Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 336-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 1115 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, 3, maddə 191, 6, maddə 388, 8, maddə 534; 2002, 3, maddə 148, 4 (II kitab), maddə 199; 2003, 6, maddə 342; 2006, 5, maddə 474, 9, maddələr 819, 830; 2008, 2, maddə 130; 2009, 7, maddə 604; 2010, 3, maddə 264; 2012, 12, maddə 1356; 2016, 4, maddə 824, 7, maddə 1343, 11, maddə 1976) ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 2.1.6-cı yarımbəndinə müəssisələrində sözündən sonra , həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında sözləri əlavə edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 16 fevral 2017-ci il

53