“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 69) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.3-cü maddədə “Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul” sözləri “Qanununun 4.1-ci maddəsində müəyyən” sözləri ilə əvəz edilsin.

2. 4.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları;”.

3. 80.0.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“80.0.2.3. “maliyyə bazarları tənzimləyicisinin qərarları”;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2016-cı il

¹ 304-VKQD