Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1401-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 noyabr tarixli 681 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 9, maddə 693; 2001, 11, maddə 722; 2002, 3, maddə 148, 7, maddə 455, 10, maddə 635; 2003, 10, maddə 629; 2005, 4, maddə 386, 6, maddə 534, 8, maddə 782, 10, maddə 977, 11, maddə 1061, 12, maddələr 1228,1231; 2006, 3, maddə 297, 8, maddə 731, 9, maddə 830, 10, maddə 902, 11, maddə 994; 2008, 2, maddə 108, 4, maddə 316, 8, maddə 787; 2009, 2, maddə 148, 10, maddələr 846, 849, 12, maddə 1079; 2010, 6, maddə 555; 2011, 10, maddə 971; 2012, 3, maddə 263, 5, maddələr 489, 495, 7, maddə 777, 11, maddə 1206, 12, maddə 1354; 2013, 4, maddə 444, 5, maddə 578; 2014, 1, maddə 74, 5, maddələr 552, 589, 6, maddə 746, 8, maddə 1019, 12, maddə 1685; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 dekabr tarixli 383 nömrəli qərarı) ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 33-1-ci hissəsinin birinci abzasında siyahısı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən təsdiq edilmiş şəxslərlə sözləri terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivləri ilə bağlı sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 3 mart 2016-cı il

105