Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında 2016-cı il 11 aprel tarixli 860 nömrəli və Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 2016-cı il 9 avqust tarixli 1008 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanının 6.2-ci bəndinin və Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 2016-cı il 9 avqust tarixli 1008 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, 2, maddə 109, 5, maddə 434, 7, maddə 672; 2009, 10, maddə 846; 2010, 4, maddə 355, 8, maddə 769; 2014, 3, maddə 316, 5, maddə 556; 2016, 7, maddə 1343; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 noyabr tarixli 475 nömrəli qərarı) ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısında aşağıdakı dəyişikliklər edilsin:

1.1. on ikinci abzasda Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sözləri Dövlət İmtahan Mərkəzi sözləri ilə əvəz edilsin;

1.2. on dördüncü abzasda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sözləri Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, 1, maddə 30; 2012, 10, maddə 1004) ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə Konsepsiyasının 2.3-cü bəndinin beşinci abzası aşağıdakı redaksiyada verilsin:

ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri (ana dili və riyaziyyat fənləri istisna olmaqla) Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi müəyyən edir..

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 143 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, 9, maddə 747; 2012, 10, maddə 1030; 2016, 4, maddə 818) ilə təsdiq edilmiş İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtlərinin 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. birinci cümlədə Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra - Komissiya) tərəfindən müəyyən edilmiş qaydada digər aidiyyəti sənədlərlə birlikdə Komissiyaya sözləri Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada digər aidiyyəti sənədlərlə birlikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (bundan sonra Mərkəz) sözləri ilə əvəz edilsin;

3.2. ikinci, üçüncü və dördüncü cümlələrdə ismin müvafiq hallarında Komissiya sözü ismin müvafiq hallarında Mərkəz sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, 3, maddə 261; 2011, 9, maddə 858; 2013, 3, maddə 335, 10, maddə 1229, 11, maddə 1464) ilə təsdiq edilmiş Rezidentura təhsilinin məzmunu və təşkili Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.2-ci bənddə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sözləri Dövlət İmtahan Mərkəzi sözləri ilə əvəz edilsin;

4.2. 2.3-cü bənddə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla sözləri Nazirlər Kabineti tərəfindən sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, 5, maddə 467; 2014, 4, maddə 450; 2016, 4, maddə 820, 6, maddə 1201) ilə təsdiq edilmiş Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi Qaydalarının 1.11-ci bəndində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sözləri Nazirlər Kabineti sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, 6, maddə 561; 2012, 12, maddə 1345; 2014, 4, maddə 451) ilə təsdiq edilmiş Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydalarının 1.9-cu bəndində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sözləri Nazirlər Kabineti sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, 6, maddə 564; 2012, 1, maddə 30, 11, maddə 1208; 2013, 9, maddə 1133; 2014, 2, maddə 201; 2015, 4, maddə 466, 8, maddə 964; 2016, 5, maddə 955) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:

7.1. 4.5-ci bənddə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sözləri Dövlət İmtahan Mərkəzi sözləri ilə əvəz edilsin;

7.2. 5.8-ci bəndin üçüncü cümləsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sözləri Dövlət İmtahan Mərkəzinə sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, 1, maddə 60; 2012, 5, maddə 484, 6, maddə 625, 10, maddə 1008; 2013, 10, maddə 1230; 2015, 12, maddə 1561; 2016, 10, maddə 701) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsinin 2.1-ci bəndində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sözləri Nazirlər Kabineti sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, 1, maddə 62; 2012, 5, maddə 485, 10, maddə 1006; 2013, 10, maddə 1231; 2015, 12, maddə 1560; 2016, 4, maddə 821, 10, maddə 702) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin 2.1-ci bəndinin ikinci abzasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sözləri Dövlət İmtahan Mərkəzi sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 yanvar tarixli 12 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, 1, maddə 35) 3-cü hissəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sözləri Dövlət İmtahan Mərkəzi sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, 5, maddə 547; 2015, 8, maddə 974, 11, maddə 1417; 2016, 4, maddə 795, 5, maddə 955, 6, maddə 1192, 9, maddə 1582; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 noyabr tarixli 450 nömrəli qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - Elektron hökumət portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısında aşağıdakı dəyişikliklər edilsin:

11.1. 22-ci hissədə Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sözləri Dövlət İmtahan Mərkəzi sözləri ilə əvəz edilsin;

11.2. aşağıdakı məzmunda 22.2-ci bənd əlavə edilsin:

22.2. Tələbə-məzun dövlət elektron məlumat sistemi;

11.3. 35-ci hissə ləğv edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, 5, maddə 613; 2016, 6, maddə 1200) ilə təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:

12.1. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

2.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ali təhsil müəssisələrinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.;

12.2. 3.1.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

3.1.6. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanının 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının orta ixtisas təhsil müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında.;

12.3. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

3.2. Əcnəbilər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirak etdikləri halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi sənədləri təqdim etməlidirlər..

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, 2, II kitab, maddə 379, 7, maddə 1342; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 noyabr tarixli 477 nömrəli qərarı) ilə təsdiq edilmiş Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 1.3.18-ci yarımbəndində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sözləri Dövlət İmtahan Mərkəzi sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 23 dekabr 2016-cı il

523