Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərişıq Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamının 1.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, 5, maddə 671; 2016, 2 (II kitab), maddə 391, 3, maddə 586) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 4.4-cü bəndində 885633532 (səkkiz yüz səksən beş milyon altı yüz otuz üç min beş yüz otuz iki) rəqəmləri və sözləri 1460633532 (bir milyard dörd yüz altmış milyon altı yüz otuz üç min beş yüz otuz iki) rəqəmləri və sözləri ilə, 442816766 (dörd yüz qırx iki milyon səkkiz yüz on altı min yeddi yüz altmış altı) rəqəmləri və sözləri 730316766 (yeddi yüz otuz milyon üç yüz on altı min yeddi yüz altmış altı) rəqəmləri və sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərişıq Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 3 oktyabr 2017-ci il

410