Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərişıq Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamının 1.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, 5, maddə 671) ilə təsdiq edilmiş Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 4.4-cü bəndində 623533532 (altı yüz iyirmi üç milyon beş yüz otuz üç min beş yüz otuz iki) rəqəmləri və sözləri 885633532 (səkkiz yüz səksən beş milyon altı yüz otuz üç min beş yüz otuz iki) rəqəmləri və sözləri ilə, 311766766 (üç yüz on bir milyon yeddi yüz altmış altı min yeddi yüz altmış altı) rəqəmləri və sözləri 442816766 (dörd yüz qırx iki milyon səkkiz yüz on altı min yeddi yüz altmış altı) rəqəmləri və sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Azərişıq Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 23 fevral 2016-cı il

83