Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 290-VQD nömrəli Qanununun tətbiqi və Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 945 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, 12, maddə 1151; 2008, 1, maddə 39; 2009, 1, maddə 34; 2010, 2, maddə 150; 2014, 2, maddə 1664; 2015, 2, maddə 218) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi Qaydaları üzrə:

1.1. II bölmə üzrə:

1.1.1. 2.1.2-ci və 2.1.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

2.1.2. karantin nəzarətində olan materiallara baxış keçirilməsini və ekspertiza aparılmasını həyata keçirmək;

2.1.4. fitosanitar nəzarətində olan karantin obyektlərində və karantin nəzarətində olan materiallarda zərərli orqanizmləri vaxtında aşkar edərək onları təcrid etmək, məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarını müvafiq qaydada götürmək, saxlamaq, zərərsizləşdirmək, təkrar emal etmək və ya məhv etmək üçün müvafiq tədbirlər görmək;;

1.1.2. 2.1.5-ci və 2.1.7-ci yarımbəndlər ləğv edilsin;

1.1.3. 2.1.6-cı yarımbəndə bitki mühafizəsi məsələlərinə sözlərindən sonra , pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə sözləri əlavə edilsin;

1.1.4. 2.1.11-ci yarımbənddə ixtisaslaşdırılması üçün zəruri sözləri əlavə təhsili ilə bağlı sözləri ilə əvəz edilsin;

1.2. 3.1-ci bəndin birinci abzasından lazımi sözü çıxarılsın və həmin bəndin ikinci abzasında edilə bilər sözləri edilir sözü ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş Hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydaları üzrə:

2.1. 4-cü hissə üzrə:

2.1.1. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

4.1. müvafiq qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanılması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmir yolu stansiyalarına, poçtamtlara, elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat vasitələrinə, bazarlara, elmi-tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq, habelə fitosanitar müayinələrin keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq;;

2.1.2. 4.2-ci bənddən dövriyyədən çıxarılması, sözləri çıxarılsın;

2.1.3. 4.3-cü və 4.13-cü bəndlər ləğv edilsin;

2.1.4. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

4.4. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və digər istehsalat binalarında, satış yerlərində bitki mühafizəsi vasitələrinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasını və satışını qadağan etmək;;

2.1.5. 4.8-ci bəndə müvafiq tədbirlər sözlərindən sonra (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) sözləri əlavə edilsin;

2.1.6. 4.12-ci bənddən öz səlahiyyətləri daxilində sözləri çıxarılsın;

2.2. 5-ci hissədə vəzifə və səlahiyyətləri sözləri vəzifələri sözü ilə əvəz edilsin;

2.2.1. 5.1-ci bənddən zərurət olduğu hallarda və lazımi sözləri çıxarılsın;

2.2.2. 5.4-cü bənddə qərar və göstərişlərinə sözləri qərarlarına sözü ilə əvəz edilsin;

2.2.3. 5.6-cı bənddə zərurəti yarandığı hallarda sözləri məqsədi ilə sözləri ilə əvəz edilsin;

2.3. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

6. Dövlət Xidməti fitosanitar nəzarətini Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası Qanununun, sahibkarlara münasibətdə isə, həmçinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirir.;

2.4. 7-ci hissədən və göstərişlərlə sözləri çıxarılsın;

2.5. 8-ci hissədə qərar və göstərişlərə sözləri qərarlara sözü ilə əvəz edilsin;

2.6. 9-cu hissədə qərarlara və göstərişlərə sözləri qərarlara sözü ilə əvəz edilsin.

3. Həmin qərarla təsdiq edilmiş Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdikdən sonra sahibi tərəfindən geri götürülmədikdə məhv edilmək ehtimalı olan vaxtı və yükün məhv edilməsi halları və Qaydası üzrə:

3.1. adında zərərsizləşdikdən sözü zərərsizləşdirildikdən sözü ilə əvəz edilsin;

3.2. 3-cü hissədə edə bilər sözləri edir sözü ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 16 noyabr 2016-cı il

459