Dövlət
büdcəsindən maliyyələşdirilən sahələrdə
çalışan işçilərin Vahid Tarif Cədvəli
ilə müəyyən edilmiş aylıq tarif (vəzifə)
maaşlarının tənzimlənməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin “Sosial təminat
müəssisələrində çalışan
işçilərin əməkhaqlarının
artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1707 nömrəli, “Dövlət büdcəsindən
maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə,
idarə və təşkilatlarında çalışan
işçilərin əməkhaqlarının
artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1708 nömrəli, “Təhsil müəssisələrində
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1709 nömrəli, “Səhiyyə müəssisələrində
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1710 nömrəli, “Mədəniyyət, gənclər və
idman müəssisələrində çalışan
işçilərin əməkhaqlarının
artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1711 nömrəli, “Kənd təsərrüfatı,
meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı,
ətraf mühitin mühafizəsi, hidrometeorologiya və
balıqartırma sahələrində çalışan
işçilərin əməkhaqlarının
artırılması haqqında” 2016-cı il 19 yanvar tarixli 1717 nömrəli sərəncamlarının
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Dövlət büdcəsindən maliyyələşdirilən
sahələrdə çalışan işçilərin
Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş
aylıq tarif (vəzifə) maaşlarının məbləği
bu qərarın 1 və 2 nömrəli əlavələrinə
uyğun olaraq müəyyən edilsin.
2. “Dövlət büdcəsindən maliyyələşdirilən
sahələrdə çalışan işçilərin
Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş
aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 240 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 1036, ¹
9, maddə 1142) (2-ci hissəsi istisna olmaqla) ləğv edilsin.
3. Bu qərar 2016-cı il 1 fevral tarixindən
qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri,
3 mart 2016-cı il
¹ 106
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarı
ilə 1
nömrəli əlavə |
Dövlət
büdcəsindən maliyyələşdirilən müəssisələrdə
(Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA),
AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin
tabeliyində olan elm və elmi tədqiqat müəssisələri
istisna olmaqla) çalışan işçilərin əməyinin
ödənilməsinin
Vahid Tarif
Cədvəli
Əməyin
ödənilməsi dərəcələri |
Aylıq
tarif (vəzifə) maaşı (manatla) |
1 |
116 |
2 |
121 |
3 |
126 |
4 |
132 |
5 |
138 |
6 |
144 |
7 |
151 |
8 |
158 |
9 |
165 |
10 |
172 |
11 |
179 |
12 |
187 |
13 |
196 |
14 |
210 |
15 |
228 |
16 |
267 |
17 |
360 |
18 |
486 |
19 |
750 |
Aparatın
rəhbəri
Ağa-Bala Hacıyev
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarı
ilə 2
nömrəli əlavə |
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın
Naxçıvan və Gəncə bölmələrinin
tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən
elm və elmi tədqiqat müəssisələrində
çalışan işçilərin əməyinin ödənilməsinin
Vahid Tarif
Cədvəli
Əməyin
ödənilməsi dərəcələri |
Aylıq
tarif (vəzifə) maaşı (manatla) |
1 |
145 |
2 |
152 |
3 |
159 |
4 |
166 |
5 |
173 |
6 |
180 |
7 |
188 |
8 |
196 |
9 |
206 |
10 |
218 |
11 |
230 |
12 |
242 |
13 |
254 |
14 |
278 |
15 |
304 |
16 |
352 |
17 |
450 |
18 |
576 |
19 |
795 |
Aparatın
rəhbəri
Ağa-Bala Hacıyev