Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydalarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 576 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 9, maddə 745; 2010, N 11, maddə 1041, N 12, maddə 1125; 2011, N 4, maddə 372; 2013, N 8, maddə 1025, N 12, maddə 1629; 2014, N 7, maddə 945, N 8, maddə 1014; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 11 nömrəli və 18 fevral tarixli 65 nömrəli qərarları) ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndin ikinci abzasında daşımalarının yerinə yetirilməsi üçün xüsusi razılıq (lisenziya) almış sözləri daşımalarını yerinə yetirən sözləri ilə əvəz edilsin.

2. 1.3.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

1.3.5. qeyri-müntəzəm sərnişin daşımaları - taksi minik avtomobilləri ilə daşımalar istisna olmaqla, sərnişin daşınması müqaviləsi, sərnişin avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi əsasında əvəzi ödənilməklə yerinə yetirilən sərnişin daşımaları..

3. 2.12-ci bənddə, 4.8.5-ci, 11.3.8-ci, 12.1.8-ci, 12.2.3-cü yarımbəndlərdə, əmək və istirahət sözləri iş və istirahət sözləri ilə əvəz edilsin.

4. 3.5.7-ci yarımbənddə icarə müqaviləsi sözləri icarə və ya digər əşya hüquqlarına dair müqaviləsi sözləri ilə əvəz edilsin.

5. 4.2.3-cü yarımbənddə mülkiyyət və ya icarə (lizinq) hüququ sözləri mülkiyyət, icarə və ya digər əşya hüququ sözləri ilə əvəz edilsin.

6. 4.7.2-ci yarımbənddə texniki-xidmət məntəqələrinin sözləri texniki-təmir stansiyalarının (sahələrinin) sözləri ilə əvəz edilsin.

7. 5.13-cü bəndin birinci cümləsinə (rayonlararası) sözündən sonra müntəzəm sözü əlavə edilsin.

8. Aşağıdakı məzmunda 8.1-1-ci, 8.2-1-ci bəndlər əlavə edilsin:

8.1-1. Qeyri-müntəzəm sərnişin daşımalarına turizm və ekskursiya, kütləvi tədbirlər və istirahət yerlərinə yerinə yetirilən, habelə müntəzəm sərnişin daşımalarına aid olmayan sərnişin daşımaları aiddir.

8.2-1. Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə aşağıdakı hallarda yol verilmir:

8.2-1.1. müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə daşımaları yerinə yetirmək;

8.2-1.2. müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinləri mindirmək və düşürmək..

9. 8.3-cü bəndə sərnişin daşımaları sözlərindən sonra (taksi minik avtomobilləri ilə daşımalar istisna olmaqla) sözləri və icarəsi (fraxtetmə) müqaviləsi əsasında sözlərindən sonra əvəzi ödənilməklə sözləri əlavə edilsin.

10. 10.2.5-ci yarımbəndə (rayondaxili), (rayonlararası) və beynəlxalq sözlərindən sonra müntəzəm sözü əlavə edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 15 aprel 2016-cı il

162