Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, 3, maddə 115; 2004, 9, maddə 665; 2006, 3, maddə 207, 11, maddə 909; 2007, 10, maddə 928; 2009, 10, maddə 761, 12, maddə 944; 2011, 6, maddə 459, 8, maddə 749; 2014, 7, maddə 757) aşağıdakı dəyişikliklər edilsin:

1. 12.2.1-ci və 18-1.2.1-ci maddələrə psixiatriya müəssisələrinə sözlərindən sonra , qanunsuz miqrantların saxlanılması mərkəzlərinə sözləri əlavə edilsin.

2. 12.2.7-ci və 18-1.2.2-ci maddələrə psixiatriya müəssisələrinin sözlərindən sonra , qanunsuz miqrantların saxlanılması mərkəzlərinin sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 aprel 2016-cı il

201-VKQD