Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydalarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 oktyabr tarixli 645 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, 9, maddə 745; 2010, 11, maddə 1041, 12, maddə 1125; 2011, 4, maddə 372; 2013, 8, maddə 1025, 12, maddə 1629; 2014, 7, maddə 945, 8, maddə 1014) ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:

1. 16.1-ci bənddə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və onun səlahiyyətli qurumları, habelə səlahiyyətləri daxilində digər dövlət orqanları sözləri bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi səlahiyyətləri çərçivəsində sözləri ilə əvəz edilsin.

2. 16.9-cu bənddə Nəqliyyat Nazirliyi, 16.11-ci bənddə isə Nəqliyyat Nazirliyinin sözləri müvafiq olaraq Daxili İşlər Nazirliyi, Daxili İşlər Nazirliyinin sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 18 fevral 2016-cı il

65