İcra haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

İcra haqqında Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, 3, maddə 114; 2003, 6, maddə 277; 2004, 8, maddə 598, 11, maddə 901, 12, maddə 973; 2007, 1, maddə 3, 6, maddə 562, 11, maddə 1053; 2008, 6, maddə 462, 7, maddə 602; 2009, 12, maddə 952; 2010, 2, maddə 75, 7 maddə 591; 2011, 7, maddə 618; 2012, 11, maddə 1052; 2013, 6, maddə 613, 7, maddə 787, 12, maddə 1494) 84-1.1-ci maddəsində Məhkəmə qərarları sözlərindən sonra , əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2015-ci il

1385-IVQD