AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASI

 

Q Ə R A R

 

Q/11-15

 

Bakı şəhəri, 30 oktyabr 2015-ci il

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2011-ci il 22 dekabr tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin 16-cı bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyası QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2011-ci il 22 dekabr tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissənin 12-ci bəndində məbləğlərini, sözündən sonra sənədli sözü əlavə edilsin;

1.2. 81-ci hissəsinin ikinci abzasında emissiya və qeyri emissiya sözləri sənədli sözü ilə əvəz edilsin və həmin abzasdan (orderlər, veksellər, çeklər, istiqrazlar, səhmlər, əmtəə kağızları və sair) sözləri çıxarılsın;

1.3. 10-cu fəsil üzrə:

1.3.1. adında məbləğlərinin, sözündən sonra sənədli sözü əlavə edilsin;

1.3.2. 135-ci hissənin birinci və ikinci abzaslarında məbləğlərini və sözlərindən sonra sənədli sözü əlavə edilsin;

1.3.3. 136-cı hissənin birinci abzasında məbləğlərini və sözlərindən və məbləğləri və ya sözlərindən sonra, ikinci abzasında (pul məbləğlərini, sözlərindən sonra sənədli sözü əlavə edilsin;

1.3.4. 137-ci hissənin birinci abzasında məbləğləri və ya sözlərindən sonra sənədli sözü əlavə edilsin;

1.3.5. 138-ci hissənin birinci abzasında məbləğlərinin və sözlərindən və məbləğini və ya sözlərindən sonra, ikinci abzasında pulun və ya sözlərindən sonra sənədli sözü əlavə edilsin;

1.3.6. 140-cı hissədə məbləğlərinin və sözlərindən sonra sənədli sözü əlavə edilsin;

1.3.7. 141-ci hissənin dördüncü abzasında məbləğləri və ya sözlərindən sonra sənədli sözü əlavə edilsin.

2. Hüquqi təminat idarəsinin rəisi bu Qərarın üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

 

 

Kollegiyanın sədri,

Nazir Elmar Məmmədyarov