Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, 6, maddə 510, 7, maddə 631; 2007, 5, maddələr 501, 519, 6, maddə 660, 8, maddə 843, 12, maddə 1287; 2010, 2, maddə 80, 4, maddə 345; 2011, 10, maddə 935, 12, maddə 1155; 2012, 9, maddələr 861, 876, 886, 11, maddələr 1183, 1184, 1189, 1190; 1, maddə 31, 2, maddə 180, 4, maddə 383, 11, maddə 1470; 2, maddə 200, 4, maddə 427; 2016, 2, maddə 281, 3, maddə 547, 4, maddə 728) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə 453 rəqəmləri 473 rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturuna Azərbaycan Respublikası Prezidentinin Katibliyi hissəsindən sonra aşağıdakı məzmunda hissə əlavə edilsin:

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi

Birinci vitse-prezidentin Katibliyinin rəisi

- 1

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini

- 2

Birinci vitse-prezidentin köməkçisi

- 5

Ştat vahidi

12

2. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin ştat cədvəli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti tərəfindən müəyyən edilir.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2017-ci il

2755