Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsinin
QƏRAR
09-q
Bakı
şəhəri
29
sentyabr 2015
“Qiymətli kağızlar bazarında
sui-istifadələrin qarşısının alınması
haqqında Qaydalar”ın təsdiq edilməsi barədə
“Qiymətli
kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli
Qanununun tətbiqi barədə Azərbaycan Respublikası
Prezidentinin 2015-ci
il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci
bəndinin icrası məqsədi ilə və Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci
bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
(QKDK)
Q Ə R A R A A L I R:
1.
“Qiymətli kağızlar bazarında
sui-istifadələrin qarşısının alınması
haqqında Qaydalar” təsdiq edilsin
(Əlavə olunur).
2.
Hüquq şöbəsinə (K.Babayev)
tapşırılsın ki, bu Qərarın 3 gün
müddətində Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsi
üçün Ədliyyə Nazirliyinə təqdim
edilməsini təmin etsin.
3.
Tədavülün tənzimlənməsi
şöbəsinə (A.Xudaverdiyev) tapşırılsın
ki, bu Qərardan irəli gələn məsələləri
həll etsin.
4.
Ümumi şöbəyə (E.İsayev)
tapşırılsın ki, QKDK-nın aparatının və
QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə
İdarəsinin bu Qərarla tanış olmalarını
təmin etsin.
5.
“Qiymətli kağızlar
bazarında sui-istifadələrin qarşısının
alınmasına dair Qaydalar”ın təsdiq olunması
haqqında” 2012-ci
il 14 dekabr tarixli 19 nömrəli Qərarın birinci
hissəsi ləğv edilsin.
6.
Bu Qərarın icrasına nəzarət sədr
müavini İ.Muradova həvalə edilsin.
Sədr Rüfət Aslanlı
|
“Təsdiq edilmişdir” Azərbaycan
Respublikasının Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi Qərar ¹ 09-q “29”
“sentyabr” 2015-ci il Sədr ______________________ R. Aslanlı |
Qiymətli kağızlar bazarında
sui-istifadələrin qarşısının alınması
haqqında
Qaydalar
1. Ümumi
müddəalar
1.1. Bu Qaydalar “Qiymətli kağızlar
bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun
(bundan sonra - Qanun) 78.5-ci, 80.8-ci, 81.6-cı, 82.1-ci və
82.3-cü maddələrinə uyğun olaraq
hazırlanmışdır.
1.2. Bu Qaydalar qiymətli
kağızlar bazarında sui-istifadələrin
müəyyən edilməsi və qarşısının
alınması qaydasını, insayd
məlumatın açıqlanmasını və təqdim
edilməsini, insayder siyahısının tərtib
edilməsinə dair tələbləri, insayderlərin qiymətli kağızları kütləvi
təklif edilmiş və tənzimlənən bazarda
ticarətə buraxılmış aid olduğu emitentlərin (bundan
sonra - emitent) səhmləri ilə və
ya baza aktivinin həmin səhmlərdən ibarət olan
törəmə maliyyə alətləri ilə
bağladığı əqdlər barədə məlumatın açıqlanması və insayder tərəfindən bağlanmış
əqdlər haqqında məlumatın təqdim edilməsi
qaydalarını müəyyən
edir.
1.3. Bu Qaydalar aşağıdakılara
şamil edilmir:
1.3.1. Azərbaycan Respublikasının
Mərkəzi Bankının və ya digər dövlət
orqanlarının pul, dövlət borc və valyuta tənzimi
siyasətinin həyata keçirilməsi məqsədi ilə
keçirdiyi əməliyyatlara;
1.3.2. Qanunun 12-ci maddəsinə və
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – Məcəllə) 105-1-ci maddəsinə uyğun
olaraq qiymətli kağızların qiymətinin sabitləşdirilməsi
və emitent tərəfindən qiymətli
kağızların geri alınması üzrə
keçirilən əməliyyatlara.
1.4. Bu Qaydalarda istifadə olunan əsas
anlayışlar:
1.4.1. qiymətli kağızlar
bazarında sui-istifadə - insayd məlumatın istifadəsi
ilə qiymətli kağızlar bazarında əqdlərin
bağlanması və manipulyasiyalardır.
1.4.2. insayd məlumat -
açıqlanmamış, birbaşa və ya dolayı yolla
bir və ya bir neçə emitentə, qiymətli
kağıza və ya törəmə maliyyə
alətinə aid olan və açıqlandığı
təqdirdə qiymətli kağızların və ya
törəmə maliyyə alətlərinin qiymətinə
əhəmiyyətli dərəcədə təsir edə
biləcək dəqiq xarakterli məlumatdır;
1.4.3. İnsayderlərə
aşağıdakı şəxslər aid edilir:
1.4.3.1. emitentin orqanlarının və
audit komitəsinin üzvləri;
1.4.3.2. benefisiarlar;
1.4.3.3. insayd məlumatı tutduğu
vəzifəyə, müqaviləyə əsasən yaxud
emitent və ya digər insayder tərəfindən müvafiq
hüququn verilməsi nəticəsində əldə
etmək imkanı olan şəxs;
1.4.3.4. emitentin icra orqanının
səlahiyyətlərini müqaviləyə əsasən
həyata keçirən şəxs;
1.4.3.5. emitentin nizamnamə kapitalının 10 və ya daha
çox faizini təşkil edən paya birbaşa və ya
dolayı yolla malik olan şəxs;
1.4.3.6. insayd məlumatı qeyri-qanuni
yolla əldə etmiş şəxs;
1.4.3.7. insayd məlumatı
müqavilə əsasında, yaxud emitent və ya digər
insayder tərəfindən müvafiq hüququn verilməsi
nəticəsində əldə etmək imkanı olan
şəxs;
1.4.3.8. bu Qaydaların 1.4.3.4-cü və
1.4.3.5-ci yarımbəndlərində göstərilən
şəxslər hüquqi səxs olduqda, onun hesabına
əqdin bağlanması qərarının verilməsində
iştirak edən şəxs;
1.4.3.9. bu Qaydaların 1.4.3.1-ci və
1.4.3.5-ci yarımbəndlərində
göstərilən şəxslərin yaxın qohumları
(əri (arvadı), valideynləri, o cümlədən
ərinin, arvadının valideynləri, babaları və
nənələri, övladları, övladlığa
götürənləri, qardaşları və
bacıları).
2. İnsayd məlumatın
açıqlanması
2.1. Emitentlər onlara məxsus
insayd məlumatların həmin məlumatlar
yarandığı andan dərhal “Azərbaycan
Respublikasının qiymətli kağızlar bazarında
Məlumatların Elektron Açıqlanması Sistemi”ndə
və öz internet səhifəsində (olduqda) açıqlanmasını
təmin edir.
2.2. İnsayd məlumat bu Qaydaların
2.1-ci bəndində göstərilən qaydada açıqlandıqdan
sonra emitent tərəfindən digər kütləvi
informasiya vasitələrində açıqlana bilər.
2.3.
Açıqlanan insayd məlumatda aşağıdakılar
əks edilir:
2.3.1.
açıqlamanın tarixi və nömrəsi;
2.3.2. “İnsayd
məlumatın açıqlanması” qeydi;
2.3.3.
açıqlanan insayd məlumatın başlığı;
2.3.4. insayd
məlumatın məzmunu;
2.3.5. emitent
haqqında məlumat (tam adı, hüquqi və faktiki
ünvanı, veb saytının və elektron poçtunun
ünvanı, əlaqə nömrələri).
2.4. Emitent tərəfindən
açıqlanan məlumat dəqiq və səlis ifadə
olunmalıdır. Natamam, qeyri-dəqiq, təhrif edilmiş
və ikimənalı məlumatın açıqlanmasına
yol verilməməlidir.
2.5. Emitent insayd
məlumatın açıqlanmasına,
açıqlanmış məlumatların
tamlığına və dürüstlüyünə
görə məsuliyyət daşıyır.
2.6. Açıqlanmış
məlumatda dəyişikliklər baş verdikdə, emitent
dərhal ilkin məlumatın açıqlandığı
mənbələrdə bu barədə məlumatın
açıqlanmasını təmin edir.
2.7. Emitent insayd məlumatların
qorunması, açıqlanması və əldə
edilməsinə dair daxili qaydaları qəbul edir.
2.8. İnvestisiya
şirkəti Azərbaycan Respublikasının Qanunları
ilə nəzərdə tutulmuş hallar istisna olmaqla,
müştəri tərəfindən ona təqdim edilmiş
və ya icra prosesində olan sifariş haqqında məlumatları
digər şəxslərə təqdim etməməlidir.
2.9. İnvestisiya
şirkəti müştəri tərəfindən ona
təqdim edilmiş sifarişdə olan məlumatları öz
maraqları üçün istifadə etməməlidir.
2.10. Emitent insayd
məlumatın açıqlanmasını marketinq
fəaliyyəti ilə əlaqələndirə bilməz.
3. İnsayd
məlumatın açıqlanmasının təxirə
salınması
3.1. Emitent öz qanuni maraqlarının
qorunmasını və mümkün olan zərərin
qarşısının alınması üçün
məsuliyyəti öz üzərinə
götürməklə, insayd məlumatın açıqlanmasını
çaşqınlıq yaratmamaq və həmin
məlumatın konfidensiallığını təmin
etmək şərti ilə aşağıdakı hallarda
müvəqqəti təxirə salır:
3.1.1. məlumatın
açıqlanması aparılan danışıqların
gedişatına və ya nəticəsinə ciddi təsir
edə bildikdə;
3.1.2. məlumatın
açıqlanması nəticəsində emitentin maliyyə
vəziyyətinin ağırlaşması təhlükəsi
olduqda və ya iflas prosesində olmayan emitentin maliyyə
vəziyyətinin uzunmüddətli bərpasını
təmin etmək üzrə aparılan
danışıqların nəticəsinə təsir
etməklə, onun investorlarının mənafelərini təhlükə
altına sala bildikdə;
3.1.3. emitentin orqanı
tərəfindən qəbul edilmiş qərar və ya
imzalanmış müqavilənin qüvvəyə minməsi
üçün emitentin digər orqanının
razılığı tələb edildikdə.
3.2. Emitent bu Qaydaların 3.1.3-cü
yarımbəndində göstərilən qərar və ya
müqavilə haqqında məlumatı
açıqladıqda, məlumatda həmin qərarın və
ya müqavilənin qüvvəyə minməsi
üçün emitentin digər orqanının
razılığının gözlənildiyi barədə
qeyd etməlidir.
3.3. Emitent bu Qaydaların 3.1-ci bəndi
ilə müəyyən edilmiş hallarda insayd
məlumatının açıqlanmasının
təxirə salınması haqqında qərar qəbul etdikdə,
bu barədə dərhal səbəbləri
göstərilməklə Komitəyə elektron və ya
sənəd formasında məlumat təqdim etməlidir.
Komitə məlumatların açıqlanmasının
təxirə salınması səbəblərinin
Qaydaların 3.1-ci bəndinə uyğun
olmadığını müəyyən etdikdə 3
(üç) iş günü ərzində həmin
məlumatın emitent tərəfindən
açıqlanmasını tələb edir.
3.4. Açıqlanması təxirə
salınmış insayd məlumat təxirəsalma səbəbləri aradan
qaldırıldığı andan dərhal bu
Qaydaların 2-ci hissəsinə uyğun olaraq
açıqlanır və bu barədə Komitəyə
məlumat verilir.
3.5. Açıqlanması təxirə
salınmış insayd məlumat emitent və ya birbaşa,
yaxud dolayı yolla onun adından çıxış edən
şəxs tərəfindən üçüncü
şəxsə təqdim edildikdə, həmin məlumat emitent
tərəfindən dərhal bu Qaydaların 2-ci
hissəsinə uyğun olaraq açıqlanmalıdır.
3.6. Açıqlanması təxirə
salınmış insayd məlumat müqavilə
əsasında onun qorunmasını təmin etmək
öhdəliyi olan digər şəxsə təqdim edildikdə,
bu məlumatın açıqlanması tələb olunmur.
4. İnsayder siyahısı
4.1. Emitent insayd
məlumatı əldə etmək imkanına malik olan
şəxslər haqqında məlumatları əks
etdirən “İnsayder siyahısı”nı (Əlavə ¹1)
tərtib etməlidir.
4.2. “İnsayder
siyahısı”nda əks edilən məlumatlarda
dəyişikliklər baş verdikdə, “İnsayder siyahısı”nda
dərhal qeyd edilir.
4.3. İnsayd
məlumatı əldə etmək imkanına malik olan
şəxslər həmin hüququ əldə etdikləri
andan emitent tərəfindən dərhal “İnsayder
siyahısı”na daxil edilir.
4.4. Emitent hər hansı bir
şəxsi “İnsayder siyahısı”na daxil etdikdə və
ya siyahıdan çıxardıqda bu barədə həmin
şəxsi məlumatlandırır.
4.5. Emitent “İnsayder
siyahısı”nın tərtib edilməsi üzrə məsul
şəxsi müəyyən edir.
4.6. Emitent “İnsayder
siyahısı”nı tərtib edildiyi tarixdən, siyahıda
dəyişikliklər baş verdikdə isə son
dəyişiklik edildiyi tarixdən 5 (beş) il müddətində
saxlanılmasını təmin edir.
4.7. Emitent “insayder
siyahısı”nı Komitənin sorğusu əsasında
sorğu alınan gündən sonra 1 (bir) iş günü
ərzində elektron və ya sənəd formasında
təqdim etməlidir.
5. İnsayderlər
tərəfindən bağlanmış əqdlər
barədə məlumatların təqdim edilməsi və
açıqlanması
5.1. Bu Qaydaların 1.4.3.1-1.4.3.4-cü
yarımbəndlərində göstərilən
şəxslər aid olduğu emitentin səhmləri ilə
və ya baza aktivi həmin səhmlər olan törəmə
maliyyə alətləri ilə əqd bağladıqda,
“İnsayder əqdi haqqında məlumat”ı (Əlavə ¹
2) əqdin bağlandığı tarixdən etibarən bir iş günü
ərzində Komitəyə və həmin emitentə təqdim edir. Emitent
məlumatı aldığı gündən sonra 4 (dörd)
iş günü ərzində bu Qaydaların 2-ci hissəsi
ilə müəyyən olunmuş qaydada həmin
məlumatın açıqlanmasını təmin edir.
5.2. Bu Qaydaların
1.4.3.5-cü yarımbəndində göstərilən
şəxslər aidiyyəti olduğu emitentin səhmləri
ilə və ya baza aktivi həmin səhmlər olan
törəmə maliyyə alətləri ilə əqd
bağladıqda, bu barədə məlumatı Qanunun 76-ci
maddəsinə uyğun olaraq açıqlayır.
6.
Şübhəli əqdlər barədə məlumatların
təqdim edilməsi
6.1. İnsayd məlumatdan istifadə
ilə qiymətli kağızlar bazarında əqdlər
bağlanması və manipulyasiya halları barədə
şübhə olduqda, investisiya şirkəti və fond
birjası bu barədə Komitəyə dərhal elektron
və ya yazılı formada məlumat təqdim
etməlidirlər. Həmin məlumatın
üçüncü şəxslərə
açıqlanmasına yol verilmir.
6.2. Şübhəli əqd
barədə məlumatda aşağıdakılar öz
əksini tapmalıdır:
6.2.1. tapşırığın
(sifarişin) və ya əqdin şübhəli hesab
edilməsi üçün əsas verən
səbəblər;
6.2.2. investisiya şirkətinə
tapşırığı verən şəxs haqqında
məlumat (fiziki şəxs olduqda: adı, soyadı,
atasının adı, ünvanı, telefon nömrəsi,
şəxsiyyəti təsdiq edən sənədin
göstəriciləri, depo hesab nömrəsi, hüquqi
şəxs olduqda: tam adı, VÖEN, hüquqi ünvanı,
depo hesab nömrəsi);
6.2.3. fond birjasının ticarət
sisteminə sifarişi verən investisiya şirkəti
haqqında məlumat (tam adı, investisiya şirkətinin
birjanın ticarət sistemindən istifadə hüquqlarını
həyata keçirən, səlahiyyətli
nümayəndəsinin adı, soyadı, atasının
adı və investisiya xidmətlərinin
göstərilməsi üçün ixtisas
şəhadətnaməsinin nömrəsi).
6.2.4. şübhəli əqdin
öyrənilməsi üçün mühüm olan
digər məlumatlar;
6.2.5. məlumatı təqdim edən
şəxsin adı, soyadı və imzası;
6.2.6. məlumatın təqdim edilmə
tarixi.
7. Qiymətli
kağızlar bazarında sui-istifadələrin
qarşısının alınmasına dair tədbirlər
7.1. Qiymətli kağızlar
bazarında sui-istifadə hallarına yol verilmir.
7.2. Qiymətli kağızlar
bazarında sui-istifadələrin baş verməməsi
üçün aşağıdakıların həyata
keçirilməsinə yol verilmir:
7.2.1. qiymətli kağızların
və ya törəmə maliyyə alətlərinin
bağlanış qiymətlərinə təsir
göstərmək məqsədi ilə ticarət gününün
(sessiyanın) sonunda qəsdən alqı-satqı
əqdlərinin bağlanmasına;
7.2.2. qiymətli kağızların
və törəmə maliyyə alətlərinin
qiymətinə və ya onlara olan tələb və
təklifə dair yanlış təəssüratın
yaradılması məqsədi ilə əvvəlki sifarişlərdən
fərqlənən qiymətlə tapşırıqların
və ya sifarişlərin verilməsinə və sonradan
ləğv edilməsinə;
7.2.3. Azərbaycan Respublikasının
Qanunları ilə nəzərdə tutulmuş hallar istisna
olmaqla, bir şəxs və ya gizli razılaşma
əsasında bir neçə şəxs
tərəfindən eyni qiymətli kağızların bir
vaxtda eyni həcm və qiymətlə alınması və
satılması üzrə tapşırıq və ya
sifarişlərin verilməsinə;
7.2.4. qiymətli
kağızların və ya törəmə maliyyə
alətlərinin benefisiarının dəyişməsi
ilə nəticələnməyən və ya bu
dəyişikliyin birgə və ya gizli razılaşma
əsasında fəaliyyət göstərən
şəxslər arasında baş verməsi ilə
nəticələnən əqdlərin bağlanmasına;
7.2.5. əldə edilmiş qiymətli kağızların qiymətinin
artırılması və sonradan yüksək qiymətlə
satılması məqsədilə, həmin qiymətli
kağızlar üzrə əlavə alış əqdlərinin
bağlanması və (və ya) yanlış müsbət məlumatların
yayılmasına;
7.2.6. kütləvi təklif üsulu
ilə yerləşdirmə zamanı qiymətli
kağızları əldə etmiş şəxslər
tərəfindən, qiymətli kağızların
qiymətinin süni səviyyəyə qaldırılması
və digər investorların həmin kağızlara olan
marağının artırılması məqsədi ilə,
emitentin həmin növ qiymətli kağızları
üzrə ticarət başlandığı andan gizli
razılaşma əsasında alış əqdlərinin
bağlanmasına;
7.2.7. insayd məlumat əsasında digər şəxsləri
qiymətli kağızların və törəmə maliyyə
alətlərinin alınmasına (satılmasına) və ya
alınmasından (satılmasından) imtina edilməsinə təhrik
edilməsinə və ya tövsiyələrin verilməsinə;
7.2.8. insayd məlumatdan istifadə
etməklə, öz və ya digər şəxslərin
hesabına birbaşa və ya dolayı yolla qiymətli
kağızların və ya törəmə maliyyə
alətlərinin alqı-satqısına və ya belə
əqdlərin keçirilməsinə cəhd edilməsinə;
7.2.9. kütləvi informasiya və ya
hər hansı digər vasitələr ilə qiymətli
kağızlara dair yanlış və
yayındırıcı təsəvvür yaradan və ya
yarada biləcək xəbərlərin, şayiələrin
və digər məlumatların yayılmasına;
7.2.10. birbaşa və ya dolayı yolla
fayda və ya gəlirin əldə edilməsi
üçün jurnalistlər tərəfindən öz
peşə vəzifələrini həyata
keçirərkən bu Qaydaların 7.2.9-cu yarımbəndində
əks edilən məlumatların yayılmasına;
7.2.11.
xidməti vəzifələrin həyata keçirilməsi
ilə əlaqədar insayd məlumatın
açıqlanması halları istisna olmaqla, digər
şəxslərə həmin məlumatın
ötürməyə.
7.3. Qiymətli kağızlar və
onların emitentləri barədə tədqiqatlar aparan və
onların nəticələrini yayan, həmçinin
investisiya strategiyasını təklif və ya tövsiyə
edən şəxslər qiymətli kağızlar və ya
törəmə maliyyə alətləri barədə
məlumatları yaydıqda, həmin qiymətli
kağızlar və ya törəmə maliyyə
alətlərində öz maraqları və ya maraqlar
münaqişəsi olduqda, bu barədə məlumatı
açıqlamalıdırlar.
7.4. Bu Qaydaların 7.2.8-ci yarımbəndi insayd məlumata malik olmadan əvvəl bağlanmış müqavilədən irəli gələn qiymətli kağızların və törəmə maliyyə alətlərinin alınması və ya satılması üzrə öhdəliklərin icra edilməsi üçün həyata keçirilən əqdlərə şamil edilmir.
7.5. Fond birjası sui-istifadə hallarının aşkar edilməsi və qarşısının alınması üçün daxili qaydaları qəbul etməlidir.
7.6. Qiymətli
kağızlar bazarında sui-istifadə halları aşkar
edildikdə, Komitə Məcəllə və Qanunla
müəyyən edilmiş tədbirləri görür.
“Qiymətli
kağızlar bazarında sui-istifadələrin qarşısının
alınması haqqında Qaydalar”a Əlavə
¹ 1 “İnsayder siyahısı” |
Fiziki şəxsin
AAS, Hüquqi şəxsin tam adı |
Şəxsin “insayder
siyahısı”na daxil edildiyi tarix |
Şəxsin
“insayder siyahısı”na daxil edilməsi və ya siyahıdan
çıxarılması barədə həmin şəxsin
məlumatlandırması tarixi |
Şəxsin
“insayder siyahısından çıxarıldığı
tarix |
Şəxsin
siyahıya daxil edilmə və ya siyahıdan
çıxarılma səbəbi |
Fiziki şəxs |
Hüquqi şəxs |
||||
Vəzifəsi |
Ünvan
və şəxsiyyəti təsdiq edən sənədin
seriyası və nömrəsi |
Emitentin
nizamnamə kapitalında iştirak payı |
VÖEN |
Hüquqi
şəxsin adından çıxış edən və
insayd məlumata malik olan şəxs (adı, soyadı, ata
adı) |
Emitentin
nizamnamə kapitalında iştirak payı |
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
“Qiymətli kağızlar
bazarında sui-istifadələrin qarşısının
alınması haqqında Qaydalar”a Əlavə ¹ 2 “İnsayder əqdləri haqqında məlumat” |
1. |
Emitentin tam adı |
|
2. |
Əqdi
bağlayan fiziki şəxs olduqdqa - adı, soyadı,
atasının adı; hüquqi şəxs olduqda - hüquqi
şəxsin tam adı |
|
3. |
Məlumat vəkil
edilmiş şəxs tərəfindən təqdim edildikdə
- fiziki şəxs olduqda - adı,
atasının adı, soyadı; hüquqi şəxs
olduqda – hüquqi şəxsin tam adı və onun adından
çıxış edən şəxsin adı, atasının adı, soyadı |
|
4. |
Məlumatın təqdim
edilməsi səbəbi |
|
5. |
Qiymətli
kağızın və ya törəmə maliyyə alətinin
növü |
|
6. |
Qiymətli
kağızların və ya
törəmə maliyyə alətlərinin sayı |
|
7. |
Bir qiymətli
kağızın və ya törəmə maliyyə alətinin
qiyməti |
|
8. |
Əqdin məbləği |
|
9. |
Əqdin istiqaməti
(alqı və ya satqı) |
|
10. |
Əqdin
bağlanma tarixi və yeri |
|
11. |
Əqdin
bağlanmasından sonra şəxsin mülkiyyətində
olan həmin emitentin qiymətli kağızlarının
sayı və emitentin nizamnamə kapitalında payı (faizlə) |
|
12. |
Məlumatın təqdimedilmə
tarixi |
|
İmza ___________ Tarix __________