Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanını Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, 8, maddə 631; 2010, 12, maddə 1064; 2011, 2, maddə 85; 2012, 4, maddə 283, 10, maddə 949; 2013, 6, maddə 630; 2014, 10, maddə 1202; 2015, 4, maddə 482) ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:

1. 8.13-cü bənddə məhsulların texniki normativ hüquqi aktların tələblərinə sözləri malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə sözləri ilə əvəz edilsin.

2. 8.13-1-ci bənddə texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara sözləri müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə sözləri ilə əvəz edilsin.

3. 8.14-cü bənddə texniki reqlamentlərin, eləcə də onlarla qarşılıqlı əlaqəli olan dövlət standartlarının və ya texniki tənzimləmə və standartlaşdırma sahəsində digər texniki normativ hüquqi aktların məcburi tələblərinə sözləri müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə sözləri ilə əvəz edilsin.

4. 8.16-cı bənddə məhsulların (işlərin, xidmətlərin) sözləri malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin sözləri ilə əvəz edilsin.

5. 8.20-ci bənddə texniki normativ hüquqi aktların məcburi tələblərinə sözləri müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə sözləri ilə əvəz edilsin.

6. 8.21-ci bənddə Azərbaycan Respublikasının texniki normativ hüquqi aktlarının sözləri Azərbaycan Respublikasının dövlət standartlarının, texniki reqlamentlərin və digər normativ hüquqi aktların sözləri ilə əvəz edilsin.

7. 8.22-ci bənddə texniki normativ hüquqi aktların tələblərinə sözləri müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə sözləri ilə əvəz edilsin.

8. 8.24-cü bənd ləğv edilsin.

9. 8.25-ci bənddə sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası üzrə işləri aparmaq sözləri uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasını aparmaq sözləri ilə əvəz edilsin.

10. 8.26-cı bənddə sınaq və kalibrlənmə laboratoriyalarının, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının sözləri uyğunluğu qiymətləndirən qurumların sözləri ilə, məhsulların (işlərin, xidmətlərin) sözləri malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin sözləri ilə əvəz edilsin.

11. Aşağıdakı məzmunda 8.38-1-ci bənd əlavə edilsin:

8.38-1. akkreditasiya qaydalarının pozulmasından, o cümlədən akkreditasiyadan imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) şikayətlərə baxan Apellyasiya Şurasını yaratmaq;.

12. 8.39-cu bənd aşağıdakı redaksiyada verilsin:

8.39. akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda nəzarət etmək;.

13. 8.47-ci bənddə qanunvericiliklə müəyyən edilmiş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı sözləri Dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə riayət edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı sözləri ilə, texniki normativ hüquqi aktların tələblərinə sözləri müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə sözləri ilə əvəz edilsin.

14. 8.48-ci bənddə məhsulların texniki normativ hüquqi aktların tələblərinə sözləri malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə sözləri ilə əvəz edilsin.

15. 9.13-cü bənddə məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə sözləri malın (xidmətin, işin), prosesin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə sözləri ilə əvəz edilsin.

16. 9.15-ci bənddə texniki normativ hüquqi aktların tələblərinə sözləri müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə sözləri ilə əvəz edilsin.

17. 9.18-ci bənddə texniki normativ hüquqi aktların tələblərinə sözləri müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə sözləri ilə əvəz edilsin.

18. 9.19-cu bənddə texniki normativ hüquqi aktların tələblərini sözləri müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələbləri sözləri ilə əvəz edilsin.

19. 9.20-ci bənddə texniki normativ hüquqi aktların tələblərinin sözləri müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərin sözləri ilə əvəz edilsin.

20. 9.22-ci bənddə texniki normativ hüquqi aktların tələblərinə sözləri müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 mart 2017-ci il

1285