Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 23 avqust tarixli 334 nömrəli qərarı ilə təsdiq edilmiş Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydasında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 673-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1421 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 23 avqust tarixli 334 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, 8, maddə 1622) ilə təsdiq edilmiş Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydasında aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənddə 15 gün müddətində sözləri layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində sözləri ilə əvəz edilsin.

2. 2.7-ci və 2.8-ci bəndlərdə 15 rəqəmi 5 rəqəmi ilə əvəz edilsin.

3. 2.10-cu bənd ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 20 oktyabr 2017-ci il

463