Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 117 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, 6, maddə 553; 2010, 5, maddə 464; 2011, 6, maddə 572; 2014, 8, maddə 1022) ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, 8, maddə 861, 9, maddə 923, 10, maddə 1021, 12, maddə 1331; 2009, 1, maddələr 22, 32, 2, maddə 150, 4, maddələr 282, 293, 8, maddələr 674, 675, 680, 10, maddələr 846, 852, 856; 2010, 2, maddələr 146, 161, 11, maddə 1040; 2011, 1, maddə 54, 5, maddə 447, 9, maddə 855; 2012, 5, maddə 475, 8, maddə 817, 10, maddə 1028, 11, maddə 1204, 12, maddələr 1363, 1388; 2013, 1, maddə 73, 8, maddələr 1015, 1038, 10, maddə 1219; 2014, 1, maddə 69, 3, maddə 312, 6, maddə 736, 7, maddə 918, 10, maddə 1308; 2015, 2, maddə 227, 5, maddə 612, 6, maddə 799, 11, maddə 1413; 2016, 2, II kitab, maddə 381; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 110 nömrəli və 29 aprel tarixli 177 nömrəli qərarları) ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının II bölməsinin 36-cı hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 179 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, 10, maddə 978) ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, 2, II kitab, maddə 379) ilə təsdiq edilmiş Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 1.3.16-cı yarımbəndi ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 1 iyul 2016-cı il

262