Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, 9, maddə 564; 2001, 5, maddə 298, 11, maddələr 676, 698; 2002, 1, maddə 9, 8, maddə 463; 2003, 8, maddə 424; 2004, 2, maddə 57, 11, maddə 901; 2005, 4, maddə 277, 10, maddə 874, 11, maddə 993; 2006, 12, maddə 1027; 2007, 6, maddə 560, 11, maddələr 1053, 1091; 2008, 2, maddə 49, 6, maddələr 453, 463, 7, maddə 602; 2009, 2, maddə 47, 4, maddə 210, 12, maddə 948; 2010, 7, maddə 598; 2011, 2, maddə 71, 4, maddə 255, 6, maddə 469, 12, maddə 1097; 2012, 5, maddə 402, 7, maddə 671; 2013, 4, maddələr 362, 363, 7, maddə 795, 11, maddələr 1295, 1298; 2014, 4, maddələr 343, 346, 5, maddə 467, 11, maddə 1352; 2015, 1, maddə 2, 2, maddələr 76, 79, 105, 5, maddə 502, 6, maddə 686) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddəyə aşağıdakı məzmunda 53-cü bənd əlavə edilsin:

53) texnoloji nəqliyyat vasitəsi - küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, sənaye sahələrində müvafiq texnoloji proseslərin həyata keçirilməsi zamanı istifadə edilən, xüsusi texnoloji qurğu və avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitəsidir..

2. 27-ci maddənin II hissəsində:

2.1. 3-cü bənddə digər sözü , siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sözləri ilə əvəz edilsin;

2.2. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:

4) texnoloji nəqliyyat vasitələrinin, habelə bu maddənin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2015-ci il

1341-IVQD