AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASI

 

Q Ə R A R

 

Q/01-16

 

Bakı şəhəri, 21 yanvar 2016-cı il

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2011-ci il 22 dekabr tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda dəyişiklik edilməsi barədə

 

Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 31 avqust tarixli 588 nömrəli Fərmanının 10.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin 16-cı bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyası QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2011-ci il 22 dekabr tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 93-cü hissəsinin üçüncü abzasında yaşayış yeri haqqında müvafiq təşkilatlardan və ya ölənin iş yerindən verilən arayış sözləri yaşayış yeri üzrə qeydiyyat haqqında arayış sözləri ilə əvəz edilsin.

2. Hüquqi təminat idarəsinin rəisi H.Hüseynov bu Qərarın üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

 

 

Kollegiyanın sədri,

Nazir Elmar Məmmədyarov