“Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 12 may 2017-ci il

                  № 202

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 12 may tarixli 202 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən hazırlanmışdır və balıqçılıq subyektlərinin uçotunun forması və aparılması qaydalarını müəyyən edir.

1.2. Balıqçılıq subyektlərinin uçotu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən aparılır və balıqçılıq təsərrüfatı kadastrının tərkib hissəsidir.

1.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada balıqçılıq obyektlərinin artırılması, yetişdirilməsi, istifadəsi, mühafizəsi, habelə balıq məhsullarının istehsalı və saxlanması ilə məşğul olan hüquqi və fiziki şəxslər balıqçılıq subyektləridir.

1.4. Balıqçılıq subyektlərinin uçotu bu Qaydaların əlavəsi ilə müəyyən edilən forma üzrə aparılır.

 

2. Balıqçılıq subyektlərinin uçotunun aparılması qaydaları

 

2.1. Balıqçılıq subyektlərinin uçotunun aparılması üçün aşağıdakı dövlət orqanlarının məlumatları rübdə bir dəfə, hər növbəti ayın 15-dək elektron və kağız formasında Nazirliyə təqdim edilir:

2.1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində balıq və digər su bioresurslarından istifadəyə baytarlıq və fitosanitar nəzarəti üzrə;

2.1.2. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan su təsərrüfatı obyektlərində balıqçılıq məqsədi ilə sudan istifadə üzrə;

2.1.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyində balıq və digər su bioresurslarının fəaliyyəti üzrə vergi uçotuna alınmış vergi ödəyicilərinin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i;

2.1.4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində balıqçılıq subyektlərinin balansında olan su anbarlarından istifadə və ümumi tutumu 300 registr tondan və mühərrikinin gücü 250 kvt-dan az olan bütün növ balıqçı gəmiləri üzrə;

2.1.5. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında ümumi tutumu 300 registr tondan və mühərrikinin gücü 250 kvt-dan çox olan bütün növ balıqçı gəmiləri üzrə.

2.2. Balıqçılıq subyektlərinin uçotu elektron və kağız formasında aparılır. Hər bir kağız formasında uçot məlumatı daxilolma ardıcıllığına və qeydiyyat nömrəsinə uyğun olaraq 5 (beş) gün müddətində elektron bazaya daxil edilir.

2.3. Nazirlik balıqçılıq subyektlərinin uçot məlumatları əsasında balıqçılıq subyektlərinin vahid informasiya sistemini yaradır, fəaliyyətini təşkil edir və daxil olan məlumatların mütəmadi olaraq yenilənməsini təmin edir.

 

 


“Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”na

əlavə

 

Balıqçılıq subyektlərinin uçotunun

F O R M A S I

 

Hüquqi statusu

Ölkə mənsubiyyəti

İstifadənin əsası

İstifadənin növü

İstifadə qaydalarının

pozulması

balıq və digər su bioresurslarının ovu

akvakultura

hüququ pozan şəxslər

hüquqi tədbirlər

ov növləri

ov üsulu

ov yeri

balıq növləri

hüquqi şəxs (adı), o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (soyadı, adı, atasının adı)

VÖEN

fiziki şəxs (soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin nömrəsi/pin kodu)

ünvan (hüquqi və faktiki ünvanı)

telefon nömrəsi

e-mail

rezident

qeyri-rezident

kvotalar

balıqovlama bileti

icazələr

bioloji və texnoloji əsaslandırmalar

sənaye ovu

həvəskar və idman ovu

nəzarət məqsədi ilə ov

elmi tədqiqat məqsədi ilə ov

akvakultura məqsədi ilə ov

gəmidən (qayıqdan) ov

sahildən ov

Xəzər dənizi (gölü)

xarici dövlətlərin su hövzələri

beynəlxalq sular və dünya okeanı

digər su obyektləri

 

örüş (balıqartırma)

göl akvakulturası

nohur akvakulturası

sənaye akvakulturası

dəniz (marikultura) akvakulturası

qəfəs akvakulturası

qapalı su təchizatı sistemləri akvakulturası

rekreasiya akvakulturası

 

inzibati xəta

cinayət məsuliyyəti

vurulan zərərin miqdarı