Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

1. Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, 4, II kitab, maddə 171; 2006, 12, maddə 1005) 2-ci maddəsində Vətəndaşların müraciətlərinə baxılması qaydası sözləri Vətəndaşların müraciətləri sözləri ilə əvəz edilsin.

2. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, 12, maddə 1080; 2007, 8, maddə 756; 2010, 3, maddələr 171, 172; 2011, 3, maddə 162, 7, maddə 617; 2012, 5, maddə 405, 7, maddə 653; 2015, 2, maddə 81, 11, maddə 1291) 4.2.3-cü maddəsində Vətəndaşların müraciətlərinə baxılması qaydası sözləri Vətəndaşların müraciətləri sözləri ilə əvəz edilsin.

3. İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, 1, maddə 1) 11.2-ci maddəsində Vətəndaşların müraciətlərinə baxılması qaydası sözləri Vətəndaşların müraciətləri sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyun 2016-cı il

281-VQD