Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 12, maddə 740; 2002, 12, maddə 706; 2003, 1, maddə 23, 8, maddə 428, 12, I kitab, maddələr 676, 698; 2005, 1, maddə 1, 6, maddə 462, 8, maddə 684, 10, maddələr 873, 905, 12, maddə 1083; 2006, 3, maddələr 223, 225, 6, maddə 481, 12, maddələr 1015, 1029; 2007, 2, maddə 80, 12, maddə 1203; 2008, 3, maddə 158, 6, maddə 462, 7, maddə 602, 12, maddə 1047; 2009, 1, maddə 5, 2, maddə 56, 3, maddə 160, 7, maddə 519, 12, maddə 947; 2010, 4, maddə 276, 6, maddə 485, 10, maddə 840, 11, maddə 939; 2011, 1, maddə 12, 4, maddələr 245, 264, 11, maddə 985, 12, maddə 1100; 2012, 1, maddə 4, 6, maddələr 508, 518, 7, maddə 646, 10, maddə 947, 12, maddələr 1216, 1227, 1229; 2013, 3, maddə 213, 5, maddə 474, 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, 12, maddələr 1485, 1504; 2014, 1, maddə 6, 5, maddə 468, 6, maddələr 603, 605, 7, maddələr 774, 780, 11, maddələr 1345, 1370; 2015, 12, maddə 1432; 2016, 1, maddələr 15, 36, 4, maddə 630, 5, maddə 849, 6, maddə 1014, 11, maddə 1780) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.0.10-2-ci maddə əlavə edilsin:

2.0.10-2. daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı;.

2. Aşağıdakı məzmunda 25-2-ci maddə əlavə edilsin:

Maddə 25-2. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcəsi

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

1

2

Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması üçün

10 manat

 

3. 26.4-cü maddədə təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata sözləri əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 fevral 2017-ci il

515-VQD