AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

1617050000011400

 

Bakı şəhəri 7 sentyabr 2016-cı il

 

Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında

 

2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamı ilə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar təsdiq edilsin (1 nömrəli əlavə).[1]

2. Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları təsdiq edilsin (2 nömrəli əlavə).

3. Nümunəvi vergi ödəyicisinin müəyyən edilməsi və imtiyazların verilməsi Qaydaları təsdiq edilsin (3 nömrəli əlavə).

4. Elektron auditin keçirilməsi Qaydaları təsdiq edilsin (4 nömrəli əlavə).

5. Vergi ödəyicilərinin telefon vasitəsi ilə əlaqə yaradılaraq məlumatlandırılması (Outbound Call Centre) Qaydaları təsdiq edilsin (5 nömrəli əlavə).[2]

6. Təsərrüfat obyektləri və fəaliyyət sahələri üzrə risklərin qiymətləndirilməsi Metodologiyası təsdiq edilsin (6 nömrəli əlavə).

7. Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları təsdiq edilsin (7 nömrəli əlavə).

8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

8.1. 16 nömrəli Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilsin (əlavə olunur);

8.2. 17 nömrəli Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilsin (əlavə olunur);

8.3. 20 nömrəli Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilsin (əlavə olunur);

8.4. 21 nömrəli Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilsin (əlavə olunur).

9. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

10. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinə tapşırılsın ki, bu Qərarla təsdiq edilmiş normativ hüquqi aktların Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

11. Bu Kollegiya Qərarının 4-cü hissəsi ilə təsdiq edilmiş Elektron auditin keçirilməsi Qaydaları 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 

Vergilər naziri,

1-ci dərəcəli dövlət vergi xidməti müşaviri

 

Fazil Məmmədov

 

 


 

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli 1917050000008600 nömrəli qərarı ilə təsdiq edilmişdir.[3]

Əlavə - 1

 

Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair

 

Q A Y D A L A R

 

1. Ümumi müddəalar

 

1.1. Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar (bundan sonra - Qaydalar) 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamının 2.2-ci bəndinin, Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinin və İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 7-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra Vergi Məcəlləsi) ilə müəyyən edilmiş vergilərin, Sosial sığorta haqqında və İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının (bundan sonra sığorta haqları) vergi orqanı tərəfindən yerlərə getmədən hesablanması, habelə vergi ödəyicisinin və ya sığortaedənin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan digər məlumatlar əsasında aparılan vergi yoxlamaları üzrə vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərini və bu proseslər üzrə Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra - AVİS) vasitəsilə həyata keçirilən prosedurları əks etdirir.

1.3. Kameral vergi yoxlamaları Vergi Məcəlləsinə, Sosial sığorta haqqında və İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunlarına əsasən aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir:

1.3.1. Kameral vergi yoxlaması vergi ödəyicisi və ya sığortaedən tərəfindən vergi bəyannaməsinin və ya məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların, vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamələr, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlar, habelə bu Qaydaların 1.3.2-ci yarımbəndində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamələr və hesabatlar üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz;

1.3.2. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin və sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə və ya sığortaedənə 5 iş günü müddətində Vergi Məcəlləsinin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın (bundan sonra - dəqiqləşdirilmiş bəyannamə), və ya məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların 10 iş günü müddətində təqdim edilməsi üçün bu Qaydaların 8 nömrəli əlavəsində göstərilən forma üzrə Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarının təqdim edilməsi barədə Bildiriş göndərir;

1.3.3. Kameral yoxlama aparmaq üçün təqdim olunmuş bəyannamə və ya hesabatlar ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən və ya sığortaedəndən əlavə məlumat, sənəd və izahat tələb edə bilər;

1.3.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarda vergilərin və sığorta haqlarının düzgün hesablanmaması (vergi məbləğinin və (ya) sığorta haqqının az göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə və ya sığortaedənə 5 iş günü müddətində bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə vergi orqanı tərəfindən Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərar göndərilir;

1.3.5. Vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla), xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər;

1.3.6. Kameral yoxlama zamanı vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarda vergilərin və sığorta haqlarının düzgün hesablanmaması (vergi və (ya) sığorta haqlarının məbləğinin az göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatları, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə vergi orqanlarının əlaqəli məlumatlara əsasən vergiləri və sığorta haqlarını hesablamaq hüququ vardır;

1.3.7. Kameral vergi yoxlamasının aparılması üçün vergi orqanlarına təqdim olunan vergi bəyannamələrinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların və digər sənədlərin Azərbaycan dilində tərtib olunması təmin edilməlidir;

1.3.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə fərqli müddəalar nəzərdə tutulmamışdırsa vergi orqanlarına təqdim edilmiş vergi bəyannamələrində və hesabatlarda vergilər və sığorta haqları Azərbaycan Respublikasının pul vahidi manatla hesablanmalıdır;

1.3.9. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində və ya sığortaedəndə səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər;

1.3.10. Könüllü açıqlama edildiyi halda təqdim edilən hesabat üzrə kameral vergi yoxlaması aparılmır və yalnız hesablanmış vergi və ya sosial sığorta haqqı məbləği büdcəyə ödənilir;

1.3.11. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququna malikdir. Müddətlə bağlı müəyyən edilmiş 3 illik məhdudiyyət məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir;

1.3.12. Vergi ödəyicisi və ya sığortaedən vergi orqanı tərəfindən hesablanmış vergilər, işsizlikdən sığorta haqları, onlara hesablanmış faizlər və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə Vergi Məcəlləsinin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Qaydaların 1.3.11-ci yarımbəndində müəyyən olunmuş müddətə daxil edilmir;

1.3.13. Fərdi sahibkarların gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi və əmlak vergisi üzrə cari ödəmələri üzrə vergi ödəyicisinə bu Qaydaların 7 nömrəli əlavəsində göstərilən forma üzrə Cari vergilərin hesablanması barədə Bildiriş hazırlanaraq göndərilir.

1.4. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən kameral vergi yoxlaması nəticəsində hesablanmış vergilər və ya sığorta haqlarının mübahisələndirilməsinə dair müraciətlərə İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

1.5. Vergi bəyannamələri, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı hesabatları üzrə kameral vergi yoxlamaları bu Qaydalarla müəyyən olunan prosedurlara uyğun olaraq 2 istiqamətdə həyata keçirilir:

1.5.1. Vergilər Nazirliyi tərəfindən riyazi və məntiqi əsaslarla müəyyən edilən müvafiq risk meyarlarına uyğun olaraq AVİS proqram təminatı vasitəsilə elektron qaydada aparılan yoxlamalar;

1.5.2. Bu Qaydalarla müəyyən edilən, lakin bununla məhdudlaşmayan müxtəlif risk meyarları nəzərə alınmaqla fərdi qaydada aparılmış təhlillər və əldə edilmiş məlumatlar əsasında AVİS-dən kənar qaydada aparılan yoxlamalar.

1.6. Kameral vergi yoxlaması ilə əlaqədar tərtib edilən sənədlər Vergi Məcəlləsinin 70.2-ci və 70.2-1-ci maddələrinə uyğun olaraq vergi ödəyicisinə və ya sığortaedənə göndərilir.

 

2. Əsas anlayışlar

 

2.0. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1 Bəyannamə - Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq təqdim edilən vergi hesabatları;

2.0.2. Hesabat - Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təqdim edilən dövlət rüsumu üzrə hesabat, Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təqdim edilən məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat, eyni zamanda İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təqdim edilən işsizlikdən sığorta haqqı üzrə hesabat;

2.0.3 Arayış - Vergi Məcəlləsinin 16.2-ci və 16.3-cü maddələrinə və Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə müvafiq olaraq təqdim edilən arayışlar, habelə Vergi Məcəlləsinin 14-1.2-ci maddəsində göstərilən hər bir şəxs üzrə transfer qiymətləri əsas götürülməklə ümumi dəyəri 500 000,0 manatdan artıq olan əməliyyatlara dair Vergilər Nazirliyinin müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə təqdim edilən arayışlar.

 

3. Kağız formasında təqdim olunmuş bəyannamələr, hesabatlar və arayışlar dəstinin qəbul edilməsi

 

3.1. Bəyannamələr, hesabatlar və arayışlar (ştrix kodla daxil olanlar istisna olmaqla) əlbəəl və ya poçt vasitəsilə kağız formasında kargüzarlıq fəaliyyətini həyata keçirən struktura təqdim edilir.

3.2. Bəyannamələrdə, hesabatlarda və arayışlarda vergi ödəyicisinin və ya sığortaedənin adı, ünvanı və eyniləşdirmə nömrəsinin, sığortaedənin uçot nömrəsinin göstərilməməsi aşkar edildikdə, həmin gün kargüzarlıq fəaliyyətini həyata keçirən strukturun işçisi bu qüsurları vergi orqanında olan məlumatlar (vergi ödəyicisinin və ya sığortaedənin iş qovluğu və ya şəxsi hesab vərəqəsi) əsasında aradan qaldırır.

3.3. Bəyannamələr, hesabatlar və arayışlar vergi ödəyicisinin və ya sığortaedənin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əlavə edilib-edilməməsi kargüzarlıq fəaliyyətini həyata keçirən struktur tərəfindən yoxlanılır.

3.4. Əlbəəl və ya poçt vasitəsilə kağız formasında təqdim edilən bəyannamələr, hesabatlar və ya arayışlar (ştrix kodla daxil olanlar istisna olmaqla) kargüzarlıq fəaliyyətini həyata keçirən struktur tərəfindən 1 iş günü ərzində ayrı-ayrı vergi növləri üzrə bəyannamələr və hesabatlar dəsti halında bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən Bəyannamələrin, hesabatların və arayışların işlənilməsinə nəzarət forması ilə birlikdə kameral yoxlamanı aparan strukturun rəhbərinə təqdim olunur.

3.5. Ştrix kodla daxil olan bəyannamələr, hesabatlar və ya arayışlar xüsusi texniki qurğular vasitəsi ilə kargüzarlıq fəaliyyətini həyata keçirən struktur tərəfindən AVİS-in məlumat bazasına daxil edilir.

 

4. Kağız formasında təqdim olunmuş bəyannamələrdə, hesabatlarda və arayışlardaaydın görünən qüsurlar üzrə araşdırma

 

4.1. Kameral vergi yoxlamalarını aparan strukturun rəhbəri bəyannamələr, hesabatlar və arayışlar dəstini kargüzarlıq fəaliyyətini həyata keçirən strukturdan qəbul etdikdən sonra kameral vergi yoxlamasının aparılması üçün onu gün ərzində şöbənin (bölmənin) işçilərinin iş bölgüsündən asılı olaraq onlar arasında bölüşdürür.

4.2. Hər bir dəst üzrə daxil olmuş bütün bəyannamələr, hesabatlar və arayışlar kameral qaydada yoxlanılmaq üçün bir işçiyə verilir.

4.3. Kameral vergi yoxlamalarını aparan strukturun kameral vergi yoxlamasının aparılması həvalə edilmiş işçisi bəyannamələr, hesabatlar və arayışlar dəstini qəbul etdikdən sonra 1 gün ərzində hər bir bəyannamə, hesabat və arayış üzrə aşağıdakıları araşdırır:

4.3.1. Fiziki şəxslər tərəfindən təqdim edilmiş bəyannamənin, hesabatın və ya arayışın vergi ödəyicisi, sığortaedən və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmasını;

4.3.2. Hüquqi şəxslər tərəfindən təqdim edilmiş bəyannamənin, hesabatın və ya arayışın səlahiyyətli şəxs tərəfindən imzalanmasını və möhürlə təsdiq edilməsini;

4.3.3. Bəyannamə, hesabat və arayış ilə birlikdə təqdim olunmalı sənədlərin təqdim edilib-edilməməsini;

4.3.4. Vergi dövrünün göstərilib-göstərilməməsini.

4.4. Bəyannamənin, hesabatın və ya arayışın vergi ödəyicisi və ya sığortaedən və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaması, nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əlavə edilməməsi və ya hüquqi şəxs tərəfindən təqdim edilmiş bəyannamənin, hesabatın və ya arayışın möhürlə təsdiq edilməməsi və ya vergi dövrünün göstərilməməsi aşkar edildikdə, habelə vergi ödəyicisinin və ya sığortaedənin adı, ünvanı, eyniləşdirmə nömrəsi və ya sığortaedənin uçot nömrəsi göstərilməmiş və ya səhv göstərilmiş bəyannamələrdə, hesabatlarda və ya arayışlarda bu qüsurları vergi orqanında olan məlumatlar əsasında aradan qaldırmaq mümkün olmadıqda, növbəti iş günündən gec olmayaraq bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən forma üzrə Kağız formada təqdim edilmiş bəyannamə, hesabat və ya arayışın qəbul edilməsi üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında Bildiriş hazırlanır və vergi ödəyicisindən və ya sığortaedəndən yol verilmiş uyğunsuzluq və çatışmazlıqların aradan qaldırılması üçün zəruri sənədlərin (məlumatların) 3 iş günü müddətində vergi orqanına təqdim edilməsi və ya vergi ödəyicilərinə xidmət strukturlarına gəlməsi xahiş olunur.

4.5. Bəyannamə, hesabat və ya arayış ilə birlikdə təqdim olunmalı sənədlərin təqdim edilməməsi və ya bəyannamədə, hesabatda və ya arayışda uyğunsuzluq (risk) aşkar edildikdə, növbəti iş günündən gec olmayaraq bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən forma üzrə Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub hazırlanır və zəruri olan sənədlərin təqdim edilməsi tələb edilir.

4.6. Təqdim edilmiş bəyannamələrdə, hesabatlarda ya arayışlarda bu Qaydaların 4.3-cü bəndində göstərilən uyğunsuzluqlar aşkar edildikdə, həmin bəyannamələr, hesabatlar və arayışlar kameral vergi yoxlamalarını aparan strukturda gözləmə faylında saxlanılır. Vergi orqanının digər struktur bölmələrinin müraciəti ilə gözləmə faylında saxlanılan bəyannamələr, hesabatlar və arayışlar dərhal müraciət edən struktura verilir. Gözləmə faylından bəyannamələrin, hesabatların və ya arayışların vergi orqanının digər struktur bölmələrinə verilməsinin uçotu kameral vergi yoxlamalarını aparan strukturda bu Qaydaların 4 nömrəli əlavəsində göstərilən forma üzrə Bəyannamələrin, hesabatların, arayışların gözləmə faylından götürülməsinin və qaytarılmasının uçotu kitabında aparılır.

4.7. Bu Qaydaların 4.3.1-ci və 4.3.2-ci yarımbəndlərində göstərilən qüsurlar aradan qaldırılmadıqda, həmin bəyannamələr, hesabatlar və ya arayışlar əsassız hesab edilir və həmin bəyannamələr, hesabatlar və ya arayışlar barədə təqdim edilməmiş bəyannamələrin alınması ilə məşğul olan struktura məlumat təqdim edilir. Bu bəyannamələr və hesabatlar üzrə Bəyannamələrin, hesabatların və arayışların işlənilməsinə nəzarət formasında müvafiq qeydlər edilir və kameral vergi yoxlamalarını aparan strukturda ayrıca qovluğa tikilir.

 

5. Kağız formasında təqdim edilmiş bəyannamələrin, hesabatların və arayışların AVİS-in məlumat bazasına daxil edilməsi

 

5.1. Təqdim edilmiş bəyannamədə, hesabatda və arayışda bu Qaydaların 4.3-cü bəndində göstərilən qüsurlar aşkar edilmədikdə dəstin qəbul edildiyi gündən 3 iş günü ərzində həmin bəyannamə, hesabat və arayış üzrə vergi ödəyicisinin və ya sığortaedənin məlumatları AVİS proqramının Bəyannamələr altmodulunun Bəyannamələrin, hesabatların və arayışların işlənilməsi pəncərəsində işlənilir və bəyannamələr, hesabatlar və ya arayış formaları AVİS-in məlumat bazasına daxil edilir.

5.2. Bu Qaydaların 4.3.1-ci və 4.3.2-ci yarımbəndləri ilə göstərilən qüsurlar aşkar edilmiş bəyannamələr, hesabatlar və arayışlar üzrə həmin qüsurlar aradan qaldırıldıqdan sonra 3 iş günü ərzində həmin bəyannamə, hesabat və ya arayış üzrə vergi ödəyicisinin məlumatları AVİS proqramının Bəyannamələr altmodulunun Bəyannamələrin, hesabatların və arayışların işlənilməsi pəncərəsi vasitəsi ilə AVİS-in məlumat bazasına daxil edilir.

5.3. Bu Qaydaların 4.3.1-ci və 4.3.2-ci yarımbəndləri ilə göstərilən qüsurlar aradan qaldırılmadığı üçün əsassız hesab edilmiş bəyannamələr, hesabatlar və ya arayışlar üzrə məlumatlar AVİS proqramının Bəyannamələr altmodulunun Bəyannamələrin, hesabatların və arayışların işlənilməsi pəncərəsində işlənilmir və AVİS-in məlumat bazasına daxil edilmir.

5.4. Bu Qaydaların 4.3.3-cü yarımbəndi ilə göstərilən qüsurlar aşkar edilmiş bəyannamələr, hesabatlar və ya arayışlar üzrə həmin qüsurların aradan qaldırılıb-qaldırılmamasından asılı olmayaraq, dəstin qəbul edildiyi gündən 3 iş günü ərzində bəyannamələr, hesabatlar və ya arayışlar üzrə vergi ödəyicisinin məlumatları AVİS proqramının Bəyannamələr altmodulunun Bəyannamələrin, hesabatların və arayışların işlənilməsi pəncərəsi vasitəsi ilə AVİS-in məlumat bazasına daxil edilir.

5.5. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən kağız formasında təqdim edilmiş bəyannamələr, hesabatlar və arayışlar və ona əlavə edilmiş sənədlər işçi tərəfindən vergi ödəyicisinin və ya sığortaedənin iş qovluğuna tikilməsi üçün iş qovluqları saxlanılan aidiyyəti şöbəyə (bölməyə) dəst halında təhvil verilir.

5.6. Vergi ödəyiciləri və ya sığortaedən tərəfindən elektron formada bəyannamələrin tərtibi proqramı (bundan sonra BTP) proqramı vasitəsilə və ya onlayn formada tərtib edilərək kod-parol və ya gücləndirilmiş elektron imza vasitəsi ilə İnternet Vergi İdarəsi və Elektron hökumət portalı səhifələrindən göndərilən bütün bəyannamələr, hesabatlar və ya arayışlar, həmçinin kağız formasında ştrix kodla təqdim olunan bəyannamələr, hesabatlar və arayışlar AVİS-in məlumat bazasına daxil edildikdən sonra görülən bütün tədbirlər avtomatik olaraq vergi ödəyicisinin və ya sığortaedənin elektron iş qovluğuna tikilir.

 

6. Bəyannamələr, hesabatlar və arayışlar üzrə elektron kameral vergi yoxlamaları zamanı həyata keçirilən prosedurlar

 

6.1. Vergi ödəyiciləri tərəfindən elektron formada BTP proqramı vasitəsilə və ya onlayn formada tərtib edilərək kod-parol və ya gücləndirilmiş elektron imza vasitəsi ilə İnternet Vergi İdarəsi və ya Elektron hökumət portalı səhifələrindən göndərilən bütün bəyannamələr, hesabatlar və ya arayışlar həmçinin kağız formasında, ştrix kodla təqdim olunan bəyannamələr, hesabatlar və ya arayışlar AVİS-in məlumat bazasına daxil edildikdən sonra Vergilər Nazirliyi tərəfindən riyazi və məntiqi əsaslarla müəyyən edilən müxtəlif risk meyarları üzrə aşağıdakı qaydada elektron şəkildə mərkəzləşmiş və ya fərdi qaydada uyğunsuzluq yoxlamasından keçirilir:

6.1.1. Elektron şəkildə mərkəzləşmiş qaydada uyğunsuzluq yoxlaması zamanı bəyannamələr, hesabatlar və ya arayışlardakı uyğunsuzluqlar sistem tərəfindən avtomatik olaraq yoxlanılır və hər vergi bəyannaməsi, hesabat və ya arayış formasının özünə aid olan uyğunsuzluqlar aşkar edilərək qeyd edilmiş bəyannamə, hesabat və ya arayış ilə əlaqələndirilir və bununla bağlı məlumatlar AVİS-in müvafiq menyusunda öz əksini tapır;

6.1.2. Daxil olmuş bəyannamələr, hesabatlar və ya arayışların siyahısından uyğunsuzluq yoxlamasından keçirilməyən bəyannamə, hesabat və ya arayışlar seçilərək fərdi qaydada uyğunsuzluqdan keçirilə bilər.

6.2. Bəyannamələr, hesabatlar və ya arayışlar üzrə elektron kameral vergi yoxlamaları zamanı uyğunsuzluq yoxlamasından keçirilmiş bəyannamələr, hesabatlar və arayışlar üzrə aşağıdakı proseduralar həyata keçirilir:

6.2.1. Uyğunsuzluq yoxlaması bitdikdən sonra AVİS-in Uyğunsuzluq yoxlamaları aparılmış bəyannamələr, hesabatlar və ya arayışlar ekrandakı Vəziyyəti sütununa var və ya yox ifadəsi yazılır;

6.2.2. Kənarlaşma aşkar olunmuş bəyannamələr, hesabatlar və ya arayışlar hər gün kameral vergi yoxlamalarını aparan strukturun rəhbərinin AVİS proqramının Bəyannamələr altmodulunun Uyğunsuzluq məktubu yazılmamış bəyannamələr, hesabatlar və ya arayışlar pəncərəsində görünür və şöbə (bölmə) rəisi uyğunsuzluq olan bəyannamələri, hesabatları və ya arayışları öz işçilərinə bu pəncərə vasitəsi ilə paylayır. Şöbə (bölmə) rəisi siyahıdan bəyannamələri, hesabatları və ya arayışları seçir və kameral vergi yoxlamasının aparılması üçün şöbənin (bölmənin) işçilərinin iş bölgüsündən asılı olaraq bölüşdürür. İşçi ona həvalə edilən və uyğunsuzluğu olan bəyannamələri, hesabatları və ya arayışları Uyğunsuzluq məktublarının işlənməsi ekranında görür;[4]

6.2.3. Uyğunsuzluğu olan bəyannamənin, hesabatın və ya arayışın üstünə iki dəfə vurduqda və ya bəyannaməni, hesabatı və ya arayışı seçib Uyğunsuzluq məktubunu işlə düyməsini basdıqda seçilmiş bəyannamənin, hesabatın və ya arayışın məlumatları növbəti ekrana çıxır ki, bu ekran da Ümumi məlumat və Bəyannamədəki, hesabatdakı və ya arayışdakı uyğunsuzluqlar adlı 2 hissədən ibarətdir;

6.2.4. Ümumi məlumat hissəsində bəyannamənin, hesabatın və ya arayışın məlumatları, bəyannamədəki, hesabatdakı və ya arayışdakı uyğunsuzluqlar hissəsində isə müəyyən olunan uyğunsuzluqlar siyahısından hansı uyğunsuzluqlar üçün məktub yazılacağı qeyd olunur. Həmin ekran vasitəsi ilə İdarəyə daxil olmuş sənəd məlumatları (vergi ödəyicisinin və ya sığortaedənin məktubu əsasında) daxil edilməklə uyğunsuzluq bağlanıla bilər;

6.2.5. Kameral vergi yoxlaması nəticəsində uyğunsuzluq aşkar edilmiş bəyannamə, hesabat və ya arayış üzrə Seçilənlərə uyğunsuzluq məktubu yarat düyməsindən istifadə etməklə bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən forma üzrə Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub avtomatik olaraq hazırlanır. Bu zaman, həmin uyğunsuzluqlar Həll edilməmiş uyğunsuzluqlar alt menyusuna, yaradılan Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub isə Kargüzarlıq modulunun Sənədlərim menyusuna göndərilir;

6.2.6. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub AVİS proqram təminatının Kargüzarlıq modulu vasitəsi ilə müvafiq olaraq işçi tərəfindən şöbə (bölmə) rəisinə yoxlanılma və viza qəbul olunmaq üçün göndərilir. Viza qəbul olunmuş Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub vergi orqanının rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra vergi ödəyicisinin və ya sığortaedənin elektron kabinetinə və ya kargüzarlıq fəaliyyətini həyata keçirən struktur tərəfindən poçt ünvanına göndərilir;[5]

6.2.7. Vergi ödəyicisinə Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub yazılmış bəyannamələrə, hesabatlara və arayışlara Həll edilməmiş uyğunsuzluqlar ekranı vasitəsilə baxılır və ya emal olunur;

6.2.8. Vergi ödəyicisinə və ya sığortaedənə göndərilmiş Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktuba vergi ödəyicisi tərəfindən məktubda qeyd edilmiş müddətdə cavab verilməlidir. Vergi ödəyicisindən cavab məktubu gəldikdə, işçi Həll edilməmiş uyğunsuzluqlar ekranı vasitəsilə müvafiq bəyannaməni, hesabatı və ya arayışı seçməklə cavab məktubunu sistemə daxil edir;

6.2.9. İşçi yaranmış uyğunsuzluq üzrə vergi ödəyicisinə kameral hesablama aparmaq üçün Kameral yoxla düyməsindən istifadə edir ki, bu ekran aşağıdakı hissələrdən ibarətdir:

6.2.9.1. Ümumi məlumat hissəsi yalnız bəyannamənin, hesabatın və ya arayışın məlumatlarına baxış imkanı yaradır;

6.2.9.2. Kameral yoxlama məlumatları hissəsində isə bazada olan məlumatlara uyğun olaraq məlumatlar əks olunur ki, bu məlumatlar diqqətlə yoxlanılmalıdır;

6.2.10. Kameral yoxlama nəticələri hissəsində isə işçi tərəfindən aşağıdakı əməliyyatlar yerinə yetirilməklə müvafiq olaraq kameral qaydada hesablama aparılır:

6.2.10.1. Kameral vergi yoxlaması ilə yeni vergi və sığorta haqqı məbləğini daxil etmək üçün Kameral məbləğin səbəbi siyahısından müəyyən olunan səbəb seçilməklə (əgər Sair seçilərsə, səbəb daxil edilməlidir) Kameral bəyannaməni, hesabatı işlə düyməsindən istifadə edilir;

6.2.10.2. Bu zaman, vergi və sığorta haqqı məbləğlərində müvafiq dəyişikliklər edilməklə əməliyyat başa çatdırılır və müvafiq kameral vergi yoxlamalarını aparan strukturun rəhbərinin Təsdiqlənəcək kameral yoxlamalar ekranında əks olunur;

6.2.10.3. Kameral yoxlama vergi ödəyicisindən və ya sığortaedəndən daxil olan sənədə əsasən aparılarsa, Kameral məbləğin səbəbi siyahısından səbəbi (vergi ödəyicisinin və ya sığortaedənin verdiyi sənəd ilə, vergi ödəyicisi və ya sığortaedən üçün gələn sənəd ilə) seçilməklə müvafiq əməliyyatlar həyata keçirilir;

6.2.11. Kameral vergi yoxlamalarını aparan strukturun rəhbəri tərəfindən Təsdiqlənəcək kameral yoxlamalar ekranından istifadə olunur və həmin ekranda əks olunan bəyannamə və ya hesabat seçilməklə Kameral yoxlama məlumatları və nəticələri ekranı vasitəsi ilə kameral yoxlama məlumatları nəzərdən keçirilir;

6.2.12. Şöbə (bölmə) rəisi bütün məlumatları yoxlamaqla kameral hesablama təsdiq etdikdə həmin günün tarixi ilə bəyannamənin, hesabatın və ya arayışın kameral yoxlanması qeydiyyata alınaraq şəxsi hesab vərəqəsinə işlənilir;[6]

6.2.13. Eyni zamanda kameral vergi yoxlaması təsdiq edildikdən sonra bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərar avtomatik olaraq hazırlanaraq işçinin Kargüzarlıq modulunun Sənədlərim ekranına göndərilir. Bu zaman, işçi tərəfindən Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərar müvafiq olaraq şöbə (bölmə) rəisinə yoxlanılma və viza qəbul olunmaq üçün göndərilir. Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərar vergi orqanının rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra vergi ödəyicisinin və ya sığortaedənin elektron kabinetinə və ya kargüzarlıq fəaliyyətini həyata keçirən struktur tərəfindən poçt ünvanına göndərilir;

6.2.14. Kameral yoxlama məlumatlarında hər hansı bir səhv və ya çatışmazlıq aşkar edildikdə şöbə (bölmə) rəisi tərəfindən səbəb daxil edilməklə kameral yoxlama rədd edilir və bu barədə məlumat kameral yoxlamanı aparan işçinin Rədd edilən kameral yoxlamalar ekranına göndərilir;

6.2.15. Şöbə (bölmə) rəisi tərəfindən rədd olunan kameral yoxlamalar kameral hesablamanı aparmış işçinin müvafiq ekranına göndərildikdən sonra işçi tərəfindən rədd səbəbinə uyğun olaraq kameral hesablama yenidən aparılır;

6.2.16. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin və sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarının 10 iş günü müddətində təqdim edilməsi üçün bu Qaydaların 8 nömrəli əlavəsində göstərilən forma üzrə Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarının təqdim edilməsi barədə Bildiriş göndərir;

6.2.17. Bu Qaydaların 6.2.16-cı yarımbəndinə müvafiq olaraq göndərilmiş bildirişlə bağlı daxil olmuş dəqiqləşdirilmiş bəyannamə və hesabatlar üzrə kameral vergi yoxlaması aparılmır, yalnız dəqiqləşdirilmiş bəyannamədə və hesabatlarda bildirişdə göstərilən əlavə sənəd və ya mənbəyi məlum olan məlumatların nəzərə alınıb-alınmaması araşdırılır. Araşdırma zamanı kənarlaşma aşkar olunduqda bu Qaydaların 8 nömrəli əlavəsində göstərilən forma üzrə yeni bildiriş göndərilir;

6.2.18. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən bu Qaydaların 6.2.16-cı yarımbəndinə müvafiq olaraq göndərilmiş bildiriş üzrə dəqiqləşdirilmiş bəyannamə və hesabatlar müəyyən edilmiş müddətdə təqdim edilmədikdə bu barədə məlumatlar səyyar vergi yoxlanılmasının keçirilməsi məsələsinə baxılması üçün AVİS vasitəsi ilə elektron qaydada real vaxt rejimində Risklərin idarə olunması menyusunun müvafiq ekranında əks olunur;

6.2.19. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə və hesabatlar bildirişlə bağlı olmadıqda, həmin bəyannamə və hesabatlar üzrə bu Qaydaların müddəalarına uyğun olaraq kameral vergi yoxlaması aparılır;

6.2.20. Eyni zamanda, vergi ödəyicisi və ya sığortaedən tərəfindən 6.2.16-cı bənddə qeyd olunan bildirişdə göstərilən kənarlaşmaya dair yazılı izahat təqdim edildikdə, müvafiq araşdırma aparılır və kənarlaşma aşkar edilmədikdə həmin uyğunsuzluq bu Qaydaların müddəalarına uyğun olaraq AVİS-də müvafiq qaydada bağlanılır.

 

7. Bəyannamələrin, hesabatların və arayışların AVİS-dən kənar kameral vergi yoxlamaları zamanı həyata keçirilən proseduralar

 

7.1. AVİS-dən kənar kameral vergi yoxlamaları təqdim edilmiş bəyannamə, hesabat və ya arayışlara əsasən vergi ödəyicilərinin və ya sığortaedənlərin iqtisadi göstəricilərinin müxtəlif risk meyarları nəzərə alınaraq fərdi qaydada araşdırılması və təhlil edilməsi əsasında aparılır.

7.2. Bəyannamələrin, hesabatların və ya arayışların AVİS-dən kənar kameral vergi yoxlamaları zamanı AVİS üzrə aşağıdakı proseduralar həyata keçirilir:

7.2.1. Vergi ödəyicilərinin və ya sığortaedənin iqtisadi göstəricilərinin müxtəlif risk meyarları əsasında təhlili nəticəsində yaradılmış AVİS-dən kənar risk təsdiq edildikdən sonra şöbə (bölmə) rəisi müvafiq ekrana yoxlanılacaq vergi ödəyicisinin və ya sığortaedənin VÖEN-ni və yoxlanılacaq dövrü daxil edir;

7.2.2. Siyahıya əlavə edilmiş vergi ödəyiciləri və ya sığortaedənlər üzrə uyğunsuzluq yaradılması üçün şöbə (bölmə) rəisi tərəfindən onların siyahısı işçilər arasında bölüşdürülür. İşçi AVİS-dən kənar uyğunsuzluq məktublarının işlənməsi ekranı vasitəsilə şöbə (bölmə) rəisi tərəfindən ona göndərilmiş bəyannamələrdə, hesabatlarda və arayışlarda uyğunsuzluq yaradır;

7.2.3. Bəyannamədə, hesabatda və arayışlarda uyğunsuzluq yaratmaq üçün əvvəlcə Vergi bölməsindən müvafiq dövr üçün bəyannamə, hesabat və ya arayış seçilərək həmin bəyannamə, hesabat və ya arayış cədvələ əlavə edilir və AVİS-dən kənar uyğunsuzluq yarat düyməsi vasitəsilə cədvəldə qeyd edilmiş bəyannamə, hesabat və ya arayış üzrə uyğunsuzluq yaradılır;

7.2.4. İşçi yaradılmış uyğunsuzluq üzərində Dəyiş düyməsi vasitəsilə dəyişiklik edə bilər və ya daxil edilmiş uyğunsuzluğu Sil düyməsi vasitəsilə siyahıdan çıxara bilər;

7.2.5. Uyğunsuzluqlar qeyd edildikdən sonra AVİS-dən kənar uyğunsuzluq yarat düyməsindən istifadə etməklə qeyd edilmiş bəyannamə, hesabat və ya arayış üzrə uyğunsuzluq yaradılmış olur və həmin sətir işçinin növbəti AVİS-dən kənar uyğunsuzluq məktubunun işlənməsi pəncərəsinə düşür;

7.2.6. AVİS-dən kənar uyğunsuzluq məktubunun işlənməsi pəncərəsi vasitəsi ilə uyğunsuzluğu yaradılmış bəyannamə, hesabat və ya arayış üçün bu Qaydaların 3 nömrəli Əlavəsində göstərilən forma üzrə Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub hazırlanır;

7.2.7. AVİS-dən kənar uyğunsuzluq məktublarının işlənməsi pəncərəsindəki cədvəldən vergi ödəyicisi və ya sığortaedən seçilir və Uyğunsuzluq məktubunu işlə düyməsi vasitəsi ilə işçi Viza verəcək şəxs bölməsindən şöbə (bölmə) rəisini seçərək bəyannaməni, hesabatı və ya arayışı şöbə (bölmə) rəisinin AVİS-dən kənar uyğunsuzluq məktubuna viza verilməsi pəncərəsinə göndərir;

7.2.8. Şöbə (bölmə) rəisi AVİS-dən kənar uyğunsuzluq məktubuna viza verilməsi ekranı vasitəsi ilə uyğunsuzluq məktubuna viza verə və ya onu rədd edə bilər;

7.2.9. Uyğunsuzluq məktubuna viza verildikdə həmin bəyannamə, hesabat və ya arayış üzrə tərtib edilmiş uyğunsuzluq məktubu baş idarənin (idarənin, şöbənin) rəisinə və ya onun müavininə imzalanmağa göndərilir;[7]

7.2.10. Eyni zamanda, baş idarənin (idarənin, şöbənin) rəisi və ya onun müavini AVİS-dən kənar uyğunsuzluq məktubunun imzalanması pəncərəsi vasitəsi ilə şöbə (bölmə) rəisi tərəfindən viza verilmiş bəyannamələrə, hesabatlara baxmaq, imzalamaq və rədd etmək imkanına malikdir;[8]

7.2.11. Məktub baş idarənin (idarənin, şöbənin) rəisi və ya onun müavini tərəfindən imzalandıqda, o işçinin AVİS-dən kənar həll edilməmiş uyğunsuzluq məktubları adlı pəncərəsinə, yaradılan Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub isə kargüzarlıq modulunun Sənədlərim ekranına göndərilir;

7.2.12. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub AVİS proqram təminatının kargüzarlıq modulu vasitəsi ilə müvafiq olaraq iºçi tərəfindən şöbə (bölmə) rəisinə yoxlanılma və viza qəbul olunmaq üçün göndərilir. Viza qəbul olunmuş Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub vergi orqanının rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra vergi ödəyicisinin və ya sığortaedənin elektron kabinetinə və ya kargüzarlıq fəaliyyətini həyata keçirən struktur tərəfindən poçt ünvanına göndərilir;

7.2.13. Baş idarənin (idarənin, şöbənin) rəisi və ya onun müavini tərəfindən Rədd etmə əməliyyatı aparıldıqda isə həmin məktub şöbə (bölmə) rəisinin AVİS-dən kənar uyğunsuzluq məktubuna viza verilməsi pəncərəsinə qaytarılır;[9]

7.2.14. AVİS-dən kənar həll edilməmiş uyğunsuzluq məktubları pəncərəsinə məlumatlar 2 yolla daxil olur:

7.2.14.1. Baş idarənin (idarənin, şöbənin) rəisi və ya onun müavini Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubu imzaladıqda;[10]

7.2.14.2. İşçinin AVİS-dən kənar uyğunsuzluqların daxil edilməsi pəncərəsində Həll edilməmişə göndər düyməsi vasitəsi ilə;

7.2.15. AVİS-dən kənar həll edilməmiş uyğunsuzluq məktubları pəncərəsindəki uyğunsuzluqlar 2 yolla həll oluna bilər:

7.2.15.1. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən göndərilən cavablandırılan sənəd nömrəsinə əsasən;

7.2.15.2. İşçi tərəfindən AVİS-dən kənar kameral yoxlama vasitəsilə;

7.2.16. Bu zaman işçi cədvəldən müvafiq sətri seçir və Uyğunsuzluq məktubunu həll et düyməsindən istifadə edir;

7.2.17. Əgər uyğunsuzluq vergi ödəyicisinin və ya sığortaedənin sənədi əsasında həll edilərsə, o zaman işçi uyğunsuzluğun cavabı düyməsindən istifadə edir;

7.2.18. İşçi müvafiq sənəd nömrəsini (AVİS kargüzarlıq nömrəsini) və digər məlumatları daxil edərək Qəbul düyməsindən istifadə etdikdə, işlənən bəyannamə, hesabat və ya arayış üçün uyğunsuzluqlar bağlanılır və sənəd AVİS-dən kənar həll edilməmiş uyğunsuzluq məktubları pəncərəsindən silinir;

7.2.19. Əgər uyğunsuzluq AVİS-dən kənar kameral yoxlama vasitəsilə aradan qaldırılırsa, bu zaman işçi AVİS-dən kənar kameral yoxla düyməsindən istifadə edir;

7.2.20. İşçi Kameral bəyannaməsi və hesabatı işlə düyməsindən istifadə edərək müvafiq məlumatları daxil edib uyğunsuzluğu işləyir. Bu zaman cədvəldən həmin sətir silinir və şöbə (bölmə) rəisinin Təsdiqlənəcək AVİS-dən kənar kameral yoxlamalar adlı pəncərəsinə düşür;

7.2.21. AVİS-dən kənar kameral yoxla düyməsinin istifadə edilməsi üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:

7.2.21.1. AVİS-dən kənar uyğunsuzluğa əlavə ediləcək VÖEN-in elektron qaydada avtomatik uyğunsuzluq proqramından keçməsi lazımdır;

7.2.21.2. AVİS-dən kənar kameral hesablanacaq bəyannamənin, hesabatın bağlanmamış elektron uyğunsuzluğunun olmaması tələb olunur. Əks halda, AVİS-dən kənar kameral yoxlama əməliyyatını başa çatdırmaq mümkün deyildir;

7.2.22. İşçi tərəfindən AVİS-dən kənar həll edilməmiş uyğunsuzluq məktubları pəncərəsində AVİS-dən kənar kameral yoxla düyməsi vasitəsilə uyğunsuzluğu işlədikdə, həmin kameral vergi yoxlamalarını aparan strukturun rəhbərinin Təsdiqlənəcək AVİS-dən kənar kameral yoxlamaları pəncərəsinə daxil olur;

7.2.23. Bu zaman şöbə (bölmə) rəisi müvafiq sətri qeyd edib Qərar düyməsindən istifadə etməklə yeni pəncərəyə daxil olur;

7.2.24. Şöbə (bölmə) rəisi tərəfindən bütün məlumatlar yoxlanıldıqdan sonra Təsdiq et düyməsi istifadə edilməklə bəyannamənin, hesabatın kameral yoxlanması qeydiyyata alınır və kameral hesablama məbləği avtomatik olaraq şəxsi hesab vərəqəyə işlənilir;

7.2.25. Şöbə (bölmə) rəisi tərəfindən kameral vergi yoxlaması təsdiq edildikdən sonra bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərar avtomatik olaraq hazırlanaraq işçinin kargüzarlıq modulunun Sənədlərim ekranına göndərilir. Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərar AVİS vasitəsilə müvafiq olaraq işçi tərəfindən şöbə (bölmə) rəisinə yoxlanılma və viza qəbul olunmaq üçün göndərilir. Viza qəbul olunmuş Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərar vergi orqanının rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra vergi ödəyicisinin və ya sığortaedənin elektron kabinetinə və ya kargüzarlıq fəaliyyətini həyata keçirən struktur tərəfindən poçt ünvanına göndərilir;[11]

7.2.26. Əgər şöbə (bölmə) rəisi tərəfindən Rədd et düyməsi qeyd edilərsə, bu zaman həmin bəyannamə, hesabat işçinin AVİS-dən kənar həll edilməmiş uyğunsuzluq məktubları və Rədd olunan AVİS-dən kənar kameral yoxlamalar pəncərələrinə göndərilir;

7.2.27. İşçi bu pəncərədə yalnız rədd olunan AVİS-dən kənar kameral yoxlamalara baxa bilər.

7.3. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin və ya sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə və ya sığortaedənə 5 iş günü müddətində dəqiqləşdirilmiş bəyannamə və hesabatların 10 iş günü müddətində təqdim edilməsi üçün bu Qaydaların 8 nömrəli əlavəsində göstərilən forma üzrə Dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığortası və işsizlikdən sığortası hesabatlarının təqdim edilməsi barədə Bildiriş göndərir.

7.4. Bu Qaydaların 7.3-cü bəndinə müvafiq olaraq göndərilmiş bildirişlə bağlı daxil olmuş dəqiqləşdirilmiş bəyannamə və hesabat üzrə kameral vergi yoxlaması aparılmır, yalnız dəqiqləşdirilmiş bəyannamədə və hesabatda bildirişdə göstərilən əlavə sənəd və ya mənbəyi məlum olan məlumatların nəzərə alınıb-alınmaması araşdırılır. Araşdırma zamanı kənarlaşma aşkar olunduqda Qaydaların 7.3-cü bəndinə müvafiq olaraq vergi ödəyicisinə yeni bildiriş göndərilir.

7.5. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən bu Qaydaların 7.3-cü bəndinə müvafiq olaraq göndərilmiş bildiriş üzrə dəqiqləşdirilmiş bəyannamə və hesabatlar müəyyən edilmiş müddətdə təqdim edilmədikdə bu barədə məlumatlar səyyar vergi yoxlanılmasının keçirilməsi məsələsinə baxılması üçün AVİS vasitəsilə elektron qaydada real vaxt rejimində Risklərin idarə olunması menyusunun müvafiq ekranında əks olunur.

7.6. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə və hesabatlar bidirişlə bağlı olmadıqda, həmin bəyannamə və hesabat üzrə bu Qaydaların müddəalarına uyğun olaraq kameral vergi yoxlaması aparılır.

7.7. Eyni zamanda, vergi ödəyicisi və ya sığortaedən tərəfindən 7.3-cü bənddə qeyd olunan bildirişdə göstərilən kənarlaşmaya dair yazılı izahat təqdim edildikdə, müvafiq araşdırma aparılır və kənarlaşma aşkar edilmədikdə həmin uyğunsuzluq bu Qaydaların müddəalarına uyğun olaraq AVİS-də müvafiq qaydada bağlanılır.

 

8. Vergi növləri və sığorta haqları üzrə AVİS-dən kənar kameral vergi yoxlamaları

 

8.1. Gəlir vergisi bəyannaməsinin yoxlanılması:

8.1.1. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.

8.1.2. Gəlir vergisinin bəyannaməsini verməli olan şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.

8.1.3. Vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir.

8.1.4. Hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi gəlir vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur.

8.1.5.Gəlir vergisinin bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.1.5.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, fiziki şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü, uçot metodu və digər məlumatlar əks olunur;

8.1.5.2. Verginin hesablanması bölməsi 3 hissədən ibarətdir:

8.1.5.2.1. Hesabat dövrünün gəlirləri hissəsində hesabat dövrü ərzində müxtəlif mənbələr üzrə əldə edilmiş gəlirlər əks etdirilir;

8.1.5.2.2. Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı Xərclər hissəsində fiziki şəxs tərəfindən müxtəlif xərc maddələri üzrə gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər öz əksini tapır;

8.1.5.2.3. Hesabat dövrü üçün verginin hesablanması hissəsində isə təsərrüfat fəaliyyətinin nəticələri əks etdirilir;

8.1.5.3. Gəlir vergisi bəyannaməsinin aşağıdakı tərkibdə 3 ədəd əlavəsi mövcuddur:

8.1.5.3.1. Əlavə 1 - vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatları özündə əks etdirir;

8.1.5.3.2. Əlavə 2 - vergi ödəyicisinin obyektləri barədə məlumatı əks etdirir;

8.1.5.3.3. Əlavə 3 - azadolmalar və güzəştlər barədə məlumatı əks etdirir.

8.1.6. Gəlir vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:

8.1.6.1. Bəyannaməyə əlavə olunmalı sənədlərin təqdim edilib-edilməməsinin araşdırılması;

8.1.6.2. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV və aksiz vergisi bəyannamələrinin məlumatları ilə gəlir vergisi bəyannaməsinin müvafiq göstəricilərinin müqayisə edilərək kənarlaşmanın olub-olmamasının araşdırılması;

8.1.6.3. Təqdim edilmiş elektron vergi hesab fakturası üzrə ƏDV-nin depozit hesabına mədaxil olunmuş vəsaitlə (avans məbləği istisna olmaqla) kassa metodu ilə təqdim olunmuş gəlir vergisi bəyannaməsinin müqayisəsi;

8.1.6.4. Kassa metodu tətbiq edildikdə ƏDV bəyannaməsindəki 307-ci sətirdə göstərilmiş gəlirlə gəlir vergisi bəyannaməsindəki ümumi gəlirin müqayisəsi (pul vəsaitinin daxil olması və xərclənməsinin açıqlamasının alınması);

8.1.6.5. Vergi ödəyicisinin xərclərinin artım tempinin gəlirlərin artım tempini üstələməsi hallarının araşdırılması;

8.1.6.6. Bəyannamənin xərclər hissəsində mal və material xərclərinin ümumi xərcdə xüsusi çəkisinin yüksək (90%-dən yuxarı) olması hallarının araşdırılması;

8.1.6.7. Xərclərin tərkibində material xərclərinin artımının malların təqdim edilməsindən əldə edilən gəlirlərin artımını üstələməsi hallarının araşdırılması;

8.1.6.8. Təsərrüfat fəaliyyətinin nəticələri ardıcıl olaraq 3 il ərzində zərərlə başa çatması hallarının araşdırılması;

8.1.6.9. Ardıcıl 3 il ərzində təsərrüfat fəaliyyətinin nəticəsi gəlirlə başa çatmasına baxmayaraq rentabellik səviyyəsinin ilbəil azalması hallarının araşdırılması;

8.1.6.10. Uçot metodu dəyişdirildikdə vergilərin düzgün hesablanmasının araşdırılması;

8.1.6.11. Digər və sair xərclərin araşdırılması;

8.1.6.12. Alınmış kreditlərin faizlərinin xərcə aid edilməsinin düzgünlüyünün araşdırılması;

8.1.6.13. Ödənilmiş sığorta haqlarının xərclərə aid edilməsinin düzgünlüyünün araşdırılması (əmlakın dəyərindən artıq qiymətə sığortalanmasının araşdırılması);

8.1.6.14. Gəlir vergisinin bəyannaməsinin xərclər hissəsində göstərilmiş sığorta haqlarının əmək haqqı məbləğindən asılı olaraq əmək haqqı və ona bərabər tutulan ödəmələrin müvafiq olaraq 22,5% və 15,5%-dən çox olub-olmamasının araşdırılması;

8.1.6.15. Ümidsiz borcların xərclərə aid edilməsinin düzgünlüyünün araşdırılması (təsdiqedici sənədləri tələb edilməklə);

8.1.6.16. Xərclərin tərkibinin düzgünlüyünün vergi ödəyicisinin aldığı elektron vergi hesab fakturaları, elektron qaimə-faktura və yük gömrük bəyannamələri üzrə araşdırılması (enerji, yanacaq, mal-material, xidmət və s.);

8.1.6.17. Növbəti illərdə nəzərə alınacaq amortizasiya və təmir xərclərinin məbləğinin bəyannamədə əks etdirilməsinin düzgünlüyünün araşdırılması;

8.1.6.18. Gəlir vergisi bəyannaməsində gəlirlərin olmasına baxmayaraq muzdlu işlə əlaqədar işçilərə gəlir məbləği ödənilməməsi və ya ümumiyyətlə işçisinin olmaması hallarının araşdırılması;

8.1.6.19. İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş kreditor borcları üzrə gəlirin bəyannamədə əks etdirilməsinin düzgünlüyünün araşdırılması;

8.1.6.20. Gəlir vergisi bəyannaməsində göstərilən gəlirləri, nağdsız qaydada əldə olunan gəlirlərinə bərabər olan (ƏDV depozit hesabına mədaxil, bank hesabına mədaxil və s.), lakin nağd satışı olan (fəaliyyət sahəsinə müvafiq təsərrüfat subyekti olan) vergi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi;

8.1.6.21. Kassa metodu ilə bəyannamə təqdim edildikdə, ƏDV dövriyyəsi ilə gəlir vergisi bəyannaməsindəki gəlirlərin və hesabat dövrünün sonuna "Sair debitor borc" qalığının müqayisə olunması;

8.1.6.22. Gəlir vergisi bəyannaməsinin digər bəyannamə göstəriciləri ilə üzləşdirilməsi;

8.1.6.23. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə yoxlanılan bəyannamə göstəricilərinin müqayisəli təhlili;

8.1.6.24. Sahələr üzrə təhlillər zamanı bir ərazi üzrə eyni fəaliyyətlə məşğul olan və texniki-iqtisadi imkanlarına görə eyni qrupa daxil olan hər bir vergi ödəyicisinin dövriyyəsinin və vergi yükünün həmin ərazi və ya qrup üzrə faktiki orta dövriyyədən və orta vergi yükündən az olması hallarının araşdırılması;

8.1.6.25. Müvafiq sahələr üzrə enerji sərfiyyatı normalarına uyğun hasilatın bəyannamə göstəriciləri ilə müqayisə olunması;

8.1.6.26. İnvestisiya təşviqi sənədi ləğv edilmiş vergi ödəyicilərinin təşviq sənədinin ləğv edildiyi hesabat dövrü üzrə güzəşt tətbiq edilmiş vergilərinin bərpa edilib-edilməməsi hallarının araşdırılması;

8.1.6.27. Xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə bəyannamədə xarici valyutaların manata nisbətən göstərilən müsbət və ya mənfi məzənnə fərqinin üzləşdirilməsi;

8.1.6.28. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin (vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlər istisna olmaqla) ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən məbləğin 25 faizinin vergi ödəyicisi tərəfindən azaldılmış vergi məbləği ilə uzlaşdırılması;

8.1.6.29. Dəqiqləşdirilmiş bəyannamələr təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.1.6.30. Bəyannamənin ümumi gəlirdən çıxılmalar hissəsində rezident tərəfindən ödənilən dividend, faizlər, royalti, daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən ödəmə mənbəyində vergi tutulmuş gəlir sətirlərində qeyd olunmuş məbləğlərin digər vergi ödəyicilərinin təqdim etdiyi ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin əlavəsi ilə üzləşdirilməsi;

8.1.6.31. Vergi ödəyicisinə xidmət edən kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə əldə edilmiş bank hesabı və əməliyyatları barədə məlumatlarla bəyannamə göstəricilərinin müqayisə edilməsi.

8.1.6.32. Gəlir vergisi bəyannaməsi ilə onun əlavələrinin üzləşdirilməsi üzrə aşağıdakılar araşdırılmalıdır:

8.1.6.32.1. Gəlir vergisi bəyannaməsinin İştirak paylarının satışından əldə edilmiş gəlir sətrində göstərilən məbləğ ilə Əlavənin Səhmlər və iştirak payları üzrə maliyyə qoyuluşları sətrinin Təqdim edilmişdir və Silinmişdir sütunlarının cəminin nəticəsi ilə üzləşdirilməsi;

8.1.6.32.2. Gəlir vergisi bəyannaməsinin Malların təqdim edilməsindən gəlir sətrindəki məbləğ ilə Əlavənin Qeyri maddi aktivlərin dəyəri, Hazır məhsul, Mallar və Sair ehtiyatlar sətirlərinin Təqdim edilmişdir və Silinmişdir sütunlarındakı göstəricilərin toplanmasının nəticəsi ilə üzləşdirilməsi;

8.1.6.32.3. Gəlir vergisi bəyannaməsinin Ümumi gəlir sətrindəki məbləğdən Xarici valyutanın manata nisbətən müsbət məzənnə fərqi və Yeni uçot metodunun tətbiq edilməsindən yaranmış gəlirlər sətirləri çıxılmaqla alınan nəticənin bəyannamənin 1 nömrəli əlavəsinin Sair debitor borclar sətrinin dövr ərzində daxil olmuşdur sütunu ilə üzləşdirilməsi;

8.1.6.32.4. Gəlir vergisi bəyannaməsinin Ümumi gəlir sətri ilə Vergilərin uçot metodunun dəyişməsindən yaranan keçmiş illərin gəliri sətrinin fərqindən alınmış nəticənin bəyannamənin 1 nömrəli əlavəsinin Alınmış avanslar və Gələcək dövrün gəlirləri sətirləri üzrə Təqdim edilmişdir və Silinmişdir sütunlarının cəminin üzləşdirilməsi;

8.1.6.32.5. Gəlir vergisi bəyannaməsinin Xammal və materiallar və Malın dəyəri sətirlərindəki material xərclərinin cəmi ilə əlavənin Hazır məhsul, Mallar və Sair ehtiyatlar sətirlərinin təqdim edilmişdir, silinmişdir sütünlarındakı göstəricilərin cəminin üzləşdirilməsi;

8.1.6.32.6. Gəlir vergisi bəyannaməsinin Səhmlərin alınması ilə bağlı xərclər və İştirak paylarının alınması ilə bağlı xərclər sətirlərinin cəmi ilə Əlavənin Səhmlər və iştirak payları üzrə maliyyə qoyuluşları sətrinin təqdim edilmişdir və silinmişdir sütunlarındakı nəticələrin üzləşdirilməsi;

8.1.6.32.7. Binalar, tikililər, qurğuların, avadanlıqlar və digər əsas vəsaitlərin il ərzində mədaxil göstəricisi ilə əlavənin kapitallaşdırma üçün aktivlər sətrinin təqdim edilmişdir və silinmişdir sütünlarındakı göstəricilərin cəmi ilə üzləşdirilməsi;

8.1.6.33. Transfer qiymətlərinin tətbiqi ilə əlaqədar vergi ödəyiciləri tərəfindən təqdim edilmiş Nəzarət olunan əməliyyatlar barədə Arayışda göstərilən məlumatların araşdırılması;

8.1.6.34. Əlavə 3 də qeyd edilən azadolmalar və güzəştlər barədə məlumatların araşdırılması;

8.1.6.35. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:

8.1.6.35.1. İdxal-ixrac əməliyyatları barədə Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumatlar;

8.1.6.35.2. Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar;

8.1.6.35.3. Bank əməliyyatları barədə alınan rəsmi məlumatlar;

8.1.6.35.4. Maliyyə orqanlarından dövlət əsaslı vəsait qoyuluşu üzrə daxil olan məlumatlar;

8.1.6.35.5. Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar;

8.1.6.35.6. Əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatlar;

8.1.6.35.7. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.1.6.35.8. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.2. Mənfəət vergisi bəyannaməsinin yoxlanılması:

8.2.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir.

8.2.2. Mənfəət vergisinin bəyannaməsini verməli olan şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.

8.2.3. Mənfəət vergisinin ödəyicisi olan vergi ödəyicisi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda, 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir.

8.2.4. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərarda göstərilən ləğv olunma tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) vergi orqanına bəyannamə verməyə borcludur.[12]

8.2.5. Hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur.

8.2.6. Mənfəət vergisinin bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.2.6.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü, uçot metodu və digər məlumatlar əks olunur;

8.2.6.2. Verginin hesablanması bölməsi 3 hissədən ibarətdir:

8.2.6.2.1. Hesabat dövrünün Gəlirləri hissəsində hesabat dövrü ərzində müxtəlif mənbələr üzrə əldə edilmiş gəlirlər əks etdirilir;

8.2.6.2.2. Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı Xərclər hissəsində hesabat dövrü ərzində gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər öz əksini tapır;

8.2.6.2.3. Hesabat dövrü üçün verginin hesablanması hissəsində isə təsərrüfat fəaliyyətinin nəticələri əks etdirilir;

8.2.6.3. Mənfəət vergisi bəyannaməsinin aşağıdakı tərkibdə 5 ədəd əlavəsi mövcuddur:

8.2.6.3.1. Əlavə 1 - vergi uçotunun məqsədləri üçün aktivlər, kapital və öhdəliklər barədə məlumatları özündə əks etdirir;

8.2.6.3.2. Əlavə 2 vergi ödəyicisinin xaricdə olan bank hesabları bərədə məlumatı əks etdirir;

8.2.6.3.3. Əlavə 3 - vergi ödəyicisinin ümidsiz borcları bərədə məlumatı özündə əks etdirir;

8.2.6.3.4. Əlavə 4 - vergi ödəyicisinin obyektləri barədə məlumatı özündə əks etdirir;

8.2.6.3.5. Əlavə 5 - azad olmalar və güzəştlər barədə məlumatı özündə əks etdirir;

8.2.7. Mənfəət vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:

8.2.7.1. Bəyannaməyə əlavə olunmalı sənədlərin təqdim edilib-edilməməsinin araşdırılması;

8.2.7.2. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV və aksiz vergisi bəyannamələrinin məlumatları ilə mənfəət vergisi bəyannaməsinin müvafiq göstəricilərinin müqayisə edilərək kənarlaşmanın olub-olmamasının araşdırılması;

8.2.7.3. Təqdim edilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV depozit hesabına mədaxil olunmuş vəsaitlə (avans məbləği istisna olmaqla) Kassa metodu ilə təqdim olunmuş mənfəət vergisi bəyannaməsinin müqayisəsi;

8.2.7.4. Kassa metodu tətbiq edildikdə ƏDV bəyannaməsindəki 307-ci sətirdə göstərilmiş gəlirlə mənfəət bəyannaməsindəki ümumi gəlirin müqayisəsi (pul vəsaitinin daxil olması və xərclənməsinin açıqlamasının alınması);

8.2.7.5. Vergi ödəyicisinin xərclərinin artım tempinin gəlirlərin artım tempini üstələməsi hallarının araşdırılması;

8.2.7.6. Bəyannamənin xərclər hissəsində mal və material xərclərinin ümumi xərcdə xüsusi çəkisinin yüksək (90%-dən yuxarı) olması hallarının araşdırılması;

8.2.7.7. Xərclərin tərkibində material xərclərinin artımının malların təqdim edilməsindən əldə edilən gəlirlərin artımını üstələməsi hallarının araşdırılması;

8.2.7.8. Təsərrüfat fəaliyyətinin nəticələri ardıcıl olaraq 3 il ərzində zərərlə başa çatması hallarının araşdırılması;

8.2.7.9. Ardıcıl 3 il ərzində təsərrüfat fəaliyyətinin nəticəsi mənfəətlə başa çatmasına baxmayaraq rentabellik səviyyəsinin ilbəil azalması hallarının araşdırılması;

8.2.7.10. Uçot metodu dəyişdirildikdə vergilərin düzgün hesablanmasının araşdırılması;

8.2.7.11. Digər və sair xərclərin araşdırılması;

8.2.7.12. Alınmış kreditlərin faizlərinin xərcə aid edilməsinin düzgünlüyünün araşdırılması;

8.2.7.13. Ödənilmiş sığorta haqlarının xərclərə aid edilməsinin düzgünlüyünün araşdırılması (əmlakın dəyərindən artıq qiymətə sığortalanmasının araşdırılması);

8.2.7.14. Mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində göstərilmiş sığorta haqlarının əmək haqqı məbləğindən asılı olaraq əmək haqqı və ona bərabər tutulan ödəmələrin müvafiq 22,5% və 15,5%-dən çox olub-olmamasının araşdırılması;

8.2.7.15. Faizlər üzrə ödəmə mənbəyində tutulan vergi məbləğlərinin nəzərə alınmasının düzgünlüyünün araşdırılması;

8.2.7.16. Ümidsiz borclarının xərclərə aid edilməsinin düzgünlüyünün araşdırılması (3 saylı əlavə və təsdiqedici sənədlər tələb edilməklə);

8.2.7.17. Xərclərin tərkibinin düzgünlüyünün müəssisənin, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatlarının aldığı elektron vergi hesab-fakturası, elektron qaimə-faktura və yük gömrük bəyannaməsi üzrə araşdırılması (enerji, yanacaq, mal-material, xidmət və s.);

8.2.7.18. Növbəti illərdə nəzərə alınacaq amortizasiya və təmir xərclərinin məbləğinin bəyannamədə əks etdirilməsinin düzgünlüyünün araşdırılması;

8.2.7.19. Bəyannamənin xərclər hissəsində göstərilmiş amortizasiya məbləğlərinin düzgünlüyünün araşdırılması;

8.2.7.20. Mənfəət vergisi bəyannaməsində gəlirlərin olmasına baxmayaraq muzdlu işlə əlaqədar işçilərə gəlir məbləği ödənilməməsi və ya ümumiyyətlə işçisinin olmaması hallarının araşdırılması;

8.2.7.21. Mənfəət vergisi üzrə azadolma və güzəşt məbləğlərinin qanunvericiliyə uyğun olub-olmamasının araşdırılması;

8.2.7.22. İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş kreditor borcları üzrə gəlirin bəyannamədə əks etdirilməsinin düzgünlüyünün araşdırılması;

8.2.7.23. Mənfəət vergisi bəyannaməsində göstərilən gəlirləri, nağdsız qaydada əldə olunan gəlirlərinə bərabər olan (ƏDV depozit hesabına mədaxil, bank hesabına mədaxil və s), lakin nağd satışı olan (fəaliyyət sahəsinə müvafiq təsərrüfat subyekti olan) vergi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi;

8.2.7.24. Kassa metodu ilə bəyannamə təqdim edildikdə, ƏDV dövriyyəsi ilə mənfəət vergisi bəyannaməsindəki gəlirlərin və hesabat dövrünün sonuna "Sair debitor borc" qalığının müqayisə olunması;

8.2.7.25. Mənfəət vergisi bəyannaməsinin digər bəyannamə göstəriciləri ilə üzləşdirilməsi;

8.2.7.26. Xalis mənfəətin təqdim edilməsi olan vergi ödəyicisinin araşdırılması;

8.2.7.27. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə (hesablanmış amortizasiya məbləği üzrə çıxılmalar nəzərə alınmaqla) yoxlanılan bəyannamənin göstəricilərinin müqayisəsi;

8.2.7.28. Sahələr üzrə təhlillər zamanı bir ərazi üzrə eyni fəaliyyətlə məşğul olan və texniki-iqtisadi imkanlarına görə eyni qrupa daxil olan hər bir vergi ödəyicisinin dövriyyəsinin və vergi yükünün həmin ərazi və ya qrup üzrə faktiki orta dövriyyədən və orta vergi yükündən az olması hallarının araşdırılması;

8.2.7.29. Müvafiq sahələr üzrə enerji sərfiyyat normalarına uyğun hasilatın bəyannamə göstəriciləri ilə müqayisə olunması;

8.2.7.30. Dəqiqləşdirilmiş bəyannamələr təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.2.7.31. İnvestisiya təşviqi sənədi ləğv edilmiş vergi ödəyicilərinin təşviq sənədinin ləğv edildiyi hesabat dövrü üzrə güzəşt tətbiq edilmiş vergilərinin bərpa edilib-edilməməsi hallarının araşdırılması;

8.2.7.32. Xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatının həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə, bəyannamədə xarici valyutaların manata nisbətən göstərilən müsbət və ya mənfi məzənnə fərqinin üzləşdirilməsi;

8.2.7.33. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin (vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlər istisna olmaqla) ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən məbləğin 25 faizinin vergi ödəyicisi tərəfindən azaldılmış vergi məbləği ilə uzlaşdırılması;

8.2.7.34. Təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəətinin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla mənfəət vergisindən azad edildiyi nəzərə alınaraq, əldə edilmiş mənfəətin hansı xərclərə yönəldilməsinin araşdırılması;

8.2.7.35. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa əsasən təhsil müəssisəsi hesab olunan qurumlar istisna olmaqla, digər vergi ödəyicilərinin mənfəət vergisindən azad edilib-edilməməsi hallarının araşdırılması;

8.2.7.36. Təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən vergidən azad edilmiş mənfəətin araşdırılması;

8.2.7.37. Vergi ödəyiciləri tərəfindən təqdim olunan ÖMV bəyannaməsinin əlavəsinə əsasən hüquqi şəxslərə ödənilmiş icarə haqqı məbləğləri ilə icarə haqqını əldə edən qarşı tərəfin həmin hesabat dövrü üzrə mənfəət vergisi bəyannaməsinin ümumi gəlirlər (218 A1) hissəsində dövriyyə göstərilib-göstərilmədiyi və ya ümumi gəlirlər (218 A1) hissəsində dövriyyə göstərildiyi halda, bəyannamənin daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir (203 A1) hissəsində dövriyyə göstərilib-göstərilməməsinin müqayisəsi;

8.2.7.38. Fəaliyyətini dayandırmış vergi ödəyiciləri barədə kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) bank hesabı və əməliyyatları barədə, uçot-baza məlumatları əsasında təqdim edilmiş elektron qaimə fakturalar barədə məlumatın alınması;

8.2.7.39. Kassa metodu ilə bəyannamə təqdim edildikdə, ödəmə mənbəyində vergi tutulmalı olan xərclərin ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin göstəriciləri ilə müqayisə edilməsi;

8.2.7.40. Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyiciləri cari vergi ödəmələri barədə vergi orqanına arayış təqdim etmədikdə vergi orqanının uçot-baza məlumatları əsasında cari vergi ödəmələrinin müəyyən edilməsi;

8.2.7.41. Mənfəət vergisi bəyannaməsi ilə həmin bəyannamənin 1 saylı Əlavəsinin uzlaşdırılması üzrə aşağıdakılar araşdırılmalıdır:

8.2.7.41.1. Mənfəət vergisi bəyannaməsinin İştirak paylarının satışından əldə edilmiş gəlir sətrində göstərilən məbləğin Əlavənin Səhmlər və iştirak payları üzrə maliyyə qoyuluşları sətrinin Təqdim edilmişdir və Silinmişdir sütunlarının cəminin nəticəsi ilə üzləşdirilməsi;

8.2.7.41.2. Mənfəət vergisi bəyannaməsinin Səhmlərin satışından gəlir sətrində göstərilən məbləğin Əlavənin Emissiya gəlirləri sətrinin dövr üzrə daxil olmuşdur sütunu ilə üzləşdirilməsi;

8.2.7.41.3. Mənfəət vergisi bəyannaməsinin Malların təqdim edilməsindən gəlir sətrindəki məbləğ ilə Əlavənin qeydi maddi aktivlərin dəyəri, hazır məhsul, mallar və sair ehtiyatlar sətirlərinin Təqdim edilmişdir və Silinmişdir sütunlarındakı göstəricilərin toplanmasının nəticəsi ilə üzləşdirilməsi;

8.2.7.41.4. Mənfəət vergisi bəyannaməsinin Ümumi gəlir sətrindəki məbləğdən Xarici valyutanın manata nisbətən müsbət məzənnə fərqi ilə Vergilərin uçot metodunun dəyişməsindən yaranan keçmiş illərin gəliri sətirləri çıxılmaqla alınan nəticənin bəyannamənin 1 nömrəli əlavəsinin Sair debitor borclar sətrinin dövr ərzində daxil olmuşdur sütunu ilə üzləşdirilməsi;

8.2.7.41.5. Mənfəət vergisi bəyannaməsinin Ümumi gəlir sətri ilə Vergilərin uçot metodunun dəyişməsindən yaranan keçmiş illərin gəliri sətrinin fərqindən alınmış nəticə ilə bəyannamənin 1 nömrəli əlavəsinin Alınmış avanslar və Gələcək dövrün gəlirləri sətirləri üzrə Təqdim edilmişdir və Silinmişdir sütunlarının cəminin nəticəsindən kiçik olmamalıdır;

8.2.7.41.6. Mənfəət vergisi bəyannaməsinin Xammal və materiallar və Malın dəyəri sətirlərindəki material xərclərinin cəmi ilə əlavənin Hazır məhsul, Mallar və Sair ehtiyatlar sətrlərinin təqdim edilmişdir, silinmişdir sütunlarındakı göstəricilərin cəmi ilə üzləşdirilməsi;

8.2.7.41.7. Mənfəət vergisi bəyannaməsinin Səhmlərin alınması ilə bağlı xərclər və İştirak paylarının alınması ilə bağlı xərclər sətirlərinin cəmi ilə 1 saylı əlavənin Səhmlər və iştirak payları üzrə maliyyə qoyuluşları sətrinin təqdim edilmişdir və silinmişdir sütunlarındakı nəticələrin üzləşdirilməsi;

8.2.7.41.8. Binalar, tikililər, qurğular, avadanlıqlar və digər əsas vəsaitlərin il ərzində mədaxil göstəricisi ilə əlavənin kapitallaşdırma üçün aktivlər sətrinin təqdim edilmişdir və silinmişdir sütunlarındakı göstəricilərin cəmi ilə üzləşdirilməsi;

8.2.7.41.9. Mənfəət vergisi bəyannaməsinin elan edilmiş dividentlər sətrindəki göstərici ilə Əlavənin Hesabat dövrünün xalis mənfəəti və Əvvəlki illərin bölüşdürülməmiş mənfəəti sətirlərinin təqdim edilmişdir və silinmişdir sütunlarının cəmindən Əvvəlki illərin bölüşdürülməmiş mənfəəti və Kapital ehtiyatları sətrlərin dövr ərzində daxil olmuşdur sütunları, eləcədə Gəlirdən çıxılmayan xərclər çıxılmaqla alınan nəticənin uzlaşdırılması;

8.2.7.42. Transfer qiymətlərinin tətbiqi ilə əlaqədar vergi ödəyiciləri tərəfindən təqdim edilmiş Nəzarət olunan əməliyyatlar barədə Arayışda göstərilən məlumatların araşdırılması;

8.2.7.43. Əlavə 5-də də qeyd edilən azadolmalar və güzəştlər barədə məlumatların araşdırılması;

8.2.7.44. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:

8.2.7.44.1. İdxal-ixrac əməliyyatları barədə Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumatlar;

8.2.7.44.2. Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar;

8.2.7.44.3. Bank əməliyyatları barədə alınan rəsmi məlumatlar;

8.2.7.44.4. Maliyyə orqanlarından dövlət əsaslı vəsait qoyuluşu üzrə daxil olan məlumatlar;

8.2.7.44.5. Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar;

8.2.7.44.6. Nəqliyyat vasitələrinin qeydiyyatı barədə aidiyyəti orqanlardan alınan məlumatlar;

8.2.7.44.7. Əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatlar;

8.2.7.44.8. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar;

8.2.7.44.9. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar.

 

8.3. Əlavə dəyər vergisi bəyannaməsi:

8.3.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

8.3.2. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir.

8.3.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.

8.3.4. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

8.3.5. Aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır.

8.3.6. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200 000,0 manatdan artıq olan şəxsləro cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (Vergi Məcəlləsinin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) Vergi Məcəlləsinin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində və birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

8.3.7. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200 000,0 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

8.3.8. Vergi Məcəlləsinin 156.1-1-ci və 156.1-2-ci maddələrinə əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən, bu Məcəllənin 156.1-1.1-156.1-3-cü maddələrində qeyd edilən tələblərə cavab verən şəxslər hər il yanvar ayının 31-dən gec olmayaraq, könüllü qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim etmək hüququna malikdir və bu şəxslərin ƏDV məqsədləri qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.

8.3.9. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal vergitutma obyektidir.

8.3.10. ƏDV üzrə hesabat dövri təqvim ayı sayılır. ƏDV-nin bəyannaməsi hər hesabat dövri üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir.

8.3.11. ƏDV bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.3.11.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi və ya fiziki şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü, ƏDV qeydiyyatı barədə və digər məlumatlar əks olunur;

8.3.11.2. Verginin hesablanması bölməsi aşağıdakı 4 hissədən ibarətdir:

8.3.11.2.1. Hesabat dövründəki dövriyyə üzrə əlavə dəyər vergisinin hesablanması hissəsində ƏDV-yə cəlb edilən, ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb edilən, ƏDV-dən azad olunan dövriyyələr və təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə əldə olunmuş məbləğlər öz əksini tapır;

8.3.11.2.2. Hesabat dövründəki dövriyyə üzrə əvəzləşdirilən əlavə dəyər vergisinin hesablanması hissəsində Vergi Məcəlləsinin müddəalarına əsasən əvəzləşdirilən məbləğlər öz əksini tapır;

8.3.11.2.3. Hesabat dövründə VM-nin 163-cü maddəsinə əsasən dəqiqləşdirilən dövriyyə üzrə ƏDV-nin hesablanması hissəsində ƏDV-yə cəlb edilən, ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb edilən və ƏDV-dən azad olunan əməliyyatlar üzrə Vergi Məcəlləsinin müddəalarına əsasən artırılan və ya azaldılan dövriyyələr öz əksini tapır;

8.3.11.2.4. Hesabat dövrü üzrə hesablaşmalar hissəsində dövlət büdcəsinə ödənilməli və ya büdcədən qaytarılmalı ƏDV məbləğləri öz əksini tapır;

8.3.11.3. Muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması haqqında məlumat bölməsi aşağıdakı 2 hissədən ibarətdir:

8.3.11.3.1. Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olan, dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə hissəsində bu sahə üzrə işçilərin sayı, gəlirin məbləği, vergiyə cəlb olunan gəlirin məbləği və vergi məbləği öz əksini tapır;

8.3.11.3.2. Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan, qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə hissəsində bu sahə üzrə işçilərin sayı, gəlirin məbləği, vergiyə cəlb olunan gəlirin məbləği və vergi məbləği öz əksini tapır;

8.3.11.4. ƏDV bəyannaməsinin aşağıdakı tərkibdə 10 ədəd əlavəsi mövcuddur:

8.3.11.4.1. Əlavə 1 Cari hesabat dövründə və əvvəlki dövrlərdə əldə edilmiş yük gömrük bəyannamələri və bu bəyannamələr üzrə aparılmış ödənişləri əks etdirir;

8.3.11.4.2. Əlavə 2 - Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı üçün alınmış malların hərəkəti barədə məlumatlar əks etdirir;

8.3.11.4.3. Əlavə 3 - ƏDV tutulan və ƏDV tutulan əməliyyat sayılmayan dövriyyələr barədə məlumatları əks etdirir;

8.3.11.4.4. Əlavə 4 ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb olunan dövriyyələr barədə məlumatları əks etdirir;

8.3.11.4.5. Əlavə 5 ƏDV-dən azad olunan dövriyyələr barədə məlumatları əks etdirir;

8.3.11.4.6. Əlavə 6 01.01.2001-ci il tarixinə kreditor qalıq üzrə aparılmış ödənişlər barədə məlumatı əks etdirir;

8.3.11.4.7. Əlavə 7 Qeyri-rezident tərəfindən görülmüş işlər, göstərilmiş xidmətlər üzrə ödənilmiş məbləğləri və qeyri-rezident barədə məlumatları əks etdirir;

8.3.11.4.8. Əlavə 8 "0" (sıfır) dərəcə ilə ƏDV-yə cəlb edilmə haqqında sertifikatlar barədə məlumatları əks etdirir;

8.3.11.4.9. Əlavə 9 vergi ödəyicisinin obyektləri barədə məlumatları əks etdirir;

8.3.11.4.10. Əlavə 10 "0" (sıfır) dərəcə ilə ƏDV-yə cəlb edilmə haqqında Sənaye parkının rezidentinin qeydiyyat şəhadətnamaləri barədə məlumatları əks etdirir.

8.3.12. ƏDV ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:

8.3.12.1. Vergi ödəyicisinin qarşılıqlı əlaqələrinin təhlili;

8.3.12.2. Elektron vergi hesab-fakturaları və yük gömrük bəyannamələri bazasına əsasən vergi ödəyicisinin aldığı (idxal etdiyi) və satdığı (ixrac etdiyi) malların üzləşdirilməsi;

8.3.12.3. Görülmüş işlərə, göstərilmiş xidmətlərə görə vergi ödəyicisi tərəfindən hesabat dövrü ərzində qeyri-rezidentə ödənilmiş vəsaitlərin məbləğləri barədə vergi orqanında olan məlumatları bəyannamənin müvafiq göstəriciləri ilə müqayisə edərək kənarlaşmanın olub- olmamasının araşdırılması;

8.3.12.4. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabı üzrə səhvən edilmiş ödənişlərin təhlili;

8.3.12.5. Vergi ödəyicisinin ƏDV bəyannamələri üzrə əvəzləşmələrinin dövriyyədə xüsusi çəkisinin artması hallarının araşdırılması;

8.3.12.6. Dövriyyəsi olmayan, lakin əvəzləşdirmə aparan vergi ödəyicisinin araşdırılması;

8.3.12.7. Xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrini passivləşdirməklə dövriyyənin azaldılması hallarının araşdırılması;

8.3.12.8. ƏDV-dən azad olunan, ƏDV-yə sıfır dərəcə ilə və ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatların uçotunun ayrı-ayrılıqda aparılmasının təsdiqedici sənədlərlə birlikdə araşdırılması, mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği tam məbləğdə, uçotu ayrı-ayrılıqda aparılmadığı halda, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV məbləği kimi qəbul edilməsi hallarının araşdırılması;

8.3.12.9. Ödəmə mənbəyində tutulan vergi bəyannaməsində əks etdirilmiş qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğlərin ƏDV bəyannaməsində əks etdirilməsinin araşdırılması;

8.3.12.10. Bəyannaməyə əlavə olunmalı sənədlərin vergi ödəyicisi tərəfindən təqdim edilib-edilməməsinin araşdırılması;

8.3.12.11. Vergi ödəyicisində həyata keçirilmiş vergi nəzarəti tədbirləri zamanı müəyyən edilmiş işçi sayı və əmək haqqı fondunun təqdim edilmiş bəyannamə ilə müqayisəsi;

8.3.12.12. Bəyannamədə göstərilmiş orta aylıq əmək haqqı məbləğinin Dövlət Statistika Komitəsinin məlumatları və Vergi Məcəlləsinin 67.2-ci maddəsinin müddəalarına əsasən müəyyən olunan analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin orta aylıq əmək haqqı məbləği göstəriciləri ilə müqayisəsi;

8.3.12.13. Bəyannamədə göstərilmiş işçi sayı və əmək haqqı fondunun vergi ödəyicisinin təsərrüfat fəaliyyətinə (təsərrüfat obyektinin sayı və sahəsi, dövriyyəsi, NKA-nın sayı) və real potensialına uyğun olub-olmamasının araşdırılması;

8.3.12.14. Müvafiq sahələr üzrə enerji sərfiyyat normalarına uyğun hasilatın bəyannamə göstəriciləri ilə müqayisə olunması;

8.3.12.15. Dəqiqləşdirilmiş bəyannamələr təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.3.12.16. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə yoxlanılan bəyannamə göstəricilərinin müqayisəli təhlili;

8.3.12.17. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin məlumatları ilə müqayisə edilərək kənarlaşmanın olub-olmamasının araşdırılması;

8.3.12.18. Vergi ödəyicisində vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı ilə alınmış (idxal edilmiş) mallar və baza məlumatlarına əsasən təqdim edilmiş (ixrac edilmiş) malların və hesabat dövrünün sonuna olan mal qalığı barədə məlumatların araşdırılaraq hesabat dövrü üzrə dövriyyənin düzgün göstərib-göstərilməməsi hallarının araşdırılması;

8.3.12.19. Vergi ödəyiciləri tərəfindən təqdim olunan ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin əlavəsinə əsasən vergi ödəyicilərinə ödənilmiş icarə haqqı məbləğləri ilə icarə haqqını əldə edən qarşı tərəfin həmin hesabat dövrü üzrə ƏDV bəyannaməsinin 301.1-ci sətrinin (ƏDV 18% dərəcə ilə cəlb olunan əməliyyatlar) və həmin bəyannamənin 3 nömrəli əlavəsinin (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlirlər) 301.2.1-ci sətrinin müqayisəsi;

8.3.12.20. Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Vergi ödəyiciləri tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində çəkilmiş sosial xarakterli xərclərin əvəzləşdirilməsinin araşdırılması;

8.3.12.21. Vergi ödəyicisinin vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı ilə uçot məlumatlarında göstərilən malların faktiki olaraq sahibliyində olmaması hallarının araşdırılaraq kənarlaşma halının aşkar edildiyi hesabat dövrü üzrə dövriyyənin düzgün göstərib-göstərilməməsi hallarının araşdırılması;

8.3.12.22. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləğiləri üzrə aparılmış əvəzləşmələrin araşdırılması;

8.3.12.23. Əvəzləşmə aparan vergi ödəyicilərinin bank hesabları və ƏDV depozit hesabı üzrə məxaric əməliyyatlarının araşdırılması;

8.3.12.24. İnvestisiya təşviqi sənədi ləğv edilmiş vergi ödəyicilərinin təşviq sənədinin ləğv edildiyi hesabat dövrü üzrə güzəşt tətbiq edilmiş vergilərinin bərpa edilib-edilməməsi hallarının araşdırılması;

8.3.12.25. Vergi ödəyiciləri tərəfindən aparılan nağd əməliyyatların bəyannamədə düzgün göstərilməsinin yoxlanılması;

8.3.12.26. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:

8.3.12.26.1. İdxal-ixrac əməliyyatları barədə Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumatlar;

8.3.12.26.2. Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar;

8.3.12.26.3. Bank əməliyyatları barədə alınan rəsmi məlumatlar;

8.3.12.26.4. Maliyyə orqanlarından dövlət əsaslı vəsait qoyuluşu üzrə daxil olan məlumatlar;

8.3.12.26.5. Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar;

8.3.12.26.6. Əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatlar;

8.3.12.26.7. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.3.12.26.8. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.4. Aksiz vergisi bəyannaməsi

8.4.1. Aksiz aksizli malların satış qiymətinə daxil edilən vergidir. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur.

8.4.2. Aksizlər üzrə hesabat dövri təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövri üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli və bu müddət ərzində vergi tutulan əməliyyatları göstərməklə bəyannamə verilməlidir

8.4.3. Aksiz vergisi bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.4.3.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi və ya fiziki şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü, lisenziya (icazə) barədə və digər məlumatlar əks olunur;

8.4.3.2. Verginin hesablanması bölməsi aşağıdakı 3 hissədən ibarətdir:

8.4.3.2.1. Hissə 1 Hesabat dövründəki aksizlərin hesablanması bölməsində neft məhsulları, içkilərin bütün növləri üzrə və tütün məmulatları üzrə istehsal həcmləri və aksiz vergisi barədə məlumatları özündə əks etdirir;

8.4.3.2.2. Hissə 2 Hesabat dövründəki dövriyyə üzrə əvəzləşdirilən aksizlərin hesablanması bölməsində istehsal məqsədləri üçün alınmış aksizli xammalın və materiaların həcmi, aksiz məbləği barədə məlumatları özündə əks etdirir;

8.4.3.2.3. Hissə 3 Hesabat dövrü üzrə hesablaşmalar bölməsində büdcəyə ödənilməli və qaytarılmalı aksiz məbləğləri barədə məlumatları özündə əks etdirir;

8.4.3.3. Aksiz vergisi bəyannaməsində aşağıdakı tərkibdə 2 ədəd əlavə mövcuddur:

8.4.3.3.1. Əlavə 1 İstehsal edilmiş məhsullara görə verginin hesablanması və Əvəzləşdirilən aksiz vergisinin hesablanması bölmələrindən ibarət olmaqla aksiz vergisinə cəlb edilmiş neft məhsulları barədə məlumatları özündə əks etdirir;

8.4.3.3.2. Əlavə 2 - aksiz markalarının hərəkəti barədə məlumatı özündə əks etdirir.

8.4.4. Aksiz vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:

8.4.4.1. Vergi ödəyicisinin müvafiq sahədə fəaliyyət göstərməsi üçün lisenziyanın (icazənin) olub-olmamasının araşdırılması;

8.4.4.2. Xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrini passivləşdirməklə dövriyyənin azaldılması hallarının araşdırılması;

8.4.4.3. Aksiz vergisindən azad olunan və sıfır dərəcə ilə cəlb edilən əməliyyatların təsdiqedici sənədlərlə birlikdə araşdırılması;

8.4.4.4. Bəyannaməyə əlavə olunmalı sənədlərin vergi ödəyicisi tərəfindən təqdim edilib-edilməməsinin araşdırılması;

8.4.4.5. Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.4.4.6. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə yoxlanılan bəyannamə göstəricilərinin müqayisəli təhlili;

8.4.4.7. Müvafiq sahələr üzrə enerji sərfiyyat normalarına uyğun hasilatın bəyannamə göstəriciləri ilə müqayisə olunması;

8.4.4.8. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:

8.4.4.8.1. İdxal-ixrac əməliyyatları barədə Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumatlar;

8.4.4.8.2. Bank əməliyyatları barədə alınan rəsmi məlumatlar;

8.4.4.8.3. Vergi ödəyicisinin vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı ilə uçot məlumatlarında göstərilən malların faktiki olaraq sahibliyində olmaması hallarının araşdırılaraq kənarlaşma halının aşkar edildiyi hesabat dövrü üzrə dövriyyənin düzgün göstərib-göstərilməməsi hallarının araşdırılması;

8.4.4.8.4. Vergi Məcəlləsinin 194.2-ci maddəsinə əsasən aksizli malların istehsalçılarında aparılan vergi nəzarəti zamanı nəzarət postlarından daxil olmuş məlumatlarla bəyannamə göstəricilərinin uzlaşdırılması;

8.4.4.8.5. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.4.4.8.6. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.5. Əmlak vergisi bəyannaməsi

8.5.1. Müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisi üzrə vergitutma obyektidir.

8.5.2. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisi üzrə vergitutma obyektidir.

8.5.3. Vergitutma obyekti olan və müəssisələr tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri, bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir.

8.5.4. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.

8.5.5. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.

8.5.6. Müəssisələr əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.

8.5.7. Əmlak vergisi bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.5.7.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

8.5.7.2. Verginin hesablanması bölməsində hesabat ilinin əvvəlinə, müəssisənin ləğv olunma tarixinə, müəssisənin yaranma tarixinə, hesabat ilinin sonuna əmlakın qalıq dəyəri və hesablanmış verginin məbləği əks olunur;

8.5.7.3. Əmlak vergisi bəyannaməsinin Vergi Məcəlləsinin müddəalarına əsasən vergidən azad olunan əmlakın dəyəri haqqında məlumatı özündə əks etdirən əlavəsi mövcuddur.

8.5.8. Əmlak vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:

8.5.8.1. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə yoxlanılan bəyannamənin göstəricilərinin müqayisəsi;

8.5.8.2. Bəyannamədə vergidən azad olunan əmlakın düzgün əks etdirilməsinin araşdırılması;

8.5.8.3. Mənfəət vergisi və hüquqi şəxslərin sadələşdirilmiş vergi bəyannamələrinin 1 saylı əlavəsinin 1.1-ci sətrinin məlumatları ilə əmlak vergisi bəyannaməsinin göstəricilərinin müqayisəsi;

8.5.8.4. Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.5.8.5. İnvestisiya təşviqi sənədi ləğv edilmiş vergi ödəyicilərinin təşviq sənədinin ləğv edildiyi hesabat dövrü üzrə güzəşt tətbiq edilmiş vergilərinin bərpa edilib-edilməməsi hallarının araşdırılması;

8.5.8.6. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:

8.5.8.6.1. İdxal-ixrac əməliyyatları barədə Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumatlar;

8.5.8.6.2. Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar;

8.5.8.6.3. Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar;

8.5.8.6.4. Nəqliyyat vasitələrinin qeydiyyatı barədə aidiyyəti orqanlardan alınan məlumatlar;

8.5.8.6.5. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.5.8.6.6. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.6. Torpaq vergisi bəyannaməsi:

8.6.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır.

8.6.2. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur.

8.6.3. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.

8.6.4. Torpaq vergisi bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.6.4.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

8.6.4.2. Verginin hesablanması bölməsində müxtəlif təyinatlı torpaq sahələri üzrə hesablanmış torpaq vergisinin məbləği əks olunur;

8.6.4.3. Torpaq vergisi bəyannaməsinin aşağıdakı tərkibdə 2 ədəd əlavəsi mövcuddur:

8.6.4.3.1. Əlavə 1 Kənd təsərrüfatı təyinatlı torpaq sahələri barədə məlumatı özündə əks etdirir;

8.6.4.3.2. Əlavə 2- Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaq sahələri, yaşayış fondları, həyətyanı və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar barədə məlumatı özündə əks etdirir.

8.6.5. Torpaq vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:

8.6.5.1. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə yoxlanılan bəyannamənin göstəricilərinin müqayisəsi;

8.6.5.2. Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.6.5.3. Bəyannamədə vergi güzəştlərinin olub-olmamasının araşdırılması;

8.6.5.4. Binalar, tikililər və qurğular üzrə əsas vəsaiti olub torpaq vergisi bəyannaməsi təqdim etməyən vergi ödəyicilərinin təhlili;

8.6.5.5. Torpağı icarəyə götürmüş şəxslərin icarə haqqı ilə yanaşı torpaq vergisinın hesablanmasının araşdırılması;

8.6.5.6. Fəaliyyətini dayandırdıqdan sonra, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin birgə iştirakı ilə verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilməsi mümkün olan torpaqların təyinatı üzrə istifadə edilməsi mümkün olmayan torpaq kimi bəyannamələrdə qeyd edilməsi hallarının araşdırılması;

8.6.5.7. İnvestisiya təşviqi sənədi ləğv edilmiş vergi ödəyicilərinin təşviq sənədinin ləğv edildiyi hesabat dövrü üzrə güzəşt tətbiq edilmiş vergilərinin bərpa edilib-edilməməsi hallarının araşdırılması;

8.6.5.8. Fiziki və hüquqi şəxslərin istifadəsinə verilmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqların torpaq vergisinə cəlb edilib-edilməməsinin araşdırılması;

8.6.5.9. Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş halların araşdırılması.

8.6.5.10. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:

8.6.5.10.1. Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar;

8.6.5.10.2. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.6.5.10.3. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.7. Yol vergisi bəyannaməsi

8.7.1. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

8.7.2. Yol vergisi bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.7.2.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

8.7.2.2. Verginin hesablanması bölməsində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsal həcmi və müvafiq olaraq hesablanmış vergi məbləği əks olunur.

8.7.3. Yol vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:

8.7.3.1. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə yoxlanılan bəyannamənin göstəricilərinin müqayisəsi;

8.7.3.2. Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.7.3.3. Aksiz vergisi bəyannaməsinin 1 saylı əlavəsi ilə yol vergisi bəyannaməsinin göstəricilərinin müqayisəsi;

8.7.3.4. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:

8.7.3.4.1. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.7.3.4.2. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.8. Mədən vergisi bəyannaməsi

8.8.1. Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.

8.8.2. Mədən vergisinin ödəyiciləri hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına mədən vergisinin bəyannaməsini verirlər.

8.8.3. Mədən vergisi bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.8.3.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi və ya fiziki şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

8.8.3.2. Verginin hesablanması bölməsi müvafiq olaraq 2 hissədən ibarətdir:

8.8.3.2.1. Topdansatış qiyməti ilə verginin hesablanması hissəsində Vergi Məcəlləsinin müddəalarına əsasən topdansatış qiyməti üzrə hesablanmış mədən vergisi barədə məlumatlar əks etdirilir;

8.8.3.2.2. Faydalı qazıntıların hasilatın miqdarı ilə verginin hesablanması hissəsində isə Vergi Məcəlləsinin müddəalarına əsasən hasilatın həcmi üzrə hesablanmış mədən vergisi barədə məlumatlar əks etdirilir.

8.8.4. Mədən vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:

8.8.4.1. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə yoxlanılan bəyannamənin göstəricilərinin müqayisəsi;

8.8.4.2. Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləºdirilməsi;

8.8.4.3. Müvafiq sahələr üzrə enerji sərfiyyat normalarına uyğun hasilatın bəyannamə göstəriciləri ilə müqayisə olunması;

8.8.4.4. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:

8.8.4.4.1. Bank əməliyyatları barədə alınan rəsmi məlumatlar;

8.8.4.4.2. Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar;

8.8.4.4.3. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.8.4.4.4. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.9. Sadələşdirilmiş vergi bəyannaməsi

8.9.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:

8.9.1.1. Vergi Məcəlləsinin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;

8.9.1.2. Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;

8.9.1.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər).

8.9.2. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir:

8.9.2.1. Vergi Məcəlləsinin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər;

8.9.2.2. idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər;

8.9.2.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin Vergi Məcəlləsinin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər;

8.9.2.4. fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, Vergi Məcəlləsinin Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər;

8.9.2.5. mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini (Vergi Məcəlləsinin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər.

8.9.3. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:

8.9.3.1. aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər;

8.9.3.2. kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar;

8.9.3.3. qeyri-dövlət pensiya fondları;

8.9.3.4. əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər;

8.9.3.5. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri;

8.9.3.6. mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (Vergi Məcəllənin 218.1.2-ci, 218.1.3-cü və 218.4-cü maddələrində göstərilən şəxslər istisna olmaqla) qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər;

8.9.3.7. publik hüquqi şəxslər;

8.9.3.8. işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;

8.9.3.9. topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;

8.9.3.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (Vergi Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);

8.9.3.11. qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər;

8.9.3.12. xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;

8.9.3.13. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.

8.9.4. Bu Qaydaların 8.9.3.2-ci və 8.9.3.10-cu maddələrinin müddəaları icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir.

8.9.5. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür və sadələşdirilmiş vergi ödəyiciləri rüb bitdikdən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verməlidirlər.

8.9.6. Sadələşdirilmiş vergi bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.9.6.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi və ya fiziki şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

8.9.6.2. Verginin hesablanması bölməsi aşağıdakı 2 hissədən ibarətdir:

8.9.6.2.1. Hissə 1 Vergi Məcəlləsinin 220.1-ci və 220.1-1-ci maddəsinə əsasən aylıq təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri, rüb üzrə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın və gəlirin həcmi, hesablanmış verginin məbləği əks olunur;

8.9.6.2.2. Hissə 2- Vergi Məcəlləsinin 220.9-cu maddəsinə əsasən idman mərc oyunlarının operatoru və satıcısının gəlirləri və hesablanmış vergi məbləği əks olunur;

8.9.6.3. Muzdlu işlə əlaqədar verginin hesablanması bölməsi aşağıdakı 2 hissədən ibarətdir:

8.9.6.3.1. Hissə 1 Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olan, dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə iş işçilərin sayı, gəlirin məbləği, vergiyə cəlb olunan gəlirin məbləği və vergi məbləği öz əksini tapır;

8.9.6.3.2. Hissə 2 Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan, qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə işçilərin sayı, gəlirin məbləği, vergiyə cəlb olunan gəlirin məbləği və vergi məbləği öz əksini tapır;

8.9.6.4. Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat bölməsində daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə gəlirin məbləği, verginin dərəcəsi və hesablanmış verginin məbləği barədə məlumatlar əks olunur;

8.9.6.5. Sadələşdirilmiş vergi bəyannaməsinin aşağıdakı tərkibdə 3 ədəd əlavəsi mövcuddur:

8.9.6.5.1. Əlavə 1 - hüquqi və fiziki şəxslər üzrə ayrıca olmaqla vergi uçotunun məqsədləri üçün aktivlər, kapital və öhdəliklər barədə məlumatları özündə əks etdirir;

8.9.6.5.2. Əlavə 2- daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumatları özündə əks etdirir;

8.9.6.5.3. Əlavə 3- vergi ödəyicisinin obyektləri barədə məlumatları özündə əks etdirir;

8.9.7. Sadələşdirilmiş vergi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:

8.9.7.1. Vergi ödəyicisinin fəaliyyət növü müəyyənləşdirilməklə təqdim edilmiş bəyannamənin Vergi Məcəlləsinin 218. 5-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmayan şəxs tərəfindən təqdim olunub-olunmaması;

8.9.7.2. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə yoxlanılan bəyannamə göstəricilərinin müqayisəli təhlili;

8.9.7.3. Xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrini passivləşdirməklə dövriyyənin azaldılması halının araşdırılması;

8.9.7.4. Qarşı tərəfdə keçirilmiş səyyar vergi yoxlaması zamanı həmin vergi ödəyicisi ilə aparılan əməliyyatların bəyannamə göstəriciləri ilə müqayisəli təhlili;

8.9.7.5. Bəyannamədə göstərilmiş gəlirlərin vergi ödəyicisinin müvafiq dövr üzrə xərcləri ilə (elektron vergi hesab-faktura, idxal məlumatları, əmək haqqı, sosial sığorta ayırmaları, təsərrüfat obyekti icarə əsasında istifadə edildikdə aylıq icarə haqqı, lisenziya (icazə) üzrə rüsumlar, icbari sığorta ödənişləri və s.) müqayisəsi;

8.9.7.6. Sahələr üzrə təhlillər zamanı bir ərazi üzrə eyni fəaliyyətlə məşğul olan və texniki-iqtisadi imkanlarına görə eyni qrupa daxil olan hər bir vergi ödəyicisinin dövriyyəsinin və vergi yükünün həmin ərazi və ya qrup üzrə faktiki orta dövriyyədən və orta vergi yükündən az olması hallarının araşdırılması;

8.9.7.7. Müvafiq sahələr üzrə enerji sərfiyyat normalarına uyğun hasilatın bəyannamə göstəriciləri ilə müqayisə olunması;

8.9.7.8. Sadələşdirilmiş vergi bəyannaməsinin 801-802-803-cü sətir məlumatları ilə 804-cü sətir məlumatı arasında fərq yarandığı halda, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin ilin sonu vəziyyətinə Sair debitor borcların qalığının olub-olmaması vəziyyətinin araşdırılması;

8.9.7.9. Vergi ödəyicisi tərəfindən əvvəlki dövrlərdə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin ilin sonu vəziyyətinə Sair debitor borcların qalığının olmaması, lakin sonrakı dövrlərin bəyannamələrinin 804-cü sətirində məlumat göstərilməsinə baxmayaraq aylar üzrə göstəricisiz təqdim edilməsi;

8.9.7.10. Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi, eyni zamanda sadələşdirilmiş vergi ödəyiciləri üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmiş vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınma ehtimalının araşdırılması;

8.9.7.11. Vergi ödəyicisində həyata keçirilmiş vergi nəzarəti tədbirləri zamanı müəyyən edilmiş işçi sayı və əmək haqqı fondunun təqdim edilmiş bəyannamə ilə müqayisəsi;

8.9.7.12. Bəyannamədə göstərilmiş orta aylıq əmək haqqı məbləğinin Dövlət Statistika Komitəsinin məlumatları və Vergi Məcəlləsinin 67.2-ci maddəsinin müddəalarına əsasən müəyyən olunan analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin orta aylıq əmək haqqı məbləği göstəriciləri ilə müqayisəsi;

8.9.7.13. Bəyannamədə göstərilmiş işçi sayı və əmək haqqı fondunun vergi ödəyicisinin təsərrüfat fəaliyyətinə (təsərrüfat obyektinin sayı və sahəsi, dövriyyəsi, NKA-nın sayı) və real potensialına uyğun olub-olmamasının araşdırılması;

8.9.7.14. Vergi ödəyicisinin sahələr üzrə işçi sayının müqayisəsi, işçi sayı çox olub (istehsal fəaliyyətində 10 nəfərdən çox), topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən, xidmətlərin göstərilməsini həyata keçirən (vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlər və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən, xəz-dəri məmulatlarının satışını həyata keçirən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan, lakin sadələşdirilmiş vergi ödəyicisi olan şəxslərin araşdırılması;

8.9.7.15. Vergi ödəyicisində vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı ilə alınmış (idxal edilmiş) mallar və baza məlumatlarına əsasən təqdim edilmiş (ixrac edilmiş) malların və hesabat dövrünün sonuna olan mal qalığı barədə məlumatların araşdırılaraq hesabat dövrü üzrə bəyannamə məlumatlarının düzgün göstərib-göstərilməməsi hallarının araşdırılması;

8.9.7.16. İnvestisiya təşviqi sənədi ləğv edilmiş vergi ödəyicilərinin təşviq sənədinin ləğv edildiyi hesabat dövrü üzrə güzəşt tətbiq edilmiş vergilərinin bərpa edilib-edilməməsi hallarının araşdırılması;

8.9.7.17. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizinin vergi ödəyicisi tərəfindən azaldılmış vergi məbləği ilə uzlaşdırılması;

8.9.7.18. vergi ödəyiciləri tərəfindən satılmış mallara (görülmüş işlərə, göstərilmiş xidmətlərə) görə daxil olan pul vəsaitlərinin dəqiqliklə müəyyən edilməsi və daxil olmuş pul vəsaitlərinə görə kameral vergi yoxlamasının aparılması;

8.9.7.19. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:

8.9.7.19.1. İdxal-ixrac əməliyyatları barədə Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumatlar;

8.9.7.19.2. Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar;

8.9.7.19.3. Bank əməliyyatları barədə alınan rəsmi məlumatlar;

8.9.7.19.4. Maliyyə orqanlarından dövlət əsaslı vəsait qoyuluşu üzrə daxil olan məlumatlar;

8.9.7.19.5. Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar;

8.9.7.19.6. Nəqliyyat vasitələrinin qeydiyyatı barədə aidiyyəti orqanlardan alınan məlumatlar;

8.9.7.19.7. Əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatlar;

8.9.7.19.8. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.9.7.19.9. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.10. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi bəyannaməsi

8.10.1. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir.

8.10.2. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.

8.10.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini Vergi Məcəlləsinin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər.

8.10.4. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.10.4.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, vergi ödəyicisinin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

8.10.4.2. Verginin hesablanması bölməsində tikintinin aparıldığı zona üzrə binanın ümumi sahəsi və müvafiq vergi məbləği əks etdirilir;

8.10.4.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin tikilən obyekt barədə məlumatları əks etdirən əlavəsi mövcuddur.

8.10.5. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi bəyannaməsi üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:

8.10.5.1. Tikinti aparılması məqsədi ilə ayrılmış torpaq sahələri barədə daxil olan məlumatlarla bəyannamə göstəricilərinin təhlili;

8.10.5.2. Bina tikintisi ilə əlaqədar hesablanmış verginin müvafiq qanunvericiliklə təsdiq edilmiş normalara (ərazi üzrə əmsallara) uyğun olub olmamasının araşdırılması;

8.10.5.3. Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.10.5.4. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:

8.10.5.4.1. İdxal-ixrac əməliyyatları barədə Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumatlar;

8.10.5.4.2. Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar;

8.10.5.4.3. Bank əməliyyatları barədə alınan rəsmi məlumatlar;

8.10.5.4.4. Maliyyə orqanlarından dövlət əsaslı vəsait qoyuluşu üzrə daxil olan məlumatlar;

8.10.5.4.5. Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar;

8.10.5.4.6. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.10.5.4.7. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.11. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi:

8.11.1. Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və xüsusi notariuslar ödəmə mənbəyində vergini tutmağa və aşağıdakı tarixlərdə bəyannaməni vergi orqanına verməyə borcludurlar:

8.11.1.1. Vergi Məcəlləsinin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq;

8.11.1.2. ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla, Vergi Məcəlləsinin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan digər vergi ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq.

8.11.2. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.11.2.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi və ya fiziki şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

8.11.2.2. Verginin hesablanması bölməsi aşağıdakı 3 hissədən ibarətdir:

8.11.2.2.1. Hissə 1 - Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olan, dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə, Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan, qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə işçilərin sayı, gəlirin məbləği, vergiyə cəlb olunan gəlirin məbləği və vergi məbləği öz əksini tapır;

8.11.2.2.2. Hissə 2- Muzdlu işlə əlaqədar hesablamaların ay təsnifatı üzrə göstəricilərini əks etdirir;

8.11.2.2.3. Hissə 3- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin qurumları tərəfindən digər işəgötürənlərin işçilərinə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər və digər ictimai təşkilatlar tərəfindən tabeliklərində olduğu qurumların işçilərinə ödənilən mükafatlar üzrə hesablamalar əks etdirir;

8.11.2.3. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin aşağıdakı tərkibdə 3 ədəd əlavəsi mövcuddur:

8.11.2.3.1. Əlavə 1 2 hissədən ibarətdir:

8.11.2.3.1.1. Hissə 1 muzdla çalışan xarici fiziki şəxslər barədə məlumatları əks etdirir;

8.11.2.3.1.2. Hissə 2 muzdla çalışan xarici fiziki şəxslərin gəlirləri barədə məlumatı əks etdirir;

8.11.2.3.2. Əlavə 2- İllik bəyannamə təqdim olunarkən tərtib edilir və aylar üzrə işçi sayı, gəlir məbləği və vergi məbləği barədə məlumatları əks etdirir;

8.11.2.3.3. Əlavə 3- Güzəşt və azadolmalar barədə məlumatlar əks etdirilir.

8.11.3. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi tutulan şəxslər üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:

8.11.3.1. Vergi ödəyicisində həyata keçirilmiş vergi nəzarəti tədbirləri zamanı müəyyən edilmiş işçi sayı və əmək haqqı fondunun təqdim edilmiş bəyannamə ilə müqayisəsi;

8.11.3.2. Bəyannamədə göstərilmiş orta aylıq əmək haqqı məbləğinin Dövlət Statistika Komitəsinin məlumatları və vergi məcəlləsinin 67.2-ci maddəsinin müddəalarına əsasən müəyyən olunan analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin orta aylıq əmək haqqı məbləği göstəriciləri ilə müqayisəsi;

8.11.3.3. Bəyannamədə göstərilmiş işçi sayı və əmək haqqı fondunun vergi ödəyicisinin təsərrüfat fəaliyyətinə (təsərrüfat obyektinin sayı və sahəsi, dövriyyəsi, NKA-nın sayı) və real potensialına uyğun olub-olmamasının araşdırılması;

8.11.3.4. Müvafiq dövlət orqanlardan alınmış məlumatlara əsasən vergi ödəyiciləri tərəfindən əldə edilmiş fərqlənmə nişanlarının sayı ilə təqdim olunan bəyannamələrdə qeyd edilmiş işçi saylarının müqayisəsi;

8.11.3.5. Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.11.3.6. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə yoxlanılan bəyannamə göstəricilərinin müqayisəli təhlili;

8.11.3.7. Dövriyyəsi olub işçi sayı və əmək haqqı məbləğinin olub olmamasının araşdırılması;

8.11.3.8. Bəyannaməyə əlavə olunmalı sənədlərin vergi ödəyicisi tərəfindən təqdim edilib-edilməməsinin araşdırılması;

8.11.3.9. İşəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmayan məbləğin işçinin vergitutulan gəlirinə aid edilib-edilməməsi hallarının araşdırılması;

8.11.3.10. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara uyğun olub-olmaması araşdırılması;

8.11.3.11. İşəgötürən tərəfindən 3 ildən artıq müddətə bağlanılmış müqaviləyə əsasən bank hesabları vasitəsilə ödənilmiş həyatın yığım sığortası üzrə sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olan hissəsinin vergiyə cəlb edilib-edilməməsi hallarının araşdırılması;

8.11.3.12. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:

8.11.3.12.1. Bank əməliyyatları barədə alınan rəsmi məlumatlar;

8.11.3.12.2. Maliyyə orqanlarından dövlət əsaslı vəsait qoyuluşu üzrə daxil olan məlumatlar;

8.11.3.12.3. Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar;

8.11.3.12.4. Nəqliyyat vasitələrinin qeydiyyatı barədə aidiyyəti orqanlardan alınan məlumatlar;

8.11.3.12.5. Əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatlar;

8.11.3.12.6. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.11.3.12.7. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.12. Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

8.12.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa və ödəmə mənbəyində tutulan vergilər barədə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına verməyə borcludurlar:

8.12.1.1. Dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və ya sahibkarlar;

8.12.1.2. Hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər;

8.12.1.3. Hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar;

8.12.1.4. Vergi Məcəlləsinin 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar;

8.12.1.5. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar;

8.12.1.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (Vergi Məcəlləsi ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar;

8.12.1.7. Həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 il müddətdən əvvəl xitam verildikdə, sığortalıya sığorta haqları və ya sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqi ödəyən sığortaçılar.

8.12.2. Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.12.2.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi və ya fiziki şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

8.12.2.2. Verginin hesablanması bölməsində müvafiq olaraq hesabat dövrü ərzində müxtəlif mənbələr üzrə ödənilmiş məbləğlər və ödəmə mənbəyində tutulmuş vergi məbləği, habelə müvafiq güzəştlər və azadolmalar əks etdirilir;

8.12.2.3. Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin aşağıdakı tərkibdə 2 ədəd əlavəsi mövcuddur:

8.12.2.3.1. Əlavə 1 Azərbaycan Respublikasının rezidentlərindən ödəmə mənbəyində tutulan vergilərin hesablanmasını əks etdirir;

8.12.2.3.2. Əlavə 2 Qeyri-rezident hüquqi şəxslər üzrə ödəmə mənbəyində tutulan vergilərin hesablanmasını əks etdirən 1-ci bölmədən və qeyri-rezident fiziki şəxslər üzrə ödəmə mənbəyində tutulan vergilərin hesablanmasını əks etdirən 2-ci bölmədən ibarətdir.

8.12.3. Ödəmə mənbəyində tutulan vergi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:

8.12.3.1. Təsərrüfat subyektinin icarə müqaviləsi əsasında istifadə edilməsi hallarının araşdırılması;

8.12.3.2. Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.12.3.3. Mənfəət vergisi bəyannaməsi ilə müqayisəsi (dividendin ödənilməsi halları), həmçinin, hüquqi şəxs ləğv edilərkən bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlakın bölüşdürülməsi və səhmlərin (payların) artan nominal dəyəri həddində geri alınması hallarının araşdırılması;

8.12.3.4. Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində verginin tutulması hallarının araşdırılması;

8.12.3.5. ƏDV bəyannaməsinin tərkibində əks etdirilmiş qeyri-rezidentin əməliyyatları üzrə və qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi üzrə ƏDV hesablanmış məbləğlərin Ödəmə mənbəyində tutulan vergi bəyannaməsində əks etdirilməsinin araşdırılması;

8.12.3.6. Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan ödənişlər (alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) və rezident banklar tərəfindən açılan müxbir hesablara ödənişlər istisna olmaqla) ;

8.12.3.7. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən xərclər çıxılmadan 2 faiz ödəmə mənbəyində vergi tutan vergi ödəyicilərinin aldığı malların fəaliyyəti ilə bağlı olub-olmaması hallarının araşdırılması;

8.12.3.8. Təqdim edilmiş Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə Vergi Məcəlləsinin 102.1.22-1-ci, 106.10-cu və 219.11-ci maddələri ilə güzəştdən istifadə etmiş şəxslərin qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparıb-aparmaması hallarının araşdırılması;

8.12.9. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:

8.12.3.9.1. Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar;

8.12.3.9.2. Bank əməliyyatları barədə alınan rəsmi məlumatlar (dövriyyə məlumatları ilə yanaşı Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər üzrə təhlillərin aparılması);

8.12.3.9.3. Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar;

8.12.3.9.4. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.12.3.9.5. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.13. Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi:

8.13.1. Vergi Məcəlləsinin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.

8.13.2. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o, hesablanan vergini Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur. Vergi Məcəlləsinə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

8.13.3. Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.13.3.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi və ya fiziki şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

8.13.3.2. Verginin hesablanması bölməsində müvafiq olaraq hesabat dövrü ərzində qeyri-rezidentə ödənilmiş məbləğlər və ƏDV məbləği əks etdirilir;

8.13.3.3. Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisi bəyannaməsinin qeyri-rezidentdən alınmış iş və xidmətlər barədə məlumatları əks etdirən əlavəsi mövcuddur.

8.13.4. Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:

8.13.4.1. Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.13.4.2. Ödəmə mənbəyində tutulan vergi bəyannaməsində qeyri-rezidentə ödənilmiş məbləğlərlə Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV bəyannaməsinin göstəricilərinin müqayisəsi;

8.13.4.3. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:

8.13.4.3.1. Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar;

8.13.4.3.2. Bank əməliyyatları barədə alınan rəsmi məlumatlar;

8.13.4.3.3. Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar;

8.13.4.3.4. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.13.4.3.5. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.14. Xüsusi notariusun gəlir vergisi bəyannaməsi

8.14.1. Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir.

8.14.2. Xüsusi notariuslar vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi ödəyirlər.

8.14.3. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər.

8.14.4. Xüsusi notariuslar 10 faiz dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq cari vergi ödəmələri şəklində dövlət büdcəsinə ödəməlidirlər.

8.14.5. Xüsusi notariusun gəlir vergisi bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.14.5.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi və ya fiziki şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

8.14.5.2. Verginin hesablanması bölməsində aylıq və rüb üzrə aparılmış notariat hərəkətlərinin, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərin sayı və onlara görə alınan haqların (xərclər nəzərə alınmadan) dəyəri və hesablanmış vergi məbləği əks olunur;

8.14.5.3. Xüsusi notariusun gəlir vergisi bəyannaməsinin aşağıdakı tərkibdə 2 ədəd əlavəsi mövcuddur:

8.14.5.3.1. Əlavə 1 vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlar öz əksini tapır;

8.14.5.3.2. Əlavə 2 - əmlakın, o cümlədən torpaq sahəsinin icarəyə (kirayəyə, istifadəyə) verilməsi barədə məlumat öz əksini tapır.

8.14.6. Xüsusi notariusun gəlir vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:

8.14.6.1. Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.14.6.2. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması:

8.14.6.2.1. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.14.6.2.2. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.15. Xüsusi rejimli müəssisələrin mənfəət bəyannaməsi

8.15.1. Hasilatın Pay Bölgüsü Haqqında Sazişlərə əsasən hər təqvim ili üçün hər bir Podratçı tərəf mənfəət vergisi haqqında bəyannaməsini sonrakı təqvim ilinin 15 martından və ya 15 apreldən gec olmayaraq vergi orqanına təqdim edir.

8.15.2. Mənfəət vergisi üzrə ilkin bəyannamə təqdim edildiyi halda, podratçı tərəf hər Hasilatın Pay Bölgüsü Haqqında Sazişdə nəzərdə tutulmuş dövrədək mənfəət vergisi üzrə yekun bəyannamə təqdim etmək hüququna malikdir.

8.15.3. Xüsusi rejimli müəssisələrin mənfəət bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.15.3.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

8.15.3.2. Verginin hesablanması bölməsi 4 hissədən ibarətdir:

8.15.3.2.1. Gəlirlər hissəsində hesabat dövrü ərzində əldə edilmiş gəlirlər əks etdirilir;

8.15.3.2.2. Xərclər hissəsində hesabat dövrü ərzində gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər öz əksini tapır;

8.15.3.2.3. Hesabat dövründə iştirak paylarının satış məlumatları hissəsində sazişdə olan iştirak paylarının satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən əldə olunan gəlir və zərər əks etdirilir;

8.15.3.2.4. Hesabat dövrü üçün verginin hesablanması hissəsində isə təsərrüfat fəaliyyətinin nəticələri əks etdirilir.

8.15.4. Xüsusi rejimli müəssisələrin mənfəət vergisinin ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:

8.15.4.1. Mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində göstərilmiş ümumi xərc məbləği ilə bəyannamənin Xərclər əlavəsinin məbləği ilə uzlaşdırılması;

8.15.4.2. Mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində göstərilmiş amortizasiya xərcləri ilə bəyannamənin Amortizasiya xərclərinin xülasəsi əlavənin məbləği ilə uzlaşdırılması;

8.15.4.3. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə (hesablanmış amortizasiya məbləği üzrə çıxılmalar nəzərə alınmaqla) yoxlanılan bəyannamənin göstəricilərinin müqayisəsi;

8.15.4.4. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar Əməliyyat şirkəti tərəfindən çəkilmiş xərclərin Sazişdə iştirak paylarına uyğun olaraq Podratçı tərəflərə ötürülməsinin düzgünlüyünün araşdırılması;

8.15.4.5. Təshih edilmiş mənfəət vergisi məbləğinin müvafiq Sazişlərin vergi dərəcələrinə uyğun olaraq hesablanmasının düzgünlüyünün yoxlanılması;

8.15.4.6. Alınmış kreditlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış bank və ya digər maliyyə qurumları tərəfindən podratçı tərəfə verilməsinin araşdırılması;

8.15.4.7. Alınmış kredit üzrə ödənilmiş faizlərin Xarici subpodratçıların ödəmə mənbəyində tutulan vergi bəyannaməsində vergi məbləğinin tutulmasının araşdırılması;

8.15.4.8. İştirak paylarının satışı nəticəsində əsas vəsaitlərin ötürülməsi zamanı həmin əsas fondlara amortizasiya hesablanmasının bəyannamənin Amortizasiya hesablanması əlavəsi ilə düzgünlüyünün yoxlanılması.

 

8.16. Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

8.16.1. Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergi Azərbaycan Respublikasında Karbohidrogen Fəaliyyəti ilə bağlı Mallar, İşlər yaxud Xidmətlərin təqdim edilməsi üçün Podratçı Tərəf və ya Əməliyyat Şirkəti ilə və ya Subpodratçılar ilə birbaşa və ya vasitəli müqavilə bağlayan Xarici Subpodratçılara şamil edilir.

8.16.2. Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergi bəyannaməsini verməli olan şəxslər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

8.16.3. Xarici subpodratçılara həyata keçirilən ödənişlərdən hesablanmış vergilər bu ödənişləri həyata keçirən şəxs tərəfindən tutulmalıdır.

8.16.4. Bu cür tutulmuş vergi məbləğləri Dövlət Büdcəsinə Xarici Subpodratçıya ödəmənin verildiyi ayın sonundan başlayaraq otuz gün ərzində ödənilməlidir.

8.16.5. Müvafiq hesabatda əks olunmuş lakin gecikmə ilə ödənilmiş vergi məbləği Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəməyə məsuliyyət daşıyan şəxsə verginin ödənilməli olduğu ən son tarixdən mövcud olan Libor və əlavə olaraq dörd faiz dərəcədə faizlər hesablanmalıdır.

8.16.6. Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergi bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.16.6.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

8.16.6.2. Xarici subpodratçının ödəmə mənbəyində tutulan vergilərinin hesablanması bölməsində müvafiq saziş üzrə xarici subpodratçılara ödənilmiş məbləğlər və vergi məbləği əks olunur.

8.16.7. Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan verginin ödəyiciləri tərəfindən təqdim olunmuş bəyannamələr AVİS tərəfindən hər bir saziş üzrə müəyyən edilmiş vergi dərəcəsinə uyğun olaraq elektron qaydada uyğunsuzluqdan keçirilir.

 

8.17. Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

8.17.1. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində uduşlar (mükafatlar) əldə edən şəxsə uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən ödəmələr verən rezident hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən təqdim dilir.

8.17.2. Maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

8.17.3. Bu Qaydaların 8.17.1-ci yarımbəndində göstərilən şəxslər vergini hesablamağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.

8.17.4. Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.17.4.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

8.17.4.2. Verginin hesablanması bölməsində ay üzrə idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəkilində uduşlardan (mükafatladan) əldə edilmiş gəlirləri və güzəşt və azadolmaların məbləği əks olunur.

8.17.5. Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır:

8.17.5.1. Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.17.5.2. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.17.5.3. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.18. Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi

8.18.1. Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

8.18.2. Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi Vergi Məcəlləsinin 150.1.12-ci və 220.12-ci maddələrinə əsasən hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilərək hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanlarına təqdim edilir.

8.18.3. Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.18.3.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində VÖEN-i, Vergi ödəyicisinin tam adı, telefon nömrəsi (stasionar, mobil), əsas fəaliyyət növünün kodu, təqdim olunmuş əlavələrin sayı, bəyannamənin növü, vergi dövrü, vergi orqanı, vergi dövrü barədə məlumatlar əks olunur;

8.18.3.2. Verginin hesablanması bölməsində hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən nağd qaydada bank hesablarından çıxarılan pul vəsaitlərinin məbləği əks olunur;

8.18.3.3. Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsinin əlavəsi vergi ödəyicisi haqqında ümumi məlumat və bank hesablarından nağd qaydada çıxarılmış pul vəsaitlərinin məbləği barədə məlumat bölmələrindən ibarətdir.

8.18.4. Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır:

8.18.4.1. Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.18.4.2. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.18.4.3. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.19. Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi

8.19.1. Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin ödəyiciləri Vergi Məcəlləsinin 150.1.9-cu, 150.1.13-cü, 220.8-ci və 220.8-1-ci maddələrinə əsasən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notariuslar və ya ixtisaslaşdırılmış hərrac təşkilatlarıdır.

8.19.2. Aşağıdakı əməliyyatlar istisna olmaqla, ixtisaslaşdırılmış hərrac təşkilatları tərəfindən açıq hərrac qaydasında yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb olunur:

8.19.2.1. Vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış əmlak;

8.19.2.2. Banklar haqqında Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada iflas prosesi çərçivəsində təqdim edilən aktivlər;

8.19.2.3. Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada təqdim olunan qeyri-işlək (toksik) aktivlər;

8.19.2.4. Qanunla nəzərdə tutulmuş qaydada üzərinə tələb yönəldilən dövlət əmlakının özəlləşdirilməsi, habelə bələdiyyə əmlakı üzərində mülkiyyət və icarə hüquqlarının özgəninkiləşdirilməsi.

8.19.3. Aşağıdakı əməliyyatlar istisna olmaqla, notarius tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi müqavilələrinin təsdiqi Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb olunur:

8.19.3.1. fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;

8.19.3.2. Vergi Məcəlləsinin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə;

8.19.3.3. Vergi Məcəlləsinin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi.

8.19.4. Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

8.19.5. Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.19.5.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, vergi ödəyicisinin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

8.19.5.2. Verginin hesablanması bölməsi aşağıdakı 4 hissədən ibarətdir:

8.19.5.2.1. Hissə 1 Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən verginin hesablanması hissəsində Nazirlər Kabinetinin qərarına əsasən müəyyən edilmiş daşınmaz əmlakın yerləşdiyi zonalara, respublikanın digər şəhər, rayon, qəsəbə və kəndlərinə müvafiq olaraq Yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sahəsi, vergidən azad olunan sahə və Verginin məbləği barədə məlumatlar əks olunur;

8.19.5.2.2. Hissə 2- Vergi Məcəllənin 206.3-cü maddəsində nəzərdə tutulmuş torpaq sahələrinin təqdim edilməsindən verginin hesablanması barədə məlumatlar əks olunur;

8.19.5.2.3. Hissə 3 - Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təqdim edilməsindən verginin hesablanması barədə məlumatlar əks olunur;

8.19.5.2.4. Hissə 4 Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən hesablanan yekun vergi məbləğləri barədə məlumatlar öz əksini tapır;

8.19.5.3. Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinin aşağıdakı tərkibdə 6 ədəd əlavəsi mövcuddur:

8.19.5.3.1. Əlavə 1 - Vergi ödəyicisi haqqında ümumi məlumatları və təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri barədə məlumatları özündə əks etdirir;

8.19.5.3.2. Əlavə 2- Vergi ödəyicisi haqqında ümumi məlumatları və təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə azadolmalar barədə məlumatları özündə əks etdirir;

8.19.5.3.3 Əlavə 3- Vergi ödəyicisi haqqında ümumi məlumatları və sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqlarının və vətəndaşların bağ sahələrinin tutduğu torpaq sahələrinin təqdim edilməsi barədə məlumatları özündə əks etdirir;

8.19.5.3.4 Əlavə 4- Vergi ödəyicisi haqqında ümumi məlumatları və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təqdim edilməsi barədə məlumatları özündə əks etdirir;

8.19.5.3.5 Əlavə 5- Vergi ödəyicisi haqqında ümumi məlumatları və Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqlarının və vətəndaşların bağ sahələrinin tutduğu torpaq sahələri üzrə azadolmalar barədə məlumatları özündə əks etdirir;

8.19.5.3.6 Əlavə 6- Vergi ödəyicisi haqqında ümumi məlumatları və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təqdim edilməsi üzrə azadolmalar barədə məlumatları özündə əks etdirir;

8.19.6. Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır:

8.19.6.1. Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar;

8.19.6.2. Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı ixtisaslaşdırılmış hərrac təşkilatlarının apardıqları əməliyyatları barədə məlumatlar;

8.19.6.3. Dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.19.6.4. Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;

8.19.6.5. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.20. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlar və arayışlar

8.20.1. Hesabatlar Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə və İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə müvafiq olaraq sığortaedən tərəfindən təqdim edilir.

8.20.2. Hesabatlar hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

8.20.3. Sığortaedən hesabat dövründə fəaliyyət göstərmədiyi halda vergi orqanına hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim edir.

80.20.4. Məcburi dövlət sosial sığorta haqqı ödənişləri muzdlu işdən əldə edilən gəlirlərdən və muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən ibarət olmaqla 2 hissəyə ayrılır və həmin gəlirlər üzrə sığorta haqqı Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ilə müəyyən edilmiş dərəcələrlə ödənilir.

8.20.5. Məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabat 2 bölmədən ibarətdir:

8.20.5.1. Sığortaedən haqqında məlumatlar bölməsində sığortaedənin adı və VÖEN-i, DSMF-dəki sığortaedənin uçot nömrəsi (SUN), Sosial sığorta nömrəsi (SSN), məcburi dövlət sosial sığorta haqqı üçün fəaliyyət növünün kodu, hesabatın statusu, dövrü və digər məlumatlar əks olunur;

8.20.5.2. Məcburi dövlət sosial sığortası üzrə məlumat bölməsində hesabat dövrünün əvvəlinə borc, işçilərin sayı, əmək haqqı və gəlirlər, hesablanmış və ödənilmiş sığorta haqları, DSMF-dən alınmış məlumatlar, hesabat dövründə qanunvericiliklə silinmiş borc, hesabat dövrünün sonuna borc, məcburi dövlət sosial sığorta haqqı üzrə bölüşdürüləcək borc, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər və ya ailə kəndli təsərrüfatı haqqında məlumat və digər məlumatlar əks olunur.

8.20.6. İşsizlikdən sığorta haqqı üzrə rüblük hesabat 3 bölmədən ibarətdir:

8.20.6.1. Sığortaedən haqqında məlumatlar bölməsində sığortaedənin adı və VÖEN-i, DSMF-dəki uçot nömrəsi (SUN), hesabatın statusu, dövrü və digər məlumatlar əks olunur;

8.20.6.2. İşsizlikdən sığorta üzrə məlumat bölməsində işsizlikdən sığorta haqqında cəlb olunan əməyin ödənişi fondu, hesabat dövrünün əvvəlinə qalıq, hesablanmış, ödənilmiş, geri alınmış, silinmiş və dondurulmuş sığorta haqları və digər məlumatlar əks olunur;

8.20.6.3. İşsizlikdən sığorta haqqı üzrə bölüşdürüləcək məbləğ və sığortaolunanlar barədə məlumat bölməsində işsizlikdən sığortaya cəlb olunan gəlirlər, ödənilmiş işsizlikdən sığorta haqqı, işçilərin sayı və digər məlumatlar əks olunur.

8.20.7. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqının düzgün hesablanmasına nəzarəti vergi orqanları həyata keçirirlər. Vergi orqanları bu nəzarəti sığortaedənlərin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla və Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər.

8.20.8. Sığortaedənlər tərəfindən təqdim olunmuş hesabatlar AVİS tərəfindən elektron qaydada uyğunsuzluqdan keçirilir.

8.20.9. Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır:

8.20.9.1. Vergi ödəyicisi üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə əlavə hesablama aparıldıqda, yaxud işçi sayı, əmək haqqı məbləğləri ilə bağlı mənbəyi bəlli məlumatlar, eləcə də digər bəyannamələr ilə çarpaz təhlillər zamanı kənarlaşma aşkar edildikdə sığortaedənə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə də sığorta haqları hesablanması;

8.20.9.2. Vergi ödəyicilərinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə güzəşt hüququnun əldə edib-etməməsinin araşdırılması məqsədilə onların Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq neft-qaz, dövlət və qeyri-dövlət sektorunda fəaliyyət göstərib-göstərməməsinin araşdırılması;

8.20.9.3. Vergi ödəyicilərinin fəaliyyət xüsusiyyətinə müvafiq olaraq güzəşt hüququ əldə etmək hüququnun olmadığı müəyyən edildiyi təqdirdə vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə hesablamaların aparılması;

8.20.9.4. Dəqiqləşdirilmiş hesabatlar təqdim etməklə hesablanmış sığorta haqlarına azalmalar vermiş sığortaedənlər üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.20.9.5. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlar ilə yoxlanılan hesabatlar göstəricilərinin müqayisəli təhlili;

8.20.9.6. Dövriyyəsi olub işçi sayı və əmək haqqı məbləği göstərməyən sığortaedənlərin araşdırılması;

8.20.9.7. Hesabata əlavə olunmalı sənədlərin sığortaedən tərəfindən təqdim edilib-edilməməsinin araşdırılması;

8.20.9.8. Sığortaedənin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə sığorta haqlarına təsir edən aşağıdakı məlumatların araşdırılması:

8.20.9.8.1. Maliyyə orqanlarından dövlət əsaslı vəsait qoyuluşu üzrə daxil olan məlumatların təhlili;

8.20.9.8.2. Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatların təhlili;

8.20.9.8.3. Əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatların təhlili;

8.20.9.8.4. Digər səlahiyyətli orqanlardan alınan məlumatların təhlili;

8.20.9.8.5. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

8.21. Dövlət rüsumunun tutulması haqqında hesabat

8.21.1. Dövlət rüsumunun tutulması haqqında hesabat Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 4.7-ci bəndinə əsasən dövlət rüsumunu tutan şəxslər tərəfindən təqdim edilir.

8.21.2. Dövlət rüsumunun tutulması haqqında hesabatı hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

8.21.3. Dövlət rüsumunun tutulması haqqında hesabat Vergilər Nazirliyinin təsdiq etdiyi forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

8.21.3.1. Vergi ödəyicisi haqqında ümumi məlumat bölməsində VÖEN-i, Vergi ödəyicisinin tam adı, telefon nömrəsi (stasionar, mobil), əsas fəaliyyət növünün kodu, təqdim olunmuş əlavələrin sayı, hesabatın növü, vergi orqanı, hesabat dövrü barədə məlumatlar əks olunur;

8.21.3.2. Dövlət rüsumunun tutulması bölməsində dövlət rüsumu tutulmalı olan hərəkətlərin adı, hərəkətlərin sayı və dövlət rüsumlarının məbləği, azadolmalar digər məlumatlar əks olunur;

8.21.3.3. Dövlət rüsumunun tutulması haqqında hesabatın aşağıdakı tərkibdə 4 ədəd əlavəsi mövcuddur:

8.21.3.3.1. Əlavə 1 - Vergi ödəyicisi haqqında ümumi məlumatları və dövlət rüsumunun hesablanması barədə məlumatları özündə əks etdirir;

8.21.3.3.2. Əlavə 2 - Vergi ödəyicisi haqqında ümumi məlumatları və lisenziya almış şəxslər barədə məlumatları özündə əks etdirir;

8.21.3.3.3. Əlavə 3 - Vergi ödəyicisi haqqında ümumi məlumatları və daşınmaz əmlak və torpaq üzrə sahiblik hüququnun dəyişməsi barədə məlumatları özündə əks etdirir;

8.21.3.3.4 Əlavə 4 - Dövlət rüsumunu tutan şəxs barədə ümumi məlumatları və əmlakın, o cümlədən torpaq sahəsinin icarəyə (kirayəyə, istifadəyə) verilməsi barədə məlumatları özündə əks etdirir.

8.21.4. Dövlət rüsumunun düzgün hesablanmasına nəzarəti vergi orqanları həyata keçirirlər. Vergi orqanları bu nəzarəti hesabat təqdim edən şəxslərin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla və Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər.

8.21.5. Dövlət rüsumunun tutulması haqqında hesabatlar üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır:

8.21.5.1. Hesabat dövrü ərzində dövlət rüsumu üzrə ödənişi olub, dövlət rüsumunun tutulması haqqında hesabatı təqdim etməyən vergi ödəyicilərinin təhlili;

8.21.5.2. Dəqiqləşdirilmiş hesabatlar təqdim etməklə hesablanmış dövlət rüsumlarına azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;

8.21.5.3. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlar ilə yoxlanılan hesabatlar göstəricilərinin müqayisəli təhlili;

8.21.5.4. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

 

9. Bəyannamə və ya hesabat təqdim edilmədikdə əlaqəli məlumata əsasən vergilərin və sığorta haqlarının hesablanması

 

9.1. Kameral yoxlama zamanı bəyannamədə və hesabatda vergilərin və ya sığorta haqlarının düzgün hesablanmaması (vergi məbləğinin və ya sığorta haqlarının az və ya artıq göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannamələri, hesabatlar, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə vergi orqanlarının aşağıdakı əlaqəli məlumatlara əsasən vergiləri və ya sığorta haqlarını hesablamaq hüququ vardır:

9.1.1. vergi ödəyicisi və ya sığortaedən tərəfindən əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş bəyannamələr və hesabatlar;

9.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;

9.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;

9.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;

9.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;

9.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;

9.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;

9.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;

9.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

9.2. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən ödənilməli olan verginin və ya sığorta haqqının əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin və ya sığortaedənin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin və ya sığortaedənin vergi orqanında olan məlumatlarından istifadə edilir:

9.2.1. eyni xüsusiyyətli və ya eynicinsli malların istehsalı;

9.2.2. eyni xüsusiyyətli və ya eynicinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;

9.2.3. fəaliyyət göstərilən ərazi.

9.3. Vergilər və ya sığorta haqları əlaqəli məlumatlar və analoji vergi ödəyicisi və ya sığortaedən barədə məlumatlar əsasında hesablandıqda, verginin və ya sığorta haqqının məbləği vergi ödəyicisinin və ya sığortaedənin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin və ya sığortaedənin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin və ya sığorta haqqının xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.

9.4. Vergi ödəyicisi və ya sığortaedən barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər və ya sığorta haqları analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin və ya sığorta haqlarının uçot və hesabat məlumatları əsasında hesablanır.

9.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyri-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə, vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır.

9.6. Verginin və ya sığorta haqqının hesablanması üçün vergi ödəyicisi və ya sığortaedən barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin və ya sığorta haqqının hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi və ya sığorta haqqı hesablanır.

9.7. Əlaqəli məlumata əsasən vergi və ya sığorta haqqı hesablanarkən, vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş vergiləri, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları, faizləri və maliyyə sanksiyaları nəzərə alınır.

9.8. Vergi Məcəlləsinin 16.2-ci və ya Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddələrinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının, habelə fəaliyyətinin olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə və ya sığortaedənlərə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır.

9.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə və ya sığorta haqlarına dair bəyannamələr və ya hesabatlar vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər və ya sığorta haqları bəyannamələr və ya hesabatlar nəzərə alınmaqla yenidən hesablanır.

9.10. Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hesablanır.

9.11. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır.

9.12. Əlaqəli məlumata əsasən verginin hesablanması AVİS-də aşağıdakı menyulardan istifadə edilir:

9.12.1. Kameral vergi yoxlamalarını aparan strukturun işçisi Analoji hesablama ekranınından istifadə edərək ona ünvanlanmış əlaqəli məlumata əsasən vergi və sığorta haqları hesablanacaq ödəyicilərin siyahısını əldə edir;

9.12.2. İşçi siyahıdan analoji hesablama aparılacaq olan vergi ödəyicisini və ya sığortaedəni seçdikdən sonra Analoji hesabla düyməsi vasitəsi ilə Analoji hesablanacaq ödəyicisinin məlumatları ekranına daxil olur;

9.12.3. Bu ekrandakı imkanlardan istifadə edərək məlumatlara uyğun analoji hesablama aparılır. İşçi bunun üçün analoji hesablamanın səbəbini uyğun xanada göstərir və Analoji bəyannaməni və ya hesabatı işlə düyməsi vasitəsi ilə analoji bəyannaməni və ya hesabatı tərtib edir. Tərtib edilmiş bəyannamə və ya hesabat bir daha yoxlanıldıqdan sonra Qəbul düyməsi vasitəsi ilə analoji hesablanan vergi və ya sığorta haqqı məbləğini şəxsi hesab vərəqəsinə daxil edilir.

9.13. Analoji hesablama zamanı bu Qaydaların 6 nömrəli əlavəsində göstərilən forma üzrə Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərar avtomatik olaraq hazırlanır. Həmin Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərar AVİS proqram təminatı vasitəsilə müvafiq olaraq işçi tərəfindən şöbə (bölmə) rəisinə yoxlanılma və viza qəbul olunmaq uçun göndərilir. Viza qəbul olunmuş Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərar vergi orqanının rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra vergi ödəyicisinin elektron kabinetinə və ya kargüzarlıq fəaliyyətini həyata keçirən struktur tərəfindən poçt ünvanına göndərilir.

 

10. Yekun müddəalar

 

10.1. Bu Qaydaların tələblərinin pozulmasına görə vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada intizam məsuliyyət daşıyırlar.

10.2. Kameral yoxlamaların keçirilməsi zamanı vergi orqanı əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tələblərə və müddətlərə tam olaraq riayət edilməli, vergi ödəyicisinin və ya sığortaedənin fəaliyyətində kənarlaşma aşkar edildikdə qanun pozuntusuna yol verilməsinə tam əmin olmadan, ehtimallara əsasən hesablama aparılmamalı, yoxlama zamanı sual doğuran məqamlar müəyyən edildikdə əlavə araşdırmalar aparılmalı, bütün hesablamalar düzgün və dəqiq olmalıdır.


 

 

 

Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalara

 

1 nömrəli əlavə

 

BƏYANNAMƏLƏRİN, HESABATLARIN VƏ ARAYIŞLARIN İŞLƏNİLMƏSİNƏ NƏZARƏT FORMASI

 

Vergi orqanının adı:

 

tarix: dəst :./

 

vergi növü üzrə bəyannamə: müfəttiş:

 

Kargüzarlıq fəaliyyətini həyata keçirən struktur tərəfindən doldurulan hissə
Kameral vergi yoxlamalarını aparan struktur tərəfindən doldurulan hissə

VÖEN və ya SUN

Vergi ödəyicisinin və ya sığortaedənin adı

dövr

poçtla daxil olan bəyan.

(Ö)

vaxtında təqdim edilmiş bəyan.

(Ö)

vaxtı keçmiş bəyan.

(Ö)

əlavə edilmiş

vərəq sayı

işlənmə tarixi

hesablanmışdir

(müfəttişin imzası)

vergi ödəyicisinin və ya sığortaedənin cavabının gözlənilməsi

(müfəttişin imzası)

əlavə tədbirlər üçün səbəb

1

 

 

 

 

 

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

 

 

 

 

 

3

 

 

 

 

 

 

 

 

 

 

 

4

 

 

 

 

 

 

 

 

 

 

 

5

 

 

 

 

 

 

 

 

 

 

 

6

 

 

 

 

 

 

 

 

 

 

 

7

 

 

 

 

 

 

 

 

 

 

 

8

 

 

 

 

 

 

 

 

 

 

 

9

 

 

 

 

 

 

 

 

 

 

 

10

 

 

 

 

 

 

 

 

 

 

 

 

CƏMİ

 

 

 

 

 

 

 

 

 

 

Kargüzarlıq fəaliyyətini həyata keçirən strukturun rəhbəri .

Tarix..../..../...

Kameral vergi yoxlamalarını aparan strukturun rəhbəri:..........

Tarix././

Kameral vergi yoxlamalarını aparan strukturun müfəttişi:

Tarix./..../...

Kameral vergi yoxlamalarını aparan strukturun rəhbəri: Tarix././

 

Qeyd:

 

 


 

Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalara

 

2 nömrəli əlavə

 

 

Kağız formada təqdim edilmiş bəyannamə, hesabat və ya arayışın qəbul edilməsi üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında Bildiriş

 

No:______________ Tarixi: ____________________

 

______________________________________________________________ _______________________

(Vergi ödəyicisinin və ya sığortaedənin adı) (VÖEN və ya SUN)

 

Ünvanı____________________________________________________________

Telefon_________________

Vergi növü:______________

Vergi dövrü:______________

Bəyannamənin, hesabatın növü:_______

 

Tərəfinizdən ___________ tarixində kağız formada təqdim olunmuş bəyannamə, hesabat və ya arayış aşağıda göstərilən səbəbdən (səbəblərdən) qəbul edilməsi mümkün olmamışdır.

Səbəblər:

1._______________________________________________________________________________________

________________________________________________________________________________________

2._______________________________________________________________________________________

________________________________________________________________________________________

 

Bununla əlaqədar aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunur:

Sənədlər:

1.______________________________________________________________________________________

2.______________________________________________________________________________________

 

Təqdim etdiyiniz bəyannamə, hesabat və arayış üzrə kameral yoxlamanın başa çatdırılması üçün 3 (üç) iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur. Məktubla əlaqədar yaranacaq suallarla bağlı "Vergi ödəyicilərinə xidmət" strukturlarına müraciət edə bilərsiniz.

 

Bildiririk ki, zəruri olan sənədlər (məlumatlar) bildirişdə göstərilən müddətədək vergi orqanına təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 72.6-cı maddəsinin müddəalarına əsasən vergi orqanının təqdim etdiyiniz həmin bəyannamə, hesabat və arayışı qəbul etməmək hüququ vardır.

 

_________________________ rəisi və ya onun müavini: ________ _____________________[13]

Vergi orqanının adı (imza) (soyadı, adı, atasının adı)

 

M.Y.

 

 


 

 

Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalara

 

3 nömrəli əlavə

 

Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub

 

No:______________ Tarixi: ____________________

______________________________________________________________ ________________________

(Vergi ödəyicisinin və ya sığortaedənin adı) (VÖEN və ya SUN)

 

Ünvanı____________________________________________________________

Telefon_________________

Vergi növü:______________

Vergi dövrü:______________

Bəyannamənin və ya hesabatın növü:_______

 

Tərəfinizdən ___________ tarixində təqdim olunmuş bəyannamədə, hesabatda və ya arayışda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır.

Səbəblər:

1._______________________________________________________________________________________

________________________________________________________________________________________

2._______________________________________________________________________________________

________________________________________________________________________________________

Bununla əlaqədar olaraq kameral vergi yoxlamanın başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunur:

Sənədlər:

1.______________________________________________________________________________________

2.______________________________________________________________________________________

 

Təqdim etdiyiniz bəyannamə, hesabat və ya arayış üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün ____ gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur. Məktubla əlaqədar yaranacaq suallarla bağlı "Vergi ödəyicilərinə xidmət" strukturlarına müraciət edə bilərsiniz.

 

Bildiririk ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır.

 

_________________________ rəisi və ya onun müavini: _________ _____________________

Vergi orqanının adı (imza) (soyadı, adı, atasının adı)

 

M.Y.

 

 


 

 

Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalara

 

4 nömrəli əlavə

 

Bəyannamələrin, hesabatların, arayışların gözləmə faylından götürülməsinin və qaytarılmasının uçotu kitabı

 

Bəyannamələr, hesabatlar, arayışlar götürülərkən aparılan qeydlər

Bəyannamələr, hesabatlar, arayışlar qaytarılarkən aparılan qeydlər

Sıra

-si

Ayın tarixi

Vergi ödəyicisinin və ya sığortaedənin

Bəyannamə, hesabat, arayış və əlavə edilmiş vərəqələrin sayı

Bəyannaməni, hesabatı, arayışı götürən vəzifəli şəxsin

Bəyanaməni, hesabatı, arayışı götürən vəzifəli şəxsin imzası

Ayın tarixi

Bəyannamə, hesabat, arayış və əlavə olunmuş vərəqələrin sayı

Bəyannaməni, hesabatı, arayışı qəbul edən vəzifəli şəxsin imzası

Adı

VÖEN-i və ya SUN-u

soyadı, adı, atasının adı

xidməti vəsiqəsinin seriya və -si

işlədiyi şöbənin (Vergi İdarəsinin) adı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalara

 

5 nömrəli əlavə

 

 

Vergi ödəyicisinin və ya sığortaedənin adı, VÖEN-i və ya SUN-u, ünvanı _______________________

 

Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə

Qərar ______________

 

___________________ ___________________

(şəhər) (tərtib edildiyi tarix)

 

HESABLANMIŞ VERGİLƏRİN, MƏCBURİ DÖVLƏT SOSIAL SIĞORTA VƏ İŞSİZLİKDƏN SIĞORTA HAQLARININ XÜLASƏSİ

 

Bəyannamə və hesabatın növü: __________________

Bəyannamə və hesabatın dövrü:__________________

 

SIRA

TƏFSİLAT

MƏBLƏĞ,

MANATLA

1

TƏQDİM EDİLMİŞ BƏYANNAMƏ, HESABAT ÜZRƏ SİZİN TƏRƏFİNİZDƏN HESABLANMIŞ VERGİ VƏ YA MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTA VƏ İŞSİZLİKDƏN SIĞORTA HAQQI

 

1.A

ƏVVƏLKİ KAMERAL YOXLAMA İLƏ MÜƏYYƏN EDİLMİŞ VERGİ VƏ YA MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTA VƏ İŞSİZLİKDƏN SIĞORTA HAQQI

 

2

VERGİ ORQANI TƏRƏFİNDƏN APARILMIŞ KAMERAL YOXLAMA NƏTİCƏSINDƏ MÜƏYYƏN EDİLMİŞ VERGİ VƏ YA MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTA VƏ İŞSİZLİKDƏN SIĞORTA HAQQI

 

3

KAMERAL YOXLAMA NƏTİCƏSİNDƏ:

 

3.1

ƏLAVƏ HESABLANMIŞ VERGİ VƏ YA MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTA VƏ İŞSİZLİKDƏN SIĞORTA HAQQI MƏBLƏĞİ

 

3.2

VERGİNİN AZALDILMIŞ MƏBLƏĞİ VƏ YA MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTA VƏ İŞSİZLİKDƏN SIĞORTA HAQQININ AZALDILMIŞ MƏBLƏĞİ

 

4

ZƏRƏRİN MƏBLƏĞİ: (ARTMIŞDIR VƏ YA AZALMIŞDIR)

 

 

FAİZİN HESABLANMASININ TƏFSİLATI

 

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə vergi və ya cari vergi ödəməsi vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərti ilə vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Göstərilənlərlə əlaqədar olaraq vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı və ya cari vergi ödəmələri üzrə borclarınızı Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyiniz vacibdir.

 

BƏYANNAMƏDƏ VƏ HESABATDA GÖSTƏRİLƏN MƏBLƏĞƏ DÜZƏLİŞ EDİLMƏSİNİN SƏBƏBİ VƏ MÜVAFİQ

TƏSDİQEDİCİ SƏNƏDLƏR BARƏDƏ MƏLUMAT

 

 

Banka ödənişin təfsilatı

 

Siz ödəmə tarixinədək az ödənilmiş vergilərin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı qalığını aşağıdakı şəkildə ödəməlisiniz (vergi orqanı tərəfindən doldurulur)

 

Bankın Adı

Dövlət Xəzinədarlığı Agentliyi

Bankın kodu

 

Hesab nömrəsi

 

Hesab alt nömrəsi

 

 

Vergi ödəyicisinin şikayət etmək hüquqlarının xülasəsi

 

Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı göndərmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilə bilər.

 

______________________ rəisi və ya onun müavini: ____________ ______________________

Vergi orqanının adı (imza) (soyadı, adı, atasının adı)

 

M.Y.

 

 


 

 

Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalara

 

6 nömrəli əlavə

 

Vergi ödəyicisinin və ya sığortaedənin adı, VÖEN-i və ya SUN-u, ünvanı _______________________

 

Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə

Qərar ______________

 

________________ ______________________

(şəhər) (tərtib edildiyi tarix)

 

HESABLANMIŞ VERGİLƏRİN, MƏCBURİ DÖVLƏT SOSIAL SIĞORTA VƏ İŞSİZLİKDƏN SIĞORTA HAQLARININ XÜLASƏSİ

 

Bəyannamə və hesabatın növü: __________________

Bəyannamə və hesabatın dövrü:__________________

sıra

Təfsilat

məbləğ,

manatla

1

Bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı

 

2

Qərarın hazırlandığı tarixə vergi və ya məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə öhdəlik

 

 

FAİZİN HESABLANMASININ TƏFSİLATI

 

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərti ilə vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi, məburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Göstərilənlərlə əlaqədar olaraq vergi, məburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı və ya cari vergi ödəmələri üzrə borclarınızı Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyiniz vacibdir.

 

SƏBƏBİ

 

Bu hesablama ilə baglı Vergi Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüquqi aşagıda göstərilir.

 

 

 

Bu hesablama ilə baglı Vergi Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ aşağıda göstərilir.

 

Banka ödənişin təfsilatı

 

Siz ödəmə tarixinədək az ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının qalığını aşağıdakı şəkildə ödəməlisiniz (vergi orqanı tərəfindən doldurulur)

Bankın Adı

Dövlət Xəzinədarlığı Agentliyi

Bankın kodu

 

Hesab nömrəsi

 

Hesab alt nömrəsi

 

 

Vergi ödəyicisinin şikayət etmək hüquqlarının xülasəsi

 

Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı göndərmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilə bilər.

 

 

_____________________________ rəisi və ya onun müavini: _________ _____________________

Vergi orqanının adı (imza) (soyadı, adı, atasının adı)

 

M.Y.

 

 


 

 

Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalara

 

7 nömrəli əlavə