Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, 12, maddə 1125; 2014, 7, maddə 947; 2016, 3, maddə 593, 4, maddə 786) ilə təsdiq edilmiş Rəqəmsal taxoqraf kartlarının sisteminə dair Qaydada aşağıdakı dəyişikliklər edilsin:

1. Qaydaya 4 nömrəli əlavənin Qeydində 7-ci hissəsinin, 5.4-cü və 11.5-ci sözləri 6-cı hissəsinin, 4.4-cü və 10.5-ci sözləri ilə əvəz edilsin.

2. Qaydaya 5 nömrəli əlavənin Qeydində 5-ci hissəsinin, 3.4-cü və 10.2-ci sözləri 4-cü hissəsinin, 3.4-cü və 8.3-cü sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 26 yanvar 2017-ci il

17