Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

 

Komissiyanın sədri

Ramiz Mehdiyev

-

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri.

Komissiyanın üzvləri:

Vilayət Eyvazov

-

Azərbaycan Respublikasının daxili işlər naziri[1]

Fikrət Məmmədov

-

Azərbaycan Respublikasının ədliyyə naziri

Əbülfəs Qarayev

-

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri[2]

Əli Nağıyev

-

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Fuad Ələsgərov

-

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri[3]

Allahşükür Paşazadə

-

Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri

Əhliman Əmiraslanov

-

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin kafedra müdiri

Bəxtiyar Əliyev

-

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil komitəsi sədrinin müavini, Bakı Dövlət Universitetinin kafedra müdiri

Azay Quliyev

-

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

Səttar Möhbalıyev

-

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Elmira Axundova

-

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, jurnalist

Məlahət İbrahimqızı

-

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Aynur Sofiyeva

-

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Rəşad Məcidov

-

Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

Əliməmməd Nuriyev

-

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri

Mehdi Mehdiyev

-

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

Cəmilə Ramazanova

-

Azərbaycan Respublikasının əməkdar müəllimi.

Komissiyanın katibi

Kəmalə İsmayılova

-

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Əfv məsələləri sektorunun müdiri. [4]

 

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə olunsun ki, Komissiyanın iclaslarında iştirak etsinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 fevral 2016-cı il

1792

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 23 iyun 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1297)
  2. 2 sentyabr 2019-cu il tarixli 828 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 3 sentyabr 2019-cu il, 192)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 iyun 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1297) ilə 1-ci hissənin ikinci bəndin üçüncü yarımbəndindən və turizm sözləri çıxarılmışdır.

 

2 sentyabr 2019-cu il tarixli 828 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 3 sentyabr 2019-cu il, 192) ilə 1-ci hissədə Ramil Usubov sözləri Vilayət Eyvazov sözləri ilə, Mədət Quliyev sözləri Əli Nağıyev sözləri ilə əvəz edilmişdir.

 

[2] 23 iyun 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1297) ilə 1-ci hissənin ikinci bəndin üçüncü yarımbəndindən və turizm sözləri çıxarılmışdır.

 

[3] 23 iyun 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1297) ilə 1-ci hissənin ikinci bəndin beşinci yarımbəndində Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sözləri hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə sözləri ilə əvəz edilmişdir.

 

[4] 23 iyun 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1297) ilə 1-ci hissənin üçüncü bəndə sözündən sonra və hərbi məsələlər sözləri əlavə edilmişdir.