Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının 2-ci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təklifini və Azərbaycan Milli Elmlər Akademiyasının rəyini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 8, maddə 555; 2005, 11, maddə 1065; 2006, 12, maddə 1161; 2007, 7, maddələr 737, 738; 2008, 1, maddə 36, 2, maddə 104, 6, maddələr 582, 584, 586, 7, maddələr 680, 681, 682; 2009, 7, maddə 609, 10, maddə 848; 2010, 6, maddə 566, 7, maddə 704, 8, maddə 760; 2012, 3, maddə 264, 6, maddə 636; 2013, 3, maddə 338, 4, maddə 440, 6, maddə 727, 10, maddələr 1201, 1213; 2014, 1, maddə 57, 5, maddə 586, 7, maddə 911) ilə təsdiq edilmiş 1 nömrəli əlavə Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısının Arxeoloji abidələr bölməsinə aşağıdakı məzmunda 65-1-ci bənd əlavə edilsin:

65-1. Muğan Babazanlı yaşayış yeri, e.ə. I minillik, Salyan şəhərinin yaxınlığında.

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısından 115, 456, 1672 inventar nömrəli obyektlər çıxarılsın.

3. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə Yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısından 2875, 2876, 2878, 2886, 2887, 2900, 2916, 2917, 2919, 2920, 2921, 2922, 2929, 2930, 2931, 2954, 2955, 2956, 2957, 2958, 2959, 2960, 2961, 2962, 2963, 2964, 2965, 2966, 2967, 2968, 2969, 2970, 2971, 2972, 2973, 2974, 2975, 2990, 2998, 2999, 3000, 3004, 3005, 3020, 3046, 3047, 3048, 3049 3051, 3052, 3053, 3054, 3055, 3056, 3057, 3058, 3059, 3060, 3089, 3110, 3112, 3114, 3116, 3117, 3119, 3128, 3129, 3130, 3132, 3133, 3140, 3141, 3142, 3144, 3164, 3281, 3307, 3312, 3316, 3318, 3343, 3346, 3381, 3385, 3395, 3429, 3442, 3461, 3500, 3501, 3512, 3524, 3525, 3527, 3528, 3548, 3549, 3550, 3571, 3573, 3576, 3580, 3585, 3586, 3587, 3589, 3590, 3592, 3593, 3604, 3610, 3611, 3612, 3613, 3615, 3621, 3622, 3623, 3624, 3625, 3626, 3630, 3631, 3635, 3636, 3649, 3650, 3652, 3653, 3655, 3656, 3658, 3661, 3662, 3663, 3665, 3666, 3668, 3674, 3676, 3695, 3698, 3699, 3701, 3702, 3703, 3708, 3709, 3710, 3712, 3714, 3716, 3719, 3721, 3723, 3726, 3727, 3744, 3745, 3751, 3752, 3758, 3759, 3760, 3761, 3762, 3763, 3764 və 3765 inventar nömrəli obyektlər çıxarılsın.

4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi əlaqədar təşkilatlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub EYYUBOV

 

Bakı şəhəri, 23 iyul 2015-ci il

269