Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanununu Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1261-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 3, I kitab, maddə 125; 2001, 12, maddələr 731, 736; 2004, 11, maddə 901; 2006, 6, maddə 478; 2007, 5, maddə 436, 10, maddə 938; 2008, 5, maddə 348, 7, maddə 602; 2012, 6, maddə 506; 2013, 6, maddələr 599, 624; 2014, 4, maddə 341, 7, maddə 775) aşağıdakı məzmunda 40-5-ci maddə əlavə edilsin:

Maddə 40-5. Avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsinə dair tələblər

Avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsinə dair tələblər Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə uyğun olmalıdır..

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2015-ci il

88-VQD