“Ən yaxşı ümumi təhsil
müəssisəsi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli
2373 nömrəli Sərəncamının ləğv
edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci
il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nın
həyata keçirilməsi ilə bağlı
Fəaliyyət Planı”nın icrası ilə əlaqədar
bəzi məsələlər haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar
tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nın
həyata keçirilməsi ilə bağlı
Fəaliyyət Planı”nın 2.2.1-ci, 2.3.6-cı və 3.3.11-ci
yarımbəndlərinin icrasını təmin etmək
məqsədi ilə, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara
alıram:
1. “Ən yaxşı ümumi təhsil
müəssisəsi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2007-ci
il 4 sentyabr tarixli 2373 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, ¹ 9, maddə 876; 2011, ¹ 2, maddə 85)
ləğv edilsin.
2. Ən yaxşı ümumi təhsil
müəssisəsi və ən yaxşı müəllim
mükafatları üçün Azərbaycan
Respublikasının dövlət büdcəsində hər
il üzrə nəzərdə tutulan vəsait hər il
təhsildə inkişaf və innovasiyalar üzrə qrant
layihələrinin həyata keçirilməsinə
yönəldilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. təhsildə inkişaf və innovasiyalar
üzrə qrantların məbləğini və
ayrılması şərtlərini, o cümlədən
vəsaitlərin verilmə prosedurlarını, monitorinqin
aparılmasını, hesabat və qiymətləndirmə
üzrə tələbləri üç ay
müddətində təsdiq edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
3.2. Azərbaycan Respublikası Prezidentinin
aktlarının bu Sərəncama
uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Sərəncama
uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
3.4. mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının bu Sərəncama
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.5. bu Sərəncamdan irəli gələn digər
məsələləri həll etsin.
4.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların bu
Sərəncama uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 3 avqust 2016-cı il
¹ 2255