Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydalarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 711 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, 9, maddə 745; 2010, 11, maddə 1041, 12, maddə 1125; 2011, 4, maddə 372; 2013, 8, maddə 1025, 12, maddə 1629; 2014, 7, maddə 945, 8, maddə 1014; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 11 nömrəli qərarı) ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci bənddə 19-dan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi bir ildən az olmayan sözləri 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.) olan avtonəqliyyat vasitəsini idarə edən sözləri ilə əvəz edilsin.

2. 3.3-cü bənddən , o cümlədən taksi minik avtomobillərinin sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda ikinci - dördüncü cümlələr əlavə edilsin:

Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq Nəqliyyat Nazirliyi tərəfindən təşkil edilir və keçirilir..

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 4 mart 2016-cı il

108