“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1084; 2006, № 12, maddə 1031; 2008, № 6, maddə 462; 2011, № 7, maddə 592; 2014, № 12, maddə 1516) 42.1.4-cü maddəsində “müəssisənin aksiyaları və ya nizamnamə kapitalına sahib” sözləri “hüquqi şəxsə aidiyyəti olan şəxs” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 aprel 2016-cı il

              № 189-VQD