həlak olan
işçi ilə qohumluğunu təsdiq edən doğum
və nikah haqqında şəhadətnamələrinin
surəti);
2.20. dövlət
qulluqçularına ömürlük müavinətin
təyin edilməsi üçün:
2.20.1. dövlət qulluqçusunun pensiya
yaşına çatmasına və ya əlilliyinə
görə dövlət qulluğundan könüllü
işdən çıxmasını təsdiq edən
əmək kitabçasının surəti;
2.20.2. əlilliyə və ya sağlamlıq
imkanlarının məhdudluğuna görə
könüllü işdən çıxdıqda,
dövlət qulluqçusunun əlilliyi və ya
sağlamlıq imkanlarının məhdudluğu
barədə tibbi-sosial ekspert komissiyasının
müayinə aktından çıxarış;
2.20.3. dövlət qulluqçusunun məvacibi
barədə dövlət orqanının arayışı;
2.21.
valideynlərini itirmiş və ya valideyn himayəsindən
məhrum olmuş uşaqlara kommunal, nəqliyyat və
digər xidmətlərə görə müavinətin
təyin edilməsi üçün:
2.21.1. uşağın doğum haqqında
şəhadətnaməsinin surəti;
2.21.2. valideynlik hüququndan və ya valideyn
himayəsindən məhrumolma haqqında məhkəmənin
qərarının surəti;
2.22.
müharibə veteranlarına kommunal, nəqliyyat və
digər xidmətlərə görə müavinətin
təyin edilməsi üçün: [33]
2.22.1. müharibə veteranı vəsiqəsinin
surəti;
2.22.2. əmək pensiyasına hüququnun olmaması
barədə yaşayış yeri üzrə Azərbaycan
Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon
şöbəsinin arayışı;
2.23. şəhid
ailəsinin üzvlərinə kommunal, nəqliyyat və
digər xidmətlərə görə müavinətin
təyin edilməsi üçün:
2.23.1. şəhid statusunu təsdiq edən
sənədin surəti;
2.23.2. şəhidin ölüm haqqında
şəhadətnaməsinin surəti;
2.23.3. şəhidlə qohumluğunu təsdiq edən
sənədlər (şəxsin doğum və nikah
haqqında şəhadətnamələrinin surəti);
2.23.4. əmək pensiyasına hüququnun olmaması
barədə yaşayış yeri üzrə Azərbaycan
Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon
şöbəsinin arayışı;
2.24.
müharibə əlillərinə Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün təyin edilməsi
üçün:
2.24.1. əlillik barədə tibbi-sosial ekspert komissiyasının
müayinə aktından çıxarış;
2.24.2. Böyük Vətən müharibəsi
əlillərinin və onlara bərabər tutulanların
müharibə əlilliyi vəsiqəsinin surəti;
2.25. 1941-1945-ci
illər Böyük Vətən müharibəsi
iştirakçılarına Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün təyin edilməsi
üçün:
2.25.1. Böyük Vətən müharibəsi
iştirakçısı vəsiqəsinin surəti və ya
Böyük Vətən müharibəsi
iştirakçısı olması barədə Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin rayon (şəhər)
şöbəsinin arayışı;
2.26. 20 Yanvar
hadisələri ilə əlaqədar əlil olanlara
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təyin edilməsi üçün:
2.26.1. əlillik barədə tibbi-sosial ekspert
komissiyasının müayinə aktından
çıxarış;
2.27. 20 Yanvar
şəhidinin ailə üzvlərinə Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün təyin
edilməsi üçün:
2.27.1. “20 Yanvar şəhidi” fəxri adı ilə
təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan
Respublikası Prezidentinin müvafiq Sərəncamının
surəti;
2.27.2. şəhidin ölüm haqqında
şəhadətnaməsinin surəti;
2.27.3. təqaüd almaq hüququ olan ailə
üzvləri barədə məlumat (şəxsin
şəhidlə qohumluğunu təsdiq edən doğum, nikah
və vəfat etmiş ailə üzvlərinin ölüm
haqqında şəhadətnamələrinin surəti);
2.27.4. şəhidin dul arvadının yeni nikaha daxil
olub-olmaması barədə Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat
şöbəsinin arayışı;
2.28. şəhid
ailəsinin üzvlərinə Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün təyin edilməsi
üçün:
2.28.1. şəhid statusunu təsdiq edən
sənədin surəti;
2.28.2. şəhidin ölüm haqqında
şəhadətnaməsinin surəti;
2.28.3. təqaüd almaq hüququ olan ailə
üzvləri barədə məlumat (şəxsin
şəhidlə qohumluğunu təsdiq edən doğum, nikah
və vəfat etmiş ailə üzvlərinin ölüm
haqqında şəhadətnamələrinin surəti);
2.28.4. şəhidin dul arvadının yeni nikaha daxil
olub-olmaması barədə Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat
şöbəsinin arayışı;
2.29. Azərbaycan
Respublikasının Milli Qəhrəmanı adı verilmiş
şəxslərə Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün təyin edilməsi üçün:
2.29.1. Azərbaycan Respublikasının Milli
Qəhrəmanı adı ilə təltifolunma haqqında
vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin
müvafiq Fərmanının və ya
Sərəncamının surəti;
2.29.2. Azərbaycan Respublikasının Milli
Qəhrəmanının ölüm haqqında
şəhadətnaməsinin surəti;
2.29.3. təqaüd almaq hüququ olan ailə
üzvləri barədə məlumat (şəxsin
Azərbaycan Respublikasının Milli Qəhrəmanı
ilə qohumluğunu təsdiq edən doğum, nikah və
vəfat etmiş ailə üzvlərinin ölüm haqqında
şəhadətnamələrinin surəti);
2.29.4. Azərbaycanın Milli Qəhrəmanının
dul arvadının yeni nikaha daxil olub-olmaması barədə
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon
(şəhər) qeydiyyat şöbəsinin
arayışı;
2.30. fəxri adlara
görə Azərbaycan Respublikası Prezidentinin aylıq
təqaüdünün təyin edilməsi üçün:
2.30.1. fəxri adla təltifolunma haqqında
vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin
müvafiq Fərmanının və ya
Sərəncamının surəti;
2.30.2. şəxsin
işləyib-işləməməsi barədə
arayış (işlədiyi qurumun büdcədən
maliyyələşdirilməsi göstərilməklə);
2.31. əlillik
ümumi xəstəlik, hərbi xidmət dövründə
xəstələnmə, əmək zədəsi və
peşə xəstəliyi, hərbi əməliyyatlar
keçirilən zonada olmaqla əlaqədar, Çernobıl
AES-də qəzanın ləğvi ilə əlaqədar
səbəblərdən baş verdikdə, I qrup
əlilliyə görə sosial müavinət alanlara
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təyin edilməsi üçün:
2.31.1. əlillik barədə tibbi-sosial ekspert
komissiyasının müayinə aktından
çıxarış;
2.32.
Əfqanıstanda Sovet qoşunlarının tərkibində
beynəlmiləl borcunu yerinə yetirərkən həlak
olmuş, itkin düşmüş və məhkəmə
qaydasında ölmüş elan edilmiş hərbi
qulluqçuların ailələri üçün
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təyin edilməsi üçün:
2.32.1. Əfqanıstanda Sovet qoşunlarının
tərkibində beynəlmiləl borcunu yerinə
yetirərkən həlak olması barədə Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin rayon (şəhər)
şöbəsinin arayışı;
2.32.2. Əfqanıstanda Sovet qoşunlarının
tərkibində beynəlmiləl borcunu yerinə
yetirərkən həlak olmuş hərbi qulluqçunun
ölüm haqqında şəhadətnaməsinin surəti;
2.32.3. Əfqanıstanda Sovet qoşunlarının
tərkibində beynəlmiləl borcunu yerinə
yetirərkən itkin düşmüş və
məhkəmə qaydasında ölmüş elan edilməsi
barədə məhkəmənin qərarının
surəti;
2.32.4. təqaüd almaq hüququ olan ailə
üzvləri barədə məlumat (şəxsin
Əfqanıstanda Sovet qoşunlarının tərkibində
beynəlmiləl borcunu yerinə yetirərkən həlak
olmuş, itkin düşmüş və məhkəmə
qaydasında ölmüş elan edilmiş hərbi
qulluqçu ilə qohumluğunu təsdiq edən doğum,
nikah və vəfat etmiş ailə üzvlərinin
ölüm haqqında şəhadətnamələrinin
surəti);
2.32.5. Əfqanıstanda Sovet qoşunlarının
tərkibində beynəlmiləl borcunu yerinə
yetirərkən həlak olmuş, itkin düşmüş
və məhkəmə qaydasında ölmüş elan
edilmiş hərbi qulluqçunun dul arvadının yeni nikaha
daxil olub-olmaması barədə Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat
şöbəsinin arayışı.
2.33.
müharibə veteranlarına Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün təyin edilməsi
üçün:
[34]
2.33.1.
müharibə veteranı vəsiqəsinin surəti.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
1 iyul 2016-cı il tarixli 263 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul
2016-cı il, ¹ 144,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹7, maddə 1343)
2.
28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 noyabr 2016-cı
il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹11, maddə 1977)
3.
28 dekabr 2017-ci il tarixli 607 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 30
dekabr 2017-ci il, ¹ 290,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
12, II kitab, maddə 2552)
4.
16 fevral 2018-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 17
fevral 2018-ci il, ¹ 37, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
354)
5.
13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 14
dekabr 2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹12, II kitab,
maddə 2730)
6.
29 may 2019-cu il tarixli 250 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 1
iyun 2019-cu il, ¹ 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 5, maddə 983)
7.
9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 13 iyul 2019-cu il, ¹ 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 7, maddə 1318)
8.
15 iyul 2019-cu il tarixli 307 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
18 iyul 2019-cu il, ¹ 154,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
7, maddə 1330)
9.
1 may 2020-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
5 may 2020-ci il, ¹ 87, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə 633)
10. 8 oktyabr
2020-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 10 oktyabr 2020-ci il, ¹ 208)
11.
30 noyabr 2020-ci il
tarixli 468 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, ¹
253)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 16 fevral 2018-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 17
fevral 2018-ci il, ¹ 37, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
354) ilə qərarın
adına və 1-ci hissəsinə “sənədlərin” sözündən sonra “və məlumatların”
sözləri əlavə edilmişdir.
[2] 16 fevral 2018-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 17
fevral 2018-ci il, ¹ 37, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
354) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün təqdim
edilən sənədlərin rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”n adına,
1.1-ci və 4.8-ci bəndlərinə “sənədlərin” sözündən sonra “və məlumatların”
sözləri əlavə edilmişdir.
[3] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 noyabr 2016-cı
il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹11, maddə 1977) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın 1.1-ci bənddə “Dövlət Sosial Təminat
Xidmətinin şəhər, rayon əhalinin sosial
müdafiəsi mərkəzləri (bundan sonra — Mərkəz)”
sözləri “Dövlət
Sosial Müdafiə Fondunun şəhər, rayon
şöbələri (bundan sonra — Şöbə)”
sözləri ilə əvəz edilmişdir.
28 dekabr 2017-ci il tarixli 607 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 dekabr 2017-ci il, ¹
290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 12, II kitab, maddə 2552) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın 1.1-ci bəndindən “və işsizlik müavinəti”
sözləri çıxarılmışdır.
9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 13 iyul 2019-cu il, ¹ 150, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1318) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və kompensasiyaların
təyin olunması üçün təqdim edilən
sənədlərin və məlumatların
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın 1.1-ci bəndinə “(bundan sonra – Şöbə)”
sözlərindən sonra “və
ya “DOST” mərkəzləri (bundan sonra – Mərkəz)”
sözləri əlavə edilmişdir.
1 may 2020-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 5 may 2020-ci il, ¹ 87, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə
633) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin və
məlumatların rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”nın
1.1-ci və 3.2-ci bəndlərinə “hüququ olmayan” sözlərindən sonra “(“Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü
maddəsində göstərilən hal istisna olmaqla)”
sözləri əlavə edilmişdir.
[4] 28 dekabr 2017-ci il tarixli 607 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 dekabr 2017-ci il, ¹
290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 12, II kitab, maddə 2552) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın 1.2-ci bəndi ləğv
edilmişdir.
[5] 13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 14
dekabr 2018-ci il, ¹ 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹12, II kitab,
maddə 2730) ilə “Sosial müavinətlərin,
təqaüdlərin və kompensasiyaların təyin
olunması üçün təqdim edilən
sənədlərin və məlumatların rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”na yeni
məzmunda 1.5-ci bənd əlavə edilmişdir.
9 iyul 2019-cu
il tarixli 295
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 13 iyul 2019-cu il, ¹ 150, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1318) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin və
məlumatların rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”nın
1.5-ci bəndinə, 2.1.1-ci yarımbəndinə, 3.1-ci, 4.2-ci,
4.6-cı və 7.1-ci bəndlərinə ismin müvafiq
hallarında “Şöbə”
sözündən sonra ismin müvafiq hallarında “və ya Mərkəz”
sözləri əlavə edilmişdir.
[6] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 noyabr 2016-cı
il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹11, maddə 1977) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın 2.1.1-ci
yarımbənddə, 3.1-ci, 4.1–4.3-cü, 4.6-cı, 5.1-ci
(hər dörd halda), 5.2-ci (hər iki halda), 5.4-cü, 6.2-ci
(hər iki halda), 6.3-cü (hər beş halda), 6.4-cü
(hər iki halda), 6.5-ci (hər iki halda), 6.7-ci, 7.1-ci, 7.2-ci,
7.4-cü, 7.6-cı (hər üç halda), 7.8-ci, 7.10-cu,
7.11-ci, 7.13-cü bəndlərdə ismin müvafiq
hallarında “Mərkəz”
sözü ismin müvafiq hallarında “Şöbə” sözü ilə əvəz
edilmişdir.
[7] 8 oktyabr 2020-ci il tarixli 381
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 10 oktyabr 2020-ci il, ¹ 208) ilə “Sosial müavinətlərin,
təqaüdlərin və kompensasiyaların təyin
olunması üçün təqdim edilən
sənədlərin və məlumatların
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın 2.1.2-ci
yarımbəndində “qocalar
və əlil evləri, sağlamlıq imkanları məhdud
uşaqlar üçün internat evləri” sözləri
“ahıllar və əlilliyi olan
şəxslər, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar
üçün sosial xidmət müəssisələri”
sözləri ilə əvəz edilmişdir.
[8] 8 oktyabr 2020-ci il tarixli 381
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 10 oktyabr 2020-ci il, ¹ 208) ilə “Sosial müavinətlərin,
təqaüdlərin və kompensasiyaların təyin
olunması üçün təqdim edilən
sənədlərin və məlumatların
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın 3.2-ci və 4.4-cü
bəndlərində “müharibə
əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil
olanların, Çernobıl AES qəzası
nəticəsində I və II qrup əlil olmuş”
sözləri “müharibə
və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə
əlaqədar əlilliyi olan şəxslərin,
Çernobıl AES qəzası nəticəsində I və
II dərəcə əlilliyi müəyyən edilmiş”
sözləri ilə əvəz edilmişdir.
[9] 1 iyul 2016-cı il
tarixli 263 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul
2016-cı il, ¹ 144, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹7,
maddə 1343) ilə “Sosial müavinətlərin,
təqaüdlərin və kompensasiyaların təyin
olunması üçün təqdim edilən
sənədlərin rəsmiləşdirilməsi, baxılması
və saxlanılması Qaydaları”nın 4.7-ci bənddə
“Dövlət Sosial
Müdafiə Fondunun rayon (şəhər)
şöbəsinə” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli
orqanına” sözləri ilə əvəz edilmişdir.
28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 noyabr 2016-cı
il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹11, maddə 1977) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın 4.7-ci bənddə “Mərkəzə və
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondunun yerli orqanına” sözləri “Şöbəyə”
sözü ilə əvəz edilmişdir.
8 oktyabr 2020-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 10 oktyabr 2020-ci il, ¹ 208) ilə “Sosial müavinətlərin,
təqaüdlərin və kompensasiyaların təyin
olunması üçün təqdim edilən
sənədlərin və məlumatların
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın 4.7-ci bəndində “və ya” sözləri “, o cümlədən”
sözləri ilə əvəz edilmişdir.
[10] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 noyabr 2016-cı
il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹11, maddə 1977) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın 5.2-ci bəndin ikinci
cümləsində “Dövlət
Sosial Təminat Xidməti” sözləri “Dövlət Sosial Müdafiə Fondu” sözləri
ilə əvəz edilmişdir.
[11] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 noyabr 2016-cı
il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹11, maddə 1977) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın 6.1-ci bəndi yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
6.1. Yaşayış yerini
dəyişməklə və ya pensiya təyin olunmaqla
əlaqədar müavinət, təqaüd və kompensasiya
işinin qeydiyyatdan çıxarılması yeni yaşayış
yeri üzrə Mərkəzin və yaxud pensiya təyin
edən orqanın sorğusu əsasında aparılır.
[12] 1 iyul 2016-cı il
tarixli 263 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul
2016-cı il, ¹ 144, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹7,
maddə 1343) ilə “Sosial müavinətlərin,
təqaüdlərin və kompensasiyaların təyin
olunması üçün təqdim edilən
sənədlərin rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”nın
6.6-cı bənddə “Dövlət
Sosial Müdafiə Fondunun rayon (şəhər)
şöbələrinə” sözləri “Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondunun yerli orqanlarına” sözləri
ilə əvəz edilmişdir.
28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 noyabr 2016-cı
il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹11, maddə 1977) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın 6.6-cı bəndi
yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
6.6. Müavinət təyin
olunmuş şəxsə pensiya təyin olunduqda, iş
üzrə ödəniş pensiya təyin edildiyi
gündən dayandırılır və müavinət
işi qeydiyyatdan çıxarılaraq müavinətdən
tutulmalar olduqda, tutulmalara dair icra vərəqələri
ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli
orqanlarına göndərilir. Sənədlərin
surəti və göndərilmə qəbzi
Mərkəzdə saxlanılır. İcra
vərəqələrinin göndərilməsi haqqında
icra qurumunun rəhbərinə və icra sənədini
vermiş məhkəməyə və ya digər orqana məlumat
verilir.
[13] 1 iyul 2016-cı il
tarixli 263 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul
2016-cı il, ¹ 144, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹7,
maddə 1343) ilə “Sosial müavinətlərin,
təqaüdlərin və kompensasiyaların təyin
olunması üçün təqdim edilən
sənədlərin rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”nın
6.9-cu bəndin birinci cümləsində “Dövlət Sosial Müdafiə Fondunun orqanlarından”
sözləri “Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarından”
sözləri ilə əvəz edilmişdir.
28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 noyabr 2016-cı
il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹11, maddə 1977) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın 6.9-cu bənddə “Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Sosial Müdafiə Fondunun yerli
orqanlarından və digər Mərkəzlərdən tələb
edilməsi haqqında daxil olan sorğular, göndərilən
müavinət, təqaüd və kompensasiya işlərinin
qeydiyyatı Mərkəzin” sözləri “digər Şöbələrdən tələb
edilməsi haqqında daxil olan sorğular, göndərilən
müavinət, təqaüd və kompensasiya işlərinin
qeydiyyatı Şöbənin” sözləri ilə
əvəz edilmişdir.
[14] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 noyabr 2016-cı
il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹11, maddə 1977) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın 7.9-cu bənddə “Dövlət Sosial Təminat
Xidmətinə” sözləri “Dövlət Sosial Müdafiə Fonduna”
sözləri ilə əvəz edilmişdir.
[15] 8 oktyabr 2020-ci il tarixli 381
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
10 oktyabr 2020-ci il, ¹ 208) ilə
“Sosial müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin və
məlumatların rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”nın
7.13.1-ci yarımbəndinə “yaşa,”
sözündən sonra “18
yaşından yuxarı əlilliyi olan şəxslərə”
sözləri əlavə edilmişdir.
[16] 16 fevral 2018-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 17
fevral 2018-ci il, ¹ 37, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
354) ilə Qaydalara
1-7 nömrəli əlavələrin yuxarı sağ
küncünə “sənədlərin”
sözündən sonra “və
məlumatların” sözləri əlavə edilmişdir.
[17] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 noyabr 2016-cı
il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹11, maddə 1977) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”na 1 nömrəli
əlavə – “Ərizə” formasına “Azərbaycan Respublikasının”
sözlərindən sonra “Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondunun” sözləri
əlavə edilmişdir və həmin formada “(şəhər, rayon əhalinin
sosial müdafiəsi mərkəzinə)” sözləri “(şəhər, rayon
şöbəsinə)” sözləri ilə, “Mərkəzə” sözü
“Şöbəyə”
sözü ilə əvəz edilmişdir.
[18] 16 fevral 2018-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 17
fevral 2018-ci il, ¹ 37, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
354) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün təqdim
edilən sənədlərin rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”na 1
nömrəli əlavəyə “sənədləri”
sözündən sonra “və
məlumatları (ailə üzvlərinin şəxsiyyət
vəsiqəsinin, doğum haqqında akt qeydinin nömrəsi,
tarixi və qeydiyyata alındığı orqanın adı)”
sözləri əlavə edilmişdir.
[19] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 noyabr 2016-cı
il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹11, maddə 1977) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”na 4 nömrəli
əlavədə “ƏSMM-in
direktoru” sözləri “DSMF-nin
şəhər, rayon şöbəsinin müdiri” sözləri ilə əvəz
edilmişdir.
28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 noyabr 2016-cı
il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹11, maddə 1977) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”na 4 və 5 nömrəli
əlavələrdə “ƏSMM-in”
sözü “DSMF-nin
şəhər, rayon şöbəsinin” sözləri
ilə, “Direktor” sözü
“Şöbə müdiri”
sözləri ilə əvəz
edilmişdir.
[20] 28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 noyabr 2016-cı
il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹11, maddə 1977) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”na 6 nömrəli
əlavədə “Əhalinin
sosial müdafiəsi mərkəzinin” sözləri “Şəhər, rayon
şöbəsinin” sözləri ilə, “şəhər, rayon əhalinin sosial müdafiəsi
mərkəzi” sözləri “şəhər,
rayon şöbəsi” sözləri ilə, “Direktorun” sözü “Şöbə müdirinin”
sözləri ilə əvəz edilmişdir.
[21] 16 fevral 2018-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 17
fevral 2018-ci il, ¹ 37, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
354) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”na 7 nömrəli əlavə -
“Müavinət, təqaüd və kompensasiyanın təyin
edilməsi üçün tələb olunan
sənədlərin siyahısı”nın 2.1.2-ci, 2.2.2-ci,
2.2.3-cü, 2.3.3-cü, 2.3.4-cü, 2.5.1-ci, 2.7.2-ci, 2.7.3-cü,
2.7.4-cü, 2.8.2-ci, 2.8.3-cü, 2.8.4-cü, 2.11.1-ci,
2.11.3-cü, 2.11.4-cü, 2.12.1-ci, 2.12.3-cü, 2.12.4-cü,
2.14.1-ci, 2.14.2-ci, 2.16.1-ci, 2.16.2-ci, 2.16.3-cü, 2.18.2-ci,
2.18.4-cü, 2.19.2-ci, 2.19.3-cü, 2.19.4-cü, 2.19.5-ci,
2.20.1-ci, 2.20.2-ci, 2.21.1-ci, 2.22.2-ci, 2.23.2-ci, 2.23.3-cü,
2.23.4-cü, 2.24.1-ci, 2.27.2-ci, 2.27.3-cü, 2.27.4-cü,
2.28.2-ci, 2.28.3-cü, 2.28.4-cü, 2.29.2-ci, 2.29.3-cü,
2.29.4-cü, 2.30.2-ci, 2.32.2-ci, 2.32.4-cü və 2.32.5-ci
yarımbəndləri ləğv edilmişdir.
[22] 16 fevral 2018-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 17
fevral 2018-ci il, ¹ 37, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
354) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və saxlanılması
Qaydaları”na 7 nömrəli əlavə - “Müavinət,
təqaüd və kompensasiyanın təyin edilməsi
üçün tələb olunan sənədlərin
siyahısı”nda 1-ci hissəyə “sənədlər” sözündən sonra “və məlumatlar”
sözləri əlavə edilmişdir.
[23] 16 fevral 2018-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 17
fevral 2018-ci il, ¹ 37, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
354) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və saxlanılması
Qaydaları”na 7 nömrəli əlavə - “Müavinət,
təqaüd və kompensasiyanın təyin edilməsi
üçün tələb olunan sənədlərin
siyahısı”nda 1.1-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
1.1. müavinət, təqaüd və
kompensasiyanın təyin olunması üçün
şəxsin yaşını, yaşayış yerini və
ailə vəziyyətini təsdiq edən sənədlər
(şəxsiyyət vəsiqəsinin surəti, doğum
haqqında şəhadətnamənin surəti, ailə
tərkibi haqqında yerli icra hakimiyyəti
başçısının inzibati ərazi dairələri
üzrə və ya sahə inzibati ərazi dairələri
üzrə nümayəndələrinin arayışı);
[24] 1 iyul 2016-cı il
tarixli 263 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul
2016-cı il, ¹ 144, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹7,
maddə 1343) ilə “Sosial müavinətlərin,
təqaüdlərin və kompensasiyaların təyin
olunması üçün təqdim edilən
sənədlərin rəsmiləşdirilməsi, baxılması
və saxlanılması Qaydaları”nın 7 nömrəli
əlavə - “Müavinət, təqaüd və
kompensasiyanın təyin edilməsi üçün
tələb olunan sənədlərin siyahısı”nın
1.2-ci bəndində, 2.15.3-cü, 2.19.4-cü, 2.22.2-ci və
2.23.4-cü yarımbəndlərində “Dövlət Sosial Müdafiə Fondunun rayon
(şəhər) şöbəsinin” sözləri “Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondunun yerli orqanlarının” sözləri
ilə əvəz edilmişdir.
28 noyabr 2016-cı il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 noyabr 2016-cı
il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹11, maddə 1977) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”na 7 nömrəli
əlavə - “Müavinət, təqaüd və
kompensasiyanın təyin edilməsi üçün
tələb olunan sənədlərin siyahısı”nın
1.2-ci bəndində, 2.15.3-cü, 2.19.4-cü, 2.22.2-ci və
2.23.4-cü yarımbəndlərində “yerli orqanlarının” sözləri “şəhər, rayon
şöbəsinin” sözləri ilə, 2.13.1-ci
yarımbəndində “Dövlət
Sosial Təminat Xidmətinin müvafiq şəhər, rayon
əhalinin sosial müdafiəsi mərkəzinin”
sözləri “Dövlət
Sosial Müdafiə Fondunun müvafiq şəhər, rayon
şöbəsinin” sözləri ilə əvəz
edilmişdir.
[25] 16 fevral 2018-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 17
fevral 2018-ci il, ¹ 37, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
354) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və saxlanılması
Qaydaları”na 7 nömrəli əlavə - “Müavinət,
təqaüd və kompensasiyanın təyin edilməsi
üçün tələb olunan sənədlərin
siyahısı”ndan 1.2-ci, 1.3-cü, 2.4-cü, 2.6-cı, 2.9-cu,
2.10-cu, 2.13-cü, 2.15-ci, 2.26-cı və 2.31-ci bəndləri
ləğv edilmişdir.
[26] 15 iyul 2019-cu
il tarixli 307
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 18 iyul 2019-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1330) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin və
məlumatların rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”na 7
nömrəli əlavə - “Müavinət, təqaüd
və kompensasiyanın təyin edilməsi üçün
tələb olunan sənədlərin siyahısı”nın
1.4-cü bəndinin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda 1.4-1-ci bənd əlavə
edilmişdir.
[27] 16 fevral 2018-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 17
fevral 2018-ci il, ¹ 37, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
354) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün təqdim
edilən sənədlərin rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”na 7
nömrəli əlavə - “Müavinət, təqaüd
və kompensasiyanın təyin edilməsi üçün
tələb olunan sənədlərin siyahısı”na yeni
məzmunda 1.5-ci bənd əlavə edilmişdir.
[28] 16 fevral 2018-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 17
fevral 2018-ci il, ¹ 37, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
354) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin
rəsmiləşdirilməsi, baxılması və saxlanılması
Qaydaları”na 7 nömrəli əlavə - “Müavinət,
təqaüd və kompensasiyanın təyin edilməsi
üçün tələb olunan sənədlərin
siyahısı”nın 2-ci hissəsində “sənədlər də” sözləri “sənədlər və
məlumatlar da” sözləri ilə əvəz
edilmişdir.
[29] 8 oktyabr 2020-ci il tarixli 381
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 10 oktyabr 2020-ci il, ¹ 208) ilə “Müavinət, təqaüd
və kompensasiyanın təyin edilməsi üçün
tələb olunan sənədlərin siyahısı”nın
2.5-ci bəndinə “əlilliyə”
sözündən əvvəl “18
yaşından yuxarı əlilliyi olan şəxslərə”
sözləri əlavə edilmişdir.
[30] 8 oktyabr 2020-ci il tarixli 381
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 10 oktyabr 2020-ci il, ¹ 208) ilə “Müavinət, təqaüd
və kompensasiyanın təyin edilməsi üçün
tələb olunan sənədlərin siyahısı”nın
2.11-ci bəndində “qrup
əlil olmuş” sözləri “dərəcə əlilliyi müəyyən edilmiş”
sözləri ilə əvəz edilmişdir.
[31] 30 noyabr 2020-ci il tarixli 468
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 3 dekabr 2020-ci il, ¹ 253) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin və
məlumatların rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”na 7
nömrəli əlavə - “Müavinət, təqaüd
və kompensasiyanın təyin edilməsi üçün
tələb olunan sənədlərin siyahısı”nın
2.18.1-ci yarımbəndində “Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin Milli Elmi Tədqiqat”
sözləri “Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi
şəxsin V.Y.Axundov adına Elmi-Tədqiqat”
sözləri ilə əvəz edilmişdir.
[32] 8 oktyabr 2020-ci il tarixli 381
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 10 oktyabr 2020-ci il, ¹ 208) ilə “Müavinət, təqaüd
və kompensasiyanın təyin edilməsi üçün
tələb olunan sənədlərin siyahısı”nın
2.19-cu bəndində (hər iki halda) “əmək xəsarəti” sözləri “istehsalatda bədbəxt
hadisələr” sözləri ilə əvəz edilmişdir.
[33] 29 may 2019-cu il tarixli 250
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 1 iyun 2019-cu il, ¹
119, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə
983) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin və
məlumatların rəsmiləşdirilməsi, baxılması
və saxlanılması Qaydaları”nın 2.22-ci və
2.24-cü bəndlər ləğv edilmişdir.
[34] 29 may 2019-cu il tarixli 250
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 1 iyun 2019-cu il, ¹
119, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə
983) ilə “Sosial
müavinətlərin, təqaüdlərin və
kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin və
məlumatların rəsmiləşdirilməsi, baxılması
və saxlanılması Qaydaları”na yeni məzmunda
2.33-cü bənd əlavə edilmişdir.