Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 9, maddə 693; 2001, 11, maddə 722; 2002, 3, maddə 148, 7, maddə 455, 10, maddə 635; 2003, 10, maddə 629; 2005, 4, maddə 386, 6, maddə 534, 8, maddə 782, 10, maddə 977, 11, maddə 1061, 12, maddələr 1228,1231; 2006, 3, maddə 297, 8, maddə 731, 9, maddə 830, 10, maddə 902, 11, maddə 994; 2008, 2, maddə 108, 4, maddə 316, 8, maddə 787; 2009, 2, maddə 148, 10, maddələr 846, 849, 12, maddə 1079; 2010, 6, maddə 555; 2011, 10, maddə 971; 2012, 3, maddə 263, 5, maddələr 489, 495, 7, maddə 777, 11, maddə 1206, 12, maddə 1354; 2013, 4, maddə 444, 5, maddə 578; 2014, 1, maddə 74, 5, maddələr 552, 589, 6, maddə 746, 8, maddə 1019, 12, maddə 1685; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 dekabr tarixli 383 nömrəli qərarı) ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissənin 14-cü bəndinə məbləğlərini, sözündən sonra sənədli sözü əlavə edilsin.

2. 89-cu hissənin ikinci abzasında emissiya və qeyri-emissiya sözləri sənədli sözü ilə əvəz edilsin və həmin abzasdan (orderlər, veksellər, çeklər, istiqrazlar, səhmlər, əmtəə kağızları və sair) sözləri çıxarılsın.

3. 11-ci fəslin adına məbləğlərinin, sözündən sonra sənədli sözü əlavə edilsin.

4. 152-ci hissənin birinci və ikinci abzaslarına məbləğlərini və sözlərindən sonra sənədli sözü əlavə edilsin.

5. 153-cü hissənin birinci abzasına məbləğlərini və sözlərindən və məbləğləri və ya sözlərindən sonra, ikinci abzasına isə pul məbləğlərini, sözlərindən sonra sənədli sözü əlavə edilsin.

6. 154-cü hissənin birinci abzasına məbləğləri və ya sözlərindən sonra sənədli sözü əlavə edilsin.

7. 155-ci hissənin birinci abzasına məbləğlərinin və sözlərindən və məbləğini və ya sözlərindən, ikinci abzasına isə pulun və ya sözlərindən sonra sənədli sözü əlavə edilsin.

8. 157-ci hissəyə məbləğlərinin və sözlərindən sonra sənədli sözü əlavə edilsin.

9. 158-ci hissənin dördüncü abzasına məbləğləri və ya sözlərindən sonra sənədli sözü əlavə edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 25 fevral 2016-cı il

90