Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 9, maddə 577; 2002, 5, maddə 240; 2003, 12, I kitab, maddə 697; 2007, 6, maddə 560, 10, maddə 938; 2008, 7, maddə 602; 2012, 4, maddə 281; 2014, 11, maddə 1372) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.4-cü maddənin üçüncü cümləsinə hökmü sözündən sonra , qətnaməsi və ya digər yekun qərarı sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 21.1-1-ci maddə əlavə edilsin:

21.1-1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən məcburi müalicə təyin edilir..

3. 21.2-1-ci maddəyə Cinayət sözündən sonra və ya inzibati həbs nəzərdə tutan inzibati xəta sözləri əlavə edilsin.

4. 22.1-ci maddəyə cinayətlərin sözündən sonra , inzibati xətaların sözləri əlavə edilsin.

5. 23.2-ci maddənin birinci cümləsində və cəzaları icra edən müəssisələrdə sözləri , cəzaları icra edən müəssisələrdə və inzibati həbs yerlərində sözləri ilə əvəz edilsin.

6. 23.3-cü maddədə və cəzaları icra edən müəssisələrin sözləri , cəzaları icra edən müəssisələrin və inzibati həbs yerlərinin sözləri ilə əvəz edilsin və məhkum edilmiş sözlərindən sonra və barəsində inzibati həbs tənbeh növü tətbiq edilmiş sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 oktyabr 2015-ci il

1365-IVQD