Qrant haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Qrant haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, 6, maddə 366; 2001, 12, maddə 736; 2002, 12, maddə 706; 2003, 1, maddə 1; 2009, 8, maddə 611; 2013, 3, maddə 215; 2014, 2, maddə 82, 11, maddə 1369) 3-cü maddəsinin 2-ci hissəsinə aşağıdakı məzmunda dördüncü bənd əlavə edilsin:

publik hüquqi şəxslər;.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 fevral 2017-ci il

513-VQD