2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli 2241 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi 2016-cı il sentyabrın 26-da ümumxalq səsverməsinə (referenduma) çıxarılmışdır.

Referenduma hazırlıq və onun keçirilməsi prosesi seçki qanunvericiliyinin tələbləri əsas götürülməklə, Mərkəzi Seçki (Referendum) Komissiyası tərəfindən təsdiq edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada həyata keçirilmişdir.

Referendum təyin edildikdən sonra seçicilərin aktiv seçki hüquqlarının təmin edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş müddətdə dəqiqləşdirmələr aparılması üçün seçki məntəqələrində yerləşdirilən seçici siyahılarının ölkə üzrə daimi siyahı kimi tərtibinə və ictimailəşdirilməsinə hələ ilin əvvəlindən başlanılaraq komissiyalar və aidiyyəti qurumlar tərəfindən geniş və əhatəli iş aparılmış, nəticədə həmin siyahılar yüksək dəqiqliklə hazırlanaraq Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmişdir.

Seçicilərin referenduma çıxarılan məsələlərlə yaxından tanış edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmiş, Referendum Aktının layihəsi rəsmi dərc edilərək Azərbaycan Respublikası Prezidentinin, Mərkəzi Seçki Komissiyasının və bir sıra digər qurumların internet səhifələrində yerləşdirilmişdir.

Mərkəzi Seçki Komissiyası referendum elan edildikdən qısa müddət sonra Referendum Aktının layihəsi və ümumxalq səsverməsinə çıxarılan məsələlərin seçicilər üçün daha aydın və anlaşılan olması məqsədilə Referendum Aktı layihəsi Konstitusiyanın mövcud variantı ilə müqayisəli şəkildə hazırlanaraq qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddətindən daha tez - səsvermə gününə təxminən 45 gün qalmışdan başlayaraq aşağı seçki komissiyaları vasitəsilə seçicilərin ünvanlarına çatdırılmış və arzu edən şəxslərin əldə edə bilmələri üçün seçki məntəqələrində hər cür şərait yaradılmışdır. Səsvermə günü seçicilərin seçimlərinin asanlaşdırılmasında faydalı olmuş bu sənədlər, əhalinin sıx olduqları yerlərdə də paylanılaraq, müxtəlif televiziya və radio kanallarında, habelə ictimai yerlərdə qoyulmuş elektron məlumat lövhələrində video-çarxlar şəklində mütəmadi nümayiş etdirilmişdir.

Qeyd edilənlərlə yanaşı, kütləvi informasiya vasitələri Referendum Aktı layihəsinin müzakirəsinə, habelə Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklərə dair çoxsaylı şərhlərə, ekspert rəyləri və ictimaiyyət nümayəndələrinin fikirlərinə geniş yer ayırmışdır.

Referendumun keçirilmə tarixi və səsvermə qaydalarına dair müxtəlif məzmunlu 40-dan artıq növdə yüz minlərlə plakat çap edilərək bütün yaşayış məntəqələrinin ərazisində asılmış, oxşar mövzulara həsr edilmiş 7 reklam çarxı səsvermə günü də daxil olmaqla, mütəmadi şəkildə hər gün müxtəlif televiziya və radio kanallarında nümayiş etdirilmişdir.

Mərkəzi Seçki Komissiyası referendumun hazırlanması və keçirilməsi zamanı bir çox zəruri mövzularla bağlı geniş maarifləndirmə kampaniyası həyata keçirmiş, Komissiya üzvləri və Katibliyin əməkdaşlarının bu istiqamətlərdə yüzlərlə çıxış, məqalə və müsahibələrinə kütləvi informasiya vasitələrində geniş yer verilmişdir. Respublika üzrə seçki komissiyalarının 33 mindən çox üzvünü əhatə edən müxtəlif səpkili ölkə miqyaslı, həmçinin regional seminar-müşavirə və seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilmiş, dövlət avtomatlaşdırılmış informasiya sisteminin işini dairə seçki komissiyalarında təmin edən kompüter mütəxəssisləri də daxil olmaqla treninqlər təşkil edilmişdir.

Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul olunmuş çoxsaylı təlimat, qayda, izah və digər normativ aktlar toplu halında çap edilərək aşağı seçki komissiyalarına çatdırılmış, mətbuat və internet vasitəsilə ictimailəşdirilmişdir. Eyni zamanda həmin materialların heç bir maneə olmadan maraqlı subyektlər tərəfindən əldə edilməsi üçün hər cür şərait yaradılmışdır.

Respublika üzrə təşviqat aparmaq hüququna malik olan və ölkə üzrə geniş seçici kütləsini əhatə edən referendum üzrə 3 təşviqat qrupu Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmışdır. Referendum Aktı layihəsinin geniş və hərtərəfli müzakirəsində əhəmiyyətli rol oynamış həmin qruplara qanunvericilikdə nəzərdə tutulmuş qaydada referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq üçün bərabər əsaslarla geniş imkanlar yaradılmışdır.

Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş teleradio verilişləri təşkilatlarının kanallarında və dövri nəşrlərin səhifələrində ödənişsiz, 33 KİV-də isə ödənişli əsaslarla efir vaxtı və dərc imkanları yaradılmışdır. Ödənişli əsaslarla teleradio təşkilatının kanalları, dövri nəşrlərin redaksiyaları və elektron media qurumları tərəfindən təşviqat qruplarına efir vaxtının verilməsi və dövri nəşrlərdə yer ayrılmasının mümkünlüyü barədə Mərkəzi Seçki Komissiyasına göndərilmiş məlumatlar təşviqat qruplarının, eləcə də digər maraqlı subyektlərin tanış olmaları üçün Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin və Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, referendum üzrə təşviqat qruplarına seçicilərlə görüşlər keçirmək üçün respublikanın şəhər və rayonlarında yarısı açıq, yarısı isə qapalı olmaqla, ümumilikdə 256 yer ayrılmış, habelə referendumqabağı təşviqat kampaniyası dövründə plakatların və digər çap materiallarının yerləşdirilməsi üçün 10 mindən çox xüsusi məlumat lövhələri onların sərəncamına verilmişdir.

2016-cı il sentyabrın 3-də başlanmış təşviqat kampaniyası sentyabrın 25-dək davam edərək, ümumilikdə sivil və müasir tələblərə cavab verən şəraitdə keçirilmişdir. Bu dövrdə seçicilərin maarifləndirilməsi, referenduma çıxarılan məsələlərin seçicilərə dolğun çatdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Təşviqat qrupları tərəfindən seçiciləri Konstitusiyada dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsinin lehinə və ya əleyhinə səs verməyə çağıran 35 minədək plakat, 10 minlərlə digər çap materialları yayılmış, təşviqat kampaniyası müddətində seçicilərlə 1500-ə yaxın görüş keçirilmişdir.

Səsvermə prosesi müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, referendum üzrə təşviqat qruplarını təmsil edən, habelə öz təşəbbüsləri ilə referendumun müşahidəsinə qatılan 53 mindən çox yerli müşahidəçinin, 33 ölkədən olan 117 beynəlxalq müşahidəçinin, 16 nüfuzlu beynəlxalq KİV-in və yerli KİV-in çoxsaylı nümayəndələrinin müşahidəsi ilə, habelə işğal olunmuş ərazilər istisna olmaqla respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində (səsvermə keçirilən məntəqələrin təxminən 20%-də) quraşdırılmış veb-kameralardan geniş miqyasda izlənməklə qanunvericiliyin tələblərinə müvafiq olaraq azad, ədalətli, şəffaf və geniş aşkarlıq şəraitində keçmişdir.

Referendumu legitim və milli qanunvericiliyin tələblərinə tam cavab verən proses kimi qiymətləndirən, habelə səsvermənin yüksək səviyyədə təşkilini, səsvermənin nəticələrinə təsir etmək baxımından heç bir qanun pozuntusunun aşkar edilməməsi faktlarını xüsusi qeyd edən Avropa Şurası Parlament Assambleyası da referendum prosesini müsbət qiymətləndirmiş digər yerli və beynəlxalq müşahidə subyektləri ilə eyni mövqedən çıxış etmişdir.

Səsvermənin lazımi səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüş, seçki məntəqələrinin maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Səsvermə günü bütün seçki məntəqələri vaxtında açılmış, seçicilər seçki məntəqələrinə gələrək azad və sərbəst şəkildə öz iradələrini ifadə etmiş və seçicilərin 69.70%-nin iştirak etdiyi referendum baş tutmuşdur.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın AJF&Associates İnc. Təşkilatı ilə birgə, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransa Respublikasının Opinion Way Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, ELS Müstəqil Araşdırmalar Mərkəzi və RƏY Monitorinq Mərkəzi ayrılıqda səsvermə günü keçirilmiş exit-pollun nəticələrini səsvermənin ilkin nəticələrdən daha tez ictimailəşdirmiş və bu, ümumilikdə rəsmi nəticələrə çox yaxın olmuşdur.

Səsvermə başa çatdıqdan və seçki məntəqələri üzrə səsvermənin nəticələri rəsmiləşdirildikdən sonra seçki məntəqələrinin 70%-dən çoxundan online rejimdə internet səhifəsinə daxil olmuş səsvermənin nəticələrinə dair protokoldakı məlumatlar səsvermə günü başa çatdıqdan dərhal sonra Mərkəzi Seçki Komissiyası tərəfindən ilkin nəticələr kimi elan edilmişdir. Elə həmin günün birinci yarısında artıq ölkə üzrə bütün seçki məntəqələrinin protokol məlumatları əsasında Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin ilkin nəticələri tam şəkildə ictimaiyyətə çatdırılmışdır.

Referendum prosesində seçicilərin referendumda iştirak hüquqlarının qorunması və daha səmərəli təmin olunması məqsədilə də müvafiq tədbirlər görülmüşdür. Ümumiyyətlə isə bu prosesdə səsvermə günü seçicilər tərəfindən seçki məntəqələrinin ünvanları, seçici siyahıları və digər bu kimi məsələlərlə bağlı Komissiyanın qaynar xətlərinə daxil olmuş azsaylı sorğu xarakterli müraciətlərdən başqa, Mərkəzi Seçki Komissiyasına və aşağı seçki komissiyalarına heç bir şikayət daxil olmamışdır.

Seçki dairələri üzrə səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarının protokolları qanunla müəyyən olunmuş qaydada səsvermə günündən sonra 2 gün müddətində ona əlavə edilməli olan sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş, həmin sənədlər, habelə digər aidiyyatı materiallar (seçki məntəqələrindəki veb-kameraların görüntüləri, səsvermə prosesi ilə əlaqədar KİV-lərdə və müasir texnalogiyaların imkan verdiyi üsullarla yayılmış məlumatlarla da daxil olmaqla digər mənbələrdən əldə edilmiş məlumatlar) seçki qanunvericiliyində nəzərdə tutulmuş qaydada və müddətdə tam, hərtərəfli və obyektiv surətdə araşdırılmışdır. Nəticədə bəzi seçki məntəqələri üzrə seçicilərin iradəsinin müəyyən olunmasının qeyri-mümkünlüyü, səsvermənin təşkilində nöqsanlara yol verilməsi və səsvermə prosedurlarına tam əməl ediməməsi halları müəyyən edildiyindən bu qərarın nəticə hissəsində göstərilmiş 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin tam şəkildə, 1 seçki məntəqəsi üzrə isə qismən etibarsız hesab edilməsi, ümumilikdə 6 məntəqə seçki komissiyasının buraxılması üçün əsaslar müəyyən edilmişdir.

Qeyd edilənlərə əsasən həmin məntəqələr üzrə səsvermənin nəticələri müvafiq hədlərdə etibarsız hesab edilməli, digər seçki dairələri üzrə səsvermənin nəticələri düzgün müəyyən olunduğundan və rəsmiləşdirildiyindən səsverməsinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək referenduma yekun vurulmalı, referendumun yekunları elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc edilməlidir.

Seçki Məcəlləsinin 138.3-cü maddəsinə uyğun olaraq, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə çıxarılan Referendum Aktı lahiyəsinin lehinə səs verdiyindən layihə qəbul edilmiş hesab edilməlidir.

Mərkəzi Seçki Komissiyası, Seçki Məcəlləsinin 138-ci və 140-cı maddələrinə uyğun olaraq, referendumdan sonra 25 gündən gec olmayaraq referenduma yekun vurur, referendumun rəsmi nəticələrini elan edir və referendum yolu ilə qəbul edilmiş aktın mətnini səsvermə günündən ən geci 30 gün keçənədək dərc edir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 138-ci, 139-cu və 140-cı maddələrinə uyğun olaraq qərara alır:

1. 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə prosedurlarına tam əməl edilməməsinə, səsvermənin təşkilində yol verilmiş nöqsanlara, habelə seçicilərin iradəsinin müəyyən edilməsinin qeyri-mümkünlüyünə görə 11 saylı Qaradağ seçki dairəsinin 14, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 10 və 68 saylı Cəlilabad kənd seçki dairəsinin 2 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri tam, 64 saylı Sabirabad ikinci seçki dairəsinin 35 saylı seçki məntəqəsi üzrə isə Referendum Aktı layihəsinin 25, 26, 27, 28 və 29-cu hissələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Səsvermənin nəticələri etibarsız hesab edilmiş 11 saylı Qaradağ seçki dairəsinin 14, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 10, 68 saylı Cəlilabad kənd seçki dairəsinin 2, 64 saylı Sabirabad ikinci seçki dairəsinin 35 saylı seçki məntəqələrinin məntəqə seçki komissiyaları, habelə səsvermə prosedurlarına tam əməl ediməməsinə və səsvermənin təşkilində yol verilmiş nöqsanlara görə 15 saylı Yasamal birinci seçki dairəsinin 21 və 19 saylı Nərimanov birinci seçki dairəsinin 34 saylı seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılsın.

3. 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək referenduma yekun vurulsun.

4. Daimi siyahıda olan seçicilərin 25%-dən çoxu (69.70%) səsvermədə iştirak etdiyindən ümumxalq səsverməsi (referendum) baş tutmuş hesab edilərək, Referendum Aktı layihəsində təqdim edilən 29 hissənin hər birinin lehinə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdiyindən Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının layihəsi qəbul edilmiş hesab edilsin.

5. Referendumun yekunları elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc edilsin.

6. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Bakı şəhəri, 11 oktyabr 2016-cı il

20/83

AZƏRBAYCAN RESPUBLİKASI

____________

R E F E R E N D U M

26 sentyabr 2016-cı il

SƏSVERMƏNİN NƏTİCƏLƏRİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI

MƏRKƏZİ SEÇKİ (REFERENDUM)

KOMİSSİYASININ

P R O T O K O L U

B A K I - 2016

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli, 2241 saylı Sərəncamı ilə ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Azərbaycan Respublikasının Referendum Aktının layihəsi üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası* səsvermənin ümumi nəticələrini müəyyən etmişdir:

Seçki dairələrinin sayı

Bir yüz iyirmi beş

125

Dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı

Bir yüz iyirmi beş

125

Seçki məntəqələrinin ümumi sayı

Beş min altı yüz iyirmi yeddi

5 627

Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı

Dörd

4

Səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı

Sıfır

0

Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki dairələrinin sayı

Sıfır

0

1. Seçicilərin ümumi sayı

Beş milyon iki yüz yetmiş min altı yüz on üç

5 270 613

o cümlədən:

a) seçici siyahılarındakı seçicilərin sayı

Beş milyon iki yüz altmış üç min üç yüz qırx altı

5 263 346

b) əlavə seçici siyahılarında olan seçicilərin sayı

Yeddi min iki yüz altmış yeddi

7 267

2. Səsvermədə iştirak etmiş (səsvermə bülleteni alan) seçicilərin sayı **

Üç milyon altı yüz yetmiş üç min səkkiz yüz on altı

3 673 816

3. Səsvermə qutularında olan səsvermə bülletenlərinin sayı

Üç milyon altı yüz yetmiş bir min iki yüz yetmiş dörd

3 671 274

4. Ümumxalq səsverməsinə çıxarılmış Referendum Aktının layihəsinə uyğun hər bir hissə üzrə səsvermənin nəticələri:

Sıra sayı

Hissələrin adları

Səslərin sayı

sözlə

rəqəmlə

faizlə[*]**

1

9-cu maddənin I hissəsi aşağıdakı redaksiyada verilsin:

I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir..

lehinə

Üç milyon bir yüz on üç min yeddi yüz əlli dörd

3 113754

84.81

əleyhinə

Üç yüz on doqquz min səkkiz yüz səksən səkkiz

319 888

8.71

etibarsız

İki yüz otuz yeddi min altı yüz otuz iki

237 632

6.48

2

24-cü maddədə:

2.1. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda I hissə əlavə edilsin:

I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.;

2.2. III hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Hüquqlardan sui-istifadəyə yol verilmir..

lehinə

Üç milyon bir yüz on doqquz min iki yüz otuz beş

3 119235

84.96

əleyhinə

Üç yüz on yeddi min bir yüz iyirmi doqquz

317 129

8.64

etibarsız

İki yüz otuz dörd min doqquz yüz on

234 910

6.40

3

25-ci maddədə:

3.1. III hissənin birinci cümləsində milliyyətindən sözü etnik mənsubiyyətindən sözləri ilə, ikinci cümləsində milli sözü etnik sözü ilə əvəz edilsin;

3.2.  aşağıdakı məzmunda VI hissə əlavə edilsin:

VI. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar..

lehinə

Üç milyon bir yüz iyirmi iki min yetmiş iki

3 122 072

85.04

əleyhinə

Üç yüz on dörd min üç

314 003

8.55

etibarsız

İki yüz otuz beş min bir yüz doxsan doqquz

235 199

6.41

4

29-cu maddədə:

4.1.  V hissə VII hissə hesab edilsin;

4.2. aşağıdakı məzmunda V və VI hissələr əlavə edilsin:

V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər..

lehinə

Üç milyon bir yüz otuz iki min yeddi yüz səksən səkkiz

3 132 788

85.33

əleyhinə

Üç yüz on min üç yüz əlli beş

310 355

8.45

etibarsız

İki yüz iyirmi səkkiz min bir yüz otuz bir

228 131

6.22

5

32-ci maddəyə aşağıdakı məzmunda VI, VII və VIII hissələr əlavə edilsin:

VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.

VII.  Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.

VIII.       Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir..

lehinə

Üç milyon bir yüz otuz bir min dörd yüz altmış bir

3 131 461

85.30

əleyhinə

Üç yüz altı min iki yüz qırx səkkiz

306 248

8.34

etibarsız

İki yüz otuz üç min beş yüz altmış beş

233 565

6.36

6

36-cı maddədə:

6.1.   II hissədən və digər silahlı birləşmələrdə sözləri çıxarılsın;

6.2.  aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır..

lehinə

Üç milyon bir yüz otuz beş min altı yüz atmış doqquz

3 135 669

85.41

əleyhinə

Üç yüz doqquz min iki yüz səksən beş

309 285

8.42

etibarsız

İki yüz iyirmi altı min üç yüz iyirmi

226 320

6.17

7

47-ci maddənin III hissəsində sosial sözündən sonra və hər hansı digər meyara əsaslanan sözləri əlavə edilsin.

lehinə

Üç milyon iki yüz iki min bir yüz on iki

3202 112

87.22

əleyhinə

İki yüz yetmiş bir min bir yüz iyirmi səkkiz

271 128

7.39

etibarsız

Bir yüz doxsan səkkiz min otuz dörd

198 034

5.39

8

49-cu maddənin II hissəsində etməklə sözündən sonra , ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, sözləri əlavə edilsin.

lehinə

Üç milyon doxsan yeddi min dörd yüz

3 097 400

84.37

əleyhinə

Üç yüz iyirmi yeddi min səkkiz yüz yetmiş dörd

327 874

8.93

etibarsız

İki yüz qırx altı min

246 000

6.70

9

53-cü maddənin I hissəsində heç bir halda sözləri çıxarılsın və vətəndaşlığından sözündən sonra (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) sözləri əlavə edilsin.

lehinə

Üç milyon bir yüz doxsan yeddi min əlli

3 197 050

87.08

əleyhinə

İki yüz yetmiş iki min doqquz yüz iyirmi bir

272 921

7.43

etibarsız

İki yüz bir min üç yüz üç

201 303

5.49

10

56-cı maddənin III hissəsində seçkilərdə iştirak etmək sözləri seçilmək sözü ilə əvəz edilsin.

lehinə

Üç milyon iki yüz dörd min yeddi yüz otuz doqquz

3 204 739

87.29

əleyhinə

İki yüz yetmiş bir min qırx səkkiz

271 048

7.38

etibarsız

Bir yüz doxsan beş min dörd yüz səksən yeddi

195 487

5.33

11

57-ci maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər..

lehinə

Üç milyon iki yüz üç min üç yüz iyirmi doqquz

3 203 329

87.25

əleyhinə

İki yüz yetmiş min üç yüz bir

270 301

7.36

etibarsız

Bir yüz doxsan yeddi min altı yüz qırx dörd

197 644

5.39

12

58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır..

lehinə

Üç milyon iki yüz yeddi min dörd yüz altı

3 207 406

87.36

əleyhinə

İki yüz altmış doqquz min beş yüz qırx bir

269 541

7.34

etibarsız

Bir yüz doxsan dörd min üç yüz iyirmi yeddi

194 327

5.30

13

59-cu maddədə:

13.1. maddənin mətni I hissə hesab edilsin və həmin hissədən qanunla nəzərdə tutulmuş qaydada sözləri çıxarılsın;

13.2.   aşağıdakı məzmunda II hissə əlavə edilsin:

II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir..

lehinə

Üç milyon bir yüz altmış bir min altı yüz qırx dörd

3 161 644

86.12

əleyhinə

İki yüz səksən səkkiz min yeddi yüz otuz beş

288 735

7.86

etibarsız

İki yüz iyirmi min səkkiz yüz doxsan beş

220 895

6.02

14

60-cı maddə aşağıdakı redaksiyada verilsin:

Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

I.     Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

II.    Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

III.  Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.

IV.  Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər..

lehinə

Üç milyon altmış beş min səkkiz yüz qırx

3 065 840

83.51

əleyhinə

Üç yüz qırx beş min altı yüz səkkiz

345 608

9.41

etibarsız

İki yüz əlli doqquz min səkkiz yüz iyirmi altı

259 826

7.08

15

68-ci maddədə:

15.1.   maddənin adı aşağıdakı redaksiyada verilsin:

Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ;

15.2.      I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin;

15.3.   aşağıdakı məzmunda I və IV hissələr əlavə edilsin:

I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.;

IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır..

lehinə

Üç milyon əlli altı min altı yüz on doqquz

3 056 619

83.26

əleyhinə

Üç yüz əlli min dörd yüz iyirmi altı

350 426

9.55

etibarsız

İki yüz altmış dörd min iki yüz iyirmi doqquz

264 229

7.19

16

71-ci maddənin II hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır..

lehinə

Üç milyon iki yüz üç min səkkiz yüz əlli yeddi

3 203 857

87.27

əleyhinə

İki yüz altmış doqquz min altı yüz otuz

269 630

7.34

etibarsız

Bir yüz doxsan yeddi min yeddi yüz səksən yeddi

197 787

5.39

17

85-ci maddənin I hissəsində yaşı 25-dən aşağı olmayan sözləri seçkilərdə iştirak etmək hüququna malik olan sözləri ilə əvəz edilsin.

lehinə

Üç milyon iki yüz otuz səkkiz min altı yüz doqquz

3 238 609

88.21

əleyhinə

İki yüz qırx səkkiz min səkkiz yüz altmış dörd

248 864

6.78

etibarsız

Bir yüz səksən üç min səkkiz yüz bir

183 801

5.01

18

89-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilsin:

6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda..

lehinə

Üç milyon iki yüz min beş yüz səkkiz

3 200 508

87.18

əleyhinə

İki yüz altmış doqquz min yeddi yüz yetmiş yeddi

269 777

7.35

etibarsız

İki yüz min doqquz yüz səksən doqquz

200 989

5.47

19

Aşağıdakı məzmunda 981-ci maddə əlavə edilsin:

Maddə 981. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması

I.     Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.

II.  Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir..

lehinə

Üç milyon iki yüz altı min yeddi yüz səksən iki

3 206 782

87.35

əleyhinə

İki yüz altmış səkkiz min səksən altı

268 086

7.30

etibarsız

Bir yüz doxsan altı min dörd yüz altı

196 406

5.35

20

100-cü maddədən Yaşı otuz beşdən aşağı olmayan, sözləri çıxarılsın.

lehinə

Üç milyon üç yüz otuz doqquz min dörd yüz qırx bir

3 339 441

90.96

əleyhinə

Bir yüz səksən iki min üç yüz iyirmi dörd

182 324

4.97

etibarsız

Bir yüz qırx doqquz min beş yüz doqquz

149 509

4.07

21

101-ci maddənin I hissəsində 5 rəqəmi 7 rəqəmi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər..

lehinə

Üç milyon üç yüz qırx altı min beş yüz on altı

3 346 516

91.15

əleyhinə

Bir yüz yetmiş yeddi min altı yüz otuz səkkiz

177 638

4.84

etibarsız

Bir yüz qırx yeddi min bir yüz iyirmi

147 120

4.01

22

Aşağıdakı məzmunda 1031-ci maddə əlavə edilsin:

Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri

I.     Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

II.    Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir..

lehinə

Üç milyon iki yüz yetmiş yeddi min doqquz yüz əlli beş

3 277 955

89.29

əleyhinə

İki yüz on yeddi min dörd yüz on doqquz

217 419

5.92

etibarsız

Bir yüz yetmiş beş min doqquz yüz

175 900

4.79

23

105-ci maddədə:

23.1.      I hissənin birinci cümləsində üç ay ərzində sözləri 60 gün müddətində sözləri ilə, ikinci cümləsində Baş naziri sözləri Birinci vitse-prezidenti sözləri ilə əvəz edilsin;

23.2.   II hissədə Baş naziri sözləri Birinci vitse-prezidenti sözləri ilə, səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri sözləri müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini sözləri ilə əvəz edilsin;

23.3.   III hissə aşağıdakı redaksiyada verilsin:

III. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.;

23.4.   aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir..

lehinə

Üç milyon iki yüz iyirmi bir min yetmiş yeddi

3 221 077

87.74

əleyhinə

İki yüz əlli beş min səkkiz yüz iyirmi dörd

255 824

6.97

etibarsız

Bir yüz doxsan dörd min üç yüz yetmiş üç

194 373

5.29

24

Aşağıdakı məzmunda 1061-ci maddə əlavə edilsin:

Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı

I.     Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.

II.    Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

III.  Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

IV.   Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər..

lehinə

Üç milyon iki yüz iyirmi bir min doqquz yüz səkkiz

3 221 908

87.76

əleyhinə

İki yüz əlli altı min bir yüz doxsan

256 190

6.98

etibarsız

Bir yüz doxsan üç min bir yüz yetmiş altı

193 176

5.26

25

Aşağıdakı məcmunda 1081-ci maddə əlavə edilsin:

Maddə 1081. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir..

lehinə

Üç milyon iki yüz iyirmi üç min iki yüz qırx dörd

3 223 244

87.82

əleyhinə

İki yüz əlli beş min səkkiz yüz altmış üç

255 863

6.97

etibarsız

Bir yüz doxsan bir min iki yüz on səkkiz

191 218

5.21

26

Aşağıdakı məzmunda 1101-ci maddə əlavə edilsin:

Maddə 1101. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi

Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər..

lehinə

Üç milyon iki yüz iyirmi beş min səkkiz yüz iyirmi iki

3 225 822

87.89

əleyhinə

İki yüz əlli üç min yeddi yüz iyirmi doqquz

253 729

6.91

etibarsız

Bir yüz doxsan min yeddi yüz yetmiş dörd

190 774

5.20

27

121-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir..

lehinə

Üç milyon iki yüz otuz bir min əlli beş

3 231 055

88.03

əleyhinə

İki yüz qırx səkkiz min yeddi yüz on yeddi

248 717

6.78

etibarsız

Bir yüz doxsan min beş yüz əlli üç

190 553

5.19

28

126-cı maddənin I hissəsində Yaşı 30-dan aşağı olmayan, seçkilərdə sözləri Seçkilərdə sözü ilə əvəz edilsin.

lehinə

Üç milyon doxsan min doqquz yüz on üç

3 090 913

84.21

əleyhinə

Üç yüz otuz üç min səkkiz yüz doxsan yeddi

333 897

9.10

etibarsız

İki yüz qırx beş min beş yüz on beş

245 515

6.69

29

Aşağıdakı məzmunda 1461-ci maddə əlavə edilsin:

Maddə 1461. Bələdiyyələrin məsuliyyəti

Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar.

lehinə

Üç milyon bir yüz bir min bir yüz əlli yeddi

3 101 157

84.49

əleyhinə

Üç yüz iyirmi doqquz min beş yüz otuz doqquz

329 539

8.98

etibarsız

İki yüz otuz doqquz min atı yüz iyirmi doqquz

239 629

6.53

Daimi siyahıda olan seçicilərin 25%-dən çoxu (69.70%) səsvermədə iştirak etdiyindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən ümumxalq səsverməsi (referendum) baş tutmuşdur və Referendum Aktının layihəsində təqdim edilən 29 hissəsinin hər birinin lehinə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdiyindən həmin Məcəllənin 138.3-cü maddəsinin tələbinə uyğun olaraq Referendum Aktı qəbul edilir.

Mərkəzi Seçki Komissiyasının sədri

Mərkəzi Seçki Komissiyası sədrinin müavini

Mərkəzi Seçki Komissiyasının katibi

Mərkəzi Seçki Komissiyasının katibi

Mərkəzi Seçki Komissiyasının üzvləri:

M.Y.

PƏNAHOV Məzahir Məhəmməd oğlu

MƏMMƏDOV Natiq Seyfulla oğlu

MUXTAROVA Arifə Ağaverdi qızı

RƏHİMOV Mikayıl Rəhman oğlu

CAVADOV Fuad Musa oğlu

ƏLİYEV Şaitdin Sərdar oğlu

İBRAHİMOV Ramiz Hilal oğlu

KAZIMOVA Validə Faiq qızı

PAŞAYEV Hüseyn Məmməd oğlu

MƏMMƏDOV İlham Sabir oğlu

NADİROV Nizami Hüseyn oğlu

ORUCOV Qabil Əhməd oğlu

TAĞIYEV Azər Cabir oğlu

ƏSGƏROV Bəxşeyiş Məmməd oğlu

HƏSƏNOV Tofiq Eldar oğlu

QƏHRAMANLI Almas Əlisultan qızı

QULİYEV Etibar Cəfər oğlu

ŞAHBAZOV İlkin Zaur oğlu

________________

________________

________________

________________

________________

________________

________________

________________

________________

________________

________________

________________

________________

________________

________________

________________

________________

________________

Protokol 2016-cı il 11 oktyabr, saat 17:47-də tərtib edilmişdir.

Komissiyanın həlledici səs hüquqlu üzvünün xüsusi rəyi haqqında qeyd:

______________________________________________________________________________________________________________________

_______________________________________________ _________________________

(soyadı, adı, atasının adı) (imza)

Qeyd :

Protokol Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və imzalanır. Mərkəzi Seçki Komissiyasının protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan üzvü protokola xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır.

26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilib

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ REFERENDUM AKTI

1. 9-cu maddənin I hissəsi aşağıdakı redaksiyada verilsin:

I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir..

2. 24-cü maddədə:

2.1. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda I hissə əlavə edilsin:

I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.;

2.2. III hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Hüquqlardan sui-istifadəyə yol verilmir..

3. 25-ci maddədə:

3.1. III hissənin birinci cümləsində milliyyətindən sözü etnik mənsubiyyətindən sözləri ilə, ikinci cümləsində milli sözü etnik sözü ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda VI hissə əlavə edilsin:

VI. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar..

4. 29-cu maddədə:

4.1. V hissə VII hissə hesab edilsin;

4.2. aşağıdakı məzmunda V və VI hissələr əlavə edilsin:

V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər..

5. 32-ci maddəyə aşağıdakı məzmunda VI, VII və VIII hissələr əlavə edilsin:

VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.

VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.

VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir..

6. 36-cı maddədə:

6.1. II hissədən və digər silahlı birləşmələrdə sözləri çıxarılsın;

6.2. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır..

7. 47-ci maddənin III hissəsində sosial sözündən sonra və hər hansı digər meyara əsaslanan sözləri əlavə edilsin.

8. 49-cu maddənin II hissəsində etməklə sözündən sonra , ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, sözləri əlavə edilsin.

9. 53-cü maddənin I hissəsində heç bir halda sözləri çıxarılsın və vətəndaşlığından sözündən sonra (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) sözləri əlavə edilsin.

10. 56-cı maddənin III hissəsində seçkilərdə iştirak etmək sözləri seçilmək sözü ilə əvəz edilsin.

11. 57-ci maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər..

12. 58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır..

13. 59-cu maddədə:

13.1. maddənin mətni I hissə hesab edilsin və həmin hissədən qanunla nəzərdə tutulmuş qaydada sözləri çıxarılsın;

13.2. aşağıdakı məzmunda II hissə əlavə edilsin:

II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir..

14. 60-cı maddə aşağıdakı redaksiyada verilsin:

Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.

IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli ºəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə ºikayət edə bilər..

15. 68-ci maddədə:

15.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ;

15.2. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin;

15.3. aşağıdakı məzmunda I və IV hissələr əlavə edilsin:

I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.;

IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır..

16. 71-ci maddənin II hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır..

17. 85-ci maddənin I hissəsində yaşı 25-dən aşağı olmayan sözləri seçkilərdə iştirak etmək hüququna malik olan sözləri ilə əvəz edilsin.

18. 89-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilsin:

6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda..

19. Aşağıdakı məzmunda 981-ci maddə əlavə edilsin:

Maddə 981. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması

I. Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.

II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir..

20. 100-cü maddədən Yaşı otuz beşdən aşağı olmayan, sözləri çıxarılsın.

21. 101-ci maddənin I hissəsində 5 rəqəmi 7 rəqəmi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər..

22. Aşağıdakı məzmunda 1031-ci maddə əlavə edilsin:

Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri

I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir..

23. 105-ci maddədə:

23.1. I hissənin birinci cümləsində üç ay ərzində sözləri 60 gün müddətində sözləri ilə, ikinci cümləsində Baş naziri sözləri Birinci vitse-prezidenti sözləri ilə əvəz edilsin;

23.2. II hissədə Baş naziri sözləri Birinci vitse-prezidenti sözləri ilə, səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri sözləri müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini sözləri ilə əvəz edilsin;

23.3. III hissə aşağıdakı redaksiyada verilsin:

III. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.;

23.4. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir..

24. Aşağıdakı məzmunda 1061-ci maddə əlavə edilsin:

Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı

I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.

II. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

IV. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər..

25. Aşağıdakı məzmunda 1081-ci maddə əlavə edilsin:

Maddə 1081. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir..

26. Aşağıdakı məzmunda 1101-ci maddə əlavə edilsin:

Maddə 1101. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi

Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər..

27. 121-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir..

28. 126-cı maddənin I hissəsində Yaşı 30-dan aşağı olmayan, seçkilərdə sözləri Seçkilərdə sözü ilə əvəz edilsin.

29. Aşağıdakı məzmunda 1461-ci maddə əlavə edilsin:

Maddə 1461. Bələdiyyələrin məsuliyyəti

Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar..

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası

* Protokoldakı seçki komissiyaları ifadəsi müvafiq olaraq referendum komissiyaları hesab edilir.

** Seçicilərin fəallığı: 69.70% [seçicilərin ümumi sayına, (1.), nisbətən faizlə]

[*]** Səsvermə qutularında olan bülletenlərin sayına, (3.), nisbətən faizlə.