Dövlət müəssisə və
təşkilatları (idarələri) tərəfindən
ərzaq məhsullarının
mərkəzləşdirilmiş qaydada dövlət
büdcəsinin vəsaitləri hesabına satın
alınmasının təmin edilməsi ilə bağlı
bəzi normativ-hüquqi aktların təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD
nömrəli Qanununun tətbiqi və “Dövlət
müəssisə və təşkilatları
(idarələri) tərəfindən ərzaq
məhsullarının mərkəzləşdirilmiş qaydada
dövlət büdcəsinin vəsaitləri hesabına
satın alınması Qaydası”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859
nömrəli
Fərmanının 3.1-3.4-cü bəndlərinin
icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Satınalan təşkilatın
ərzaq məhsullarına tələbatı barədə
məlumat”ın forması təsdiq edilsin (1 nömrəli
əlavə).
2. “Satın alınması
nəzərdə tutulan ərzaq məhsulları, həmin
məhsulların qiymətləri və satınalma
şərtləri (o cümlədən, satınalma dövriliyi)
barədə elan”ın forması təsdiq edilsin (2
nömrəli əlavə).
3. “Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi ilə “Aqrar
tədarük və təchizat” Açıq
Səhmdar Cəmiyyəti arasında bağlanılan
Müqavilə”nin nümunəvi forması təsdiq edilsin (3
nömrəli əlavə). [1]
4. “Satınalan təşkilatlarla “Aqrar
tədarük və təchizat” Açıq
Səhmdar Cəmiyyəti arasında bağlanılan
Müqavilə”nin nümunəvi forması təsdiq edilsin (4
nömrəli əlavə).
5. “Aqrar tədarük və təchizat”
Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq
məhsullarının istehsalçıları və ya
satıcıları arasında bağlanılan
Müqavilə”nin nümunəvi forması təsdiq edilsin (5
nömrəli əlavə).
6. “Satınalan təşkilatlarla “Aqrar
tədarük və təchizat” Açıq
Səhmdar Cəmiyyəti arasında bağlanılan
müqavilələr barədə məlumat”ın forması
təsdiq edilsin (6 nömrəli əlavə).
7. “Aqrar tədarük və təchizat”
Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq
məhsullarının istehsalçıları və ya
satıcıları arasında bağlanılan müqavilələr
barədə məlumat”ın forması təsdiq edilsin (7
nömrəli əlavə).
Azərbaycan Respublikasının Baş
naziri Artur Rasi-zadə
Bakı
şəhəri, 27 oktyabr 2016-cı il
¹ 420
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 420 nömrəli
qərarı ilə TƏSDİQ EDİLMİŞDİR 1
nömrəli əlavə |
|
|
Satınalan
təşkilatın ərzaq məhsullarına
tələbatı barədə MƏLUMAT |
|
|
|
Satınalan təşkilatın
adı_____________________________________________________ |
Sıra
¹-si |
Ərzaq
məhsullarının adı və səciyyəvi
xüsusiyyətləri (növü,
qablaşdırılması və s.) |
Ölçü
vahidi |
Miqdarı |
Təqdim
olunacaq dövr |
Təqdim
olunacaq yer |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyd. Satınalan təşkilat öz
struktur vahidlərinin hər biri üzrə
tələbatı cədvələ əlavə
etməlidir. |
|
|
|
Rəhbər __________________________ |
___________ |
(adı,
soyadı) |
(imza) |
|
|
Maliyyə şöbəsinin
müdiri____________________ |
___________ |
(adı, soyadı) |
(imza) |
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 420
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR 2
nömrəli əlavə |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Satın
alınması nəzərdə tutulan ərzaq
məhsulları, həmin məhsulların qiymətləri
və satınalma şərtləri (o cümlədən,
satınalma dövriliyi) barədə ELAN |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Elanda göstərilən ərzaq
məhsullarını (və ya hər hansı birini) satmaq
istəyən iddiaçı (ərzaq
məhsullarının istehsalçısı və ya
satıcısı) aşağıdakı məlumatları
“Aqrar
tədarük və təchizat” Açıq
Səhmdar Cəmiyyətinin elektron portalına daxil edir: İddiaçının
adı və
soyadı_______________________________________________________ Hüquqi statusu
______________________________________________________________ Qeydiyyatdan
keçdiyi ölkə ____________________________________________________ Bank
rekvizitləri
_____________________________________________________________ Cədvələ
uyğun satmaq istədiyi məhsullar haqqında məlumatlar: |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qeyd.
İddiaçı satmaq istədiyi məhsullar
üçün öz istəyi ilə elan edilən
qiymətdən aşağı qiymət təklif edə
bilər. Təklif olunan ərzaq məhsullarının
qiymətinə qablaşdırmaya (taraya), daşınmaya,
gömrük, vergi (ƏDV) və digər
ödənişlərə aid olan xərclər də daxil
edilməlidir. Təkliflər sentyabrın 1-dək təqdim
olunmalıdır. İddiaçı əlavə olaraq
aşağıdakı sənədləri təqdim
etməlidir: - Azərbaycan Respublikasında
vergilərə və digər icbari
ödənişlərə dair vaxtı keçmiş
öhdəliklərin olmaması barədə müvafiq
orqandan arayış; - ərzaq
məhsulları istehsalçılarının qida
təhlükəsizliyi qeydiyyatına dair dövlət
reyestrindən çıxarışın, qida
təhlükəsizliyi sertifikatının surəti.[2] ____________və _______ saytlarından
əlavə məlumat almaq olar. |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
“Aqrar tədarük və təchizat”
Açıq Səhmdar Cəmiyyəti |
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 420
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR 3
nömrəli əlavə |
|
|
Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
ilə “Aqrar
tədarük və təchizat” Açıq
Səhmdar Cəmiyyəti arasında bağlanılan
Müqavilə |
|
|
|
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Dövlət müəssisə
və təşkilatları (idarələri)
tərəfindən ərzaq məhsullarının
mərkəzləşdirilmiş qaydada dövlət
büdcəsinin vəsaitləri hesabına satın alınması
Qaydası”nın (bundan sonra-Qayda) müddəalarına
uyğun olaraq, Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi (bundan sonra-Nazirlik),
________________ ______________ şəxsində bir
tərəfdən və Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli
Sərəncamı ilə yaradılmış “Aqrar
tədarük və təchizat” Açıq
Səhmdar Cəmiyyəti (bundan sonra-Cəmiyyət),
Cəmiyyətin İdarə Heyətinin sədri
________________________________________ şəxsində digər
tərəfdən (bundan sonra birlikdə -
Tərəflər) aşağıdakı şərtlər
əsasında razılığa gələrək: a) bu Müqavilənin Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin,
həmçinin müvafiq Qaydanın və normativ hüquqi
aktların tələblərinə uyğun tərtib
olunduğunu; b) satınalan təşkilatlar
növbəti il üzrə ərzaq məhsullarına
tələbatları barədə məlumatları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı
il.............tarixli ..........nömrəli qərarı ilə
təsdiq edilmiş formaya uyğun olaraq hər il iyulun
1-dək Nazirliyə təqdim etdiklərini; c) satın alınması
nəzərdə tutulan ərzaq məhsulları, həmin
məhsulların qiymətləri və satınalma
şərtləri (o cümlədən, satınalma
dövriliyi) barədə elanın Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2016-cı
il..........tarixli..........nömrəli qərarı ilə
təsdiq edilmiş formada hər il avqustun 1-dək
“Satınalan təşkilatların ərzaq
məhsullarına tələbatı” elektron portalında
yerləşdirildiyini; ç) Cəmiyyətin ərzaq
məhsullarının satın alınması,
tədarükü, saxlanılması və satınalan
təşkilatlara çatdırılması funksiyalarını
həyata keçirdiyini nəzərə alaraq, bu
Müqaviləni imzalayırlar. 1.
Müqavilənin predmeti Tərəflər Cəmiyyətin
elektron portalında yerləşdirilmiş satın
alınması nəzərdə tutulan ərzaq
məhsullarının hər növü üzrə yerli
istehsalçıların istehsal potensialına dair
məlumatlarından və Nazirliyin əmlakından
Cəmiyyətin istifadə etməsini, həmin məhsul
istehsalçılarının fəaliyyətinin
monitorinqinin aparılmasında Nazirliyin qurumları
tərəfindən Cəmiyyətə dəstəyin
göstərilməsini, ərzaq məhsullarının
istehsalçıları (satıcıları) və
təklif olunan məhsullar barədə məlumatların
(qiymət təklif edildiyi halda qiymətinin də)
müəyyən edilmiş müddətlərdə elektron
portalda yerləşdirilməsini, habelə istehsalçının
elektron portalda göstərilən istehsal həcmini yerinə
yetirmək imkanında olmaması müəyyən edildikdə,
bununla əlaqədar Cəmiyyətin elektron portalında olan
məlumatlarda düzəlişlərin edilməsi
məqsədi ilə birgə tədbirlərin həyata
keçirilməsini təmin edirlər. 2.
Tərəflərin öhdəlikləri 2.1. Nazirlik: 2.1.1. satın alınması
nəzərdə tutulan ərzaq məhsulları, həmin
məhsulların qiymətləri və satınalma
şərtləri (o cümlədən, satınalma
dövriliyi) barədə elanı Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2016-cı
il..........tarixli..........nömrəli qərarı ilə
təsdiq edilmiş formada hər il avqustun 1-dək elektron portalda
yerləşdirir; 2.1.2. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla,
ərzaq məhsullarının hər növü
üzrə satınalma qiymətini müəyyən edir; 2.1.3. hər il sentyabrın 1-dək
satın alınması nəzərdə tutulan ərzaq
məhsullarının növləri üzrə yerli
istehsalçıların istehsal potensialı barədə
məlumatları elektron portalda yerləşdirir. 2.2. Cəmiyyət: 2.2.1. Cəmiyyətin elektron
portalında göstərilən ərzaq
məhsullarının istehsalçıları və ya
satıcıları ilə, habelə satınalan
təşkilatlarla növbəti il üçün hər
il oktyabrın 1-dək müqavilələr bağlayır; 2.2.2. ərzaq məhsullarının
alınmasına dair Cəmiyyətin elektron portalında
yerləşdirilmiş elanın şərtlərinə
uyğun gələn təklifləri qəbul edir; 2.2.3. ərzaq məhsullarının
alınmasına dair satınalan təşkilatlar, məhsul
istehsalçıları və ya satıcıları ilə
bağlanılmış müqavilələr barədə
hər il oktyabrın 10-dək Nazirliyə məlumat verir; 2.2.4. istehsalçının
Cəmiyyətin elektron portalında yerləşdirilən
istehsal həcmini təmin etmək imkanında olmaması
barədə əsaslı faktlar əldə etdikdə,
elektron portalda olan məlumatlarda düzəliş edir və
bu barədə istehsalçını
məlumatlandırır. 3.
Sığorta 3.1. Cəmiyyət tədarük olunan
ərzaq məhsullarını korlanmadan və məhv olmadan
sığortalayır. 3.2. Sığorta müqaviləsinin
qüvvədə olduğu müddət bu Müqavilənin
icra müddətini bütövlüklə əhatə
etməlidir. 3.3. Məhsulların son təyinat
məntəqəsinə qədər sığortalanması
Parisdə Beynəlxalq Ticarət Palatası
tərəfindən nəşr edilən və qüvvədə
olan “Ticarət terminlərinin təfsirinin beynəlxalq
Qaydaları “İnkoterms” şərtlərinə uyğun
olaraq müəyyənləşdirilir. 4.
Müqavilənin qüvvədəolma müddəti 4.1. Bu Müqavilə üzrə
Tərəflərin üzərinə
götürdüyü öhdəliklərin həyata
keçirilməsinə başladıqları tarix
Müqavilənin başlanğıc tarixi hesab olunur. 4.2. Bu Müqaviləyə Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
qaydada xitam verildiyi an Müqavilənin başa çatma
tarixi hesab edilir. 5.
Fors-major 5.1. Bu Müqavilənin icrasına
qarşısıalınmaz qüvvə (fors-major hadisəsi)
təsir göstərərsə, Müqavilə üzrə
öhdəliklərini yerinə yetirə bilməyən
Tərəf nəzərdə tutulmuş
cərimələrin ödənilməsindən azad edilir
və Müqavilənin pozulması üçün
məsuliyyət daşımır. 5.2. Bu Müqavilədə
“qarşısıalınmaz qüvvə” dedikdə
aşağıdakılar başa düşülür: 5.2.1. hərbi əməliyyat, embarqo,
qiyam, inqilab, üsyan, iğtişaş, hərbi
vəziyyətin elan olunması, vətəndaş
itaətsizliyi, terror aktı və ya sabotaj; 5.2.2. hər hansı
mənbədən radioaktiv çirklənmə və ya ion
şüalanması; 5.2.3. zəlzələ, torpaq
sürüşməsi, daşqın, tufan, siklon və
digər fövqəladə hadisələr; 5.2.4. yanğın, partlayış
və kimyəvi zəhərlənmə və s. 5.3. Aşağıdakı
hadisələr birbaşa qarşısıalınmaz
qüvvənin (fors-major hadisəsinin) tam və ya qismən
nəticəsi deyildirsə, qarşısıalınmaz qüvvə
(fors-major hadisəsi) hesab olunmur: 5.3.1. məhsul istehsalı
üçün işçi qüvvəsinin və
texnikanın çatışmaması; 5.3.2. məhsul istehsalçısı
tərəfindən aqrotexniki tədbirlərin vaxtında
və ya düzgün aparılmaması, yaxud məhsulun
keyfiyyətinin aşağı olması. 6.
Müqaviləyə xitam verilməsi 6.1. Aşağıdakı hallarda bu
Müqaviləyə xitam verilir: 6.1.1. Cəmiyyət ləğv edildikdə; 6.1.2. Cəmiyyət
məhkəmənin qərarı ilə müflis elan
edildikdə. 7.
Digər şərtlər 7.1. Bu Müqavilənin
şərtlərini operativ həll etmək üçün
dəyişikliklər və digər imzalanmış
sənədlərin elektron daşıyıcılar vasitəsilə
icra edilməsi barədə Tərəflər
qarşılıqlı razılığa gəlirlər. Bu
halda sənədlərin əsli 10 gün
müddətində Tərəflərə təqdim edilməlidir. 7.2. Bu Müqavilə Azərbaycan
dilində olmaqla, 2 əsl nüsxədə tərtib
edilmişdir. Hər bir Tərəfə eyni hüquqi
qüvvəyə malik olan bir nüsxə verilir. |
|
|
|
Nazirlik adından: |
Cəmiyyət adından: |
|
|
M.Y. ________________________ |
M.Y. ________________________ |
(imza) |
(imza) |
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 420
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR 4
nömrəli əlavə |
|
|
Satınalan
təşkilatlarla “Aqrar tədarük və təchizat”
Açıq Səhmdar Cəmiyyəti arasında
bağlanılan Müqavilə |
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Dövlət müəssisə
və təşkilatları (idarələri)
tərəfindən ərzaq məhsullarının
mərkəzləşdirilmiş qaydada dövlət
büdcəsinin vəsaitləri hesabına satın
alınması Qaydası”nın (bundan sonra - Qayda)
müddəalarına uyğun olaraq, Azərbaycan
Respublikası__________________________________________________________________ _______________________________________________________ (bundan
sonra-Sifarişçi) (satınalan
təşkilatın adı, təşkilati-hüquqi
forması) ________________________________________________________şəxsində
bir tərəfdən və
(vəzifəsi, soyadı, adı, atasının
adı) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11
aprel tarixli 1944 nömrəli Sərəncamı ilə
yaradılmış “Aqrar tədarük və təchizat”
Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-
İcraçı), __________________________________
şəxsində digər
(vəzifəsi,
soyadı, adı, atasının adı) tərəfdən (bundan sonra
birlikdə-Tərəflər) aşağıdakılar
barədə razılığa gələrək bu
Müqaviləni imzalayırlar. 1.
Müqavilənin predmeti 1.1. İcraçı bu
Müqavilənin 1 nömrəli cədvəlində
göstərilən ərzaq məhsullarının satın
alınması barədə Sifarişçinin təklifini qəbul
edir və cədvəldə göstərilən ərzaq
məhsulları ilə Sifarişçini təmin etməyi
öz öhdəsinə götürür. 1.2. Sifarişçi
Müqavilədə nəzərdə tutulmuş
şərtlər əsasında ərzaq
məhsullarının İcraçıdan qəbul
edilməsini və dəyərinin ödənilməsini
öhdəsinə götürür. 1.3. Aşağıdakı
sənədlər bu Müqavilənin ayrılmaz tərkib
hissəsi hesab olunur: 1.3.1. satınalan təşkilatlarla “Aqrar
tədarük və təchizat” Açıq
Səhmdar Cəmiyyəti arasında
bağlanılmış Müqavilə əsasında
alınacaq ərzaq məhsullarının miqdarı və
qiymət cədvəli (1 nömrəli cədvəl); 1.3.2. bağlanılmış
Müqaviləyə əsasən “Aqrar tədarük və
təchizat” Açıq Səhmdar Cəmiyyəti
tərəfindən satınalan təşkilatlara ərzaq
məhsullarının təqdim edilməsi cədvəli (2
nömrəli cədvəl). 2.
Tərəflərin öhdəlikləri 2.1. Sifarişçi: 2.1.1. bu Müqavilənin 2
nömrəli cədvəlinə uyğun olaraq, ərzaq
məhsullarını təxirəsalınmadan (ərzaq
məhsullarının keyfiyyətinin müayinə edilməsinə
tələb olunan müddət nəzərə alınmaqla)
qəbul edir. Sifarişçinin nümayəndəsi
tərəfindən təhvil-təslim aktı
imzalandıqdan sonra məhsullar qəbul edilmiş
sayılır; 2.1.2. İcraçıdan qəbul
etdiyi ərzaq məhsullarının texniki reqlamentlər və qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktlara uyğun
şəraitdə, saxlama qaydalarına riayət
edilməklə saxlanılmasını təmin edir; 2.1.3. ay ərzində
alınmış ərzaq məhsullarının
dəyərinin növbəti ayın 10-dək
İcraçıya ödənilməsini təmin edir; 2.1.4. İcraçının
təqdim etdiyi ərzaq məhsulları Müqavilənin
şərtlərinə uyğun gəlmədikdə,
Tərəflərin səlahiyyətli
nümayəndələrinin iştirakı ilə tərtib olunmuş
akt əsasında həmin məhsulların qəbulundan
imtina edir; 2.1.5. bu Müqavilənin icrası
ilə bağlı bütün məlumatların
dəqiqliyinə və İcraçıya vaxtında
çatdırılmasına təminat verir. 2.2. İcraçı: 2.2.1. İcraçı bu
Müqavilənin 1 nömrəli cədvəlində
göstərilən ərzaq məhsullarının
göndərilməsi üzrə nəzərdə tutulan
öhdəlikləri yerinə yetirib, ərzaq
məhsullarını bu Müqavilənin 2 nömrəli
cədvəlinə uyğun olaraq müvafiq ünvanda
(tədarük məntəqəsində)
Sifarişçiyə təhvil verir; 2.2.2. Sifarişçiyə təqdim
etdiyi ərzaq məhsulları bu Müqavilənin
şərtlərinə uyğun olmadıqda, onu tez bir zamanda
(2 nömrəli cədvəlin “Qeyd” hissəsində
göstərilən müddətdən gec olmayaraq)
keyfiyyətli məhsulla əvəz edir; 2.2.3. bu Müqavilənin icrası
ilə bağlı müvafiq sertifikatları və digər
sənədləri təqdim edir. 3.
Ərzaq məhsullarının mənşəyi 3.1. Satın alınan ərzaq
məhsullarının mənşəyi (istehsal olunduğu
ölkə) Azərbaycan Respublikasının mövcud
qanunvericiliyinə və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
sazişlər çərçivəsində qəbul
olunmuş qərarlara əsasən məhsulların satın
alınması qadağan edilmiş ölkələrdən
olmamalıdır. 4.
Malların göndərilməsi və sənədləşdirilməsi 4.1. İcraçı satın
alınan ərzaq məhsullarının bu Müqavilənin
2 nömrəli cədvəlində göstərilən
müddətlərdə Sifarişçi tərəfindən
müəyyən edilmiş tədarük
məntəqəsinə və ya ünvana
göndərilməsini təmin edir. 4.2. İdxal edilən ərzaq
məhsullarının göndərilməsinə dair
tələblər Parisdə Beynəlxalq Ticarət
Palatası tərəfindən nəşr edilən və
qüvvədə olan “Ticarət terminlərinin təfsirinin
beynəlxalq Qaydaları “İnkoterms”
şərtlərinə uyğun olmalıdır. 4.3. İcraçı
aşağıdakı sənədləri Azərbaycan
dilində Sifarişçiyə təqdim etməlidir: 4.3.1. qaimə-faktura – 1 nüsxə; 4.3.2. hesab – 1 nüsxə; 4.3.3.
elektron
qaimə-faktura -1
nüsxə; [3] 4.3.4.
ərzaq məhsulları istehsalçılarının qida
təhlükəsizliyi qeydiyyatına dair dövlət
reyestrindən çıxarışın, qida
təhlükəsizliyi sertifikatının surəti, idxal
edilən ərzaq məhsulları üçün
əlavə olaraq mənşə sertifikatının
surəti.[4] 5.
Malların qablaşdırılması, markalanması və
daşınması 5.1. Müqavilə üzrə
alınacaq ərzaq məhsulları Sifarişçinin
tələblərinə uyğun, habelə onların
zədələnmədən və xarab olmadan
qorunmasını təmin edən qablarda
qablaşdırılmalı, markalanmalı və bu
Müqavilə ilə müəyyənləşdirilmiş
son təyinat məntəqəsinədək
daşınmalıdır. 5.2. Məhsulun
qablaşdırılmasına və markalanmasına olan
tələblər Sifarişçinin istəyinə
uyğun olaraq, həmin məhsula dair texniki reqlamentlər və qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktların
tələblərindən aşağı keyfiyyətli
olmamaqla dəyişdirilə bilər. 5.3. Markalanma ərzaq
məhsullarının baxışı zamanı onların
digər mallardan ən qısa müddətdə
seçilməsinə imkan yaratmalıdır. 6.
Müqavilənin dili 6.1. Müqavilə Azərbaycan
Respublikasının dövlət dilində tərtib olunur. 7.
Müqavilə üzrə ödəmələr 7.1. Müqavilə üzrə
alınacaq ərzaq məhsullarının ümumi
məbləği _________ manat təşkil edir. Ərzaq
məhsullarının Müqavilə qiymətinə qablaşdırmaya
(taraya), markalanmaya, gömrük və digər
ödənişlərə aid olan xərclər də
daxildir. 7.2. Məhsulların qiymətində
dəyişiklik olduqda, qiymətlərə yenidən
baxılır. 7.3. Sifarişçi növbəti il
üçün ərzaq məhsullarının (emal
edilmiş ərzaq məhsulları istisna olmaqla)
alınmasına görə bu Müqavilənin 7.1-ci bəndində
göstərilən məbləğin 25 faizindən az
olmamaqla avans ödəyir. 7.4. Sifarişçi emal olunmuş
ərzaq məhsullarına görə müəyyən
məbləğdə avans ödəyə bilər. 7.5. Bu Müqavilənin
şərtlərinə uyğun tərtib olunmuş
qrafikə əsasən, ərzaq məhsulları
İcraçı tərəfindən
göndərildikdən və Sifarişçi
tərəfindən qəbul edildikdən sonra
İcraçının təqdim etdiyi sənədlər
(qaimələr, hesab-faktura, elektron
qaimə-faktura və
digər sənədlər) əsasında avans
məbləğinin xüsusi çəkisi (proporsional
qaydada) nəzərə alınmaqla, faktiki təhvil
verilmiş ərzaq məhsullarının dəyəri
Sifarişçi tərəfindən növbəti ayın
10-dək ödənilir. 8.
Sığorta 8.1. İcraçı Müqavilə
üzrə ərzaq məhsullarının
sığortalanmasını aparır. 8.2. Sığorta müqaviləsi bu
Müqavilə üzrə öhdəliklərin yerinə
yetirildiyi müddəti əhatə etməlidir. 9.
Cərimələr 9.1. İcraçı bu
Müqavilə ilə öz üzərinə
götürdüyü öhdəlikləri
müəyyən olunmuş qaydada və müddətdə
yerinə yetirmədikdə (gecikdirdikdə) və ya
tədarük edilmiş ərzaq məhsulu keyfiyyətsiz
olduqda, Sifarişçi digər hüquqlara ziyan vurmadan
həmin miqdarda məhsulun dəyərinin 0,1 faizi
məbləğində cərimə sanksiyaları
(qarşısıalınmaz qüvvənin təsiri istisna
olmaqla) tətbiq edə bilər. 9.2. Sifarişçi üzrlü
səbəb olmadan Müqavilədə nəzərdə
tutulmuş müddətdə və qaydada
ödəmələri aparmadıqda və ya təqdim olunan
ərzaq məhsullarının qəbulunu gecikdirdikdə,
İcraçı hər gecikdirilmiş gün
üçün Müqavilənin dəyərinin 0,1 faizi
məbləğində cərimə sanksiyaları tətbiq
edə bilər. 9.3. Cərimələrin
məbləğinin yuxarı həddi Müqavilənin
qiymətinin 10 (on) faizindən çox olmamalıdır. 10.
Fors-major 10.1. Bu Müqavilənin icrasına qarşısıalınmaz
qüvvə (fors-major hadisəsi) təsir
göstərərsə, Müqavilə üzrə
öhdəliklərini yerinə yetirə bilməyən
Tərəf nəzərdə tutulmuş
cərimələrin ödənilməsindən azad edilir
və Müqavilənin pozulması üçün
məsuliyyət daşımır. 10.2. Bu Müqavilədə
“qarşısıalınmaz qüvvə” dedikdə
aşağıdakılar nəzərdə tutulur: 10.2.1. hərbi əməliyyatlar,
embarqo, qiyam, inqilab, üsyan, iğtişaş, hərbi
vəziyyətin elan olunması, vətəndaş
itaətsizliyi, terror aktı və ya sabotaj; 10.2.2. hər hansı
mənbədən radioaktiv çirklənmə və ya ion
şüalanması; 10.2.3. zəlzələ, torpaq
sürüşməsi, daşqın, tufan, siklon və
digər fövqəladə hadisələr; 10.2.4. yanğın, partlayış
və kimyəvi zəhərlənmə və s. 10.3. Aşağıdakı
hadisələr birbaşa qarşısıalınmaz
qüvvənin (fors-major hadisəsinin) tam və ya qismən
nəticəsi deyildirsə, qarşısıalınmaz
qüvvə (fors-major hadisəsi) hesab olunmur: 10.3.1. məhsul istehsalı
üçün işçi qüvvəsinin və
texnikanın çatışmaması; 10.3.2. məhsul istehsalçısı
tərəfindən aqrotexniki tədbirlərin vaxtında
və ya düzgün aparılmaması, yaxud məhsulun
keyfiyyətinin aşağı olması. 11.
Digər şərtlər 11.1. Bu Müqavilənin
şərtlərini operativ həll etmək üçün
dəyişikliklər və digər imzalanmış sənədlərin
elektron daşıyıcılar vasitəsilə icra
edilməsi barədə Tərəflər
qarşılıqlı razılığa gəlirlər. Bu
halda, sənədlərin əsli 10 gün
müddətində Tərəflərə təqdim
edilməlidir. 11.2. Bu Müqavilə 2 əsl
nüsxədə tərtib edilmişdir. Hər bir
Tərəfə eyni hüquqi qüvvəyə malik olan bir
nüsxə verilir. 11.3. Müqavilə Sifarişçi
və İcraçı tərəfindən
imzalandığı andan qüvvəyə minir və
Müqavilə üzrə öhdəliklər tam yerinə
yetirilənədək qüvvədə qalır. 12.
Hüquqi ünvanlar və rekvizitlər |
|
Sifarişçi M.Y. _________________________ (imza) “______”____________20__-ci il |
İcraçı M.Y. _________________________ (imza) “______”________20__-ci il |
1 nömrəli cədvəl ________________________ ilə “Aqrar
tədarük və təchizat” (satınalan
təşkilat) Açıq
Səhmdar Cəmiyyəti arasında
bağlanılmış Müqavilə əsasında
alınacaq ərzaq məhsullarının miqdarı və
qiymət cədvəli |
Sıra
¹-si |
Ərzaq
məhsullarının adı və növü |
Ölçü
vahidi |
Yararlılıq
müddəti |
Miqdarı |
Vahidin
qiyməti (manatla) |
Ümumi
məbləğ (manatla) |
1. |
|
|
|
|
|
|
2. |
|
|
|
|
|
|
3. |
|
|
|
|
|
|
4. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Cəmi |
|
|
|
|
|
|
ƏDV |
|
|
|
|
|
|
Ümumi
məbləğ |
|
|
|
|
|
Sifarişçi M.Y. _________________________ (imza) “______”____________20__-ci il |
İcraçı M.Y. _________________________ (imza) “______”________20__-ci il |
2 nömrəli cədvəl |
|
Bağlanılmış ___________ tarixli ____
nömrəli Müqaviləyə əsasən “Aqrar tədarük və
təchizat” Açıq Səhmdar Cəmiyyəti
tərəfindən satınalan təşkilatlara ərzaq
məhsullarının təqdim edilməsi cədvəli |
Sıra ¹-si |
Məhsulun
adı və növü |
Ölçü
vahidi |
Məhsulun
ümumi miqdarı |
O cümlədən, aylar üzrə |
Ərzaq məhsullarının qəbul olunduğu ünvan |
|||||
yanvar |
fevral |
|
|
noyabr |
dekabr |
|||||
1. |
|
|
|
* |
* |
* |
* |
* |
* |
|
2. |
|
|
|
*** |
*** |
*** |
*** |
*** |
*** |
|
3. |
|
|
|
*** |
*** |
*** |
*** |
*** |
*** |
|
4. |
|
|
|
** |
** |
** |
** |
** |
** |
|
5. |
|
|
|
*** |
*** |
*** |
*** |
*** |
*** |
|
6. |
|
|
|
*** |
*** |
*** |
*** |
*** |
*** |
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyd. Daşınma qrafiki və
məhsulun miqdarı Tərəflərin
razılığı ilə dəyişdirilə bilər. * gündəlik
tədarük olunur ** ayda
2 dəfə, hər ayın 1-i və 15-i tədarük
edilir *** hər ayda 1
dəfə tədarük edilir |
|
|
|
İcraçı |
Sifarişçi |
M.Y. _________________________ (imza) “______”____________20__-ci il |
M.Y. _________________________ (imza) “______”____________20__-ci il |
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 420
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR 5
nömrəli əlavə |
|
|
|
|
“Aqrar
tədarük və təchizat” Açıq
Səhmdar Cəmiyyəti ilə ərzaq
məhsullarının istehsalçıları və ya
satıcıları arasında bağlanılan Müqavilə |
||
|
|
|
________ şəhəri
“___” ______ ___ il |
||
|
|
|
Bu Müqavilə Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944
nömrəli Sərəncamı ilə yaradılmış
“Aqrar
tədarük və təchizat” Açıq
Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət),
Cəmiyyətin ______________________ |
||
|
(vəzifəsi, soyadı, adı, atasının
adı) |
|
şəxsində bir tərəfdən və
ərzaq məhsullarının istehsalçısı və
ya satıcısı _________________________ (bundan sonra -
İcraçı), |
||
(adı və təşkilati-hüquqi
forması) |
|
|
_____________________________________________________________________________ |
||
(vəzifəsi, soyadı, adı, atasının
adı) |
||
şəxsində digər tərəfdən (bundan
sonra birlikdə-Tərəflər) Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859
nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Dövlət müəssisə və təşkilatları
(idarələri) tərəfindən ərzaq
məhsullarının mərkəzləşdirilmiş qaydada
dövlət büdcəsinin vəsaitləri hesabına
satın alınması Qaydası”nın (bundan sonra-Qayda)
müddəalarına uyğun olaraq bağlanılır. 1.
Müqavilənin predmeti 1.1. Bu Müqaviləyə
əsasən Cəmiyyət elektron portalında
göstərilən ərzaq məhsullarının
alınmasına dair elanın şərtlərinə
uyğun gələn və bu Müqavilənin 1
nömrəli cədvəlində göstərilən
ərzaq məhsullarının satın alınması barədə
İcraçının təklifini qəbul edir. 1.2. Cəmiyyət bu
Müqavilədə nəzərdə tutulmuş
şərtlər əsasında ərzaq
məhsullarının İcraçıdan qəbul
edilməsini və dəyərinin ödənilməsini
öhdəsinə götürür. 1.3. Aşağıdakı
sənədlər bu Müqavilənin ayrılmaz tərkib
hissəsi hesab olunur: 1.3.1. “Aqrar tədarük və təchizat”
Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq
məhsullarının istehsalçıları və ya
satıcıları arasında bağlanılmış
Müqavilə əsasında alınacaq ərzaq
məhsullarının miqdarı və qiymət
cədvəli (1 nömrəli cədvəl); 1.3.2. bağlanılmış
Müqaviləyə əsasən ərzaq
məhsullarının istehsalçıları və ya
satıcıları tərəfindən “Aqrar tədarük və
təchizat” Açıq Səhmdar
Cəmiyyətinə ərzaq məhsullarının
təqdim edilməsi cədvəli (2 nömrəli
cədvəl). 2.
Tərəflərin öhdəlikləri 2.1. Cəmiyyət: 2.1.1. İcraçıdan
Müqavilənin 1 nömrəli cədvəlində
göstərilən ərzaq məhsullarını 2
nömrəli cədvəldəki tədarük qrafikinə
uyğun qəbul edir; 2.1.2. İcraçıdan qəbul
etdiyi ərzaq məhsullarını satınalan
təşkilata təqdim edilənədək saxlanılma
şəraitinə riayət edilməklə saxlanılmasını
təmin edir; 2.1.3. ay ərzində
alınmış ərzaq məhsullarının
dəyərinin (Cəmiyyət tərəfindən avans
qismində ödənilmiş məbləğ
nəzərə alınmaqla) növbəti ayın 5-dək
istehsalçıya (satıcıya) ödənilməsini
təmin edir; 2.1.4. İcraçının
təqdim etdiyi ərzaq məhsulları satınalmaya dair
müqavilənin şərtlərinə uyğun
gəlmədikdə, Tərəflərin səlahiyyətli nümayəndələrinin
iştirakı ilə keyfiyyətsiz ərzaq məhsulları
üzrə qüsur aktı tərtib edilməklə onun
qəbulundan imtina edir; 2.1.5. İcraçı keyfiyyətsiz
ərzaq məhsullarını 3 (üç) təqvim
günündən gec olmayaraq keyfiyyətli məhsulla
əvəz etmədikdə, bu Müqaviləyə birtərəfli
qaydada xitam verir. 2.2. İcraçı: 2.2.1. bu Müqavilədə
nəzərdə tutulmuş şərtlər
əsasında Müqavilənin 1 nömrəli
cədvəlində göstərilən ərzaq
məhsullarının Cəmiyyətə təhvil
verilməsini öhdəsinə götürür; 2.2.2. növbəti ildə təqdim
ediləcək ərzaq məhsullarına görə
Cəmiyyət tərəfindən əvvəlcədən
avans qismində ödənilmiş vəsaitin təyinatı
üzrə istifadəsini təmin edir və bu barədə
rübdə bir dəfə Cəmiyyətə məlumat
verir; 2.2.3. bu Müqavilədə
göstərilən satın alınacaq məhsulların
həcmini təmin etmək potensialına malik olmadıqda,
Müqavilədə dəyişikliklər edilməsi
üçün Cəmiyyətin təklifini qəbul edir; 2.2.4. İcraçı bu
Müqavilənin 1 nömrəli cədvəlində
göstərilən ərzaq məhsullarının
göndərilməsi üzrə nəzərdə tutulan
öhdəlikləri yerinə yetirir və Cəmiyyətin
müəyyən etdiyi ünvanda (tədarük
məntəqəsində) ona təhvil verir. Cəmiyyətin
nümayəndəsi tərəfindən təhvil-təslim
aktı imzalandıqdan sonra və ya qaimə-faktura
əsasında məhsullar qəbul edilmiş hesab olunur; 2.2.5. tədarük edilmiş ərzaq
məhsulları bu Müqavilədə göstərilmiş
şərtlərə uyğun olmadıqda,
Tərəflərin nümayəndələrinin
iştirakı ilə bu barədə qüsur aktını
tərtib edir və aşkar olunan keyfiyyətsiz ərzaq
məhsullarını 3 (üç) təqvim
günündən gec olmayaraq keyfiyyətli məhsulla
əvəz edir. Əks halda, Cəmiyyət
tərəfindən məhsulun dəyərinin avans
qismində əvvəlcədən ödənilmiş 25
faizini Azərbaycan Respublikası Mərkəzi
Bankının həmin dövr üçün
müəyyən etdiyi uçot dərəcəsinə
uyğun olaraq 10 (on) gün müddətində geri
qaytarır; 2.2.6. bu Müqavilənin icra
müddətində təşkilati-hüquqi forması,
hüquqi ünvanı, adı və əlaqə
telefonları dəyişdirildikdə, bu barədə
təxirəsalınmadan Cəmiyyətə məlumat verir; 2.2.7. bu Müqavilənin icrası
ilə bağlı müvafiq sertifikatları və digər
sənədləri Cəmiyyətə təqdim edir; 2.2.8. bu Müqavilə əsasında
Cəmiyyətə təhvil verdiyi məhsulların
keyfiyyətinə (Cəmiyyət və ya
İstehlakçı tərəfindən saxlama
qaydalarına riayət edilməklə) istifadə
üçün müəyyən edilmiş
yararlılıq müddətində təminat verir; 2.2.9. Cəmiyyətin
tələbinə uyğun olaraq, satın alınacaq
ərzaq məhsullarının nümunəsini ona təqdim
edir. 2.3. Müqavilənin icrası
Müqavilənin şərtlərində
göstərilən müddətdə Cəmiyyət və
İcraçı tərəfindən təsdiq olunmuş
qrafiklər əsasında aparılır. Qrafiklər
yalnız Tərəflərin yazılı
razılığı əsasında dəyişdirilə
bilər. 3.
Ərzaq məhsullarının mənşəyi 3.1. Satın alınan ərzaq
məhsullarının mənşəyi (istehsal olunduğu
ölkə) Azərbaycan Respublikasının mövcud
qanunvericiliyinə və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
sazişlər çərçivəsində qəbul
olunmuş qərarlara əsasən satınalmaları
qadağan olunmuş ölkələrdən
olmamalıdır. 4.
Malların göndərilməsi və
sənədləşdirilməsi 4.1. İcraçı satın
alınan ərzaq məhsullarının bu Müqavilənin
2 nömrəli cədvəlində göstərilən müddətlərdə
Cəmiyyət tərəfindən müəyyən
edilmiş tədarük məntəqəsinə və ya
ünvana göndərilməsini təmin edir. 4.2. Azərbaycan Respublikasının
ərazisinə idxal olunan ərzaq məhsullarının
göndərilməsinə dair tələblər Parisdə
Beynəlxalq Ticarət Palatası tərəfindən
nəşr edilən və qüvvədə olan “Ticarət
terminlərinin təfsirinin beynəlxalq Qaydaları
“İnkoterms” şərtlərinə uyğun
olmalıdır. 4.3. İcraçı
aşağıdakı sənədləri Azərbaycan
dilində Cəmiyyətə təqdim etməlidir: 4.3.1. qaimə-faktura – 1 nüsxə; 4.3.2 hesab – 1 nüsxə; 4.3.3.
ərzaq məhsulları istehsalçılarının qida
təhlükəsizliyi qeydiyyatına dair dövlət
reyestrindən çıxarışın, qida
təhlükəsizliyi sertifikatının surəti, idxal
edilən ərzaq məhsulları üçün
əlavə olaraq mənşə sertifikatının
surəti.[5] 4.4. Ərzaq məhsullarının
qəbulu Cəmiyyətin və İcraçının
nümayəndələrinin iştirakı ilə həyata
keçirilir və qaimə-faktura və ya təhvil-təslim
aktı ilə rəsmiləşdirilir. 5.
Malların qablaşdırılması, markalanması və
daşınması 5.1. Məhsullar daşınarkən
onların zədələnməməsi və ya xarab
olmaması, habelə Cəmiyyət tərəfindən
satınalan təşkilata təqdim edilənədək
təhlükəsiz saxlanılması üçün
İcraçı tərəfindən texniki reqlamentlər və qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktlara uyğun
olaraq qablaşdırılmalıdır. 5.2. Müqavilə üzrə
alınacaq ərzaq məhsulları müvafiq
tələblərə uyğun qablaşdırılmalı,
markalanmalı və müəyyənləşdirilmiş
son təyinat məntəqəsinədək
daşınmalıdır. 5.3. Məhsulun
qablaşdırılmasına və markalanmasına olan
tələblər Cəmiyyətin istəyinə uyğun
olaraq həmin məhsula dair texniki
reqlamentlər və qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktların
tələblərindən aşağı keyfiyyətli
olmamaqla dəyişdirilə bilər. 5.4. Qablaşdırma müvafiq
hərarətə, duzlu, radioaktiv və digər ekstremal
mühitə, eləcə də məhsulların
açıq havada saxlanılmasına davamlı olmalıdır. 5.5. Cəmiyyətin
tələblərinə uyğun olaraq, Müqavilənin
xüsusi şərtlərində məhsulların
tədarükündə istifadə olunan qutuların
ölçüsü, çəkisi və digər
tələblər göstərilə bilər. 5.6. Markalanma ərzaq
məhsullarının baxışı zamanı onların
digər mallardan ən qısa müddətdə
seçilməsinə imkan yaratmalıdır. 6.
Müqavilə üzrə ödəmələr 6.1. Bu Müqavilə üzrə
alınacaq ərzaq məhsullarının ümumi
məbləği _____________ manat təşkil edir. 6.2. Məhsulların qiymətində
dəyişiklik olduqda, qiymətlərə yenidən
baxılır. 6.3. Cəmiyyət növbəti
ildə təqdim ediləcək ərzaq məhsulları
üçün (emal olunmuş ərzaq məhsulları
istisna olmaqla) bu Müqavilənin ümumi
məbləğinin 25 faizini cari ilin oktyabrın 30-dək
avans ödəyir. Ödənişlər Azərbaycan
Respublikasının milli pul vahidi ilə aparılır. 6.4. Bu Müqavilənin
şərtlərinə uyğun tərtib olunmuş
qrafikə əsasən, ərzaq məhsulları
İcraçı tərəfindən
göndərildikdən və Cəmiyyət
tərəfindən qəbul edildikdən sonra
İcraçının təqdim etdiyi sənədlər
(qaimə, hesab-faktura, elektron
qaimə-faktura və
digər sənədlər) əsasında avans
məbləğinin xüsusi çəkisi (proporsional
qaydada) nəzərə alınmaqla, faktiki təhvil
verilmiş ərzaq məhsullarının dəyəri
növbəti ayın 5-dək ödənilir. [6] 6.5. İcraçı avansın
göstərilən məqsədlər üçün
istifadə olunmasını təsdiq edən müvafiq
sənədləri Cəmiyyətə təqdim etməlidir. 6.6. Cəmiyyətdən asılı
olmayan səbəblərdən ərzaq
məhsullarının dəyərinin
ödənilməsində gecikmələrə yol
verilərsə, İcraçı ərzaq
məhsullarının göndərilməsini dayandıra
bilməz. 7.
Cərimələr 7.1. İcraçı bu
Müqaviləni və ya onun hər hansı hissəsini
müəyyən olunmuş qaydada və müddətdə
yerinə yetirmədikdə və ya icrasını gecikdirdikdə,
Cəmiyyət digər hüquqlara ziyan vurmadan
Müqavilənin dəyərinin 0,1 faizi
məbləğində cərimə sanksiyaları
(qarşısıalınmaz qüvvənin təsiri istisna
olmaqla) tətbiq edir. Bu hal təkrarlandıqda,
Cəmiyyət Müqaviləni birtərəfli qaydada
ləğv edə bilər. 7.2. Cəmiyyət Müqavilədə
nəzərdə tutulmuş müddətdə və qaydada
ödəmələri aparmadıqda, İcraçı
hər gecikdirilmiş gün üçün alınmış
məhsulların dəyərinin 0,1 faizi
məbləğində cərimə sanksiyaları tətbiq
edir. 7.3. Cərimələrin
məbləğinin yuxarı həddi Müqavilənin
qiymətinin 10 (on) faizindən çox olmamalıdır. 8.
Fors-major 8.1. Bu Müqavilənin icrasına
qarşısıalınmaz qüvvə (fors-major hadisəsi)
təsir göstərərsə, Müqavilə üzrə
öhdəliklərini yerinə yetirə bilməyən
Tərəf nəzərdə tutulmuş
cərimələrin ödənilməsindən azad edilir
və Müqavilənin pozulması üçün
məsuliyyət daşımır. 8.2. Bu Müqavilədə
“qarşısıalınmaz qüvvə” dedikdə
aşağıdakılar başa düşülür: 8.2.1. hərbi əməliyyatlar,
embarqo, qiyam, inqilab, üsyan, iğtişaş, hərbi
vəziyyətin elan olunması, vətəndaş
itaətsizliyi, terror aktı və ya sabotaj; 8.2.2. hər hansı
mənbədən radioaktiv çirklənmə və ya ion
şüalanması; 8.2.3. zəlzələ, torpaq sürüşməsi,
daşqın, tufan, siklon və digər fövqəladə
hadisələr; 8.2.4. yanğın, partlayış
və kimyəvi zəhərlənmə və s. 8.3. Aşağıdakı
hadisələr birbaşa qarşısıalınmaz
qüvvənin (fors-major hadisəsinin) tam və ya qismən
nəticəsi deyildirsə, qarşısıalınmaz qüvvə
(fors-major hadisəsi) hesab olunmur: 8.3.1. məhsul istehsalı
üçün işçi qüvvəsinin və
texnikanın çatışmaması; 8.3.2. məhsul istehsalçısı
tərəfindən aqrotexniki tədbirlərin vaxtında
və ya düzgün aparılmaması, yaxud məhsulun
keyfiyyətinin aşağı olması. 9.
Müqavilə üzrə sənədləşdirilmənin
aparılması 9.1. Müqavilə üzrə
sənədləşdirilmə (o cümlədən,
xəbərdarlıq, bildiriş və s.) yazılı
şəkildə aparılır, müvafiq sənədlər
və məlumatlar digər Tərəfə
çatdırıldığı tarixdən
qüvvəyə minir. 9.2. Müqavilənin yerinə yetirilməsinin
sənədləşdirilməsi İcraçı
tərəfindən Müqavilədə nəzərdə
tutulmuş qaydada aparılır. Cəmiyyət
sənədləşdirilmənin düzgün
aparılmasına nəzarət edə bilər. 10.
Vergilər və rüsumlar 10.1. Tərəflər Azərbaycan
Respublikasının mövcud qanunvericiliyində
nəzərdə tutulmuş tələblərə uyğun
olaraq bütün vergilərin, rüsumların və
qanunvericiliklə müəyyən edilmiş digər
ödənişlərin aparılmasına məsuliyyət
daşıyırlar. 11.
Müqavilənin ləğv edilməsi 11.1. Bu Müqavilənin
şərtlərinin əsaslı pozulması hallarına yol
verildikdə, Tərəflərdən biri digərinə 30
(otuz) gün əvvəl yazılı xəbərdarlıq
etmək şərtilə Müqaviləni
bütövlükdə və ya qismən ləğv edə
bilər. 11.2. Aşağıdakı pozuntular
əsaslı sayılır: 11.2.1. İcraçı
tərəfindən bu Müqavilədə nəzərdə
tutulmadığı hallarda və ya Cəmiyyətlə
razılaşdırılmadan 5 (beş) gündən artıq
müddətə işlərin dayandırılması; 11.2.2. Cəmiyyətin və ya
İcraçının ləğv olunması
(müəssisə və təşkilatların yenidən
qurulması halları istisna olmaqla) və ya
məhkəmənin qərarı ilə müflis elan
edilməsi; 11.2.3. İcraçı
tərəfindən bu Müqavilənin şərtlərinin
pozulması nəticəsində vurulmuş ziyanın maksimum
həddi aşması; 11.2.4. Tərəflərin tətbiq
etdikləri cərimə məbləğinin yuxarı
həddi aşması; 11.2.5. Tərəflərin
Müqavilədə nəzərdə tutulmuş digər
öhdəliklərini yerinə yetirməməsi. 11.3. Müqavilə ləğv
olunduqda, İcraçı 15 (on beş) gün
müddətində bu Müqavilənin icrasını
dayandırır və icra nəticəsində əldə
edilmiş məhsulların qorunması üçün
təxirəsalınmaz tədbirləri görərək,
onları Cəmiyyətə təhvil verir. 12.
Mübahisəli məsələlərin həlli 12.1. Tərəflər Müqavilə
üzrə öz aralarında yaranmış
mübahisəli məsələləri və ya
qeyri-müəyyənlikləri danışıqlar və
qarşılıqlı güzəştlər yolu ilə
həll etməlidirlər. 12.2. Mübahisəli
məsələlərin və
qeyri-müəyyənliklərin həlli
danışıqlar yolu ilə 10 (on) gün
müddətində mümkün olmadıqda, bu məsələlər
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə
əsasən həll edilməlidir. 13.
Digər şərtlər 13.1. Bu Müqavilənin şərtlərini
operativ həll etmək üçün
dəyişikliklər və digər imzalanmış
sənədlərin elektron daşıyıcılar
vasitəsilə icra edilməsi barədə
Tərəflər qarşılıqlı
razılığa gəlirlər. Bu halda 10 (on) gün
müddətində sənədlərin əsli
Tərəflərə təqdim edilməlidir. 13.2. Bu Müqavilə Azərbaycan
dilində olmaqla, 2 əsl nüsxədə tərtib
olunmuşdur. Hər bir Tərəfə eyni hüquqi
qüvvəyə malik olan bir nüsxə verilir. 13.3. Müqavilə Cəmiyyət
və İcraçı tərəfindən
imzalandığı andan qüvvəyə minir. Hüquqi
ünvanlar və rekvizitlər: |
||
|
|
|
“Aqrar
tədarük və təchizat” Açıq
Səhmdar Cəmiyyəti |
İcraçı |
|
|
|
|
M.Y. _________________________ (imza) “______”____________20__-ci il |
M.Y. _________________________ (imza) “______”____________20__-ci il |
|
1 nömrəli cədvəl “Aqrar
tədarük və təchizat” Açıq
Səhmdar Cəmiyyəti ilə
________________________________________ arasında
bağlanılmış (ərzaq məhsullarının
istehsalçıları və ya satıcıları) müqavilə
əsasında alınacaq ərzaq məhsullarının
miqdarı və qiymət cədvəli |
Sıra ¹-si |
Ərzaq
məhsullarının adı və növü |
Ölçü
vahidi |
Miqdarı |
Qiyməti
(manatla) |
Ümumi
məbləğ (manatla) |
Qeyd |
Mənşəyi,
səciyyəvi xüsusiyyətləri və
qablaşdırma |
1. |
|
|
|
|
|
|
|
2. |
|
|
|
|
|
|
|
3. |
|
|
|
|
|
|
|
4. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Cəmi |
|
|
|
|
|
|
|
ƏDV |
|
|
|
|
|
|
|
Ümumi
məbləğ |
|
|
|
|
|
|
“Aqrar
tədarük və təchizat” Açıq
Səhmdar Cəmiyyəti |
İcraçı |
|
|
M.Y. _________________________ (imza) “______”____________20__-ci
il |
M.Y. _________________________ (imza) “______”____________20__-ci
il |
|
2 nömrəli cədvəl |
|
|
Bağlanılmış
________________ tarixli _______ nömrəli Müqaviləyə
əsasən ərzaq məhsullarının
istehsalçıları və ya satıcıları
tərəfindən “Aqrar
tədarük və təchizat” Açıq Səhmdar
Cəmiyyətinə ərzaq məhsullarının
təqdim edilməsi cədvəli |
Sıra ¹-si |
Məhsulun adı və növü |
Ölçü vahidi |
Məhsulun ümumi miqdarı |
O cümlədən, aylar üzrə |
Ərzaq məhsullarının
qəbul olunduğu ünvan |
|||||
yanvar |
fevral |
|
|
noyabr |
dekabr |
|||||
1. |
|
|
|
* |
* |
* |
* |
* |
* |
|
2. |
|
|
|
*** |
*** |
*** |
*** |
*** |
*** |
|
3. |
|
|
|
*** |
*** |
*** |
*** |
*** |
*** |
|
4. |
|
|
|
** |
** |
** |
** |
** |
** |
|
5. |
|
|
|
*** |
*** |
*** |
*** |
*** |
*** |
|
6. |
|
|
|
*** |
*** |
*** |
*** |
*** |
*** |
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyd Daşınma qrafiki və
məhsulun miqdarı Tərəflərin
razılığı ilə dəyişdirilə bilər. * gündəlik
tədarük olunur ** ayda
2 dəfə, hər ayın 1-i və 15-i tədarük
edilir *** hər ayda 1
dəfə tədarük edilir |
|
|
|
Cəmiyyət |
İcraçı |
M.Y. _________________________ (imza) “______”____________20__-ci il |
M.Y. _________________________ (imza) “______”____________20__-ci il |
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 420
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR 6
nömrəli əlavə |
|
|
Satınalan
təşkilatlarla “Aqrar tədarük və təchizat”
Açıq Səhmdar Cəmiyyəti arasında
bağlanılan müqavilələr barədə Məlumat |
|
|
|
|
_______________20____ il |
Sıra
¹-si |
Satınalan
təşkilat |
Müqavilənin
nömrəsi |
Müqavilənin
bağlanıldığı tarix |
Müqavilə
üzrə satılacaq malların ümumi dəyəri
(manatla) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Yekun |
|
“Aqrar tədarük və təchizat”
Açıq Səhmdar Cəmiyyəti |
_______________________ |
__________________ |
|
(soyadı, adı) |
(imza) |
|
|
|
Maliyyə şöbəsinin müdiri |
_______________________ |
__________________ |
|
(soyadı, adı) |
(imza) |
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 420
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR 7
nömrəli əlavə |
|
|
“Aqrar
tədarük və təchizat” Açıq
Səhmdar Cəmiyyəti ilə ərzaq
məhsullarının istehsalçıları və ya
satıcıları arasında bağlanılan
müqavilələr barədə Məlumat |
|
|
|
|
_______________20____ il |
Sıra
¹-si |
Ərzaq
məhsullarının istehsalçıları və ya
satıcıları |
Müqavilənin
nömrəsi |
Müqavilənin
bağlanıldığı tarix |
Müqavilə
üzrə alınacaq malların ümumi dəyəri
(manatla) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Yekun |
|
“Aqrar tədarük və təchizat”
Açıq Səhmdar Cəmiyyəti |
_______________________ |
__________________ |
|
(soyadı, adı) |
(imza) |
|
|
|
Maliyyə şöbəsinin müdiri |
_______________________ |
__________________ |
|
(soyadı, adı) |
(imza) |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
16 noyabr 2018-ci il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 20
noyabr 2018-ci il, ¹ 261, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2439)
2.
14 mart 2019-cu il tarixli 90
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 16 mart 2019-cu il, ¹ 61, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
524)
3.
1 dekabr 2020-ci il tarixli 476
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, ¹
254)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 14 mart 2019-cu il tarixli 90
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 16 mart 2019-cu il, ¹ 61, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
524) ilə 3-7-ci hissələrində və həmin
Qərarla təsdiq edilmiş 2-7 nömrəli
əlavələrdə mətn üzrə “Ərzaq məhsullarının tədarükü və
təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri
ilə əvəz edilmişdir.
[2] 16 noyabr 2018-ci il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 20
noyabr 2018-ci il, ¹ 261, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2439) ilə
“Satın alınması nəzərdə tutulan ərzaq
məhsulları, həmin məhsulların qiymətləri
və satınalma şərtləri (o cümlədən,
satınalma dövriliyi) barədə Elan”ın “Qeyd”
hissəsində “ərzaq
məhsullarının keyfiyyətini və
təhlükəsizliyini təsdiq edən gigiyenik, baytarlıq
və ya fitosanitar sertifikatlarının surəti, idxal
edilən ərzaq məhsulları üçün
əlavə olaraq mənşə sertifikatının
surəti” sözləri “ərzaq
məhsulları istehsalçılarının qida
təhlükəsizliyi qeydiyyatına dair dövlət
reyestrindən çıxarışın, qida
təhlükəsizliyi sertifikatının surəti”
sözləri ilə əvəz edilmişdir.
[3] 1 dekabr 2020-ci il tarixli 476
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, ¹
254) ilə 4 nömrəli
əlavə - “Satınalan təşkilatlarla “Aqrar
tədarük və təchizat” Açıq Səhmdar
Cəmiyyəti arasında bağlanılan Müqavilə”nin
4.3.3-cü yarımbəndində “vergi hesab fakturası” sözləri və 7.5-ci
bəndində “vergi
hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə
əvəz edilmişdir.
[4] 16 noyabr 2018-ci il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 20
noyabr 2018-ci il, ¹ 261, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2439) ilə
“Satınalan təşkilatlarla “Ərzaq
məhsullarının tədarükü və təchizatı”
Açıq Səhmdar Cəmiyyəti arasında
bağlanılan Müqavilə”nin 2.1.2-ci
yarımbəndində, 5.2-ci bəndində ismin müvafiq
hallarında “standartlar”
sözü ismin müvafiq hallarında “texniki reqlamentlər və qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktlar” sözləri
ilə əvəz edilmişdir və həmin əlavənin
4.3.4-cü yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.3.4. ərzaq məhsullarının keyfiyyətini
və təhlükəsizliyini təsdiq edən gigiyenik,
baytarlıq və ya fitosanitar sertifikatlarının
surətləri, idxal edilən ərzaq məhsulları
üçün əlavə olaraq mənşə
sertifikatının surəti.
[5] 16 noyabr 2018-ci il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 20
noyabr 2018-ci il, ¹ 261, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2439) ilə
“Ərzaq məhsullarının tədarükü və
təchizatı” Açıq Səhmdar Cəmiyyəti ilə
ərzaq məhsullarının istehsalçıları və
ya satıcıları arasında bağlanılan
Müqavilə”nin 5.1-ci və 5.3-cü bəndlərində
ismin müvafiq hallarında verilən “standartlar” sözü ismin müvafiq hallarında “texniki reqlamentlər və qida
təhlükəsizliyi sahəsində texniki normativ hüquqi
aktlar” sözləri ilə əvəz edilmişdir və
həmin əlavənin 4.3.3-cü yarımbəndi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.3.3. ərzaq məhsullarının keyfiyyətini
və təhlükəsizliyini təsdiq edən gigiyenik,
baytarlıq və ya fitosanitar sertifikatlarının
surətləri, idxal edilən ərzaq məhsulları
üçün əlavə olaraq mənşə
sertifikatının surəti.
[6] 1 dekabr 2020-ci il tarixli 476
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, ¹
254) ilə 5 nömrəli
əlavə - “Aqrar tədarük və təchizat”
Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq
məhsullarının istehsalçıları və ya satıcıları
arasında bağlanılan Müqavilə”nin 6.4-cü
bəndində “vergi hesab
fakturası” sözləri “elektron
qaimə-faktura” sözləri ilə əvəz
edilmişdir.