Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, 3, maddə 191, 6, maddə 388, 8, maddə 534; 2002, 3, maddə 148, 4 (II kitab), maddə 199; 2003, 6, maddə 342; 2006, 5, maddə 474, 9, maddələr 819, 830; 2008, 2, maddə 130; 2009, 7, maddə 604; 2010, 3, maddə 264; 2012, 12, maddə 1356; 2016, 4, maddə 824, 7, maddə 1343, 9, maddə 1585, 11, maddə 1976; 2017, 2, maddə 306; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 aprel tarixli 123 nömrəli qərarı) ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 5.1-ci bəndinin ikinci cümləsinə hesabına sözündən sonra yalnız nağdsız qaydada sözləri əlavə edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 26 may 2017-ci il

223